Наиля сямядова



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə14/83
tarix14.12.2017
ölçüsü4,8 Kb.
#15619
1   ...   10   11   12   13   14   15   16   17   ...   83

 
nan  sözl
ərini də  məhz bu üsulla nəzərə  çatdırır.  İgidlər dar 
ayaqda olanda, y
əni düşmən tərəfindən tutulanda onları xilas 
etm
əyə gələn Koroğlunu məhz saz üstündə oxuduğu gəraylı və 
qoşmalardan tanıyır, etdiyi işarələrdən anlayırlar. Qıratın əldən 
getdiyi,  Düratın  itdiyi  məqamlarda  Koroğlunun  kədər hissi, 
igidl
ərin hünər göstərməsi üçün etdiyi çağırış dediyi lirik şeir-
l
ərdə öz əksini tapmışdır. Təkcə Koroğlu deyil, eposdakı surət-
l
ərin  əksəriyyəti özləri ilə  əlaqədar məsələləri, hiss və  həyə-
can
larını  qoşmalar  vasitəsilə  bildirirlər. Məsələn,  aşıq  Cünun 
Telli xanımın gözəlliyindən aldığı təəssüratı, Çənlibeldə qonaq 
olduqdan  sonra  özünün  duyğularını,  Koroğlunun  xarakterik 
xüsusiyy
ətlərini, Çənlibelin necə bir məkan olduğunu bu üsul-
la n
əzərə çatdırır. Eləcə də Dəmirçioğlu özü ilə bağlı məlumat-
la
rı,  özünün  igidliyini;  Xoca  Əziz  Koroğlunun  üç  dəlisinin 
düşmən tərəfindən  tutulması  xəbərini  qoşma  və  gəraylılarda 
göst
ərirlər. Bu xüsusiyyətlər  Nigar  xanıma  da  aiddir.  O,  Ko-
roğluya göndərdiyi namədə özünü təqdim edir, ona olan mə-
h
əbbətini bildirir və  Koroğlunun  gəlib  onu  aparmasını  arzu-
layır. 
 M
ən xotkar qızıyam, Nigardır adım. 
 
Şahlara, xanlara məhəl qoymadım, 
 Bir s
ənsən dünyada mənim muradım, 
 
İstərəm özünə eylə yar məni! [125, s.44]. 
Bütün bu deyil
ənlər dastandakı  digər surətlərə  də  aiddir. 
Ruqiyy
ə  xanımın  Koroğlunun  igidlərinə,  Eyvazın  Ərəb Rey-
hana, Aşıq Cünunun Koroğluya, Dəli Həsənin Əhməd tacirba-
şıya dediklərini buna misal göstərmək olar. Dastandakı dialoq-
ların da əksəriyyəti qoşmalarla verilmişdir. Məhz dialoqlar va-
sit
əsilə bir tərəf qarşı tərəfə olan münasibətini, çatdırmaq istə-
diyi fikrin 
əsas məğzini, qəlbinin təlatümlərini, hiss və həyəca-
nını verməyə nail olur. Əsərdəki qəhrəmanlardan hər hansı biri 
ç
ətinliyə  düşəndə  ona köməyə  gələn  dostlarının  hansı  tədbir 
gör
əcəyini də şeir nümunələrindən anlayırlar. Dialoqlar burada 
da 
əsas istinad mənbəyi olur. Eposda Telli xanımla Dəmirçioğ-
 
43 


 
lunun, Aşıq Cünunla Eyvazın, Koroğlu ilə qəssab Alının, Bəlli 
Əhmədlə Məhbub xanımın, Dünya xanımla İsabalının dialoq-
ları tərcümeyi-hal örnəklərinin bolluğu ilə seçilir. 
XVIII 
əsrin görkəmli  şairi  Molla  Pənah Vaqifin həyatı 
haq
qında  bilgilərə  gəldikdə  nəzərə  çatdırmaq  lazımdır  ki,  bir 
çox m
ənbələrlə yanaşı Mirzə Yusif Qarabağlının (1798-1864) 
«M
əcmueyi-Vaqif və  müasirini-digər»  əsərinin müqəddimə-
sind
ə  bu barədə  məlumat  verilmişdir.  Azərbaycan  xalqının 
ad
ət-ənənələrini özündə əks etdirən Vaqif  yaradıcılığında hə-
yata nikbin baxış özünün bədii ifadəsini tapmışdır. «Həyat ha-
dis
ələrini, insanın canlı meyl və ehtiraslarını çox incəliklə mə-
nalandırıb,  ümumiləşdirmək cəhətdən  Vaqif  şeiri  ilə  Vidadi 
poe
ziyası arasında ruhi bir yaxınlıq vardır. Bu yaxınlıq hər iki 
s
ənətkarın bədii üsul, üslub xüsusiyyətlərində, şeirin müxtəlif 
formalarından  istifadədə  əhəmiyyətli yer tutur» [77,  s.88]. 
M.P.Vaqifin M.V.Vidadi il
ə  müşairəsində  hər  iki  şairin  av-
tobioqrafik cizgil
əri,  şəxsi keyfiyyətləri, dünyagörüşləri can-
lan
dırılmışdır.  Vidadiyə  görə  Vaqifin  cavan  olduğu  üçün  bu 
dün
yanın çətinliklərindən bixəbər olduğu, Vaqifə görə bu dün-
ya
nın əzabının da toy-bayram olduğu, Vidadinin bədbin, Va-
qifin nikbin 
əhvali-ruhiyyəsi poetik boyalarla təsvir edilmişdir. 
 
Vidadi 
 El
ə ki, taxıldı burnuna çeşmək, 
 
Qocalıq əl verib, dəxi nə şişmək... 
 
Uşaqlar içinə düşər gülüşmək, 
 S
ənin də acığın tutar, ağlarsan! 
 
Vaqif 
 Müx
əmməs deməyin seyrəklənibdir, 
 
Bayatıda zehnin zirəklənibdir, 
 
Qocalıbsan qəlbin köyrəklənibdir
 
İşdən-gücdən olub bekar ağlarsan! [248, s.221]  
Ədəbiyyatşünas Araz Dadaşzadə M.P.Vaqif ilə M.V.Vida-
di
nin müşairəsinin hər iki sənətkarın yaradıcılığında diqqətəla-
 
44 


 
yiq  yer tut
duğunu söyləməklə  yanaşı onların müəyyən məsə-
l
ələr barədə öz nöqteyi-nəzərlərini izah etmək baxımından da 
d
əyərli  olduğunu  qeyd  etmişdir.  Araşdırıcı  çox  haqlı  olaraq 
göst
ərir ki, «Vaqifin nikbinliyi onun Vidadi ilə deyişməsində 
xüsusil
ə  qabarıq,  əyani  şəkildə  üzə  çıxır.  Vidadi  şeiri  kədər, 
küskünlük ruhu il
ə  yoğrulmuşdur.  O,  dünyanı  əzab-əziyyət 
m
əskəni sanmış, əsl sakitliyin, rahatlığın  axirətdə olması fik-
rini y
əqinləşdirmişdi.  Dünyabaxışı  etibarilə  bir-birinə  zidd 
mövqel
ərdə duran iki sənətkarın mənəvi mübahisəsi XVIII əsr 
li
rikasının fəlsəfi problemlərinə nüfuz etməyə imkan yaradan 
əsas məxəzlərdən biridir» [31, c.3, s.661]. 
Şəxsiyyətin həyat və fəaliyyətinin öyrənilməsində məktub-
laşmaların  əhəmiyyəti xüsusilə  vurğulanmalıdır.  XVIII  əsrin 
m
əşhur siyasi xadimi Nadir şah Əfşarın müxtəlif ölkələrin baş-
çıları  və  məmurları  ilə  yazışmaları  onun  «gərgin,  keşməkeşli 
v
ə müvəffəqiyyətlərlə zəngin həyatında diplomatiyanın» [180, 
s.3] 
xüsusi yeri olduğunu təsdiqləməklə yanaşı, eyni zamanda 
m
əktublaşmanın neçə əsrlər bundan öncə önəmli olduğunu bir 
daha n
əzərə çatdırır. 
Nadir  şahın  xarici  dövlətlərlə  əlaqəsi Xorasan alimi Mə-
h
əmməd Hüseyn Qüddusinin «Nadir şah» [144] əsərində daha 
əhatəli təsvir  olunmuşdur.  Müəllif bu böyük fatehin keçdiyi 
döyüş yollarını, əldə etdiyi uğurları, çətinlikdən çox asanlıqla 
çıxmaq  bacarığını,  əzəmətli  şəxsiyyətini hərtərəfli  işıqlandır-
mışdır. Əsər əsasən tarix kitablarına, eyni zamanda Nadir şah 
haq
qında rəvayətlərə istinadən yazılmışdır. 
XVIII 
əsr  ədəbiyyatında  meydana  gələn tarixi mənzumə-
l
ərdə də dövrün tarixi olayları yazıya alınmış, dövlət adamları-
nın, siyasi xadimlərin tərcümeyi-halları verilmişdir. Mənzumə-
l
ərdə şairlər hadisələrə öz münasibətlərini bildirmiş, öz hiss və 
h
əyəcanlarını, mənəvi iztirablarını ifadə etmişlər. «Mənzumə-
l
əri  tarixi mənbə  və  sənədlərlə  tutuşdurduqda  aralarında  bir 
yaxınlıq, bəzi hallarda isə eynilik görünür. Burada çox zaman 
faktoqrafiya b
ədiiliyə üstün gəlir, tendensiyaçılıq özünü biruzə 
 
45 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə