Наиля сямядова



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə15/83
tarix14.12.2017
ölçüsü4,8 Kb.
#15619
1   ...   11   12   13   14   15   16   17   18   ...   83

 
verir. Lakin bu da h
əqiqətdir ki, məhz mənzumələrdə müəllif-
l
ər romantik-fantastik dünyadan uzaqlaşıb, konkret həyati ma-
teriala müraci
ət etmişlər və onların bizim üçün əhəmiyyəti də 
əsasən elə bundadır. Həmin mənzumələrdə XVIII əsrin tarixi 
m
ənzərəsini oxumaq mümkündür. XVIII əsr şairləri öz mən-
zum
ələrində dövrün bir sıra mühüm münaqişə və hadisələrinə, 
simala
rına  aid  materialları  öz  bədii  düşüncələrindən keçirib 
oxucu
ya çatdırmağa çalışmışlar» [31, c.3, s.474]. 
Bel
əliklə, yuxarıda söylənənləri yekunlaşdıraraq bildirmə-
liyik ki, orta 
əsr müəllifləri xatirələr, tərcümeyi-hallar, həyat 
v
ə fəaliyyətlərini əhatəli əks etdirən əsərlər yazmasalar da, on-
lar haq
qında müxtəlif mənbələrə, təzkirələrə istinadən, ən əsası 
is
ə  müəlliflərin bilavasitə  öz  əsərlərinin  elmi  şəkildə  tədqiqi 
n
əticəsində fikir söylənilmişdir. Müəlliflərin öz əsərlərində hə-
yat v
ə fəaliyyətləri haqqında verdikləri məlumatlar xatirə ədə-
biy
yatının ilkin qaynaqları hesab edilə bilər. Bunlar Azərbay-
can xatir
ə ədəbiyyatının zəngin və köklü ənənəyə malik oldu-
ğunu açıq-aşkar sübuta yetirir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
46 


 
TƏRCÜMEYİ-HAL ÖRNƏKLƏRİNDƏ 
ŞƏXSİYYƏTİN İFADƏSİ 
 
Qeyd edildiyi kimi, mü
əlliflərin bədii əsərlərdə özləri, dövr 
v
ə müasirləri haqqında müxtəlif məlumatların verilməsinin qə-
dim tarixi vardır. Orta əsr müəlliflərinin yaradıcılığında tərcü-
meyi-hal örn
əkləri zaman keçdikcə  mükəmməlləşmiş  və  bir 
ənənə şəklini almışdır. Artıq XIX əsr müəllifləri avtobioqrafik 
m
əlumatlara  diqqəti daha çox cəlb etməyə  başlamışlar. Bu 
dövr Az
ərbaycan ədəbiyyatının bir çox görkəmli nümayəndə-
l
ərinin  əsərlərində  avtobioqrafik məlumatlara  geniş  yer  veril-
mişdir. Realist şeirin inkişafında böyük xidmətləri olan Qasım 
b
əy Zakirin (1784-1857) müxəmməsləri şəxsi həyatı, əhval-ru-
hiyy
əsi ilə  əlaqədar olan lirik nümunələrdir. Akad.  Feyzulla 
Qa
sımzadə  çox  haqlı  olaraq  qeyd  edir  ki,  qocalıqdan  şikayət 
ed
ən müxəmməsində o, cavanlıq illərini həsrətlə xatırlayır, hə-
ya
tının nəşə dolu səfalı gənclik illərinə qayıtmağın artıq müm-
kün olmamasından mütəəssirlənir, lakin bədbinləşmir: 
 Zakir
əm, türfə xiyaban ilə bağım vardır, 
 
Yatmağa, durmağa zəngin otağım vardır, 
 N
ə qədər aşü plov yesə qonağım vardır, 
 
Yaxşı həvvədələrim, oğlum, uşağım vardır. 
 Yoxdu bir özg
ə qəmim, fikrü xəyalım, qocalıq. 
Şairin  «Ağarıbdır»  rədifli müxəmməsində  də  eyni  əhval-
ruhiyy
əni görmək olar. Bu müxəmməsdən aydın olur ki, Zaki-
rin saç
ları 33 yaşında ağarmağa başlamışdır. Hər iki müxəm-
m
əs şairin həyatını öyrənmək baxımından əhəmiyyətlidir [134, 
s.92]. 
Dost v
ə tanışlarına yazdığı mənzum məktublarında da Za-
kir öz h
əyatına  toxunmuş,  çətinlik və  məhrumiyyətlərindən 
b
əhs etmişdir. «Məktublarla yaxından tanışlıq göstərir ki, şair 
b
əzən ruhdan düşsə, ümidsizliyə qapılsa da ona üz verən çətin-
lik v
ə məhrumiyyətlərə axıradək mətanətlə sinə gərmiş, mən-
fur qanun-
qaydalar,  özbaşınalıq  və  eybəcərliklər  əleyhinə  öz 
 
47 


 
nara
zılığını,  qəzəb və  kinini məktublarda cəsarətlə  əks etdir-
mişdir» [134, s.194]. 
N
əzərə çatdırmaq lazımdır ki, M.M.Nəvvabın təzkirəsində 
Q.Zakir haqqında dəyərli məlumatlar vardır. Şairin xarici gör-
k
əmini təsvir edən Nəvvab onunla əlaqədar  müşahidələrini 
q
ələmə almışdır: «...mən onu görəndə təqribən 55 yaşı var idi. 
1271-ci ild
ə vəfat etmişdir. Xoşsifət, ağ, ucaboy, incə qamətli 
v
ə göygöz bir adam idi. Həmişə mənim Qurandan dərs dedi-
yim m
əktəbin qarşısında oturacaq yerində əyləşərdi. Hər dəfə 
d
ə əlində qələm və kağız olardı və şeir yazardı. Çox vaxt incə 
h
əcvlər deyərdi, türk (Azərbaycan) və  fars dillərində  qəsidə
q
əzəl,  müxəmməs, dördlüklər  yazıb  hamıya  verərdi» [191, 
s.49]. 
Ədəbiyyatşünas  Ə.Müznib isə  Q.Zakirin tərcümeyi-halını 
t
ərtib edərək onun zahiri görkəmi ilə yanaşı yaşadığı mühitin 
s
əciyyəsini  vermişdir.  O  qeyd  etmişdir  ki,  türk,  fars  və  ərəb 
dill
ərini mükəmməl bilən Zakir yaraşıqlı, qüvvətli və bacarıqlı 
ol
duğundan onun Şuşadan uzaqlaşdırılıb Xındırıstan kəndində 
yaşaması məsləhət görülmüşdür. Çünki xanlıq idarəsini ələ al-
maq ist
əməklə  Mehdiqulu  xanın  başını  qarışdıranlar  həddən 
ziyad
ə idi [179]. Bununla belə, Zakir nəzərdən uzaq tutulma-
mışdı və daima diqqət mərkəzində idi. Zakirin həyatının bəzi 
m
əqamlarına aydınlıq gətirən Müznib şairin bir sıra şeirlərin-
d
ən nümunələr də vermişdir. 
XIX 
əsr Azərbaycan ədəbiyyatının tanınmış siması, ensik-
lopedik biliy
ə malik olan Abbasqulu ağa Bakıxanovun (1794-
1847) yaradıcılığı avtobioqrafik örnəklərin zənginliyi ilə seçi-
lir. Əsərlərini Azərbaycan, fars və ərəb dillərində yazan ədibin 
«X
əyalın  uçuşu»  [38,  s.185]  poemasını  xüsusilə  qeyd etmək 
olar. Bakıxanov burada Rusiyadan Lehistana (Polşaya) səyahət 
edib g
əzdiyini və bir neçə ay Varşavada qaldığını qələmə al-
mışdır. O, gözəl Varşavanın təsvirində aciz olduğunu və şəhəri 
söz il
ə təsvir etməyin mümkün olmadığını bildirir, buranı əya-
ni olaraq görm
əyi tövsiyə edir. Poema şairin həyatının müəy-
 
48 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə