Наиля сямядова



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə2/83
tarix14.12.2017
ölçüsü4,8 Kb.
#15619
1   2   3   4   5   6   7   8   9   ...   83

 
rur. Ona gör
ə də bəzən xatirə müəlliflərini subyektivlikdə gü-
nahlan
dırmaq memuar janrı qanunlarını pozmaqdan başqa bir 
şey deyildir. Bu, ona süni surətdə qalibgəlmə təşəbbüsünə bə-
rab
ərdir. Deməli, memuarlarda müəllif tərəfindən  keçmişin 
t
əsvir dərəcəsi onun şəxsi görüşü ilə müəyyənləşdirilir. Müəl-
lif varlığın özünün görüş dairəsində olan hissəsini əks etdirir. 
Lakin memuar  mü
əllifinin gördüklərinin və  eşitdiklərinin 
d
ərkedilmə dəyəri nə qədər böyük olsa da, memuar hekayələri 
t
əkcə  bununla  tamamlanmır.  Yalnız  müəllifin hadisələr haq-
qında şəxsi təəssüratını çatdıran xatirələr bir o qədər çox de-
yildir v
ə bunlar əsas etibarilə memuaristikanın sadə formasına 
xasdır. Bununla belə, ədəbiyyatda belə bir nöqteyi-nəzər yayıl-
mışdır ki, memuar dairəsi yalnız hadisələrin bilavasitə iştirak-
çısının  və  ya  şahidinin  hekayələri təmsil  olunmuş  əsərlərdə 
m
əhdudlaşır.  Memuar  janrının  bu subyektiv və  özünəməxsus 
düşüncə anlayışı tarixi cəhətdən yaranan memuar abidələri ilə 
uzlaşmır. Memuar ədəbiyyatının klassik nümunələri kimi qə-
bul edil
ən, real məzmunu bilavasitə  müəllif tərəfindən qəbul 
edil
miş  çərçivəyə  heç də  sığmayan  küllü  miqdarda xatirələr 
mövcuddur. 
Keçmişi  təsvir etmə  xatirələrin  başqa  bir  şəklinin  əlamə-
tidir.  Onların  yaranması  dövründə  müəllif xatirələr obyekti 
kimi zahir olunan olaylar dair
əsindən və əlaqələr sistemindən 
k
ənarda olur: ya ona görə ki, o hadisələr artıq baş vermiş və 
bütünlükl
ə keçmişə aid olur, ya da müəllifin hadisələrdə işti-
rakı bu və ya başqa səbəblərə görə mümkün olmur. Hadisənin 
baş verməsi ilə memuarın yaranması arasında məsafə bir neçə 
h
əftədən bütöv onilliklərə qədər ola bilər. Belə bir məsafə kə-
siyi  çox  vaxt  keçmişin  əks  olunmasına  kəskin  şəkildə  təsir 
edir. Əgər memuar müəllifinin yaddaşına vaxtın təsirini kənara 
qoysaq, o zaman bu 
əlaqədə  bunları  qeyd  etmək  lazım  gəlir. 
Önc
ə, memuarist hadisənin özünün baş verdiyi  dövrdə və  ya 
bir q
ədər ondan sonra ilk təəssüratı tez qələmə almadıqda on-
lar nadir halda şəxsin özünə aid ola bilir. Memuarist digər şa-
 



 
hidl
ərlə təmasda olaraq şifahi, səmərəli məlumat prosesinə da-
xil olur, öz müşahidəsini bölüşdürür, onların hekayələrinə qu-
laq asır, onu daha çox narahat edən məqamları müzakirə edir. 
Bununla da qeyri-iradi olaraq «ba
şqasının məlumatını» təcrü-
b
ədən keçirir. 
İkincisi, memuar tərtibinə qədər bütün qalan dövr müddə-
tind
ə ictimai fikrin təsiri. Bu və ya başqa hadisə keçmişə gedir, 
tarixçi aliml
ərin ardıcıl olaraq ona həsr edilmiş təcrübi mate-
rialları, olaylar haqqındakı fikirləri ilə zəngin xüsusi işləri və 
yeni konsepsiyalarla birg
ə tarixi ənənə meydana gəlir. Keçmiş 
haqqında xatirələr kütləvi düşüncələrdə, ictimai təfəkkürdə ya-
şayır və incəsənətdə də təmsil olunur. Sonrakı tarixi inkişafda 
çağdaş  dövr  üçün  aktual  olan  keçmişin  nöqteyi-nəzərləri biri 
dig
ərinin ardınca ön plana çəkilir. Onların izahları xüsusi siya-
si qurum dair
əsinə düşərək ayrı-ayrı dönəmlərdə gərgin xarak-
ter alır və nə qədər ki, hadisənin baş verdiyi vaxtdan onun me-
muarda 
əks olunmasına  qədər çox vaxt keçərsə, memuaristin 
müxt
əlif amillərə yəqinliyini əks təsiri bir o qədər çox olur. Bu 
müv
əqqəti pozulma həm də  xatirə  müəllifinin  şəxsi fikrinin 
k
ənarlaşmasının  nəticəsidir. Onun həm hadisə  baş  verdiyi 
dövrd
ə və həm də memuarın yaranması zamanı hadisələrə mü-
nasib
əti həmişə  uyğun  gəlmir.  Əgər  olaylar  arasındakı  fasilə 
ill
ərlə, onillərlə  hesablanarsa,  bu  özünü  daha  aydın  göstərər. 
H
əyati təcrübə əldə etməsi, eləcə də cəmiyyətdə yaranan yeni 
v
əziyyət xatirə müəllifini bu hadisələrə əvvəlkinə nisbətən ayrı 
üslubda yanaşmağa vadar edir. Xatirələrin əhəmiyyəti onların 
subyektiv qiym
ətləndirilməsi ilə deyil, təsvir edilən hadisələrin 
t
əcrübi tərəfinin şərhi ilə nəticələnir. Bu baxımdan xatirələrin 
subyektivliyi  –  onlar
ın  öz  təbiətlərinə  xas xüsusiyyətləri  – 
ümumiyy
ətlə  hər  hansı  bir  qiymətdən məhrumdur. Bundan 
əlavə, bəzən bu, məlum çatmamazlıq kimi qiymətləndirilir ki, 
bunları da hökmən aradan qaldırmaq lazımdır. Bu əsasda xati-
r
ələr əlavə mənbələr səviyyəsinə enir və nəticədə zəngin infor-
masiya  imkanları  nəzərə  alınmır.  Bununla  belə, göstərildiyi 
 



 
kimi mühitin yaranma sistemind
ə subyektivlik müəllif mövqe-
yind
ən ayrılmazdır. Bu planda təsvir edilən hadisəyə subyektiv 
münasib
ət xatirələrin yaranmasındakı ictimai-psixoloji mühiti 
d
ərk etmək üçün birinci dərəcəli əhəmiyyət kəsb edir. 
Memuarların əsas şəkli nişanəsi yaddaşdır. Bir termin kimi 
«memuarlar» h
əmin mənbələrin kateqoriyasını tam bərabər şə-
kild
ə  əks etdirən və  tərcüməsi  «yaddaş» olan fransız  sözü 
«memoire»dir ki, bu da s
özün  rusca  transkripsiyasından  iba-
r
ətdir. Lakin məsələ yalnız etimoloji qaydanın nəzərə alınma-
sında deyil. Səciyyə  etibarilə  memuarların  bir  qaynaq  kimi 
keç
mişə aid xüsusiyyəti və şəxsi yaranması özünə məxsus ilk 
m
ənbə kimi süzülür. Hələ Aristotel yaddaş və xatirə haqqında 
fikir yürüd
ərək belə hesab edirdi ki, yaddaş keçmiş təəssürat-
ların dərk edilməsidir. Xatirə isə öz növbəsində düşüncədir, bi-
zim n
ə isə hiss etməyimizin, qavramağımızın və ya öyrənmə-
yimizin düşüncəsidir, yəni açıq-aydın axtarış və bununla əla-
q
ədar  idrak  aktının  şərtləşdirilmiş  qərarı.  Yaddaş  abstrakt  tə-
f
əkkürlə yalnız qismən şəkil vasitəsilə bağlıdır. Xatirə isə şək-
lin mühit
ə müəyyən dərəcədə aid edilməsinin dərk olunmasıdır 
[288, s.55 ]. 
Yadda
ş  ünsürü  bu  və  ya  başqa  dərəcədə  insan  şüurunun 

tün  aktlarında  iştirak  edir.  Yaddaşsız  mədəniyyət yoxdur. 
F
əlsəfi-psixoloji baxımdan insan gözü önündə baş verən çağ-
daş olayları bilavasitə özünün təəssüratında hasil edir. Yaddaş 
t
əəssüratda artıq olmuşların, qəbul edilmiş məlumatların, yəni 
keç
mişin  anlayışının  və  keçmişi  toplayıb  saxlanması,  möh-
k
əmlənməsi  haqqında  xüsusi  bacarığıdır.  Keçmişə  çevrilmiş 
v
ə predmeti gerçəklik olan memuarlarda heç bir başqa xüsu-
siyy
ətlər hasil edilə bilməz. Olayların baş verməsi ilə memuar-
ların  yaranması  arasındakı  müddət nə  qədər çox olarsa, yad-
daşın əhəmiyyəti bir o qədər artar. Hadisələrin mənbələri onla-
rın müasirləri üçün üstünlük təşkil edən əksetmə forması heç 
d
ə yaddaş deyil, psixologiyada qəbul olunan ad kimi, yaddaş – 
bilavasit
ə təəssüratın hasil edilməsi kimi adlandırılır. Öz təbiə-
 



Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə