Наиля сямядова



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə7/83
tarix14.12.2017
ölçüsü4,8 Kb.
#15619
1   2   3   4   5   6   7   8   9   10   ...   83

 
X.
Şirvaninin  həbsxanada  olduğu  vaxtlarda  yazdığı  «Həb-
siyy
ə» şeirlərində həbsxana həyatının dəhşətləri böyük məha-
r
ətlə  təsvir  edilmişdir.  Öz  ürək sözlərini  açıq  söyləyən  şair 
h
əbsxanada keçirdiyi ağır günlərini, kədər və iztirablarını təs-
vir edir: 
 Xaqani qürb
ətə basalı ayaq 
 
Olmuş tək qapılı bir evdə dustaq. 
 
 N
ə evin içində rahət olur can
 N
ə də var bayıra çıxmağa imkan. 
 
 
Üzü divaradır, sanki hörümçək, 
 
Girmiş daş altına bir qarışqatək. 
 
 
Qıfıldır keşikçi ona bayırdan, 
 Daxild
ə cəftədir ona pasiban [234, s.266]. 
«H
əbsiyyə»  şeirlərini zindan həyatının  ölməz poetik abi-
d
əsi  adlandıran  akad.  Bəkir Nəbiyev  çox  haqlı  olaraq  qeyd 
edir ki,  «burada m
ətin, vüqarlı bir sənətkarın zindan əzabları, 
azad
lıq yanğısı, onun böyük fiziki və mənəvi sıxıntılar içində 
başa  vurduğu  məhbus həyatının  cəhənnəm zillətinə  bərabər 
hadis
ələri ürəkləri  yandıran  qüvvətli poetik vasitələrlə  əks 
olunmuşdur.  Əsrinin  ədalətsiz  hökmdarlarına,  rüşvətxorluğu 
özün
ə peşə etmiş saray məmurlarına, dindən gəlirini artırmaq 
üçün istifad
ə  edən ikiüzlü ruhanilərə  qarşı  sonsuz  qəzəb və 
nifr
ət Xaqani «Həbsiyyə»sinin hər bir səhifəsindən boy göstər-
m
əkdədir» [187]. 
Yenic
ə doğulan qızının ölümünə yazdığı mərsiyədə şair öz 
şəxsi kədərinə ictimai rəng verir: 
 Yenic
ə doğulan qızım gördü ki, 
 
Qarşıda gözlənir min bəla, öldü. 
 
 Qeybd
ən gələn o töhfə duydu ki, 
 D
ərdlərə olacaq mübtəla öldü. 
 O kiçik gövh
ərim yaxşı anladı, 
 
21 


 
 
Ki, çox pis yaranmış bu dünya öldü. 
 
 Bildi ki, ür
əyim dərdə düşəcək, 
 Üzünü tutaraq bin
əva, öldü. 
 
 
O, böyük qızımı pərdədə görcək, 
 Dedi: - Kifay
ətdir bir cəfa, - öldü [234, s.355]. 
Az
ərbaycan alimləri f.e.d.Qafar Kəndli, f.e.n. Məmmədağa 
Sultanov v
ə başqaları istər Xaqaninin dövrü, mühiti, istər hə-
yat v
ə yaradıcılığı, istərsə də onun Yaxın Şərq ədəbiyyatında 
tut
duğu mövqeyi yetərincə araşdırmışlar. Onlar Xaqaninin hə-
yat v
ə yaradıcılığını tədqiq edərkən əsasən şairin 1156-cı ildə 
q
ələmə  aldığı  «Töhfətül-İraqeyn»  poemasına  əsaslanmışlar. 
Bu da t
əsadüfü deyildir. Çünki Xaqani haqqında, onun həyatı, 
ail
əsi, nəsli  haqqında  ilk məlumat  Şərq  ədəbiyyatı  tarixində 
h
əm də  ilk mənzum səyahətnamə  hesab edilən «Töhfətül-
İraqeyn»  əsərində  verilmişdir.  XIX  əsrin  rus  şərqşünası 
N.V.Xa
nıkov da «Töhfətül-İraqeyn» əsərində «Babası haqqın-
da»,  «Atasının  tərifi»,  «Anası  haqqında»,  «Əmisi  haqqında», 
«Əmisi  Kafiyəddin Ömər  İbn-Osmanın  tərifi» kimi hissələri 
t
əhlil edərək,  bunların  əsasında  şairin  həyatının  ilk  dövrünü 
t
əsvir edən «Tərcümeyi-hal»ı tərtib etmişdir. Bu tərcümeyi-hal 
Xaqaninin elmi t
ərcümeyi-halını yazmaq yolunda ilk addım idi 
[149, s.36]. 
«Töhf
ətül-İraqeyn»  həm Azərbaycan, həm də  rus  şərqşü-
nas
ları üçün Xaqaninin həyatını öyrənməkdə bir mənbə olmuş-
dur. Çünki h
ər bir şairin, yazıçının həyatı, dövrü, mühiti haq-
qında mülahizə  yürüdərkən onun öz əsərləri qədər qiymətli 
qaynaq, dem
ək olar ki, yoxdur. Bu xüsusiyyətlər də  ən çox 
memuar nümun
ələrinə  xasdır.  Bütün bunlara əsaslanaraq 
X.Şirvaninin «Töhfətül-İraqeyn» əsərini xatirə nümunəsi kimi 
d
əyərləndirmək olar. Azərbaycan ədəbiyyatı tarixində ilk məs-
n
əvi hesab edilən «Töhfətül-İraqeyn»də şair öz tərcümeyi-halı, 
uşaqlıq xatirələri, gənclik dövrünün maraqlı hadisələri, ictimai 
 
22 


 
m
ənşəyi, hər  iki  İraqa  (İraqi-ərəb və  İraqi-əcəm) səfər etdiyi 
zaman gördüyü yerl
ər və  tanış  olduğu  görkəmli  şəxslər haq-
qında məlumat vermişdir. Əgər müəllif əsərdə ayrı-ayrı sürət-
l
ərin  timsalında,  hadisələrin  gedişində  öz həyatından  cizgilər 
vers
əydi, buna avtobioqrafizm kimi qələmə vermək olardı. La-
kin burada Xaqaninin h
əyatının  yaddaqalan  anları,  keçirdiyi 
m
ənəvi sarsıntıları, bir sözlə müəllif «mən»i öz əksini tapmış-
dır. Əsərdə həmçinin təbiət mənzərələri, gözəl Kuhistanın yed-
di vilay
əti, Bağdad, Şam, Mədinə şəhərləri, gördüyü xalqların 
ictimai v
əziyyəti təsvir edilir. Əsərin əvvəlində Xaqani öz ailə-
si haqqında məlumat verir. Babası haqqında: 
 S
ənətcə toxucu olmuşdur babam 
 M
ən də yavaş-yavaş söz toxuyuram [32, s.158]  
yazaraq  özünü  babası  ilə  müqayisə  edir.  Atasını  xatırlayaraq 
şair yazır: 
 Atam, al
əm bilir, Nəccar Əlidir, 
 Onun s
əxavəti elə bəllidir. 
 O, m
əni böyüdüb vermişdir çörək
 M
ədh edəm, vəsf edəm onu mən gərək [32, s.161]. 
N
əccar  Əli  taleyin  amansız  gərdişi  ilə  üzbəüz  qaldıqdan 
sonra Xaqani dövrünün görk
əmli təbibi, riyaziyyatçısı və filo-
sofu olan Kafiy
əddin Ömər ibn Osmanın qəyyumluğuna keçir. 
Kafiy
əddin Ömər «öz dövrünün ən görkəmli şəxsiyyətlərindən 
idi v
ə onun bir alim kimi şöhrəti Azərbaycanın hüdudlarından 
çox-
çox uzaqlara yayılmışdı. Kafiyəddin yüksək savad sahibi 
olan bir adam idi, bir neç
ə dil bilir, fəlsəfə, ilahiyyat, astrono-
miya, riyaziyyat, t
əbabət, kimya və  farmokologiya elmlərinə 
vaqif  olmuşdur,  mədrəsədə  dərs deyirdi» [131,  s.78]. Xaqani 
«Töhf
ətül-İraqeyn»də əmisinin ona hesab, hüsnxət öyrətməsi, 
Quranı  başa  çatdırması,  sonra  onu  kitabxanaya  gətirməsi, 
Qura
nın on dörd sirrini aydınlaşdırması, həm dayəsi, həm mü-
əllimi, həm də  böyük  ustadı  olması  haqqında  yazır.  Bu  kimi 
m
əlumatlar böyük şairin həyatının müəyyən dövrünü işıqlan-
dırır və araşdırıcılara kifayət qədər məlumat verir. 
 
23 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə