Наиля сямядова



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə9/83
tarix14.12.2017
ölçüsü4,8 Kb.
#15619
1   ...   5   6   7   8   9   10   11   12   ...   83

 
 P
ərdədə qalmışdır bu gəlin çoxdan. 
 
Tanıyan yoxdur bu gözəl alması 
 B
ərdədə var idi bir əlyazması. 
 O ölk
ənin qədim tarixlərindən 
 
Bu dastanı tamam öyrənmişəm mən. 
 O yerd
ə yaşayan qoca adamlar, 
 T
əşviq etdi, işə mən verdim qərar. 
 
Ağıl bu dastanı bəyənsin gərək, 
 Sözl
əri şirindir, məzmunu gerçək [92, s.48]. 
Nizami G
əncəvinin «Leyli və Məcnun» poeması tərcüme-
yi-hal örn
əklərinin zənginliyi ilə fərqlənir. Xüsusilə, «Kitabın 
ya
zılmasının  səbəbi» bölməsində  xatirə  əlamətləri  açıq-aydın 
görünm
əkdədir. Bölmənin əvvəlində Nizami özünün ruhi və-
ziyy
ətini təsvir edir, keyfinin yaxşı olduğunu bildirir. Bu vaxt 
ona bir m
əktub gəlir. Bu məktub Nizamini söz dünyasının ha-
ki
mi adlandıran Şirvanşah I Axsitandan idi. 
 
İstərəm Məcnunun böyük eşqinə 
 Bir söz x
əzinəsi açasan yenə. 
 Bakir
ə Leylitək, ey böyük ustad! 
 
Şeirdə iki-üç bakir söz yarat [94, s.47]. 
M
əktubu oxuduqdan sonra Nizami kədərlənir, dodağı əsir, 
«qan beynin
ə vurur». Bu vaxt şairin 14 yaşlı oğlu Məhəmməd 
g
əlib yanında oturur, onu ruhlandırmağa çalışır: 
 Dedi: «Ey göyl
ərə meydan oxuyan 
 «Xosrov v
ə Şirin»i yazıb yaratdın, 
 H
ər duyan könüldə bir zövq oyatdın. 
 Leyli-M
əcnundan da yarat bir əsər
 
Cüt olsun yazdığın qiymətli gövhər [94, s.48]. 
S
əkkiz əsrdən artıq vaxt keçməsinə baxmayaraq, bu beyt-
l
ər tədqiqatçıya  kifayət qədər  material  verir.  Əsərdən  aydın 
olur ki, dörd min beytd
ən artıq olan bu poemanı Nizami dörd 
aya yaz
mışdır.  Əgər  başqa  işlər  olmasaydı  on  dörd  günə  də 
yazıla bilərdi. Nizami əsərin yazılma tarixini qeyd edir və hicri 
584-cü (miladi 1088-ci) ild
ə yazıldığını göstərir. Bütün bunlar 
 
27 


 
xatir
ə  ədəbiyyatının  ilkin  qaynaqları  sayıla  bilər.  «Axsitanın 
t
ərifi», «Şahzadənin tərifi və oğlunun ona tapşırılması», «Oğ-
lum M
əhəmmədə nəsihət»,  «Atamın xatirəsi», «Anam Rəisə-
nin xatir
əsi»,  «Dayım  Xacə  Ömərin xatirəsi» hissələrində  də 
xatir
ə əlamətləti görünür. Bu bölmələrdən aydın olur ki, atası 
Yusif ibn Z
əki Müəyyidin, anası Rəisənin, dayısı Xacə Ömə-
rin v
əfatı onu hədsiz sarsıtmışdır. Son dövrlərə qədər N.Gən-
c
əvinin anası Rəisənin kürd olduğunu qeyd etmişlər. «Leyli və 
M
əcnun» poemasının tərcüməsində də bu belə göstərilmişdir. 
Lakin prof.X
əlil Yusifliyə görə «Nizami onun kürd olduğunu 
yox, igid olduğunu yazmışdır. 
 G
ər madəre-mən Rəiseyi-qord 
 Mad
ər sefətane pişe-mən mord... 
 (M
ənim anam igid Rəisə 
 Ana sif
ətində qarşımda öldü). 
Buradakı «kord» sözü Nizami dövründə igid mənasını ve-
r
ən «qord» sözü ilə  eyni  cür  yazılır,  «kaf»  və  «gaf» hərfləri 
bir-birind
ən seçilmirdi. Ancaq beytin mənası tələb edir ki, biz 
onu «qord» şəklində oxuyaq» [219, s.135]. 
X
əlil Yusifli çox haqlı olaraq qeyd edir ki, Nizami Gəncə-
vinin 
ən dolğun və ən doğru tərcümeyi-halı öz əsərlərindədir. 
Bel
ə ki, burada şairin şəxsiyyəti, zəmanəyə münasibəti, bədii 
yara
dıcılığa baxışı, qohumları haqqında fikirlər üstünlük təşkil 
edir. 
 
«Şirin»in halvasın qurtaranda mən 
 
Bir halvaçalanım getdi evimdən. 
 «Leyli» x
əzinəsinə çəkərkən hasar, 
 Onda da bir Gövh
ər eylədim nisar. 
 
Bu toyu çatdırıb mən nəhayətə
 T
əzə bir gəlin də verdim cənnətə [93, s.447]. 
Şair bu misralarla demək istəyir ki, «Xosrov və Şirin» əsə-
rini  yazıb  bitirdikdə,  öz  Şirinini 
 A fa
qını  itirdi;  «Leyli  və 
M
əcnun»u  sona  çatdıranda  isə  ikinci  arvadı  öldü.  Beşinci  və 
altıncı misralardan məlum olur ki, Nizami «İqbalnamə» əsərini 
 
28 


 
yazıb  qurtaranda  üçüncü  arvadı  da  vəfat  etmişdir.  Dördüncü 
mis
radakı «Gövhər» sözü araşdıcılara imkan verir ki, Nizami-
nin ikinci arvadının adının Gövhər olmasını söyləsinlər. Bura-
da
kı  «Gövhər» sözündə  şair  cinas  yaradır,  sözü  iki  mənada 
işlədir. 
Nizami  G
əncəvi «Leyli və Məcnun», «Yeddi gözəl» poe-
ma
larının  «Oğlum  Məhəmmədə  nəsihət» hissələrində  oğluna 
müraci
ət edib faydalı sözlər söyləyir. Bu hissələrdə də xatirə 
əlamətləri nəzərə çarpır. Dahi şair «İskəndərnamə» əsərini ya-
zark
ən bir sıra tarixi mənbələri öyrənmiş, ərəb və fars dilində 
olan
larla  yanaşı,  yəhudi, nəsrani (xristian), pəhləvi qaynaqla-
rını  da  araşdırmış  və  özünü  maraqlandıran  məlumatları  seç-
mişdir. Bu barədə o yazır: 
 
İskəndər haqqında heç bir əsərdə 
 M
əlumat görmədim yığcam bir yerdə. 
 Sözl
ərlə dolmuşdu xəzinə içi, 
 Ancaq h
ər nüsxə bir dağınıq inci. 
 H
ər köhnə nüsxədən əsas alaraq, 
 
Onu öz şeirimlə bəzədim ancaq. 
 
Ən qədim tarixi əsərlərdən mən, 
 Y
əhudi, nəsrani, pəhləvilərdən 
 
Ən incə sözləri əlimə saldım, 
 
Qabığı ataraq məğzini aldım. 
 Müxt
əlif dillərdən yığdım çox sözlər, 
 
Bunlardan düzüldü yazdığım əsər [93, s.54]. 
«İskəndərnamə»  şairin  yaşlı  vaxtında  qələmə  alınmışdır. 
Bu bar
ədə müəllif həm əsərin əvvəlində, həm də sonunda qeyd 
edir, s
əhhətindən şikayətlənərək bildirir: 
 
Bir harın at idim bir zaman mən də, 
 Z
əhmətlə, zillətlə düşdüm kəməndə. 
 H
ər bir xəzinədə var məndən nişan, 
 Ancaq, heyif olsun ki, deyil
əm cavan! 
 
 G
ənclik   t
əzə nallı, harın, köhlən at
 
29 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə