NaġLƏ VƏLĠxanli



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə2/56
tarix08.09.2018
ölçüsü1,28 Mb.
#67555
1   2   3   4   5   6   7   8   9   ...   56


 
bölünmüĢ  rəbia  və  mudar,  cənub  ərəbləri  isə  himyər  və  qəhlan  qollarına 
parçalanırdılar. 
Hər  iki  etnik  qrup  sami-hami  dilləri  ailəsinə  daxil  olan  eyni  köklü  dillərdə 
danıĢsalar da, bir-birlərini çətinliklə baĢa düĢür, buna görə də özlərini müxtəlif xalq 
sayırdılar..  Həyat  tərzlərindəki  fərq  isə  cənub  və  Ģimal  ərəbləri  arsındakı  təzadı 
daha  da  dərinləĢdirirdi.  Onu  da  qeyd  etməliyik  ki,  cahiliyyə,  yəni  nadanlıq  dövrü 
adlandırılan islamaqədərki dövr ərəblərinin həyat və məiĢəti haqqında əsas mənbə 
kimi  qiymətləndirilən  qədim  ərəb  poeziyası  nümunələrində  də  Ərəbistan 
sakinlərinin  özlərini  ərəb  adlandırması  barədə  heç  bir  məlumat  yoxdur.  Alimlərin 
fikrincə  müxtəlif  tayfa  və  qəbilələrə  mənsub  bu  eynidilli,  oxĢay  həyat  tərzli 
adamlara ərəb demək mümkün olsa da “söhbətin vahid xalqdan deyil, ümumi tarixi 
tale  ilə  bağlı  qohum  qəbilələr  qrupundan  getdiyini”  unutmamalıyıq.  Ümumi  rəyə 
görə,  qonĢuların  çoxdan  bəri  “ərəb”  adlandırdıqları  Ərəbistan  sakinləri  bir  xalq 
kimi yalnız VII əsrin birinci yarısında islam bayrağı altında birləĢə bildilər. 
Mütəxəssislər  onu  da  qeyd  edirlər  ki,  “ərəb”  sözü  əvvəllər  heç  də  etnik 
mənsubiyyəti bildirmir, sadəcə olaraq “quraqlıq, xam torpağı” və onun sakinlərini 
nəzərdə tuturdu, sonralar bu sözün məna dairəsi geniĢlənmiĢ, “ərəb”, “Ərəbistan”, 
“ərəb dili” terminləri yaranmıĢ və nəhayət “ərəb” məfhumu böyük bir xalqın adını 
ifadə  etmiĢdir.  Əlbəttə,  dilimizin,  dinimizin,  mədəniyyətimizin  bugünkü  Ģəkildə 
formalaĢmasına  səbəb  olmuĢ  ərəblərin  həyat  tərzi  də  alimlərimizi  az  
araqlandırmır. 
Deməliyik ki, Ərəbistanın geniĢ ərazisinə səpələnmiĢ ərəb qəbilələri əsasən 
maldarlıq  və  vadi  əkinçiliyi  ilə  məĢğul  olur,  arada  ovçuluq  da  edirdilər. 
Yarımadanın sahil bölgələrində məskən salmıĢ qəbilə sakinləri balıq tutur, mirvari 
ovuna  çıxırdılar.  Təbii  Ģəraitin  kasıb  olduğu  bu  yerlərdə  yaĢamaq  uğrunda  ara 
verməyən mübarizəni davam etdirməyə məcbur olan həmin qəbilələr biri digəri ilə 
kəskin  rəqabət  edir,  tez-tez  ayrı-ayrı  otlaqlardan,  vadilərdən,  su  mənbələrindən 
istifadə  üstündə  savaĢa  çıxırdılar.  Bu  kiçik  savaĢlar,  mübahisələr  çox  vaxt  ağır 
nəticəli böyük döyüĢlərə çevrilirdi; lakin həyat istəyi biri-birilərinin axırına çıxmaq 
təhlükəsinə üst gəlir, onlar barıĢıq yolları arayır və nəhayət barıĢırdılar. 
Ġslamaqədərki bədəvi ərəb tayfaları ibtidai icma quruluĢu Ģəraitində yaĢayır, 
öz  baĢçıları  olan  Ģeyx  və  ağsaqqallar  Ģurası  tərəfindən  idarə  olunurdular.  Qan 
qohumluğu  ilə  bağlı  olan  adamları  özündə  birləĢdirən  bu  ayrı-ayrı  tayfa  və 
qəbilələr arasındakı münasibətlər ortadakı ziddiyyət və hərc-mərcliyə baxmayaraq, 
xeyirxahlıq, insanpərvərlik, namus, qeyrət, qəbilə ənənələrinə sədaqət prinsiplərini 
qoruyan  və  nəsildən-nəslə  ötürən  yazılmamıĢ  qayda-qanunlarla  tənzim  edilirdi. 
Ərəblərin  ləyaqət  və  məziyyətləri  bircə  kəlmə  muruvva  –  “mürüvvət”  sözü  ilə 
ifadə  olunurdu;  əsl  bədəvi  öz  ailəsinə  və  qəbiləsinə  sadiq  qalmalı,  qan  intiqamını 
yerdə qoymamalı, qonaqpərvərlik qaydalarını unutmamalı, basılmıĢ düĢmənə qarĢı 
alicənab olmalı idi. 



 
Bəs  vahid  ilahi  qüvvəyə  -  allaha  olan  inamları  yaranadək  ərəblər  nəyə 
etiqad edirdilər? Tədqiqatçıların fikrincə, qədim ərəblərin əksəriyyəti bütpərəst idi. 
Onların  dini  təsəvvürünə  görə  hər  bir  tayfa  öz  allahına  –  himayədarına  inanırdı. 
Ayrı-ayrı  qəbilələr  ilahi  qüvvəni  təcəssüm  etdirən  maddi  əĢyalara  –  bütlərə 
(müqəddəs daĢlara, təsvirlərə, göy cisimlərinə, ağaclara, heyvanlara və hətta ölmüĢ 
əcdadlarına)  sitayiĢ  edirdilər.  Bəzi  bütlər  bütün  Ərəbistan  qəbilələri  üçün  ümumi 
idi, bəzilərinə isə yalnız ayrı-ayrı tayfa və qəbilələr sitayiĢ edirdilər. 
Bütpərəst  ərəblər  hələ  islamaqədərki  dövrdə  sonralar  müsəlmanların 
inandığı  ilahi  qüvvə  -  Allah  haqqında  dumanlı  təsəvvürə  malik  idilər.  Onların 
etiqadına görə, El (Ġl, əl-Ġlah, əl Lah – Allah) ərəb qureyĢ qəbiləsinin məbədi olan 
Kəbənin hakimi, bütün bütlərin baĢı idi; yerdə qalan qəbilə bütləri (əl-Lat, əl-Uzza, 
Manat  və  b.)  də  Məkkənin  əsas  ilahi  qüvvəsinin  rəmzi  hesab  edilən  “Qara  daĢın” 
yanına yığılırdı. Mənbələrin məlumatına görə, burada ayrı-ayrı qəbilələrin 360-dək 
bütü  saxlanırdı.  Buna  görə  də  bütpərəstlər  Məkkə  Ģəhərindəki  Kəbə  məbədini 
ziyarət  etməyi  vacib  bilirdilər.  Bütlərə  sitayiĢ  və  ziyarət  zamanı  ənənəvi  ayin  və 
mərasimlər icra edilir, qurbanlar kəsilirdi. 
Bəs  necə  olub  ki,  ərəblər  bütlərə  sitayiĢ  ediblər?  Bu  sual  təkcə 
müasirlərimizi  deyil,  bütlərə  pərəstiĢin  nədən  baĢlandığını  müəyyənləĢdirməyə 
çalıĢan  erkən  orta  əsr  alimlərini  də  düĢündürüb.  Onlardan  “Kitab  əl-əsnam” 
(“Bütlər  haqqında  kitab”)  əsərinin  müəllifi  Ġbn  əl-HiĢam  özündən  yaĢlıların,  o 
cümlədən atasının bu barədə dediklərinə istinad edərək yazırdı: “... Ġbrahimin oğlu 
Ġsmayıldan... törənmiĢ nəsil Məkkədə məskən saldıqdan bir müddət sonra o qədər 
artır ki, onların keçmiĢ sakinləri əmalikləri  qovmalı olurlar. Lakin getdikcə Məkkə 
onlara da darısqallıq edir, aralarında münaqiĢə və ədavət baĢlayır. Nəticədə Ġsmayıl 
nəslindən  olanların  da  bir  hissəsi  Məkkədən  qovulur.  QovulmuĢlar  ruzu  axtara-
axtara ölkəyə yayılırlar. 
Bütlərə və daĢlara ona görə sitayiĢ edirdilər ki, həmin adamlar Məkkəni tərk 
edərkən müqəddəs ocağa (yəni Kəbəyə) və Məkkəyə bağlı olduqlarından hərəsi nir 
daĢ  götürmüĢdü;  harada  məskən  salırdılarsa,  daĢı  qoyub  Kəbədəki  kimi  baĢına 
dolanırdılar.  Bununla  ondan  mərhəmət  gözləyir,  müqədəs  ocağa  sədaqət  və 
məhəbbətlərini göstərirdilər... 
BaĢqa rəvayətə görə, bütlərə sitayiĢ belə baĢlayıb: Adəm öləndə oğlu ġisin 
övladları  onu  Hinddəki  bir  dağın  mağarasında  dəfn  edirlər.  Dağın  adı  Nauzdur. 
Bura  yer  üzündə  ən  bərəkətli  torpağı  olan  yerdir...  ġisin  övladları  Adəmin 
mağaradakı  qəbrinin  yanına  gəlib  ona  səcdə  edər,  mərhəmət  diləyərdilər.  [Bir 
qədər  sonra]  Adəmin  oğlu  Qabilin  (Kain)  nəslindən  olan  biri  deyir:  “Ey  Qabilin 
övladları!  ġisin  övladlarının  elə  bir  Ģeyi  var  ki,  onlar  onun  baĢına  dolanır,  ona 
səcdə edirlər, sizin isə bir elə Ģeyiniz yoxdur”. [Bundan sonra] o, Qabilin övladları 
üçün büt düzəldir; [beləliklə] ilk bütü düzəldən də o olur. 
                                                           
 Əmaliklər – Hicazda məskən salmıĢ ilk ərəbdilli qəbilələrdən biri. 


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə