NaġLƏ VƏLĠxanli



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə3/56
tarix08.09.2018
ölçüsü1,28 Mb.
#67555
1   2   3   4   5   6   7   8   9   ...   56


 
BaĢqa bir rəvayətə görə Vadd, Suva, Yaqus, Yauk və Nasr mömün adamlar 
idi,  hamısı  da  eyni  ayda  vəfat  etmiĢdi.  Qohum-əqrəba  qəm-qüssəyə  batır.  Onda 
Qabilin nəslindən olan bir adam deyir: “Ey camaat, istəyirsinizsə,  mən sizin  üçün 
onlara  bənzəyən  beĢ  büt  düzəldim,  ancaq  mən  onlara  can  verə  bilməyəcəyəm”. 
“Ġstəyirik”,  -  deyə  camaat cavab verir. O  da  onlar üçün həmin adamlara  oxĢayan 
bütlər  düzəldir...  [Onların  sonrakı  nəsilləri  də]  bu  bütlərə  sitayiĢ  edir,  inamları 
günü-gündən artır, allahsızlıq möhkəmlənir... Nəhayət Allah Nuhu öz rəsulu kimi 
onların  yanına  göndərir.  O  vaxt  Nuhun  480  yaĢı  vardı.  O,  120  il  peyğəmbərlik 
edərək,  adamları  Allaha  inama  çağırır.  Ancaq  adamlar  Nuha  qulaq  asmayıb,  onu 
yalançılıqda günahlandırırlar. Onda Allah Nuha gəmi düzəltmək əmrini verir. Nuh 
gəmini düzəldib ona oturanda 600 yaĢı vardı. [Aramsız sel nəticəsində] batan batır. 
Nuh  isə  bundan  sonra  daha  350  il  yaĢayır.  Selin  suları  getdikcə  artaraq bütün  yer 
üzünü  bürüyür.  Adəmdən  Nuhadək  2200  il  keçir.  Sular  Hauz  dağındakı  bütləri 
aĢırır, güclü dalğalar onları ölkədən-ölkəyə ataraq, nəhayət, Cudda sahilinə gətirir. 
Əsən küləklər isə bütləri torpaq ilə örtür. Sonradan bu yerin sakinləri olan hamilər 
bütlərdən  birini  torpaqdan  çıxarıb,  Vadd  adı  ilə  ona  sitayiĢ  etməyə  baĢlayırlar... 
Məkkədəki hər evin sakinlərinin sitayiĢ etdikləri bütlər vardı. Kim səfərə çıxsaydı, 
yola  düĢməmiĢdən  əvvəl,  evində  icra  etdiyi  son  hərəkət  həmin  bütə  toxunmaq 
olurdu.  Evinə  qayıdarkən,  içəri  daxil  olduqda,  ilk  icra  etdiyi  hərəkət,  yenə  də  o 
bütə  toxunmaq  idi...  Ərəblərin  bütlərə  inamı  güclü  idi...  Yola  çıxmıĢ  yolçu  hər 
hansı  bir  yerdə  düĢərgə  salırdısa,  qalan  üçündən  isə  qazanı  üçün  ocaq  qurardı. 
Yoluna davam edərkən həmin daĢları oradaca qoyub gedərdi. BaĢqa yerdə düĢərgə 
saldıqda,  yenə  də  elə  edərdi.  Onlar  hər  bütün  qabağında  qurban  kəsər,  onun 
mərhəmətini  qazanmağa  çalıĢardılar.  Bununla  bərabər,  Kəbənin  üstünlüyünü  dərk 
edər, həcc və umra (böyük və kiçik) ziyarətlərini yerinə yetirərdilər... 
...Bu bütlərin arasında Zü-l-xalasa adlısı vardı. Bu ağ naxıĢlarla bəzədilmiĢ 
daĢ idi, üzərində çələngə oxĢar bir Ģey vardı. Məkkə ilə Yəmən arasında Məkkədən 
yeddi  günlük  mədafədə  olan  Tabala  Ģəhərində  saxlanılırdı.  Onun  baxıcıları  bəhilə 
ibn  asur  tayfasından  olan  Uməma  oğulları  idilər.  Onlardan  baĢqa  xasam,  bəcilə, 
əzd,  əs-sərat,  onlarla  yanaĢı  yaĢayan  həvazin  tayfasından  olan  ərəb  qəbilələri, 
həmçinin  Tabala  ərazisində  yaĢayan  ərəblər  də  ona  sitayiĢ  edir  və  nəzirlər 
verirdilər...” 
VII  əsrin  əvvəllərinə  yaxın  Ərəbistanın  Ģimalı  və  mərkəzi  bölgələrində 
ibtidai-icma quruluĢunun dağılması prosesi daha da gücləndi. Tayfa və qəbilələrdə 
ayrıseçkilik artır, köçəri qəbilənin ümumi malı olan otlaq və su mənbəyi tədricən 
qəbilə  əyanlarının  əlinə  keçir,  nisbətən  gücsüz  bədəvi  nəsilləri  kasıblaĢırdı. 
Qəbilələr arasında və eləcə də daxilində ziddiyyətlər qızıĢır, yaranmıĢ nifaq illərlə 
davam edən müharibələrə çevrilirdi. Əvvəlki iqtidarını itirmiĢ nəsl azad bədəvinin 
Ģəxsiyyətini  müdafiə  etmək  qüdrətini  də  əldən  vermiĢdi.  Ərəblərin  yazılmamıĢ 
qanunlarından  olan  qisasalma  adətinə  əməl  olunmaması  halları  günü-gündən 
artırdı.  Qəbilədaxili  münaqiĢələr  zamanı  öz  qəbilələrindən  qovulmuĢ  və  ya  hər 



 
hansı  münasibətlə  doğma  elini  tərk  etmiĢ  adamlardan  təĢkil  edilmiĢ  soyğunçu 
dəstələrinə qoĢulanların  sayı  da az deyildi. Hər bir cəmiyyətin özünün  hər inkiĢaf 
səviyyəsinə uyğun öz dünyagörüĢü sistemi olduğu üçün Ərəbistanda da patriarxal 
icma quruluĢunun dağılması prosesi bu quruluĢa uyğun dini ideologiyanın – qədim 
ərəb  çoxallahlılığının  tənəzzülünə  gətirib  çıxarmalı  idi.  Köhnə  dünyagörüĢünün 
yenisi  ilə  əvəz  olunmasını  gücləndirən  amillərdən  biri  qonĢu  xalqlarla  geniĢlənən 
əlaqələr,  eləcə  də  islamdan  hələ  xeyli  əvvəl,  V  əsrin  sonu,  VI  əsrin  əvvəllərində 
yarımadanın əsasən oturaq əhalisi arasında, demək olar ki, eyni zamanda yayılmıĢ 
yəhudi  və  xristian  təlimləri  ilə  tanıĢlıq  oldu.  Ġslamın  yaranması  ərəfəsində 
Ərəbistan  sakinlərinin  bütlərə  olan  inamının  azalması  da  məhz  bu  proseslə  bağlı 
idi. 
Bu haqda Ġbn əl-HiĢamın dediklərindən: “...Kinana [tayfası] nəslindən olan 
Malik və Milkanın Cudda (Ciddə) sahilində Sad (hərfən: xoĢbəxt) adlı bütü vardı. 
Bu büt  uzun bir daĢ idi.  Bir  gün  həmin bütün  mərhəmətini qazanmaq istəyən bir 
ərəb öz dəvələrini onun qarĢısına gətirir. Lakin bütə yanaĢan kimi dəvələrin hərəsi 
bir tərəfə qaçır, (əlyazmanı köçürənin Ģərhi: çünki daĢın üstündə kəsilən qurbanın 
qanı qalmıĢdı). Ərəb hirslənir, yerdən daĢ götürüb bütə atır və deyir: “Allah  sənə 
tanrı olmaq üçün xeyir-dua verməyib! Dəvələrimi mənim əlimdən qaçırdın!” Sonra 
o,  dəvələrini  axtarıb  tapdı,  bütü  tərk  edərkən  dedi:  “(Ģer)  Biz  Sadın  ziyarətinə 
gəlmiĢdik  ki,  bizi  birləĢdirsin.  Sad  isə  bizi  ayrı  saldı.  Biz  [daha]  Sada  mənsub 
deyilik. Məgər Sad boĢ səhrada düĢüb qalmıĢ adi qaya parçası deyilmi – o nə əyri, 
nə də ki, düz yola dəvət edir...” 
Xristianlıq  dövlət  dininə  çevrildikdən  sonra  Roma  imperiyasından 
mühacirət  etmiĢ  yəhudilər  yəhudiliyi  Ərəbistan  mühitinə  gətirdilər.  Onıarın 
təbliğatı sayəsində Ərəbistanın cənubunda (Yəmən Ģəhərlərində), eləcə də Hicaz və 
Nəcdin  vadilərində  yəhudi  icmaları  yarandı.  Xristianlıq  isə  Ərəbistana  üç  yolla  – 
Ərəb Həssani padĢahlığı vasitəsilə Bizansdan, Ərəb Ləhmi padĢahlığının paytaxtı 
Hirə  vasitəsilə  Ġrandan  və  nəhayət,  HəbəĢistandan  gəlirdi.  Bizansla  həmhüdud 
yerlərdə  xristianlığın  monofizi,  Sasanilərlə  qonĢuluqdakı  qəbilələr  arasında  isə 
nestori təriqətlərinə etiqad daha güclü idi
*
. Xristianlıq Yəmənin Ģimalında, eləcə də 
Mərkəzi  Ərəbistanın  bəzi  qəbilələri  arasında  da  yayılmıĢdı  (məsələn,  təqlib  və 
nəmir qəbilələri, bəkr qəbiləsinin bir hissəsi və b. xristian idilər). Həm yəhudi, həm 
də xristian ərəblər əkinçilik, sənətkarlıq və ticarətlə məĢğul olurdular. 
Ərəbistanın əkinçi icmalarında vahid allahlılığı təbliğ edən, qiyamət gününə 
inanan və özlərini hənifilər adlandıranlar da vardı. Bütövlükdə nə xristianlığı, nə də 
yəhudiliyi qəbul edən  hənifilər adi ərəbin qavraya bildiyi sadə dinə ibadət etməyi 
üstün  tuturdular.  Məhz  bu  keyfiyyətləri  hənifilərə  yaxĢı  bələd  olan  Məhəmməd 
peyğəmbərin  onları  “təmiz  və  həqiqi”  dinin  ardıcılları  kimi  qiymətləndirməsinə 
                                                           
*
  Nestorilərin  təliminə  görə  Ġsa  həm  Ġlahi,  həm  də  insan  təbiətinə,  monfizilərin  təliminə  görə  isə  Ġsa 
yalnız ilahi təbiətə malikdir. 


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə