NaġLƏ VƏLĠxanli



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə5/56
tarix08.09.2018
ölçüsü1,28 Mb.
#67555
1   2   3   4   5   6   7   8   9   ...   56

12 
 
kimi də çıxıĢ edən Məhəmmədin hakimiyyətini tanıdı. Çox keçmədən peyğəmbərin 
siyasi  istedadını,  onun  az  qala  hərəsi  bir  bütə  sitayiĢ  edən  pərakəndə  ərəb 
qəbilələrini öz rəhbərliyi altında birləĢdirmək qabiliyyətini  yüksək qiymətləndirən 
məkkəlilər  də  müqaviməti  dayandırıb,  Məhəmmədə  “Allahın  yerdəki  elçisi,  dinin 
və dövlətin baĢçısı kimi inam gətirdilər. 
Fəaliyyətinin  ilk  dövründə  islamın  qəbulunu  hər  kəsin  vicdanına  həvalə 
edin, yalnız inandırma, təlqin yolundan istifadə edən Məhəmməd, iyirminci illərin 
sonu,  otuzuncu  illərin  əvvəllərində,  siyasi  üstünlüyü  də  əldə  etdikdən  sonra 
bütpərəstliyə  qarĢı  qəti  mübarizə  elan  etdi.  Bu  məsələni  araĢdıran  tədqiqatçılar 
Məhəmmədin  siyasi  və  diplomatik  mərifətini  xüsusi  qeyd  edirlər.  Belə  ki, 
bütpərəstliyin  qatı  əleyhdarı  olan  Məhəmməd  qəbilə  baĢçılarına  islamı  və 
peyğəmbərin  hakimiyyətini  silah  gücü  ilə  deyil,  xoĢluqla  qəbul  etmək  imkanı 
verirdi.  Bunun  üçün  onlara  möhlət  də  ayırmıĢdı.  Yalnız  təyin  olunmuĢ  vaxt  baĢa 
çatdıqda,  bütpərəstlər  isə  inadlarından  dönməyəndə,  belə  qəbilələr  silah  gücünə 
ram edilir, bir vaxtlar ayrı-ayrı qəbilələrin müstəqilliyinin rəmzi olan qəbilə bütləri 
isə məhv edilirdi. 
Bu  haqda  Ġbn  əl-Kəlbinin  dediklərindən:  “Allahın  rəsulu,  Allah  ona  xeyir 
versin  və  salamlasın,  Məkkəni  ələ  keçirdikdə,  [yerli]  ərəblər  isə  islamı  qəbul 
etdikdə, onların elçiləri [Məhəmmədin] yanına gəldi. Onların arasında islamı qəbul 
etmək  istəyən  Cərir  ibn  Abdullah  da  vardı.  Məhəmməd  ona  dedi:  “Ey  Cərir,  sən 
mənim  canımı  Zül-xalasa  [bütündən]  qurtara  bilərsənmi?”  –  “Bəli”  deyə  o  cavab 
verdi.  Peyğəmbər onu bütün  qoyulduğu  yerə  göndərdi.  [Cərir] yola  düĢdü, bəcilə 
tayfasından  olan  Əhməs  oğullarının  yanına  gəlib,  onlarla  birlikdə  oraya  getdi. 
Lakin  bütün  yaxınlığında  xasam  və  bəcilə  tayfaları  onu  döyüĢlə  qarĢıladılar.  O 
günü  Cərir  bəcilə  və  xasam  tayfalarından  olan  büt  mühafizlərindən  yüz  nəfərini, 
qühafa ibn amir ibn xasam oğullarından iki yüz nəfərini öldürdü, onlara qalib gəlib, 
qaçmağa məcbur etdi. Zül-xalasanın yerləĢdiyi məbədi dağıdıb yandırdı... Ġndi Zül-
xalasa [bütü] Tabaladakı məscidin astanasıdır”. 
Bütpərəstliklə  mübarizədə  yaranmıĢ  islam  onun  bir  çox  elementlərini 
mənimsədi.  Ərəblərin  əvvəllər  də  sitayiĢ  yeri  olan  Kəbə  müqəddəs  Qara  daĢı  ilə 
ümummüsəlman ziyarətgahı elan edildi, ziyarət zamanı yerinə yetirilən bir çox dini 
ayinlər,  adətlər  saxlanıldı,  məbəd  bütün  müsəlmanların  qibləgahına  çevrildi.  Dini 
mərkəz  kimi  tanınan  Məkkə  iqtisadi  əhəmiyyətinə  görə  yeni  yaranmıĢ  ərəb 
dövlətinin siyasi mərkəzi oldu. 
Göründüyü  kimi,  yeni  din  bütpərəst  bədəvilər  arasında  heç  də  asanlıqla 
yayılmırdı.  Ġbn  HiĢamın  gətirdiyi  baĢqa  bir  hekayətə  görə,  səhrada  Məhəmmədlə 
rastlaĢan  bir  bədəvi  onun  peyğəmbərliyini  yoxlamaq  məqsədilə    ondan  tələb  edir 
ki,  dəvəsinin  qarnında  olan  balasının  cinsini  müəyyənləĢdirsin.  Məhəmməd  ona 
cavab  vermədikdə,  həmin  bədəvi  onun  Allahın  elçisi  –  rəsulu  olduğuna 
Ģübhələndiyini  bildir.  Hədislərdə  də  bədəvilərin  cahilliyi,  tərsliyi,  peyğəmbərə 
hörmətsizliyi  haqqında  hekayətlərə  çox  rast  gəlirik.  Belə  məlumatlardan  görünür 


13 
 
ki,  Məhəmməd  bədəvilərlə  ehtiyatla  davranmağa  çalıĢır,  onların  tək  olan  Allaha 
inamının  sidq-ürəkdən  gəldiyinə  inanmırdı.  Quranda  “əl-Hücurat”  (“Otlaqlar”) 
surəsinin  aĢağıdakı  ayəsi  buna  sübutdur:  “Bədəvi  ərəblər  dedilər:  Biz  iman 
gətirdik. [Onlara] de: “Siz iman gətirmədiniz, ancaq [belə] deyin: biz təslim olduq, 
belə ki, iman hələ sizin ürəklərinizə daxil olmayıb və əgər Allaha və onun rəsuluna 
itaət etsəniz, o sizin iĢlərinizdən heç bir Ģey əksiltməz. [Çünki] Allah bağıĢlayan və 
rəhm edəndir” (49, 14). 
Məhz buna görə də iman gətirənləri “muminuna”, yəni “mömünlər”, Allaha 
inamla  yeni  dini  qəbul  edənləri  –  təslim  olanları  (“əsləmə”)  isə  -  “muslimuna”, 
yəni  “təslim  olmuĢlar,  tabe  olmuĢlar”  adlandırdılar.  Ġslamı  hələ  ürəkdən,  xoĢluqla 
deyil,  zor  gücünə  qəbul  etmiĢ  bədəvilərin  yalnız  mənafe  və  mənfəət  xatirinə  ona 
qoĢulduğunu yaĢxı baĢa düĢən Məhəmməd müxtəlif qəbilələrdən olan bu adamları 
nəyin  bahasına  olursa-olsun  öz  icması  ətrafında,  vahid  dövlət  çərçivəsində 
birləĢdirmək zərurətini yaxĢı baĢa düĢürdü. 
Lakin Məhəmmədin qəfil ölümü müsəlman icmasının möhkəmləndirilməsi, 
vahid  ərəb  birliyinin  yaradılması  iĢini  yarımçıq  qoydu.  Bununla  yanaĢı, 
mühacirlərlə  ənsarlar  arasında  müsəlman  icmasına  baĢçılıq  üstündə  mübahisə 
baĢlandı. YaranmıĢ çaxnaĢma hicrətdən də əvvəl Məhəmməd və Əbu Bəkrlə yanaĢı 
müsəlman  icmasına  baĢçılıq  edən  Ömər  ibn  əl-Xəttabın  nüfuz  və  məharəti 
sayəsində yatırıldı. Hər iki tərəf Əbu Bəkri müsəlman dini icmasının – yaranmaqda 
olan  Ərəb  dövlətinin  baĢçısı  seçdi.  Yeni  seçilmiĢ  baĢçı,  eləcə  də  ondan  sonra 
hakimiyyətə  gələnlər  “xəlifə”,  yəni  peyğəmbərin  ardıcılı,  əvəz  edəni  (ər.  “xələfə” 
feli kiminsə ardınca getmək, kmi isə əvəz etmək mənasını daĢıyır) adını aldı. 
Müsəlman  tarixi  ənənəsinə  görə,  “əl-xüləfa  ər  raĢidun”  –  “doğru  yolu 
tutmuĢ xəlifələr” adlandırılan dörd xəlifənin – Əbu Bəkr (632 – 634), Ömər ibn əl-
Xəttab (634  – 644), Osman ibn Affan (644  – 656) və Əli ibn Əbu Talibin (656  – 
661) hakimiyyət illəri ərəb iĢğalının geniĢ yayıldığı dövrdür. 
Ərəblərin öz dinləri ilə Ərəbistan hüdudlarından çıxmalarına, bu dini yalnız 
bütpərəst ərəblər arasında deyil, xristian və yəhudi ərəblər və qeyri-ərəblər arasında 
yaymalarına nə səbəb olmuĢdu? 
Quranda Məhəmmədə müraciətlə deyilir: “De: mülk sahibi olan Allah! Sən 
mülkü  istədiyinə  verirsən,  istəmədiyindən  mülkü  alırsan,  istədiyini  ucaldırsan, 
istəmədiyini  zəlil  edirsən.  Xeyir  –  sənin  əlindədir.  Doğrudan  da  sən  hər  Ģeyə 
qadirsən”  (III,  26);  BaĢqa  bir  yerdə  deyilir:  “O  kəslər  ki,  nə  Allaha,  nə  də  axirət 
gününə  iman gətirmirlər, Allahın və onun rəsulunun haram buyurduqlarını haram 
bilmirlər, haqq dininə (islama) yaxın gəlmirlər, o kəslərə  ki, [müqəddəs] kitab əta 
edilib – onlarla həqir olub, əli cizyə verənəcən döyüĢün (IX, 29)”. 
Quranda, bununla  yanaĢı, Məhəmməd peyğəmbərin öz doğma  ərəb dilində 
vəhylə Allah tərəfindən ərəblərin yanına göndərilməsi haqqında da məlumat vardır 
(26, 192 – 195). Müsəlman tarixi ənənəsinə görə, Məhəmməd peyğəmbər ömrünün 
son  günlərində  də  “Ərəbistanda  yalnız  bir  dini  etiqad  olmalıdır”  fikrini  təsdiq 


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə