NaġLƏ VƏLĠxanli



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə7/56
tarix08.09.2018
ölçüsü1,28 Mb.
#67555
1   2   3   4   5   6   7   8   9   10   ...   56

16 
 
Fütuhat  haqqında  xüsusi  kitab  yazmıĢ  IX  əsr  ərəb  tarixçisi  əl-Bəlazuri 
Azərbaycanın hicri tarixi ilə 18-ci (639) ildə Huzayfa ibn əl-Yəmənin baĢçılığı ilə 
sülh  yolu  ilə  alındığı  barədə  məlumat  verir.  Lakin  o  dövrün  qanlı-qadalı 
hadisələrinin ən  yaxĢı Ģərhçilərindən olan, onun  müasiri tarixçi  ət-Təbəri sərkərdə 
Utba  ibn  Farkadın  adından  18-ci  ildə  bağlanılmıĢ  müqaviləni  “22-ci  ilə  aid 
hadisələr”  bölməsinə  salır  və  xüsusi  izahat  verməsə  də,  bununla,  hadisənin  18-ci 
ildə deyil 22-ci ildə baĢ verdiyini göstərir. 
Lakin  ərəb  yürüĢləri  istiqamətinin  izlənməsi  sübut  edir  ki,  Azərbaycanın 
real fütuhatının baĢ  verdiyi 22-ci  ildən  əvvəl,  Mesopotamiyanın iĢğalı prosesində 
Azərbaycan  ərazisinə  Urmiya  gölünün  cənub-qərb  tərəfindən  hücum  (və  bəlkə  də 
hücumlar)  olmuĢ  və  nəticədə  qərb  sərhədlərinin  mərzbanı  ilə  müqavilə 
bağlanmıĢdı.  Hadisələrin  məhz  o  zonada  baĢ  verməsi  müqavilənin  mətnindən  də 
görünür;  mərzban  ərəblərə  “800  min  dirhəm  verməyə  boyun  olurdu,  əvəzində 
ərəblər  heç  kəsi  öldürməyəcək,  əsir  almayacaq,  atəĢgahları  dağıtmayacaq, 
Balasacanın, Savalanın və Miyan Ruzanın
*
  kürdlərini  sıxıĢdırmayacaq,  ġiz  əhlinə 
bayramlarda  rəqs  etməyə  və  əvvəllər  yerinə  yetirdikləri  [ayinlərə]  əməl  etməyə 
icazə  verəcəklər”.  Lakin  müəyyən  hüdud  çərçivəsində  qazanılan  belə  ötəri 
qələbələr  nəticə  etibarilə  ərəblər  üçün  hələ  müvəffəqiyyətli  hesab  edilə  bilməzdi, 
çünki  imperiyanın  mərkəzində  iflasa  uğramıĢ Sasani  üsuli-idarəsi ucqarlarda  hələ 
Ġran qoĢunlarının qalıqları tərəfindən müdafiə olunurdu. 
Ərəblərin  hücumu  ərəfəsində  Azərbaycan  inzibati  bölgü  kimi  cənubda 
Zəncandan, Ģimalda Dərbəndədək ərazini tuturdu. Bunu 533-cü ildə Dərbənd qala 
divarında  Sasanilərin  oradakı  mərzbanının  həkk  etdirdiyi  yazı  da  təsdiq  edir. 
Sasani  imperiyası  tərkibində  olan,  lakin  nisbi  müstəqilliyini,  eləcə  də  Mihranilər 
sülaləsinə  mənsub  hökmdarlarını  saxlaya  bilmiĢ  Ģimal  torpaqlarından  – 
Albaniyadan fərqli olaraq cənub torpaqları – Adurbadaqan öz siyasi müstəqilliyini 
tamam itirmiĢ, imperiyanın vilayətlərindən – dastakertlərindən birinə çevrilmiĢdi. 
Beləliklə,  ərəblər  Azərbaycana  hücum  etdikdə,  cənubda  –  Adurbadaqanda 
Sasani  mərzbanlarının,  Ģimalda  –  Albaniyada  isə  Mihranilər  sülaləsinin 
nümayəndəsi CavanĢirin atası Varaz Qriqorun hakimiyyəti mövcud idi. 
Mənbələrdəki 
ziddiyyətli 
faktlara 
baxmayaraq, 
ərəblərin  Sasani 
imperiyasının  Xəzərsahili  vilayətlərinə,  o  cümlədən  Azərbaycana  real  hücumu 
yalnız  642-ci  ildə  baĢ  verən  Nihavənd  və  Həmədanın  fəthindən  sonra  mümkün 
oldu.  Tədqiqatçıların  (A.  Ġ.  Kolesnikov  və  b.)  fikrincə,  əhəmiyyətinə  və  ciddi 
nəticələrinə  görə  ərəblər  üçün  çox  qələbələrdən  üstün  olan  Nihavəndin  süqutu 
iranlıların  milli  Ģüurlarına  ağır  mənəvi  zərbə  endirdi.  Tarixçi  ət-Təbərinin  dili  ilə 
desək, o gündən farsların birliyi pozuldu, indən belə hər vilayətin əhalisi düĢmənlə 
                                                           
*
  Bu  yerin  adı  bəlkə  də  səhvdir.    Çünki  əlyazmanın  baĢqa  nüsxələrində  Satrudan  (?)  adı  da  iĢlədilib. 
Miyan  Ruzan  adlı  yerin  Ġranın  Darabacird  və  ya  Ġstəxr  vilayətlərində  qala  olması  barədə  mənbələrdə 
məlumat var. 


17 
 
yalnız öz vilayəti hüdudlarında döyüĢürdü. Əl-Bəlazurinin verdiyi məlumata görə, 
Nihavənd  döyüĢündən  bilavasitə  sonra  ərəblər  Həmədan-Rey  yolu  üstündə 
yerləĢən,  alimlərin  fikrincə,  o  dövrdə  hələ  Ģəhər  səviyyəsinə  yüksəlməyən  və  adi 
qalalardan ibarət olan Qum və KaĢanı tutdular. 
Ərəb  yürüĢləri  istiqamətinin  müəyyənləĢməsində  mühüm  rol  oynayan 
amillərdən  söhbət  açan  ət-Təbəri  öz  əsərində  maraqlı  bir  hekayət  verir.  Bu 
hekayətdə  xəlifə  Ömərin  Sasani  ordusunun  keçmiĢ  sərkərdələrindən  biri  qədim 
Ġran  nəslinə  mənsub  olan,  sonralar  isə  islamı  qəbul  etməklə  canını  qurtara  bilən 
mərzban Hörmüzdanla söhbətindən danıĢılır. Xəlifənin, yürüĢləri hansı istiqamətdə 
davam  etdirmək  daha  məsləhətdir  sorğusuna,  Hörmüzdan  Ġsfahandan  baĢlamağı 
lazım görür, çünki onun fikrincə Ġsfahan – baĢ, Fars və Azərbaycan isə qanadlardır; 
baĢ üzülməlidir ki, qanadlar da ram edilsin. 
Mənbələrə əsaslanan tədqiqatçıların fikrincə Ġsfahan 23 – 24-cü illərdə (643 
–  644)  iĢğal  edilmiĢdir.  Yenə  həmin  mənbələrdəki  məlumata  görə,  Ģimala  doğru 
istiqamət  götürmüĢ  ərəblər  görünür,  eyni  zamanda,  Azərbaycana  gedən  yolun 
üstündə yerləĢən yeri tutmaq üçün Həmədan – Rey vilayətləri ayrıcındakı Dəstəbə 
sərhəd nahiyəsini iĢğal etdilər, onun qalalarında isə hərbi qarnizonlar yerləĢdirilər. 
Məhz  bu  qarnizonlardakı  ərəb  əsgərləri  Azərbaycana  və  Ġranın  Xəzəryanı 
vilayətlərinə yürüĢə hazırlıq görürdülər. 
Ərəb  iĢğalının  müsibətli  nəticələrini  yaxĢı  baĢa  düĢən  Azərbaycandan, 
Deyləmdən və Reydən olan qeyri-nizami qoĢunlar Dəstəbə yaxınlığındakı Vacrud 
adlı yerdə toplaĢdılar. Burada baĢ verən qanlı döyüĢü ət-Təbəri hər iki tərəf üçün 
ağır  itkilərinə  görə  Nihavənd  və  baĢqa  böyük  vuruĢmalarla  müqayisə  edir: 
“Nihavənd  vuruĢmasına  bərabər,  ondan  geri  qalmayan  böyük  döyüĢ  oldu;  bu 
böyük vuruĢmada saysız-hesabsız adam qırıldı”. 
Müsəlmanların qalib gəldiyi bu ağır vuruĢmada azərbaycanlı döyüĢçülərinin 
baĢında  Azərbaycan  mərzbanı  Ġsfəndiyar  ibn  Fərruxzad  dururdu.  Reydən 
qayıtdıqdan  sonra  o,  seyrəlmiĢ  qoĢununu  Azərbaycanın  Bacarvan,  Miməz,  Bəzz, 
Sərab, ġiz, Məyanic (Miyanə) və b. Ģəhərlərindən topladığı əsgərlərlə artırdı. 
Nihavənd döyüĢündən düz bir il sonra, Reyin iĢğalı hələ tam baĢa çatmamıĢ, 
xəlifə  Ömərin  əmrilə  Bukayr  ibn  Abdullah  və  Utba  ibn  Farkadın  baĢçılıq  etdiyi 
qoĢun dəstələri Azərbaycan sərhədlərini keçdilər. 
Beləliklə,  hicri  tarixlə  22-ci  ildə,  miladi  tarixlə  643-cü  ildə  Ərdəbil 
yaxınlığındakı Cərmidan dağı yanında ərəblər Reydən təzəcə qayıtmıĢ Ġsfəndiyarın 
hələ  yaxĢı  möhkəmlənə  bilməmiĢ  dəstəsilə  üzləĢdilər.  Mənbələrin  məlumatına 
görə, bu Bukayrın Azərbaycan ərazisində azərbaycanlılarla ilk toqquĢması idi. Bir 
neçə  gün  davam  edən  qanlı  döyüĢ  ərəblərin  qələbəsilə  baĢa  çatır.    Qırılan  qırılır, 
qaçan qaçır, Ġsfəndiyar özü isə əsir düĢür. Ət-Təbəri Ġsfəndiyarla Bukayr arasında 
baĢ  verən  danıĢığın  mətnini  verir:  “Ġsfəndiyar  soruĢur:  “XoĢladığın  hərb  və  ya 
sülhdür?”  Bukayr  cavab  verir  ki,  əlbəttə,  sülh.  Ġsfəndiyar  deyir:  “Onda    məni 


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə