NaġLƏ VƏLĠxanli



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə8/56
tarix08.09.2018
ölçüsü1,28 Mb.
#67555
1   ...   4   5   6   7   8   9   10   11   ...   56

18 
 
yanında  saxla,  çünki  mən  Azərbaycan  əhalisi  üçün  sülh  müqaviləsi  bağlayıb 
qayıtmayanacan sənə qarĢı heç bir müqavimət olmayacaq”. 
Rey  yanındakı  döyüĢlərin  ərəblər  üçün  müvəffəqiyyətlə  baĢa  çatması 
xəlifənin Bukayra kömək göndərmək haqqındakı əmrini yerinə yeritmək imkanını 
verir,  Sərkərdə  Simak  köməyə  göndərilir.  Çox  keçmədən  Ġsfəndiyarın  qardaĢı 
Bəhramın  baĢçılıq  etdiyi  qoĢun  Utba  ibn  Farkadın  dəstəsinə  hücum  edir.  Ərəblər 
bu dəfə də qələbə qazanırlar, Bəhram zorla qaçıb canını qurtarır. Yeni məğlubiyyət 
xəbəri  hələ  də  Bukayra  əsir  olan  Ġsfəndiyara  çatdıqda,  o,  deyir:  “Daha  sülh 
bağlamaq  vaxtıdır,  hərb  qurtardı”.  Beləliklə,  ərəblərlə  Azərbaycan  arasında  sülh 
müqaviləsi bağlanır. Müqavilənin mətnində deyilirdi: 
“Bismillahiri-r-rəhmani-r-rəhim! 
Bu,  mömünlərin  əmiri  Ömər  ibn  əl-Xəttabın  amili  Utba  ibn  Farkadın 
Azərbaycan  əhalisinə  -  onun  düzlərində,  dağlarında,  ucqar  və  sərhəd  yerlərində 
yaĢayanlarına,  onların  əmlakına,  dini  icmalarına,  qanunlarına,  qaydalarına  əta 
etməyi amandır, bu  Ģərtlə  ki,  onlar imkanları daxilində cizyə verəcəklər. Qadınlar 
və  uĢaqlar,  həmçinin  yaĢamaq  üçün  vəsaiti  olmayan  xroniki  xəstələr,  dünya 
malından  heç  nəyi  olmayan  zahidlər  [cizyə  verməkdən]  azaddırlar.  Bu  [aman] 
onlara və onlarla yaĢayanlara aiddir. Onların borcudur ki, müsəlman qoĢunlarından 
[yolunu azmıĢ və ya gecəyə düĢmüĢ hər bir] müsəlmana bir gün, bir gecə yer edib, 
[sonra  isə]  yolunu  niĢan  versinlər.  Onlardan  kimsə  hər  hansı  il  [müsəlman 
qoĢununa]  əsgəri  xidmətə  qəbul  edilsə,  o  ilin  cizyəsi  onun  boynundan  götürülür. 
Kimsə  daimi  yaĢamaq  üçün  [burada]  məskən  salsa,  daimi  yaĢayanlara  aid  edilən 
qaydalar ona da  Ģamil ediləcək. [Ölkəni] tərk edənlərə  isə  pənah apardıqları  yerə 
yetiĢənəcən aman verilir”. 
Cərmidan  yanındakı  döyüĢ  bu  vaxtadək  bir  çox  döyüĢləri  zəfərlə  baĢa 
çatdıran  ərəblərin  Ģimala  –  Qafqaza  olan  yolunu  açdı.  Xəlifə  Ömərin  əmri  ilə 
Bukayr sərkərdə Utba ibn Farkadı xəlifənin Azərbaycandakı amili vəzifəsinə təyin 
edib,  özü  isə  ilk  növbədə  Bab  əl-Əbvabın  –  Dərbəndin  fəthinə  hazırlıq  görməyə 
baĢlayır. 
Maraqlı  burasıdır  ki,  Azərbaycan  əhalisi  ilə  bağlanan  müqavilə 
Azərbaycanın  fəthində  daha  böyük  fəaliyyət  göstərmiĢ  Bukayrın  deyil,  Utba  ibn 
Farkadın dilindəndir. Ət-Təbəri bu haqda yazır: “Ona tapĢırılan torpaqları Bukayr 
Utbadan  xeyli  əvvəl  fəth  etmiĢdi,  lakin  müqavilə  Utba  Bəhramın  [ordusunu] 
darmadağın etdikdən sonra bağlandı. Buna görə Azərbaycan əhalisi ilə müqaviləni 
Utba bağladı; bu [müqaviləyə] görə Bukayrın [fəth etdiyi] vilayət onun tabeliyinə 
keçdi və özünün [fəth etdiyi] torpaqlarına qatıldı”. 
Azərbaycanın  cənub  hissəsinin  iĢğalını  baĢa  çatdıran  ərəblərin  birbaĢa 
Dərbəndi tutmaq cəhdləri ilk baxıĢda qəribə görünə bilər. Lakin ərəblər yaxĢı baĢa 
düĢürdülər  ki,  Ģimal  sərhədlərini  möhkəmləndirmədən  Azərbaycanı,  eləcə  də 
Cənubi  Qafqazın  baĢqa  vilayətlərini  tabe  etmək  mümkün  olmayacaq,  ərəblərin, 
əlbəttə,  ondan  da  xəbərləri  vardı  ki,  Qafqaz  keçidlərinin  (Alban  qapıları  adlanan 


19 
 
Dərbənd  keçidi  ilə  Alan  keçidi  adlanan  Dəryal)  qorunması  vaxtilə  Sasaniləri  və 
hətta  keçidlərdən  xeyli  uzaqda  yerləĢən  Bizansı  da  narahat  edib...  Doğrudan  da 
hələ  422-ci  ildə  Bizans  Ġranla  xüsusi  müqavilə  bağlamıĢ  və  Alan  keçidinin 
müdafiəsi  üçün  Sasanilərə  ildə  müəyyən  qədər  qızıl  verməyə  boyun  olmuĢdu. 
Sasanilər  Dərbənd  keçidini  də  möhkəmləndirmək  üçün  dağlardan  dənizədək  beĢ 
sıra  müdafiə  sədləri  qurdurmuĢ,  burada  gözətçi  dəstələri  yerləĢdirmiĢdilər.  Bütün 
bu  tədbirlər  Azərbaycanı  əvvəllər  hun-bulqar  birliyinin,  bir  qədər  sonra  isə  baĢqa 
köçərilərin hücumundan qorumaq üçün görülmüĢdü. 
Lakin  heç  bir  tədbir  VI  əsrin  ortalarından  Azərbaycan  ərazisinə  ardı-arası 
kəsilmədən hücum edən xəzərlərin qarĢısını ala bilmədi. 
Ərəblər çıxıĢ yolunu yalnız Dərbəndi ələ keçirib keçidi öz nəzarətləri altına 
almaqla  görürdülər.  Buna  görə  də  xəlifənin  əmrilə  Bukayr  elə  həmin  il  qoĢunun 
ağzını  Dərbənd  istiqamətinə  çevirdi.  ġimal  yürüĢünün  ağırlığını  yaxĢı  dərk  edən 
xəlifə  Ömər  sərkərdələrindən  Suraka  ibn  Əmri,  Huzayfa  ibn  Asid  əl-Qəffarini, 
Həbib  ibn  Məsləməni,  Əbdürrəhman  ibn  Rəbiə  əl-Bəhilini  və  onun  qardaĢı 
Səlmanı Bukayrın köməyinə  göndərdi. Suraka ibn  Əmr  xəlifənin əmrilə birləĢmiĢ 
qoĢunların  komandanı  təyin  olundu;  Əbdərrəhman  ibn  Rəbiənin  dəstəsi  əsas 
qüvvənin  qabağında,  Huzayfanın  və  Bukayrın  qoĢunları  sağ  və  sol  cinahlarda 
yerləĢdirilməli,  son  zərbəni  isə  Səlmanın  dəstəsi  endirməli  idi.  Dəstələr  Dərbənd 
divarı yanında birləĢdilər.  
Bu  zaman  Sasanilərin  Ģimal  sərhədlərinin  mərzbanı  ġəhribərəz  (və  ya 
ġəhriyar)  idi.  Azərbaycanın  fəthi  xəbəri,  Ģübhəsiz,  ona  da  çatmıĢdı.  Ərəblərin  ön 
dəstəsinin  hücumu  baĢlanan  kimi,  mənasız  qırğının  qarĢısını  almağa  çalıĢan 
ġəhribərəz, dəstənin baĢçısı Əbdürrəhmanla danıĢıqlar aparmaq üçün icazə istədi. 
Ət-Təbəri  bu  görüĢü  belə  təsvir  edir:  “Aman  verən  kimi  [ġəhribərəz]  görüĢünə 
gəlib  dedi:  Mən  quduz  düĢmənə  və  əsli  olmayan  qaba  xalqlara  qarĢı  durmuĢam. 
Nəcib və dərrakəli olan  bu cinsdən olanlara kömək etməz və əsil-nəcabəti olanlara 
qarĢı  onlardan  kömək  ummaz,  çünki  əsli  olan,  harada  olursa  olsun,  yalnız  əsli 
olana  yaxındır.  Mənim  özümüm  nə  dağlılara  (qabc  –  qafqazlı),  nə  də  ermənilərə 
dəxlim  yoxdur.  Siz  mənim  ölkəmin  (yəni  Sasani  imperiyasının)  və  mənim 
xalqımın  (yəni  farsların)  üzərində  qələbə  çaldınız.  Ġndən  belə  mən  sizlərdənəm, 
sizinlə  əlbəələm,  rəğbətim  də  sizədir,  Allah  bizimlə  sizdən  razı  olsun!  Qoy  bizim 
sizə  verəcəyimiz  cizyə-köməyimiz  və  sizin  buyruğunuza  əməl  etməyimiz  olsun. 
Bizi  cizyə  ilə  alçatmayın,  əks  təqdirdə  onunla  öz  düĢməniniz  qarĢısında  bizi 
zəiflədərsiniz”.  Əbdürrəhman  vasitəsilə  Suraka  ilə  görüĢən  ġəhribərəz,  nəhayət, 
xəlifənin  də  təsdiq  etdiyi  bu  imtiyaza  nail  olur.  Əli  silah  tutub  keçidin 
müdafiəsində duran dərbəndlilər ərəb əsgəri xidmətində olduqları ilin cizyəsindən 
azad edilirlər. 
Dərbəndin alınması ilə Ģimal tərəfdən təhlükəsizliyi təmin etmiĢ Suraka ibn 
Əmr  bundan  sonra  yeni  torpaqlar  ələ  keçirmək  məqsədilə  Cənubi  Qafqazın  hər 
tərəfinə  -  Muğana,  Tiflisə,  Alan  ölkəsinə  və  Albaniyaya  qoĢun  dəstələri  yollayır. 


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə