NaġLƏ VƏLĠxanli



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə9/56
tarix08.09.2018
ölçüsü1,28 Mb.
#67555
1   ...   5   6   7   8   9   10   11   12   ...   56

20 
 
Muğana göndərilən əsgərlərə Bukayr, Tiflisə - Həbib ibn Məsləmə, Alan ölkəsinə - 
Huzayfa ibn Asid, Albaniyaya göndərilənlərə isə Səlman baĢçılıq edirdilər. 
Surakanın bu özbaĢına hərəkəti xəlifə Ömərin xoĢuna  gəlmir. Çünki, onun 
fikrincə,  Suraka  iĢğal  etmək  istədiyi  yerlərin  nə  geniĢ  coğrafi  mövqeyini,  nə  də 
saysız-hesabsız  qoĢununu  nəzərə  almıĢdı.  Doğrudan  da  göndərilən  dəstələrdən 
yalnız  Bukayr  tapĢırığı  yerinə  yetirə  bilir.  Muğan  fəth  olunur.  Qalan  yerlərdə  isə 
güclü  müqavimətlə  rastlaĢan  ərəblər  yalnız  qənimətlə  kifayətlənirlər.  Muğan 
camaatı ilə bağlanan müqavilənin mətnində deyilirdi: 
“Bismillahi-r-rəhmani-r-rəhim! 
Bu  –  Bukayr  ibn  Abdullahın  əl-Qabc  (Qafqaz)  dağından  Muğan  əhalisinə, 
onların  mülkünə,  özlərinə,  dinlərinə,  qayda-qanunlarına  əta  etdiyi  amandır,  [bu 
Ģərtlə  ki,]  hər  həddi-buluğa  çatan,  bir  dinar  və  ya  onun  dəyərində  cizyə  ödəsin, 
müsəlmana  qarĢı  səmimi  olsun,  ona  [azanda]  yolunu  göstərsin,  bir  gün  bir  gecə 
saxlasın. [Müqavilənin Ģərtlərinə] əməl edənəcən, səmimiyyət göstərənəcən biz də 
sadiqliyimizə boyun oluruq. Ancaq, əgər onlar üz döndərib əhdi pozsalar, axırıncı 
fitnəkaradək    hamını  təslim  etməsələr  onlara  aman  olmayacaq;  əks  təqdirdə  onlar 
həmin [adamlara] Ģərik hesab olunacaqlar”. 
Bu  yürüĢ  zamanı  ərəblər  xəlifə  Ömərin  əmrilə  Dərbənddə  Ģimalda  olan 
Xəzər  torpaqlarını  da  tutmağa  cəhd  göstərdilər.  Növbəti  hücuma  həmin  il  vəfat 
etmiĢ Surakanı Dərbənd sərhəd xəttinin rəisi vəzifəsində əvəz edən Əbdürrəhman 
əl-Bəlili baĢçılıq edirdi. Ərəb atlılarının ilk hücumu müvəffəqiyyətlə nəticələndi – 
xəzərlərin  əl-Beyda  Ģəhəri  iĢğal  olundu;  o  dövrün  tarixçilərinin  fikrincə  bu 
qələbədə  ərəblərin  qeyri-adiliyi,  hətta  ölməzliyi  haqqında  xəzərlər  arasında 
yayılmıĢ  əfsanənin  rolu  da  az  deyildi.  Bu  barədə  ət-Təbəri  belə  yazırdı: 
[Əbdürrəhman  türklərə  yenə]  hücum  etdikdə,  onlar  bir-birilərinə  Ģikayətlənərək 
dedilər:  “Onlar  doğrudan  da  ölməzdirlər”.  [Bəziləri  isə]  “hələ  baxarıq!”  –  deyib, 
meĢədəki  kolluqda  gizləndilər.  Qəflətən  onlardan  biri  ox  atıb,  müsəlmanlardan 
birini  öldürdü,  yoldaĢları  [bunu  görüb]  qaçmağa  üz  qoydular.  Onda  [türklər 
Əbdürrəhmana] qarĢı döyüĢə girdilər”. 
Bununla ərəblərin ölməzliyi haqqında əfsanə alt-üst edildi. Xəlifə Osmanın 
(644  –  656)  hakimiyyətinin  ilk  ilində  də  xəzərlərə  qarĢı  yürüĢləri  davam  etdirən 
ərəblər  növbəti  hücumlardan  birində,  Bələncər  yaxınlığında  məğlubiyyətə 
uğrayırlar, Əbdürrəhman özü öldürülür, qoĢun geri çəkilir. Ərəblərin Azərbaycana 
birinci yürüĢü baĢa çatır. 
Beləliklə,  643-644-cü  illərdə,  xəlifə  Ömərin  dövründə,  ərəblər  tarixi 
Azərbaycan  ərazisinin  yalnız  cənub  və  Dərbəndədək  Xəzər  sahili  hissələrini  tuta 
bildilər.  Lakin  bu  istilanın  özülü  hələ  möhkəm  deyildi.  24/644  –  45-ci  illərdə, 
xəlifə  Ömərin  ölümündən  sonra  yaranmıĢ  siyasi  vəziyyətdən  istifadə  edən  
Azərbaycan  əhalisi  üsyan  qaldırıb,  ərəblərlə  bağlanmıĢ  müqavilələrin  Ģərtlərini 
yerinə  yetirməkdən  imtina  etdi  (ət-Təbəri  baĢqa  bir  mənbəyə  istinadən  bu 
hadisənin  baĢ  verdiyi  26/646  –  47-ci  illər  tarixini  də  verir).  Xilafətin  yeni  baĢçısı 


21 
 
Osmanın  Azərbaycana  göndərdiyi  sərkərdə  əl-Valid  ibn  Ukbanın  rəhbərlik  etdiyi 
ordunun hücumu ilə ərəblərin Azərbaycana ikinci yürüĢü baĢlanır. 
Əl-Validin ordusunda birinci yürüĢ zamanı  ad çıxarmıĢ Səlman ibn Rəbiə 
və  Abdallah  ibn  ġubayl  kimi  sərkərdələr  vardı.  Abdallahın  baĢçılıq  etdiyi  dörd 
minlik  dəstə  Muğan,  Bədr  və  Taylasana  (TalıĢana)  soxularaq,  bu  Xəzəryanı 
torpaqları  yenidən  iĢğal  etdi,  qənimət  və  əsirlərlə  əl-Validin  qərargahına  qayıtdı. 
Azərbaycan  yenidən  iĢğal,  köhnə  müqavilə  isə  bərpa  edildi...  Müqavilənin 
Ģərtlərinə  görə  azərbaycanlılar  təzminatla  yanaĢı  800  min  dirhəm  verməyə  boyun 
oldular. 
Tarixçi  əl-Bəlazuri  bu  yürüĢ  haqda  belə  məlumat  verir:  “Əl-Hüseyn  ibn 
Əmr və Əhməd ibn Müslih əl-Əzdi Azərbaycan əhalisindən olan qocaların dilindən 
mənə  dedilər:  əl-Valid  ibn  Ukba  Azərbaycana  gələrkən,  əl-ƏĢas  ibn  Qeys  də 
onunla idi. Əl-Valid ibn Ukba Azərbaycanı tərk edərkən, əl-ƏĢası buranın hakimi 
yerində qoydu. Azərbaycan üsyan etdikdə, əl-ƏĢas əl-Validdən kömək istədi, o da 
Kufə  əhalisindən  [təĢkil  olunmuĢ]  böyük  bir  ordunu  ona  göndərdi.  Əl-ƏĢas 
handan-hana  keçərək  –  (han  Azərbaycan  əhalisinin  dilində  “mülk  (xan[lıq])” 
deməkdir
*
),  buranı  Huzayfa  və  Ukba  ibn  Farkadla  bağlanmıĢ  müqavilənin 
Ģərtlərinə görə [yenidən] fəth etdi. Əl-ƏĢas burada əta (təqaüd) və divan siyahısına 
salınmıĢ ərəblərdən yerləĢdirdi, onlara camaatı Ġslama dəvət etməyi buyurdu”.  
Bu  yürüĢ  zamanı  əl-Validin  12  minlik  ön  dəstəsinə  baĢçılıq  edən  Səlman 
ibn  Rəbiənin  əsgərləri  ətraf  əhalini  qorxutmaq  məqsədilə  Albaniya  ərazisinə 
hücum  edərək,  oranı  talayıb  çapdılar  və  böyük  qənimət  və  əsirlərlə  əl-Validin 
qərargahına qayıtdılar. Yalnız bundan sonra  vəzifəsini bitmiĢ hesab edən əl-Valid 
Xilafətin  elçisi  əl-ƏĢas  ibn  Qeysi  Azərbaycan  hakimi  təyin  edərək  paytaxta 
qayıdır. Əl-Bəlazurinin məlumatında diqqəti cəlb edən iki cəhət də vardır: Əvvəla 
Azərbaycan,  daha  doğrusu,  Azərbaycan  əhalisinin  dilində  verilmiĢ  han  –  sözü  və 
bu  sözün  tərcüməsi,  ikincisi,  ərəb  üsul-idarəsinin  Azərbaycandakı  baĢçısının 
torpaqlarımızda  məskən  salmıĢ  ərəblərdən  missioner  –  Ġslamın  təbliğatçısı  kimi 
istifadə etməsi. “Han” sözünü yuxarıdakı qeydimizdə açmağa çalıĢdıq, ikinci cəhət 
haqqında müvafiq bölmədə danıĢmağı məqsədəuyğun hesab edirik. 
Elə həmin il Azərbaycanın Ģimal-qərb hissəsi də ərəb iĢğalına məruz qaldı. 
Xəlifə  Osman  Azərbaycanın  ilk  fəthi  günlərindən  Xilafət  qoĢunları  tərkibində 
vuruĢan  və  artıq  bir  neçə  dəfə  Albaniya  ərazisinə  hücum  edən  mahir  sərkərdə 
                                                           
*
  Əl-Bəlazuri  mətninin  bu  hissəsinin  tərcüməçiləri  (P.  Juze,  L.  Nadiradze)  ərəb  dilindəki  “əl-hair” 
sözünü  “bağ”  kimi  açmıĢlar.  S.  AĢurbəyli  ġirvan  tarixinə  həsr  etdiyi  dəyərli  əsərində  həmin  sözü 
dilimizdə iĢlədilən, mənĢəcə ərəbdilli “handan-hana” ifadəsilə bağlamıĢdır  (o, “handan-hana” ifadəsini 
səhvən  türk  dililə  əlaqələndirir).    Bu  açmaların  hər  biri  məzmuna  uyuĢmadığı  üçün,  bizim  fikrimizcə, 
“əl-hair” sözünü “əl-haiz” kimi oxumalıyıq (r və z səslərinin yalnız bir nöqtə ilə fərqlənməsindən irəli 
gələn  bu  anlaĢılmazlıq  əlyazmasını  köçürənlərin  tez-tez  etdikləri  səhvdir).  “Sahib,  malik,  mülk” 
mənasını  verən  “əl-haiz”  sözünün  dilimizdəki  “xan”  (mətndə  “han”)  sözü  ilə  eyniliyi  daha  inandırıcı 
olduğu üçün biz bu sözün məhz yuxarıdakı yazılıĢını (əl-haiz) və mülk, xanlıq tərcüməsini qəbul edirik. 


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə