8
BaĢqa bir rəvayətə görə Vadd, Suva, Yaqus, Yauk və Nasr mömün adamlar
idi, hamısı da eyni ayda vəfat etmiĢdi. Qohum-əqrəba qəm-qüssəyə batır. Onda
Qabilin nəslindən olan bir adam deyir: “Ey camaat, istəyirsinizsə, mən sizin üçün
onlara bənzəyən beĢ büt düzəldim, ancaq mən onlara can verə bilməyəcəyəm”.
“Ġstəyirik”, - deyə camaat cavab verir. O da onlar üçün həmin adamlara oxĢayan
bütlər düzəldir... [Onların sonrakı nəsilləri də] bu bütlərə sitayiĢ edir, inamları
günü-gündən artır, allahsızlıq möhkəmlənir... Nəhayət Allah Nuhu öz rəsulu kimi
onların yanına göndərir. O vaxt Nuhun 480 yaĢı vardı. O, 120 il peyğəmbərlik
edərək, adamları Allaha inama çağırır. Ancaq adamlar Nuha qulaq asmayıb, onu
yalançılıqda günahlandırırlar. Onda Allah Nuha gəmi düzəltmək əmrini verir. Nuh
gəmini düzəldib ona oturanda 600 yaĢı vardı. [Aramsız sel nəticəsində] batan batır.
Nuh isə bundan sonra daha 350 il yaĢayır. Selin suları getdikcə artaraq bütün yer
üzünü bürüyür. Adəmdən Nuhadək 2200 il keçir. Sular Hauz dağındakı bütləri
aĢırır, güclü dalğalar onları ölkədən-ölkəyə ataraq, nəhayət, Cudda sahilinə gətirir.
Əsən küləklər isə bütləri torpaq ilə örtür. Sonradan bu yerin sakinləri olan hamilər
bütlərdən birini torpaqdan çıxarıb, Vadd adı ilə ona sitayiĢ etməyə baĢlayırlar...
Məkkədəki hər evin sakinlərinin sitayiĢ etdikləri bütlər vardı. Kim səfərə çıxsaydı,
yola düĢməmiĢdən əvvəl, evində icra etdiyi son hərəkət həmin bütə toxunmaq
olurdu. Evinə qayıdarkən, içəri daxil olduqda, ilk icra etdiyi hərəkət, yenə də o
bütə toxunmaq idi... Ərəblərin bütlərə inamı güclü idi... Yola çıxmıĢ yolçu hər
hansı bir yerdə düĢərgə salırdısa, qalan üçündən isə qazanı üçün ocaq qurardı.
Yoluna davam edərkən həmin daĢları oradaca qoyub gedərdi. BaĢqa yerdə düĢərgə
saldıqda, yenə də elə edərdi. Onlar hər bütün qabağında qurban kəsər, onun
mərhəmətini qazanmağa çalıĢardılar. Bununla bərabər, Kəbənin üstünlüyünü dərk
edər, həcc və umra (böyük və kiçik) ziyarətlərini yerinə yetirərdilər...
...Bu bütlərin arasında Zü-l-xalasa adlısı vardı. Bu ağ naxıĢlarla bəzədilmiĢ
daĢ idi, üzərində çələngə oxĢar bir Ģey vardı. Məkkə ilə Yəmən arasında Məkkədən
yeddi günlük mədafədə olan Tabala Ģəhərində saxlanılırdı. Onun baxıcıları bəhilə
ibn asur tayfasından olan Uməma oğulları idilər. Onlardan baĢqa xasam, bəcilə,
əzd, əs-sərat, onlarla yanaĢı yaĢayan həvazin tayfasından olan ərəb qəbilələri,
həmçinin Tabala ərazisində yaĢayan ərəblər də ona sitayiĢ edir və nəzirlər
verirdilər...”
VII əsrin əvvəllərinə yaxın Ərəbistanın Ģimalı və mərkəzi bölgələrində
ibtidai-icma quruluĢunun dağılması prosesi daha da gücləndi. Tayfa və qəbilələrdə
ayrıseçkilik artır, köçəri qəbilənin ümumi malı olan otlaq və su mənbəyi tədricən
qəbilə əyanlarının əlinə keçir, nisbətən gücsüz bədəvi nəsilləri kasıblaĢırdı.
Qəbilələr arasında və eləcə də daxilində ziddiyyətlər qızıĢır, yaranmıĢ nifaq illərlə
davam edən müharibələrə çevrilirdi. Əvvəlki iqtidarını itirmiĢ nəsl azad bədəvinin
Ģəxsiyyətini müdafiə etmək qüdrətini də əldən vermiĢdi. Ərəblərin yazılmamıĢ
qanunlarından olan qisasalma adətinə əməl olunmaması halları günü-gündən
artırdı. Qəbilədaxili münaqiĢələr zamanı öz qəbilələrindən qovulmuĢ və ya hər
9
hansı münasibətlə doğma elini tərk etmiĢ adamlardan təĢkil edilmiĢ soyğunçu
dəstələrinə qoĢulanların sayı da az deyildi. Hər bir cəmiyyətin özünün hər inkiĢaf
səviyyəsinə uyğun öz dünyagörüĢü sistemi olduğu üçün Ərəbistanda da patriarxal
icma quruluĢunun dağılması prosesi bu quruluĢa uyğun dini ideologiyanın – qədim
ərəb çoxallahlılığının tənəzzülünə gətirib çıxarmalı idi. Köhnə dünyagörüĢünün
yenisi ilə əvəz olunmasını gücləndirən amillərdən biri qonĢu xalqlarla geniĢlənən
əlaqələr, eləcə də islamdan hələ xeyli əvvəl, V əsrin sonu, VI əsrin əvvəllərində
yarımadanın əsasən oturaq əhalisi arasında, demək olar ki, eyni zamanda yayılmıĢ
yəhudi və xristian təlimləri ilə tanıĢlıq oldu. Ġslamın yaranması ərəfəsində
Ərəbistan sakinlərinin bütlərə olan inamının azalması da məhz bu proseslə bağlı
idi.
Bu haqda Ġbn əl-HiĢamın dediklərindən: “...Kinana [tayfası] nəslindən olan
Malik və Milkanın Cudda (Ciddə) sahilində Sad (hərfən: xoĢbəxt) adlı bütü vardı.
Bu büt uzun bir daĢ idi. Bir gün həmin bütün mərhəmətini qazanmaq istəyən bir
ərəb öz dəvələrini onun qarĢısına gətirir. Lakin bütə yanaĢan kimi dəvələrin hərəsi
bir tərəfə qaçır, (əlyazmanı köçürənin Ģərhi: çünki daĢın üstündə kəsilən qurbanın
qanı qalmıĢdı). Ərəb hirslənir, yerdən daĢ götürüb bütə atır və deyir: “Allah sənə
tanrı olmaq üçün xeyir-dua verməyib! Dəvələrimi mənim əlimdən qaçırdın!” Sonra
o, dəvələrini axtarıb tapdı, bütü tərk edərkən dedi: “(Ģer) Biz Sadın ziyarətinə
gəlmiĢdik ki, bizi birləĢdirsin. Sad isə bizi ayrı saldı. Biz [daha] Sada mənsub
deyilik. Məgər Sad boĢ səhrada düĢüb qalmıĢ adi qaya parçası deyilmi – o nə əyri,
nə də ki, düz yola dəvət edir...”
Xristianlıq dövlət dininə çevrildikdən sonra Roma imperiyasından
mühacirət etmiĢ yəhudilər yəhudiliyi Ərəbistan mühitinə gətirdilər. Onıarın
təbliğatı sayəsində Ərəbistanın cənubunda (Yəmən Ģəhərlərində), eləcə də Hicaz və
Nəcdin vadilərində yəhudi icmaları yarandı. Xristianlıq isə Ərəbistana üç yolla –
Ərəb Həssani padĢahlığı vasitəsilə Bizansdan, Ərəb Ləhmi padĢahlığının paytaxtı
Hirə vasitəsilə Ġrandan və nəhayət, HəbəĢistandan gəlirdi. Bizansla həmhüdud
yerlərdə xristianlığın monofizi, Sasanilərlə qonĢuluqdakı qəbilələr arasında isə
nestori təriqətlərinə etiqad daha güclü idi
*
. Xristianlıq Yəmənin Ģimalında, eləcə də
Mərkəzi Ərəbistanın bəzi qəbilələri arasında da yayılmıĢdı (məsələn, təqlib və
nəmir qəbilələri, bəkr qəbiləsinin bir hissəsi və b. xristian idilər). Həm yəhudi, həm
də xristian ərəblər əkinçilik, sənətkarlıq və ticarətlə məĢğul olurdular.
Ərəbistanın əkinçi icmalarında vahid allahlılığı təbliğ edən, qiyamət gününə
inanan və özlərini hənifilər adlandıranlar da vardı. Bütövlükdə nə xristianlığı, nə də
yəhudiliyi qəbul edən hənifilər adi ərəbin qavraya bildiyi sadə dinə ibadət etməyi
üstün tuturdular. Məhz bu keyfiyyətləri hənifilərə yaxĢı bələd olan Məhəmməd
peyğəmbərin onları “təmiz və həqiqi” dinin ardıcılları kimi qiymətləndirməsinə
*
Nestorilərin təliminə görə Ġsa həm Ġlahi, həm də insan təbiətinə, monfizilərin təliminə görə isə Ġsa
yalnız ilahi təbiətə malikdir.
Dostları ilə paylaş: |