24
Xilafətin hegemonluğunu təsdiq etmək və ona vergi verməklə öz siyasi
mövqeyini hələlik qoruyub saxlaya bilmiĢ CavanĢir Xilafətin rəqibi Bizansla
əlaqəni üzməyə çalıĢırdı. 654-cü ildə imperator II Konstantla bir neçə mühüm
görüĢlərində CavanĢir Bizansın Albaniyaya hücumlarını qabaqlamaq üçün
albanları öz təbəəliyinə qəbul etməyi imperatordan xahiĢ edir. Lakin obyektiv
Ģərait – xüsusilə qonĢu torpaqların ərəblər tərəfindən tam iĢğalı, CavanĢirin siyasi
meydanda Bizansdan daha qüdrətli olan Xilafətlə münasibətlərə yeni gözlə
baxmağa məcbur edir.
622-ci ildə Bələncər yanında ərəbləri məğlubiyyətə uğradan xəzərlər
Albaniyaya hücuma keçirlər. Lakin Dərbənd yaxınlığında CavanĢir onları geri
oturdur. Ġki il sonra xəzərlər yenidən hücuma keçib Araz çayınadək ölkəni qarət
etdilər. CavanĢir xəzərlərlə sülh bağlamağa, onların da vassallığını qəbul etməyə
məcbur olur; münasibəti daha da möhkəmlətmək üçün o, Xəzər xaqanının qızı ilə
evlənir.
661-ci ildə xəlifə Əli ibn Əbu Talibin öldürülməsindən sonra, Xilafətdə baĢ
verən siyasi çevriliĢ – Əməvilər sülaləsinin hakimiyyət baĢına gəlməsi CavanĢiri öz
siyasi xəttini dəyiĢməyə vadar edir. Ərəblərdən özünü zorla qoruyan Bizansdan əli
üzüldüyü üçün o, Azərbaycana ola biləcək yeni yürüĢlərin qarĢısını almaq
məqsədilə ilk Əməvi xəlifəsi Müaviyə ilə danıĢığa girir. CavanĢir bunun üçün iki
dəfə - 667 və 670-ci illərdə Xilafətin Əməvilər dövrü paytaxtı DəməĢqə gedir və
nəticədə, Albaniyanı Xilafətə tabe dövlət elan edir. Lakin yürütdüyü çevik siyasəti
ilə o, Albaniyanın siyasi müstəqilliyini hələ də qoruyub saxlaya bilirdi. CavanĢirin
xahiĢi ilə Albaniyadan Xilafət xəzinəsinə axan vergilərin miqdarı da əvvəlkinin
üçdə biri qədər azaldılmıĢdı. Buna əlbəttə, o dövrdə Xilafətdə və onun
hüdudlarından kənarda baĢ verən hadisələr, o cümlədən Əməvilər hakimiyyət
baĢına gələnəcən Əli ibn Əbu Talib ilə ġam hakimi Müaviyə arasında baĢ verən
siyasi çəkiĢmələr, sonralar isə hakimiyyəti ələ alan Müaviyənin apardığı Ərəb –
Bizans müharibələri də təsir edirdi.
Beləliklə, ərəb fütuhatından sonra Azərbaycanın cənub hissəsi –
Adurbadaqan tamamilə müstəqilliyini itirərək bilavasitə Xilafət caniĢinlərinin
hakimiyyətinə tabe olmuĢ, Ģimal hissəsi Albaniya isə Xilafətin vassalı kimi
Mihranilərdən olan iĢxan sülaləsini saxlaya bilmiĢdi.
ƏMƏVĠLƏR XĠLAFƏTĠ VƏ AZƏRBAYCAN
Albaniyanın siyasi müstəqilliyini nə yolla olursa-olsun qoruyub saxlamağa
çalıĢan və buna görə də o dövrün üç böyük dövlətinin – Xilafətin, Bizansın və
Xəzər xaqanlığının arasında qalan CavanĢirin çevik siyasəti bizanspərəst yerli
knyazların xoĢuna gəlmirdi. 680-cı ildə CavanĢir həmin knyazların təĢkil etdirdiyi
qəsd nəticəsində öldürülür. Elə həmin il Müaviyəni Əməvilər sarayında əvəz etmiĢ
yeni xəlifə I Yəzid (680 – 683) CavanĢirin qardaĢı Varaz Perozun oğlu I Varaz
25
Tiridatı (680-699) “Ģərq vilayətinin caniĢini, Alban məmləkətinin və Uti
nahiyəsinin hökmdarı” elan edir.
CavanĢirin öldürülməsi onun qohumu Xəzər xaqanı Alp Ġlitvərin
Albaniyaya hücum etməsi üçün bəhanə oldu. Xaqanın baĢçılıq etdiyi Xəzər ordusu
Uti nahiyəsinə yetiĢənəcən kəndləri, Ģəhərləri boĢaltdı, çoxlu əsir və qənimət əldə
etdi. 681-ci ildə I Varaz Tiridatın xaqanla danıĢığa göndərdiyi alban katolikosu
Yeliazar xəzərlərlə sülh bağlaya bildi.
Xəlifə Müaviyənin ölümündən sonra (680) mərkəzdə baĢlanan hərc-mərclik
Xilafətin Ģimal hüdudlarını müdafiə edən ərəb qoĢunlarının mövqeyini zəiflətdi.
Xəzər təhlükəsini aradan qaldırmaq məqsədilə 681-ci ildə alban knyazları ilə
katolikos Yeliazarın keçirdiyi birgə müĢavirədə Metskoqman yepiskopu Ġsraili
danıĢıq aparmaq üçün xəzərlərin ölkəsinə göndərmək qərara alınır. Ġsrailin
fəaliyyəti nəticəsində xəzərlərin bir hissəsi, o cümlədən Alp Ġlitvər özü xristianlığı
qəbul edir.
Lakin çətinliklə əldə edilmiĢ sülh 685-ci ildə xəzərlərin Cənubi Qafqaz
ərazisinə yeni basqını ilə pozuldu. Xəzərlər ölkənin çox hissəsini viran qoyub, bir
çox yerli knyazları öldürdülər.
Bu ağır illərdə Xilafətdə hakimiyyət Əməvilər sülaləsinin Mərvanilər
qoluna mənsub, yalnız bircə il xəlifəlik etmiĢ I Mərvanın əlinə keçir. Ondan sonra
hakimiyyət baĢına gəlmiĢ və ərəb dövlətinin qüdrətinin artması üçün keçirdiyi
islahatlarla ad çıxarmıĢ oğlu Əbdülməlik ibn Mərvan (685-705) Bizans imperatoru
II Yustinianla müqavilə bağlayır. Müqaviləyə görə Xilafətin Qafqazdakı
vilayətlərindən gələn gəlir bundan sonra iki imperiyanın arasında bərabər
bölünməli idi. Beləliklə, Cənubi Qafqaz bu iki qüdrətli rəqib dövlətin nüfuz
dairəsinə düĢür. 688-690-cı illərdə Albaniya və qonĢu dövlətlər dəfələrlə ərəblərin
və bizanslıların hücumuna məruz qalırlar. Nəticədə Albaniya üçqat zülmün -
ərəblərin, bizanslıların və xəzərlərin asılılığına düĢür və hər üç ölkəyə vergi
verməli olur.
699-cu ildə alban iĢxanı I Varaz Tiridat Bizansa düĢən vergi payından azad
olmaq üçün oğlanları ilə birgə Konstantinopola xahiĢə gedir və 704-cü ilədək orada
saxlanılır. Onun ölkədə olmamasından istifadə edən alban katolikosu Nerses
iĢxanın arvadı Sparama ilə dilbir olub Albaniyada xristianlığın xalkedonçuluq
təriqətini yaymaq istəyirlər. Buna görə təriqətin Albaniyadakı əleyhdarları erməni
katolikosu Ġlyadan Bərdəyə gəlib iĢə əncam çəkməyi xahiĢ edirlər. Ġlya xəlifə
Əbdülməlikə yazdığı məktubunda alban katolikosunun hərəkətini Bizansa satılmaq
kimi qiymətləndirdi. Bizansın Cənubi Qafqazdakı nüfuzunu sarsıdan hər bir addımı
razılıqla qarĢılayan xəlifə öz cavab məktubunda Ġlyaya Nersesi və onun
tərəfdarlarını cəzalandırmaq əmrini verir. Nəticədə, ərəblərin siyasi-hərbi qüdrətinə
arxalanan erməni katolikosu Ġlya Xilafətin köməkliyi ilə, Albaniyanın və
ümumiyyətlə Azərbaycanın sonrakı taleyində həyati əhəmiyyətə malik mühüm bir
addım atır – alban kilsəsinin erməni katolikosuna tabe olunmasına nail olur.
Dostları ilə paylaş: |