NaġLƏ VƏLĠxanli



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə33/56
tarix08.09.2018
ölçüsü1,28 Mb.
#67555
1   ...   29   30   31   32   33   34   35   36   ...   56

68 
 
da onları idarə etməyi bacarmırdılar. Belə olmasaydı müsəlmanlar onlardan böyük 
əziyyətlər görərdilər. Xəzər Ģahlığında yaĢayan əl-larisilər
***
 və baĢqa müsəlmanlar 
[rusların]  haqqında  eĢidib  Xəzər  Ģahına  dedilər:  Müsəlmanların  ölkəsinə  hücum 
edən, onların qanını axıdan, qadınlara və uĢaqlara  əzab-əziyyət  verən bu adamları 
bizim öhdəmizə burax. ġah onlara mane ola bilmirdi.  Lakin rusların yanına adam 
göndərdi və xəbərdarlıq etdi ki, müsəlmanlar onlarla vuruĢmağı qət ediblər. QoĢun 
toplandı və  müsəlmanlar rusları qarĢılamaq üçün çay aĢağı endilər. Onlar  üzbəüz 
gəldikdə ruslar gəmilərindən çıxıb müsəlmanlara yaxınlaĢdılar. Müsəlmanlarla Atil 
Ģəhərindən  olan  xristianlar  da  vardı.  Müsəlmanlar  yaxĢı  silahlanmıĢ  15  minlik 
süvari  qoĢundan  ibarət  idi.  VuruĢma  3  gün  çəkdi  və  Allah  müsəlmanlara  qələbə 
bəxĢ  etdi.  Ruslar  qılıncdan  keçirildi,  öldürüldü  və  dənizdə  batırıldılar.  Yalnız  beĢ 
minə  yaxın  adam  xilas  ola  bildi.  Onlar  da  gəmilərinə  minib  burtasların  ölkəsinə 
tərəf üzdülər. Sonra ruslar gəmilərini atıb, quru ilə hərəkət etdilər. Onlardan bəzisi 
burtaslar  tərəfindən  öldürüldü,  müsəlman  bulqarların  ölkəsinə  gəlib  çıxanları  isə 
onlar  qırdılar.  Saymaq  mümkünsə,  müsəlmanlar  Xəzər  çayı  sahlində  otuz  minə 
yaxın  rus  qırdılar.  Bundan  sonra  ruslar  heç  vaxt  yuxarıda  təsvir  etdiyimiz 
əməllərinə qayıtmadılar”. 
Lakin, mənbələrdən göründüyü kimi, ruslar yenə də öz əvvəlki peĢələrindən 
əl çəkmədilər və Bərdəyə hücum etdilər. Maraqlı burasıdır ki, bu hücum da ruslarla 
bizanslılar arasında bağlanılan sülh müqaviləsindən dərhal sonra baĢ vermiĢdi. XIII 
əsr müəllifi Ġbn əl-Ġbrinin (Bar Ebreyin) verdiyi məlumata görə, Bərdə yürüĢündə 
alanlar,  səkləblər,  ləzgilər  də  iĢtirak  etmiĢ,  Ģəhəri  ələ  keçirdikdən  sonra  yerli 
əhalidən 20 min nəfəri qətlə yetirmiĢ, sonra isə geri qayıtmıĢdılar. 
O  dövr Bərdəsi haqqında  əvəzedilməz  materialı dövrümüzədək çatdıran  X 
əsr ərəb mənbələri bizi həm rus hücumuna qədərki, həm də ondan sonrakı Bərdə ilə 
tanıĢ edir, burada baĢ verən dəyiĢilikləri nəzərimizə çatdırır. X əsrin 20-ci illərində 
Bərdədə olmuĢ əl-Ġstəxri bir fərsəx (≈ 6 km) eni, bir o qədər də uzunluğu olan bu 
böyük  Ģəhər  haqqında  məlumat  verirkən  “Ġraqla  Xorasan  arasında  Rey  və 
Ġsfahandan  sonra  Bərdədən  daha  münbit  torpaqlı,  əlveriĢli  mövqe  tutan  baĢqa 
Ģəhər”  olmadığını  bildirir.  Əl-Ġstəxri  dövründə  “Fars  və  Xuzistanı  ipəklə  təchiz 
                                                           
***
  Əl-Məsudinin  əsərində  olan  baĢqa  məlumata  görə,  Xəzər  dövlətinin  paytaxtı  Atil  Ģəhəri  əhalisinin 
“çoxu müsəlman idi. Hökmdarın ordusu onlardan təĢkil edilmiĢdi. ġəhərdə onları əl-larisiya (əl-ərsiyə, 
arisiyə)  kimi  tanıyırdılar.  Onlar  Xarəzm  tərəflərdən  köçüb  gəlmiĢdilər.  Çox  əvvəllər,  Ġslam  meydana 
çıxdıqdan  sonra,  onların  ölkəsində  müharibə  olmuĢ,  sonra  vəba  baĢ  qaldırmıĢdı.  Onlar  Xəzər 
hökmdarının [ölkəsinə] köçmüĢdülər. [Əl-larisilər] igid və cəsurdurlar. Xəzər hökmdarının müharibələr 
zamanı dayağıdırlar. Onlar onun ölkəsində müəyyən Ģərtlərlə qalırdılar; bu Ģərtlərdən biri o idi ki, onlar 
öz dinlərinə aĢkar edəcəklər, məscidləri, müəzzinləri olacaq; Ģərtə görə hökmdarın vəziri də  onlardan 
olmalı  idi...  Bundan  əlavə,  [xəzərlər]  müsəlmanlara  qarĢı  müharibə  etdikdə,  [əl-larisilər]  onların 
qoĢununda  ayrı  duracaq  və  vuruĢmayacaqlar,  baĢqa  kafir  düĢmənlərə  qarĢı  isə  hökmdarla  birlikdə 
döyüĢəcəklər”. V. F. Minorski gümanla əl-larisiləri əvvəllər Aral dənizindən cənubda yaĢayan alanlarla 
(osetinlərlə) eyniləĢdirir. 


69 
 
edən”  Bərdədə  sənətkarlıq  və  ticarətin  inkiĢafı  yalnız  o  dövr  mənbələri  ilə  deyil, 
son illərdə Ģəhərdə aparılmıĢ arxeoloji qazıntıların nəticələrilə də təsdiq edilir. 
Rusların  yürüĢündən  bir  neçə  il  sonra,  40-cı  illərin  axırlarında  Bərdədə 
olmuĢ Ġbn Havqəl əl-Ġstəxrinin bu Ģəhər haqqında verdiyi məlumatı təsdiq etsə də 
Bərdənin  hələ  də  ağır  günlər  keçirdiyini  bildirir:  “Ruslarla  müharibə  zamanından 
[baĢlayaraq]  hakim  dairələrin  təzyiqi,  [ölkəni]  ağılsız  adamların  idarə  etməsi 
nəticəsində  vaxtaĢırı  baĢ  verən  və  bu  günədək  davam  edən  basqınların  törətdiyi 
dağıntılara  baxmayaraq,  [Bərdənin]  bazar,  karvansara  və  hamamları  çoxdur”. 
Həmin  əsrin  sonlarında  Bərdədə  olmuĢ  əl-Müqəddəsi  isə  son  bir  neçə  il  ərzində, 
mənbələrin  məlumatından  göründüyü  kimi,  yalnız  xarici  iĢğalçıların  deyil,  ara 
müharibələrinin  də  əziyyətini  çəkən,  bununla  belə  hələ  də  əzəmətini  itirməyən 
Bərdəni  “həmin  iqlimin  Bağdadı”  adlandırır.  Lakin  dağıntıların  izləri  artıq  özünü 
göstərirdi  -  əl-Müqəddəsi  bu  Ģəhərə  gələrkən  “onun  ətrafları  artıq  dağılmıĢ  və 
əhalisi azalmıĢdı. Bərdənin qalası isə nizamsız halda idi”. 
Bundan sonrakı illərdə də hələ də unudulmamıĢ əvvəlki əzəmət və qüdrəti 
hesabına  yaĢayan,  yalnız  yerli  əhəmiyyətli  mərkəz  olan  Bərdə  tədricən  öz 
mövqeyini ġəddadilərin 972-ci ildə paytaxt etdiyi Gəncəyə verir. 
XI əsrin 70-ci illərinin sonunda bütün Cənubi Qafqaz ərazisi Orta Asiyadan 
Aralıq dənizinədək, Qafqazdan Ġran körfəzinədək olan torpaqları birləĢdirən Böyük 
Səlcuq  dövlətinin  tərkibinə  daxil  edildi.  Ġqamətgah  yenə  Gəncə  oldu.  Bərdə  isə 
vilayət  Ģəhərlərindən  biri  kimi  yaĢayırdı.  Yalnız  1136-cı  ildə  Arranı  iqta  kimi 
Səlcuq  sultanından  alan  Atabəy  ġəmsəddin  Ġldəniz  (Eldəniz)  Bərdəni  özünə 
qısamüddətli iqamətgah etmiĢdi. 
Monqol  hücumu  ərəfəsində  və  bilavasitə  hücumları  dövründə  (1213  və 
1220-ci  illərdə)  Azərbaycanda  olmuĢ  Yaqut  əl-həməvi  özündən  əvvəlki 
müəlliflərin Bərdə haqqındakı məlumatını versə də, bu məlumatı köhnəlmiĢ hesab 
edərək  yazırdı: “Mən deyirəm ki, [Bərdənin] bu təsviri qədim [dövrə aiddir]. Ġndi 
isə  o  deyilənlərdən  bir  Ģey  qalmayıb.  Mən  Azərbaycanda  [olarkən]  Bərdə 
əhalisindən  olan  bir  nəfərlə  rastlaĢdım  və  ondan  öz  yerləri  haqda  soruĢdum.  O 
xəbər  verdi  ki,  orada  dağılmıĢ  abidələr  çoxdur,  indi  [Bərdədə]  kəndlərdəki  kimi 
adam  azdır,  vəziyyət  qarıĢıq,  dilənçilik  aĢıq  aĢkar,  zərər  göz  qabağında,  evlər 
dağılmıĢdır, təxribat hökm sürür”. 
IX əsrin sonundan baĢlayan çiçəklənmə dövründə Bərdə Qafqazın ən böyük 
ticarət  və  sənətkarlıq  mərkəzi  olmaqla  yanaĢı  ərəb-müsəlman  mədəniyyətinin 
mühüm ocaqlarından idi. 
Azərbaycana  köçürülmüĢ  və  Ģübhəsiz,  Bərdədə  də  məskən  salmıĢ  ərəb 
qəbilələri  ərəb-müsəlman  mədəniyyətinin,  eləcə  də  Ġslam  dininin  bu  yerlərdə 
yayılıb  möhkəmlənməsində  geniĢ  fəaliyyət  göstərirdilər.  Dini  mərkəz  rolunu 
oynayan  məscidlər  tikilir,  mədrəsələrin  sayı  artırdı.  Əl-Ġstəxri  və  Ġbn  Havqəlin 
əsərlərində Bərdədə “gözəl came məscidi” olduğu halda məlumat var. Bunu təsdiq 
edən  əl-Müqəddəsi  “bəzi  sütunlarının  gips  və  kərpicdən,  bəzilərinin  isə  taxtadan” 


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə