102
Əl-Bakidinin dediyinə görə, əl-Muğirə ibn ġubə Azərbaycana 22-ci ildə
Kufədən hücum etmiĢ, onu zor gücü ilə tutmuĢ, üzərinə xərac qoymuĢdu. Əbu-l-
Münzir, HiĢam ibn Məhəmmədin Əbu Mixnəfdən eĢitdiklərinə əsasən danıĢırdı ki,
əl-Muğirə ibn ġubə Azərbaycana 20-ci ildə hücum edib onu tutmuĢdu, ancaq sonra
[azərbaycanlılar] Allahdan üz döndərdilər. Onda əl-ƏĢas ibn Qeys əl-Kindi
yenidən hücum edib Cabravan qalasını fəth etdi, onlarla əl-Muğirinin sülhü kimi
sülh bağladı. Əl-ƏĢasın sülhü bu günədək qüvvədədir. Əl-Mədaini deyib ki,
çoxallahlılar (əl-muĢrukun, yəni iranlılar – N. V.) Nihavənddə məğlub edildikdə,
adamlar (ərəb əsgərləri nəzərdə tutulur – N. V.) öz Ģəhərlərinə qayıtdılar
*
, Kufə
camaatı isə Huzayfa ilə qaldı və onunla birlikdə Azərbaycana hücum edib 800 min
dirhəm təzminat müqabilində sülh bağladılar. Xəlifə osman ibn Affan, Allah ondan
razı qalsın, əl-Valid ibn Ukbanı Kufəyə təyin etdikdə, o, Utba ibn Farkadı
Azərbaycandan geri çağırdı. Sonra [azərbaycanlılar] əhdi pozdular və əl-Valid ibn
Ukba 25-ci ildə yenidən onlara hücum etdi. Onun qoĢununun baĢında Abdallah ibn
ġubayl əl-Əhməsi dururdu. O, Muğan, Təbriz və ət-Taylasanın əhalisinə hücum
edib qənimət və əsir ələ keçirdi, sonra Azərbaycan əhalisi ilə Huzayfanın sülhü
kimi sülh bağladı.
Arran – bu [sözdəki] “ra” hərfi fəthə (a) və təĢdidlə (yəni hərfin ikiləĢməsi
– N. V.) iĢarə olunur, sonra “əlif” və “nun” gəlir. GeniĢ vilayətin yerli (əcəmi)
dildə adıdır. ġəhərləri çoxdur, bunlardan Cənzə - camaat ona Gəncə deyir, Bərdə,
ġəmkir, Beyləqan; Azərbaycan və Arran arasında olan çaya ar-Ras deyirlər. Onu
məğrib və Ģimal tərəfdən əhatə edən yerlər Arrandan, məĢriq tərəfdən olanlar isə
Azərbaycandandır. Nasr deyib ki, Arran Sisəcanla birlikdə Ərminiyə vilayətinə
(yəni Qafqazda ərəb iĢğalı vilayətinə - N. V.) aid olan yerdir.
Ərdəbil – bu sözdəki iki hərf fəthə və sükunla, “dəl” fəthə ilə, “bə” kəsrə
ilə hərəkələnir, sonra “ya” samiti və “ləm” hərfi gəlir. Azərbaycanın ən məĢhur
Ģəhərlərindəndir. Ġslamdan qabaq bu yerin paytaxtı olub. Uzunluq dairəsi 80°, en
dairəsi 36°33΄. O, dördüncü iqlimdədir. Əbu Avn özünün “Zic” əsərində xəbər
verir ki, onun uzunluq dairəsi 73° yarım, en dairəsi isə 38°-dir. Bura çox böyük
Ģəhərdir. Mən Ərdəbildə 617 (1220)-ci ildə olmuĢam. Gördüm ki, o geniĢ bir düzdə
yerləĢir, üstündən, altından bol sulu bir neçə çay axır. Ancaq bununla belə, burada,
bir dənə də olsun meyvə ağacı yoxdur – nə Ģəhərin kənarında, nə içərisində, nə də
onun yerləĢdiyi bütün düzdə. Əgər nə isə burada əkilib-becərilsə, sağlam havasına,
Ģirin suyuna, məhsuldar torpağına baxmayaraq, heç nə çıxmayacaq. Bu isə mənim
gördüyüm ən əcaib hadisələrdəndir, səbəbi də gizli qalır. Meyvəni buraya dağın
arxasından, bir günlük və daha artıq məsafədə yerləĢən baĢqa nahiyələrdən
gətirirlər. Onunla Xəzər dənizi arasında olan iki günlük yol sıx meĢəlikdən
*
Mətndə iĢlədilən “əl-əmsar” – “Ģəhərlər” sözü ərəb iĢğalı dövründə Ģimal yürĢləri iĢtirakçılarının
vətəni olan iki Ģəhəri – Bəsrə və Kufəni bildirirdi. Sonrakı mətndən göründüyü kimi, Nihavənd
döyüĢündən sonra öz Ģəhərlərinə bəsrəlilər döndülər.
103
(cəngəllikdən) keçir. Bir təhlükə üz verəndə [ərdəbillilər] oralarda gizlənirlər. Bu
yerlər əhalini onlara pislik etmək istəyənlərdən qoruyur. Buralar camaatın
sığınacaq yeridir. Bu meĢələrdə doğranılan ağacdan taxta (xələnc)
*
kasa və
tabaqlar düzəldirlər. ġəhərdə onları təmir edən və düzəldən çoxlu sənətkar var.
Buradan aparılan belə qablar çox da yaxĢı olmur, doğrudan da onlardan eləsi
yoxdur ki, eybdən xali, yararlı olsun. Mən onların sənətkarlarının yanında oldum
və onlardan nöqsansız bir qab istədim. Mənə bildirdilər ki, eləsi yoxdur. Əlbəttə,
gətirmə qabların ən yaxĢısı Reydəndir. Mən onların da sənətkarlarının yanında
oldum və gördüm ki, çox yaxĢı qablardır. Mən [Ərdəbildən] gedəndən sonra
tatarlar (monqollar) onlara hücum edib, camaatı qırmıĢdılar. Onlarla ərdəbillilər
arasında döyüĢlər oldu, əhali özünü çox yaxĢı müdafiə edirdi və iki dəfə tatarları
özlərindən uzaqlaĢdıra bilmiĢdilər. Lakin tatarlar üçüncü dəfə oraya qayıtdılar, zəif
düĢmüĢ Ģəhər əhalisi üzərində qələbə çaldılar və oranı zorla iĢğal etdilər. Tatarlar
müsəlmanların üstünə düĢüb onları öldürdülər. Əhalidən tatarların gözünə dəyən
heç kəs Ģəhəri tərk edə bilmədi. [Yalnız] gizlənənlər canlarını qurtara bildilər.
Tatarlar Ģəhəri tamam dağıdıb, sonra çəkilib getdilər. ġəhər bir müddət belə
dəhĢətli xaraba vəziyyətdə, adamsız qaldı. Ġndi yenidən əvvəlki, hətta ondan daha
yaxĢı halına qayıdan Ģəhər tatarların əlindədir. Deyirlər ki, bu Ģəhərin əsasını
hökmdar Firuz qoyub. Ona görə də Ģəhərin adına Bazan Firuz deyirlər. Əbu Səad
deyib ki, ola bilsin bu Ģəhər Ərdəbil ibn Ġrmini ibn Lanti ibn Yunana aiddir. ərdəbil
ratlı böyükdür, onun çəkisi 1040 dirhəmdir
*
. Onunla Sərav arasında iki, Təbriz
arasında yeddi, Xalxal arasında iki günlük məsafə var. Bu Ģəhərdən hər sahədən
olan bir çox elm xadimləri çıxmıĢlar.
Bakuvyə (Bakı) – bu sözdəki “Kəf” [hərfi] damma, “vav” hərfi sükun, “yə”
hərfi fəthə ilə hərəkələnib. ġirvanın Dərbəndə aid nahiyələrindən olan Ģəhər
(bələd). Orada çox böyük neft mənbəyi var. Onun gündəlik qəbələsi min
dirhəmdir. Yanında baĢqa bir mənbə də var, ondan civə yağına oxĢayan ağ neft sel
kimi gecə-gündüz bilmədən axır. Onun qəbələsi də əvvəlki mənbədə olduğu
kimidir
*
. Ġnandığım tacirlərdən biri mənə danıĢdı ki, o, orada aramsız yanan bir yer
*
Əl-xələnc sözü lüğətlərdə taxtasından qab-qacaq hazırlanan bütün ağac növlərinə aid edilir. Bəzi
müəlliflər tozağacı və ya süpürgə kolunu “xələnc” adlandırırlar. Orta əsr ərəb müəlliflərinin (Əbu
Hənifə) verdiyi “xələnc” sözünün bu izahı daha ağlabatandır: “xələnc” – müxtəlif rəngli miləmil
taxtalardan hazırlanmıĢ hər cür qaba deyilir.
*
Çəki vahidi olan “ratl” ərəb ġərqində geniĢ yayılmıĢdı (yunan litron sözündəndir). Yaqutun təsdiq
etdiyi kimi Ərdəbil ratlı doğrudan da çəkicə ağır idi. Belə ki, qanunauyğun qəbul edilən Bağdad ratlının
təqribən 130 dirhəm idi.
*
Yaqutun yazdıqlarından görünür ki, o, özü Bakıda olmayıb. Lakin onun xəbərçilərindən biri əvvəlki
bölmələrdə haqqında danıĢdığımız məĢhur Əbu Duləf olub. Yaqutun Bakı haqqında məlumatının çoxu
da ona əsaslanıb. Lakin Əbu Duləf Bakıda çıxan (ağ nefti “zanbaq yağına” bənzədib. Yaqutun əsərində
isə görünür, əlyazmasını köçürənlərin səhvi ucbatından (bu bəlkə də Yaqutun öz səhvidir?) “zanbaq”
əvəzinə “zibak” (civə) verilmiĢdir.
Dostları ilə paylaş: |