Namaz islamin ruknudur



Yüklə 120,86 Kb.
Pdf görüntüsü
tarix30.10.2018
ölçüsü120,86 Kb.
#76302


Y

ASAR QURBANOV 

“ĐSLAM NURU” KITABINDAN 

WWW.ISLAMEVI.AZ

 

YASARESERI@ISLAMEVI.AZ



 

 

 



NAMAZ ĐSLAMIN RUKNUDUR 

 

 



Əvvəldə islam və imanının rüknlərindən və xüsusi ilə 

də  Allahın  təkliyindən,  yalnız  Onun  ibadətə  layiq 

olmasından,  islamın  inanc  təməli  olan  “Lə  iləhə  illəllah, 

Muhəmmədən  rəsulullah”  şəhadətindən  bəhs  etdik. 

Çünki  dini,  ibadəti  Allaha  məxsus  etmək  namaz 

qılmaqdan  öncədir:  «Halbuki  onlara  əmr  edilmişdi  ki, 

Allaha-  dini  yalnız  Ona  məxsus  edərək,  batildən 

haqqa  (islama)  dönərək-  ibadət  etsinlər,  namaz  qılıb 

zəkat  versinlər.  Doğru–  düzgün  din  budur!»  («əl- 

Bəyyinə», 5). 

Namaz  islamın  şəhadətdən  sonra  ən  mühüm 

dayağıdır. 

Đbn  Ömər  (r.a.)  Peyğəmbərin  (s.a.v.)  belə  dediyini 

rəvayət  edir:  «Đslam  beş  dayaq  üzərində  bina  edilmişdir: 

Allahdan  başqa  ibadət  haqqı  olan  ilahın  olmamasına  və 

Məhəmmədin Onun elçisi olmasına şahidlik etmək, namaz 

qılmaq,  zəkat  vermək,  həcc  etmək  və  Ramazan  orucunu 

tutmaq!» (hədisi Buxari və Müslim rəvayət etmişdir). 

Namaz Uca Allahın əmridir:  

 



«(Müsəlmanların  namazı  kimi)  namaz  qılın,  zəkat 

verin  və  rüku  edənlərlə  birlikdə  rüku  edin!»  («əl-

Bəqərə»,  43  və  ya  bax:  «əl-Bəqərə»  83,  110;  «Đbrahim», 

31; «əl-Həcc», 78).  

«Həmçinin:  "Namaz  qılın,  Allahdan  qorxun, 

hüzuruna  toplanacağınız  məhz  Odur!"»  («əl-Ənam», 

72). 

Namaz 


Uca 

Allaha 


itaətdir: 

«(Fərz, 


vacib) 

namazlara,  (xüsusi  ilə)  orta  namaza  (günortadan 

sonrakı əsr namazına, ikindi namazına) riayət (əməl) edin 

və Allaha itaət üçün ayağa qalxın (namaza durun)» («əl-

Bəqərə», 238). 

Namaz  qurtuluşa,  nicata  vəsilədir:  «Ey  iman 

gətirənlər!  (Namaz  qıldıqda)  rüku  edin,  səcdəyə 

qapanın; Rəbbinizə ibadət edin və yaxşı işlər görün ki, 

bəlkə nicat tapasınız!» («əl-Həcc», 77). 

Namaz  doğru  yolda  olmanın  əlamətidir:  «O  kəslər 

ki,  namaz  qılar,  zəkat  verər  və  axirətə  tam  yəqinliklə 

inanarlar.  Onlar  öz  Rəbbi  tərəfindən  (göstərilmiş) 

doğru yoldadırlar…» («Loğman», 4-5). 

Namaz qılana cənnət mücdəsi, Allah mükafatı vardır: 

«Namaz  qılanlar  istisnadır.  O  kəslər  ki,  daim  namaz 

qılarlar; … Və o kəslər ki, namazlarını (layiqincə) hifz 

edərlər-  məhz  onlar  cənnətlərdə  ehtiram  olunacaq 

kimsələrdir!» («əl-Məaric», 22-23, 34-35 və ya bax: «əl-

Bəqərə»,  277;  «ət-Tövbə»,  112;  «əl-Həcc»,  34-35,  41; 

«ən-Nəml», 2-3; «Fatir», 29-30; «əş-Şura», 36-38 ).  

Namaz  Allahdan  kömək  istəmək  üçün  vasitədir: 



«(Müsibət vaxtında) səbr və namaz qılmaqla (Allahdan) 

kömək  diləyin!»  («əl-Bəqərə»,  45  və  ya  bax:  «əl-

Bəqərə»,153). 

Namaz  möminliyin  əlamətidir:  «Möminlər  yalnız  o 

kəslərdir ki, … namaz qılar və verdiyimiz ruzidən sərf 

edərlər. Onlar həqiqi möminlərdir…» («əl-Ənfal», 2-4 

və ya bax: «ət-Tövbə», 71; «ən-Nəml», 2-3). 

Namaz  Allahın  rəhmətini  qazanmağa  səbəbdir: 

«Namaz qılın, zəkat verin və Peyğəmbərə itaət edin ki, 

bəlkə, sizə rəhm olunsun!» («ən-Nur», 56). 

Namaz  insanı  pis  əməllərdən  çəkindirir:  «(Ya 

Məhəmməd!)  Qurandan  sənə  vəhy  olunanı  oxu  və 

(lazımınca) namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin 

və pis əməllərdən çəkindirər» («əl-Ənkəbut», 45). 

Namaz qılmamaq təhlükəlidir, şirkə apara bilər: «(Ya 

Məhəmməd!  Sən  və  ümmətin)  tövbə  edərək  Ona  tərəf 

dönün,  Ondan  qorxun,  namaz  qılın  və  müşriklərdən 

olmayın!» («ər-Rum», 31).  

Namaz  hər  bir  atanın  öz  övladına  etməli  olduğu 

mühüm  nəsihətidir,  nidasıdır:  «Oğlum!  Namaz  qıl, 

(insanlara)  yaxşı  işlər  görməyi  əmr  et,  pis  işləri 

qadağan elə» («Loğman», 17). 

Namaz  hər  bir  ailə  başçısının  öz  əyalına  edəsi 

əmridir:  «Əhlinə  namaz  qılmağı  əmr  et,  özündə  ona 

(namaza) səbrlə davam et…» («Ta Ha»,132). 

Namaz  Allahın  haqqıdır,  Onun  üçün  qılınır:  «De: 

"Mənim namazım da, ibadətimdə, həyatım və ölümüm 

də 


aləmlərin 

Rəbbi 


Allah 

üçündür…"» 

(«əl-



Ənam»,162; və ya bax: «əl-Kövsər», 2). 

Namaz  günahları  yuyar:  «…Həqiqətən  (beş  vaxt 

namaz  kimi)  yaxşı  əməllər  pis  işləri    (kiçik  günahları) 

yuyub aparır…» («Hud», 114). 

Namaz  qılana  mane  olana  Qüdrətli  Allah  cəhənnəm 

əzabını vəd edir: «Gördünmü o kimsəni ki, mane olur, 

bir  bəndəyə  namaz  qıldığı  vaxt?  …  Məgər  bilmir  ki, 

Allah görür?! Yox, yox! Əgər son qoymasa, and olsun 

ki, 

Biz 


onu 

kəkilindən 

yapışıb 

(Cəhənnəmə) 

sürükləyəcəyik …» («əl-Ələq», 9-19). 

 

Namaz ibadətdir. 



Bütün  aləmlərin  Xaliqi  olan  Tanrımız  bizə  saysız-

hesabsız nemətlər vermişdir. Bu nemətlərə görə Yaradana 

həmd,  şükr  və  tərif  etmək,  Onun  əmrlərini  yerinə 

yetirmək və yasaqlarından çəkinmək  borcumuzdur. 

Allahın əmr etdiyi kimi bu borcu ödəməyə, Onun razı 

qaldığı əmələ və ya sözə adına “ibadət” deyilir. 

Đbadət  yalnız  Allaha  və  ancaq  Allah  əmri  olduuu 

üçün edilir. Allahdan başqa ibadət ediləcək həqiqi bir ilah 

yoxdur. 

Đbadət  Allahın  əmr  etdiyi  və  Rəsulunun  -səllallahu 

aleyhi və səlləm- kimi edilir. Azaldılıb çoxaldıla bilməz. 

Heç bir zaman və heç bir surətdə dəyişdirilə bilməz. 

Đbadət  imanımızın  qoruyucusudur.  Đbadətsiz  iman 

təhlükədədir:  «Rəbbiniz  buyurdu:  "…Mənə  ibadət 

etməyi  təkəbbürlərinə  sığışdırmayanlar  Cəhənnəmə 

zəlil olaraq girəcəklər!"» («əl-Mumin», 60). 




Đslamda ibadət üç yolla olur:  

1. Bədənlə : namaz, oruc kimi. Başqa birisi vəkil ola 

bilməz.  

2. Mal ilə : zəkat kimi.  

3. Həm mal və həm də bədənlə: Həcc ibadəti kimi. 

Namaz ibadətlərin ən əzəmətlisi, dinin dirəyidir. Hər 

gün beş vaxtda qılınır. Vaxtlarına görə bunlardır: 

1. Sübh (2 rükət): «… Sübh namazını da qıl». («əl-

Đsra», 78, və ya bax: «Hud», 114; «ər-Rum», 17). 

2.  Zöhr,  yəni  günorta  (4  rükət):  «…Günortadan 

(gün  batmağa  meyl  edəndən)  gecənin  qaranlığınadək 

(günorta,  ikindi,  axşam  və  gecə)  namaz  qıl  …»  («əl-

Đsra», 78 və ya bax: «Hud», 114; «ər-Rum», 18). 

3.  Əsr,  yəni  ikindi  (4  rükət):  «Namazlara,  (xüsusi 

ilə) orta namaza riayət edin və Allaha itaət üçün ayağa 

qalxın»  («əl-Bəqərə»,  238  və  ya  bax:  «əl-Đsra»,  78; 

«Hud», 114; «ər-Rum», 18). 

 4.  Məğrib,  yəni  axşam  (3  rükət):  «Elə  isə  axşam-

səhər Allahı təqdis edib şəninə təriflər deyin! (Axşam, 

gecə və sübh namazlarını qılın)»  («ər-Rum, 17 və ya bax: 

«əl-Đsra», 78; «Hud», 114; «əl-Đsra», 78). 

5. 


Đşa, 

yəni 


gecə 

(4 


rükət): 

«…gecənin 

qaranlığınadək  (günorta,  ikindi,  axşam  və  gecə)  namaz 

qıl …» («əl-Đsra», 78 və ya bax: «Hud», 114; «ər-Rum», 

17).  

Hər  namaz  öz  vaxtında  qılınmalıdır:  «…Çünki 



namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir.» 

(«ən-Nisa»,  103).  Həmçinin  «əl-Muzzəmmil»  surəsinin 




20-ci  ayəsinin  təfsiri  gecənin  bir  hissəsi  (üçdə  ikisini, 

yarısını  və  ya  üçdə birini) qılınan  namazı  rüsxət  verərək, 

kün ərzində beş vaxt namazın əmr olduğunu bildirir: «… 

O  sizin  bunu  (gecə  vaxtlarını  və  saatlarını)  ölçüb  saya 

bilməyəcəyinizi  (yaxud  bütün  gecəni  oyaq  qalıb  ibadət 

edə  bilməyəcəyinizi)  bildiyi  üçün  sizi  əfv  etdi  (rüsxət 

verərək  gecə  durub  namaz  qılmağı  siz  möminlərə  vacib 

etmədi,  fərz  kimi  gün  ərzində  beş  vaxt  namazı 

buyurdu)…» («əl-Muzzəmmil», 20). 

Müsəlman  və  ya  mömin  namaza  qarşı  səhlənkar 

olmamalı  və  namazında  riyakarlıqdan  uzaq  olmalıdır: 

«Vay  halına  o  namaz  qılanların  ki,  onlar  öz 

namazlarından  qafildirlər  (səhlənkarlıqları  üzündən 

namazlarını 

vaxtlı-vaxtında 

qılmazlar). 



Onlar 

(namazlarında) riyakarlıq edər» («əl-Maun», 4-6). 



 

 

Yüklə 120,86 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə