Namiq abbasov məDƏNİYYƏt siyasəTİ VƏ MƏNƏVİ DƏYƏRLƏR



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə1/145
tarix01.11.2017
ölçüsü3,26 Mb.
#7800
  1   2   3   4   5   6   7   8   9   ...   145


NAMİQ ABBASOV

MƏDƏNİYYƏT  SİYASƏTİ



MƏNƏVİ  DƏYƏRLƏR

BAKI – 2009




________Milli Kitabxana________

2

Elmi redaktoru və ön sözün müəllifi



Mübariz Süleymanlı

sənətşünaslıq namizədi, dosent

Rəyçilər:



Niyazi Mehdi

fəlsəfə elmləri doktoru, professor

İlqar Hüseynov

kulturologiya elmləri doktoru, dosent

Şəhrəddin Məmmədov

fəlsəfə elmləri doktoru, professor

Namiq Abbasov. Mədəniyyət siyasəti və mənəvi dəyərlər.

Bakı, 2009, 444 səh.

Kitabda Azərbaycan Respublikasının müasir dövrdə mədəniyyət

siyasətinin  elmi-müqayisəli təhlili  verilir,  bu  siyasətin  milli-mənəvi

dəyərlərimizin  inkişafındakı  rolu  araşdırılır  və qloballaşma  prosesi-

nin neqativ təzahürləri ilə təmasda milli-mənəvi dəyərlərimizin aşın-

madan qorunması istiqamətində məqsəd və vəzifələri şərh edilir. Ha-

belə mədəniyyət  siyasəti  anlayışının  təhlili  verilir,  müstəqillik  qa-

zandıqdan sonra əldə olan müvəffəqiyyətlərdən, mövcud olan prob-

lemlərdən və onların necə aradan qaldırılması  yollarından bəhs edi-

lir.  Hər  bir  milli  mədəniyyətin  inkişafı  üçün  vacib  olan  mədəni

əməkdaşlığın  Azərbaycanda  nə dərəcədə inkişaf  etdiyi  öyrənilir.

Milli dəyərlərimizin Azərbaycan kulturoloji düşüncəsindəki spesifik

xüsusiyyətləri tarixi inkişaf  fonunda izlənilir  və dəyərləndirilir. Qa-

baqcıl  dünya  ölkələrinin  mədəniyyət  siyasəti  təhlil  edilir  və onların

müsbət cəhətlərinin  mənimsənilməsi  yolları araşdırılır. Dövlət  siya-

sətində mədəni  və mənəvi  irsin  qorunması  vəzifələrinin  metod  və

üsulları təhlil edilir, mədəniyyət siyasətinə dair təkliflər verilir.

2007

098


4702000000

N

Qrifli nəşr

©

“N.Abbasov”, 2009


________Milli Kitabxana________

3

Ön söz

Bəşər  mədəniyyəti  tarixinin  araşdırılması  sahəsindəki  qaza-

nılmış  təcrübələr  sübut  edir  ki,  insanların  mənəviyyatı, əxlaqi

normaları və baxışları ilə bağlı olan milli-mənəvi dəyərlərin yaradı-

cısı  xalqdır.  Təbiətin  hər  bir  xalqa  bəxş  etdiyi ən  qiymətli  miras

onun  milli-mənəvi dəyərləridir.  Bu səbəbdən  də hər şeydən əvvəl

və hər sahədə, o cümlədən mədəniyyət siyasəti sahəsində mədəniy-

yətin  təsbiti  mövzusuna  üstünlük  verilməlidir.  Milli-mənəvi

dəyərlər  gələcək  nəsillərə daha  da  zənginləşdirilmiş  halda  ötürül-

məlidir. Şübhəsiz ki, mədəniyyət dəyişmədən və zənginləşdirilmə-

dən varlığını qoruya bilməz. Bu məqsədlə müasir mədəniyyət siya-

sətində yaradıcı  və qurucu  səciyyəli  hər  cür  fəaliyyət  təşviq

edilməli,  yeni  qabiliyyətlərin  kəşf  edilməsi,  istiqamətləndirilməsi,

dəyərləndirilməsi fəaliyyətlərinə mühüm əhəmiyyət verilməlidir.

Müasir  dünya  siyasətində qlobal,  regional  və lokal  problem-

lərin, qloballaşma və mədəni inteqrasiya məsələlərinin həllinə yeni

münasibət  müşahidə edilməkdədir.  Demokratiyanın  siyasi  sistem

kimi  formalaşdırılmasını  tələb  edən  bu  prosesdə Azərbaycan

Respublikası  da  fəal  iştirak  etməkdədir.  Lakin  hər  zaman  diqqətə

alınmalıdır  ki,  yalnız  milli  və bəşəri  dəyərlərin  sintezi  və dünya

təcrübəsi  yönündə həyata  keçirilən  islahatlar  sayəsində dünyanın

sosial,  mədəni,  iqtisadi  cəhətdən  inkişaf  etmiş  dövlətləri

səviyyəsinə çatmaq mümkündür. Sosial, mədəni, iqtisadi tərəqqiyə

xidmət  edən  bu  prosesdə qarşıya  çıxan  problemlər  isə bilavasitə

mədəniyyət sahəsində bəşər tarixinin, dünyanın inkişaf təcrübəsinin

öyrənilməsini,  kompleks əlaqələrinin  genişləndirilməsini  zərurətə

çevirir ki, bütün bunlara da yalnız mükəmməl mədəniyyət siyasəti

sayəsində nail olmaq mümkündür.

Bu  gün  Azərbaycan  Respublikasının  beynəlxalq  miqyasda

tanınmasına,  müstəqilliyinin  möhkəmlənməsinə dair  bir  sıra

tədbirlər  həyata  keçirilir.  Eləcə də təhsil  və mədəniyyətin  inkişafı

üçün  zəruri  qərarlar  qəbul  edilir.  Dövlət  aparatının,  təhsil  və

mədəniyyət  institutlarının  Avropa  standartlarına  uyğun  şəkildə




________Milli Kitabxana________

4

qurulması istiqamətində səylər göstərilir. Milli-mədəni, intellektual



qüvvələr  öz  fəaliyyətləri  ilə dövlətin  mədəniyyət  sahəsindəki

siyasətinin  müasir  durumunu  təhlil  edir  və

bu  siyasətin

perspektivlərinə aydınlıq gətirməyə çalışırlar.

Mənəvi  dəyərlərimizin  qorunub  saxlanılması  və inkişaf

etdirilməsi  müstəqil  respublikanın  mədəniyyət  siyasətinin əsas

vəzifələrindən biridir. Bu mənada Azərbaycan dövləti öz daxili və

xarici  siyasətini  yeni  tarixi  şəraitə,  müasir  tələblərə uyğun  olaraq,

xalqımızın tarixi və mədəni ənənələrinə, dilimizə,  dinimizə, milli-

mənəvi dəyərlərimizə istinad edərək həyata keçirir.

Müstəqilliyimizin əldə olunmasından  sonra  həyata  keçirilən

mədəniyyət  siyasəti  milli-mənəvi  dəyərlərimizin qorunub  sax-

lanılması  və gələcək  nəsillərə çatdırılması  üçün  böyük  zəmin

yaradır. Xalqımızın əldə etdiyi bu böyük nailiyyət, milli sərvətimiz

olan  mənəvi  dəyərlərimizin  istifadəsini,  bəşəri  dəyərlərin  tərkib

hissəsi  kimi  inkişafını  və inteqrasiyasını  təmin  edir.  Azərbaycan

xalqı  azad  və suveren  dövlət  quraraq,  mədəni-iqtisadi  islahatlar

aparmaqla öz milli-əxlaqi dəyərlərinə, tarixinə qayıdır, demokratik

ölkələrin təcrübələrindən istifadə edir.

Dövlətimizin  belə bir  demokratik  mədəniyyət  siyasəti  xətti

tutduğuna  və müasir  dünya  mədəniyyətinə inteqrasiya  olunduğu-

muza  görə,  mədəniyyətimizin  özündə böyük  bir  dəyişiklik  etmə-

dən,  yəni mühafizə edilməsi zəruri olan milli şəxsiyyətimizi təşkil

edən xarakterik keyfiyyətlərimizi budamadan, milli-mənəvi dəyər-

lərimizə xələl  gətirmədən,  təcrübəyə və elmin  mütərəqqi  nailiy-

yətlərinə söykənərək, forma dəyişikliklərini şüurlu surətdə aparmaq

məcburiyyətində olduğumuzu qəbul etməliyik. Bu gün istəsək də,

istəməsək  də qloballaşma  hərəkatından,  mədəni  inteqrasiya

prosesindən kənarda qala bilmərik. Bu prosesin müsbət cəhətlərinin

cəmiyyətimizin mədəni tərəqqisinə xidmət etdiyini danmamaq şərti

ilə, neqativ təzahürlərinin qarşısını almaq barədə də düşünməliyik.

Müasir  dövrdə mədəniyyətin  idarəedilməsi  üçün  zəruri  olan

elmi  təsəvvürün  işlənib  hazırlanması,  ancaq  gündəlik  məsələlərin

həllinə yönəldilən və mədəniyyətin ayrı-ayrı sahələrini əhatə edən




Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə