Namiq abbasov məDƏNİYYƏt siyasəTİ VƏ MƏNƏVİ DƏYƏRLƏR



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə2/145
tarix01.11.2017
ölçüsü3,26 Mb.
#7800
1   2   3   4   5   6   7   8   9   ...   145

________Milli Kitabxana________

5

tətbiqi  tədqiqatlar  sahəsi  ilə məhdudlaşdırılmır.  Həmin  tədqiqatlar



çox  geniş  bir  elmi  bilikləri  özündə ehtiva  edən  kulturoloji  profilli

sahələrlə həyata keçirilir. Eyni zamanda mədəniyyət haqqında elm

– kulturologiya sürətlə inkişaf edən elmi sahələrə aiddir. Bu da belə

bir zərurətdən doğmuşdur ki, məhz ümumi kulturoloji konsepsiya

mədəniyyət sahəsində bütün tətbiqi tədqiqatların nəzəri və metodo-

loji  bazasını  təşkil  etməlidir.  Kulturoloji  konsepsiyaya  ehtiyac

nəinki  mədəni  praktikada  və ona  bilavasitə xidmət  edən  tətbiqi

elmlərdə, həm də bütün ictimai elmlər sistemində özünü göstərir.

Lakin  kulturoloji  konsepsiyanın  bu  sistemdə yerini  dəqiq

müəyyən  etmək  zərurəti  vardır.  Şübhəsiz,  bunun  üçün  ilkin  şərt

nisbətən  müstəqil  tədqiqat  predmetinin  müəyyən  edilməsidir.

Vaxtilə təbiət  və tarix  elmlərini,  sonralar  isə ictimai  elmləri  bir-

birindən  ayırmaq  üçün  vacib  hesab  edilən  təbiət və mədəniyyətin

ənənəvi fərqləndirilməsi bu gün qənaətbəxş hesab oluna bilməz. Bu

konsepsiyanın prinsiplərini ictimai və tarix elmlərinin digər sahələ-

rindən ayırmaq üçün kriteriya yoxdur. Vacib olan sahələrin hər biri

bütün mədəniyyət faktları ilə əlaqəlidir, mədəniyyət haqqında elm

onları öz tədqiqat perdmetinə daxil edir. Deməli, mədəni materiala

ehtiyac, özlüyündə hər hansı bir bilik sahəsini müstəqil mədəniyyət

konsepsiyası  kimi  qurmaq  üçün  kifayət  deyildir  və hələ ki,

mədəniyyət  və siyasət  kulturoloji  sahədə elmi  tədqiqatın  xüsusi

predmeti deyildir. Kulturologiyanı elmi tədqiqatın xüsusi predmeti

kimi  ayırdıqda  müəyyən  konseptual  və metodoloji  zəminə

əsaslanmaq zəruridir. Problemin həllinin çətinliyi mədəniyyətin elə

bir  fenomen  olmasındadır  ki,  onu  sırf  zahiri  və empirik  surətdə

ictimai  həyatın  digər  sahələrindən  ayırmaq  mümkün  deyildir.

Mədəniyyət ən geniş mənada insanın həyat fəaliyyətinin bütün əsas

sahələrini – maddi  istehsal,  sosial-siyasi  münasibətlər,  mənəvi

inkişaf, məişət, insanlar arasında qarşılıqlı əlaqə sahələrini səciyyə-

ləndirir.  Müasir  sosial  həyatın  istənilən  sahəsi  bu  fenomenin

mədəni əhəmiyyəti  və qiyməti  baxımından  səciyyələndirilmək

imkanına malikdir. Deməli, mədəniyyət konsepsiyasının tədqiqi ilə

digər  ictimai  elmlər  predmetinin  tədqiqini  bir-birindən  ayıran



________Milli Kitabxana________

6

sərhədin  haradan  keçməsi  məsələsi  mədəniyyətin  müasir



tədqiqatçıları qarşısında çox kəskin şəkildə qoyulur.

Müasir cəmiyyətin bütün mədəni fəaliyyətinin başlıca məzmu-

nunu və əsas məqsədini təşkil edən “insan şəxsiyyətinin formalaş-

dırılması prosesi”nin mürəkkəb strukturu, eyni zamanda mədəniy-

yət  konsepsiyasının  olduqca  mürəkkəb  strukturunu  aydınlaşdırır.

Bu mənada kulturologiya, hər şeydən əvvəl, insanın müəyyən cəhə-

tlərinə görə mədəniyyət  tərkibinə daxil  olan  fəaliyyət  növlərinin

müxtəlifliyini (maddi əməyi, ünsiyyəti, siyasi və ictimai fəaliyyəti,

məişəti,  asudə vaxtı,  elmi,  incəsənəti,  təhsili  və i.a.)  diqqətdə

saxlamalıdır. İkincisi, kulturologiya mədəni nemətləri və sərvətləri

yaradan,  qoruyan,  irs  qoyan,  mübadilə və istifadə edən  mədəni

fəaliyyətin  özünün  müxtəlif  sahələrini  birləşdirməlidir.  Üçüncüsü,

mədəniyyət  haqqında  elm,  mədəniyyətin əsas  elementlərinin –

sərvətlərin,  davranış  normalarının,  nümunələrinin,  dünyagörüşü

prinsipləri  və ideyaların,  mənəvi və estetik idealların təhlilini  ver-

məlidir.  Deməli,  cəmiyyətin və ayrılıqda  götürülmüş  fərdin  bütün

mədəniyyət binası bu elementlərdən yaranır. Ona görə də kulturo-

loji  tədqiqatlarda  məhz  belə bir  kompleks  xarakterli  səciyyəvi

xüsusiyyətlərə ciddi diqqət yetirilməlidir.

Mədəni dünyaya sürətlə inteqrasiya etməkdə olan Azərbaycan

Respublikasının  demokratik  inkişafı  üçün  zəruri  olan  təsisatlar  və

hüquqi  bazanın  formalaşdırılması  yönündə müəyyən  işlər  görül-

müşdür. Lakin bu sahədə ciddi uğurlar qazanmaq üçün islahatlara

olan ehtiyac günü-gündən özünü daha qabarıq büruzə verməkdədir.

Təbii  ki,  bu  islahatlar  mədəniyyət  siyasətinin  səlahiyyətlərin

bölünməsi  prinsipi əsasında  gerçəkləşməsini  təmin  edəcək,  siyasi

plüralizm, fikir azadlığı, vətəndaş cəmiyyəti quruculuğu sahəsində

daha  demokratik  mühitin  yaranmasına  təkan  verəcəkdir.  Çünki

mədəni  dünyada  vicdan  və söz  azadlıqları,  şəxsiyyətin  toxunul-

mazlığı, əsas insani hüquq və azadlıqların təmin edilməsi, toleran-

tlıq mühitinin bərqərar olması əsl vətəndaş cəmiyyəti formalaşdır-

maq yolunda atılmış zəruri addımlardan hesab edilməkdədir.




________Milli Kitabxana________

7

Digər  sahələrlə yanaşı  mədəniyyət  siyasətində əldə edilmiş



mühüm  nailiyyətlər  ölkəmizin  müstəqilliyinin  möhkəmləndiril-

məsinə şərait yaradır. Müstəqil respublikamızın nüfuzlu beynəlxalq

təşkilatlara,  o  cümlədən  Avropa  Şurasına  tamhüquqlu  üzv  qəbul

edilməsi  onun  beynəlxalq  mövqeyinin  möhkəmləndirilməsinə,

dünya  ölkələri  içərisində öz  layiqli  yerini  tuta  bilməsinə əlverişli

imkan vermişdir. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlən-

dirilməsinə xidmət  edən  mədəniyyət  siyasəti  dünyanın  bütün

dövlətləri  ilə bərabərhüquqlu əsaslar  üzərində faydalı əlaqələrin

inkişaf etdirilməsinə də şərait yaradır.

Mədəniyyətin  tərəqqisi  haqqında  fikir  müxtəlifliyi  isə yalnız

elmi  səbəblərlə deyil, eləcə də daha  dərin  sosial-tarixi  səbəblərlə

şərhini  tapır.  Mədəniyyət  nəinki nəzəri izah tələb  edən  anlayışdır,

həmçinin ictimai inkişafın real praktik və vacib məsələsidir. Mədə-

niyyət  sahəsində siyasət  müstəqillik  dövründə təkcə bizim  deyil,

həm də digər dünya dövlətlərinin siyasətinin tərkib hissəsinə çevril-

mişdir. Mədəni inkişaf məsələləri müxtəlif partiyaların, beynəlxalq

siyasi sənədlərin, proqramların mühüm tərkib hissəsi olmuşdur.

Beləliklə,  “mədəniyyət”  anlayışının  fundamental  nəzəri əhə-

miyyəti  və mürəkkəbliyi  müasir  tarixi  situasiyada  mədəniyyət

problemlərinin  qloballığı  və çoxcəhətliyi  ilə şərtlənir.  Bəşər  tari-

xində yeni  epoxanın – insan  həyatının  bütün  sahələrində köklü

dəyişikliklər  epoxasının  xarakterini  dərk  etmədən  geniş  mənada

mədəniyyətin məzmununu başa düşmək mümkün deyil. Azərbay-

canda  yeni  cəmiyyətin  qurulması  ilə şərtlənən  dəyişikliklərin

mühüm amili, ümumiyyətlə yeni dövrdə geniş miqyas almış elmi-

texniki  tərəqqidir.  Təbii  ki,  cəmiyyətdə baş  verən  genişmiqyaslı

dəyişikliklər mədəniyyətin inkişafına da təsirsiz qalmamışdır. Bəşər

mədəniyyətinin  perspektivləri  ilk  növbədə,  dünyanın  mövcud  di-

lemmanı necə həll edəcəyindən asılıdır ki, bu baxımdan dövlətlərin

mədəniyyət siyasətləri və xalqların mənəvi dəyərlərinin mühafizəsi

problemlərilə bağlı tədqiqatların əhəmiyyəti danılmazdır.

Bu  vaxta  qədər  bütün  dünyada,  o  cümlədən  Azərbaycan

Respublikasında  mədəni  quruculuq  məsələləri,  mədəniyyət  sa-



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə