Namiq abbasov məDƏNİYYƏt siyasəTİ VƏ MƏNƏVİ DƏYƏRLƏR



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə3/145
tarix01.11.2017
ölçüsü3,26 Mb.
#7800
1   2   3   4   5   6   7   8   9   ...   145

________Milli Kitabxana________

8

həsində inkişafın  təmin  edilməsinə dair  problemlər  bir  çox  kul-



turoloqların,  tarixçilərin,  filosofların,  filoloqların,  sənətşünasların,

psixoloqların, sosioloqların, politoloqların, pedaqoji sahə mütəxəs-

sislərinin  diqqətini  cəlb  etmişdir.  Mədəniyyət  sahəsində siyasətin

uğurla  həyata  keçirilməsinə dair  araşdırmalarda  bir  sıra  suallara

cavab axtarılmış, dünya kulturoloji fikrində müəyyən elmi qənaət-

lər əldə edilmişdir.  Eləcə də son  dövrlərdə azərbaycanlı  alimlərin

araşdırmaları  içərisində mədəniyyət  siyasətinə və milli-mənəvi

dəyərlərimizin  mühafizəsi  probleminə həsr  olunmuş  (və ya bu

mövzuya toxunulan) bir çox elmi tədqiqatlar aparılmış, elmi-nəzəri

əsərlər  yazılmışdır.  Lakin  müasir  şəraitdə mədəniyyət  siyasəti  və

mənəvi  dəyərləri  mövzusu  Namiq  Abbasovun  “Mədəniyyət  siya-

səti  və mənəvi  dəyərlər”  adlı  monoqrafiyasında  ilk  dəfə sistemli

şəkildə araşdırılmışdır.

Bu sevindirici bir haldır ki, Azərbaycanın müstəqilliyinə qovuş-

duğu dövrdən etibarən yaranan imkanlar və milli-mənəvi dəyərləri-

mizin  mühafizəsinə göstərilən  qayğı,  gənc  alimlərin  və tədqiqat-

çıların  bu  sahədəki  araşdırmalarına  da  stimul  verməkdədir.  Bu

mənada Namiq Abbasovun “Mədəniyyət siyasəti və mənəvi dəyər-

lər”  mövzusunda  yazmış  olduğu  monoqrafiya  da  məhz  belə bir

zəmin  üzərində ərsəyə gəlmişdir.  Mədəniyyət  siyasəti sahəsindəki

fəaliyyətlərə elmi  dəstək  vermək məqsədindən  irəli  gələn  bu

tədqiqatın aparılması prosesində, təbii ki, mədəniyyət fenomeni ilə

bağlı  yuxarıda  qeyd  olunan  səciyyəvi  xüsusiyyətlər  və bu  sahədə

əldə edilmiş elmi qənaətlər nəzərə alınmışdır. Bu baxımdan, milli-

mənəvi dəyərlərin mühafizəsi və inkişafını, mədəniyyət siyasətinin

mahiyyəti,  icra  mexanizmi  və perspektivlərinin  tədqiqini  nəzərdə

tutan monoqrafik araşdırma mövzusu aktuallıq kəsb etməkdədir.

Mübariz Süleymanlı



________Milli Kitabxana________

9

Giriş

Mədəniyyət  siyasəti  sahəsində qazanılan  nailiyyətlər  sübut

edir  ki,  Azərbaycan  dövlət  müstəqilliyi  getdikcə möhkəmlən-

dirilməkdə,  respublikamızda  demokratik,  hüquqi,  dünyəvi

dövlət  quruculuğu  prosesi  daha  da  sürətlə inkişaf  etməkdədir.

Dövlətçiliyin təməlinin, milli varlığın özülünün, əsasının mədə-

niyyətə bağlı  olduğunu  aydın  dərk  edən  mərhum  prezident

Heydər Əliyev  13  avqust  2001-ci  il  tarixli  bəyanatında

söyləmişdir:  “Biz  öz  milli-mənəvi  dəyərlərimizlə,  öz  dini

dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Bizim xalqımız

yüz  illərlə,  min  illərlə adət-ənənələrimizi,  milli-mənəvi  dəyər-

lərimizi  yaradıbdır  və bunlar  indi  bizim  xalqımızın  mənəviy-

yatını təşkil edən amillərdir”.

Ümummilli  liderimiz  Heydər Əliyevin  yürütdüyü  siyasi-

mədəni  xəttin  layiqli  davamçısı  prezident  İlham Əliyevin

inamla  və sədaqətlə həyata  keçirməkdə olduğu  mədəniyyət

siyasətinin  uğurlu  nəticələri  və perspektivləri  artıq  göz

qabağındadır.  Belə ki,  “2006 – 2016-cı  illər  üçün  mədəniyyət

sahəsində dövlət inkişaf konsepsiyası”nın əsas qayəsi daxili və

xarici  dövlət  mədəniyyət  siyasətinin  təminatı mexanizmlərini

dünya standartları səviyyəsinə çatdırmaq  yolunda mədəni irsin

qorunması,  yaradıcılığın  dəstəklənməsi  və mədəni  sənayelərin

dirçəldilməsi  kimi  prioritet  istiqamətləri  müasir  dövrün

tələblərinə uyğun  şəkildə inkişaf  etdirməklə qədim  və möhtə-

şəm  Azərbaycan  mədəniyyətinin  və incəsənətinin  qorunub

saxlanılmasına,  gələcək  inkişafına  və dünya  mədəniyyətinə

uğurlu inteqrasiyasına nail olmaqdır. Mədəniyyət və incəsənə-

tin  bütün  sahələrində müasir  informasiya-kommunikasiya

texnologiyalarının  tətbiqi  həyata  keçiriləcək  islahatların əsas

məğzi kimim nəzərdə tutulmuşdur.

Mədəniyyət  siyasətinin  perspektivlərini  müəyyənləşdirən

“2006 – 2016-cı illər üçün mədəniyyət sahəsində dövlət inkişaf

konsepsiyası”nın  ümumi  məqsəd  və vəzifələri  mədəniyyət




________Milli Kitabxana________

10

siyasətinin təminat mexanizmləri kimi çıxış edən və mədəniy-



yətin  bütün  sahələrini əhatə edən  mədəniyyətin  idarəolunma,

hüquqi, maliyyə, elmi-informasiya təminatı, insan resurslarının

inkişafı,  maddi-texniki  infrastrukturun  müasirləşdirilməsi  və

beynəlxalq əməkdaşlığın  möhkəmləndirilməsi  kimi  ümumi

məsələlərin inkişaf etdirilməsindən, o cümlədən daxili və xarici

dövlət  mədəniyyət  siyasətinin  göstərilən  sahələrinin  dünya

standartları  səviyyəsinə çatdırılması  üçün  tələb  olunan  islahat-

ların həyata keçirilməsinin təmin edilməsindən ibarətdir.

“2006 – 2016-cı  illər  üçün  mədəniyyət  sahəsində dövlət

inkişaf konsepsiyası”nın müddəalarında belə bir elmi yanaşma

yer  alır  ki,  digər  ictimai-siyasi  konsepsiyalarla  yanaşı

mədəniyyət  konsepsiyası  da  cəmiyyətdə mühüm  dərketmə və

dünyagörüşü  funksiyasını  yerinə yetirməli,  baş  verən  mədəni

proseslərin  mənasını,  məzmununu,  istiqamətini  müəyyənləş-

dirməli,  kulturologiyanın  gələcək  inkişaf  yollarını,  vasitələrini

məqsədlərini



əsaslandırmalı,  gələcəyə

doğru  gedən

insanların  ali  humanist  sərvətlərini  qorumalı,  müasir  inkişaf

etmiş  ölkələrin  mədəniyyət  praktikasının  neqativ  tərəflərini,

mədəniyyət haqqında qeyri-bəşəri “ifrat müasir” konsepsiyala-

rının əsassızlığını  sübut  etməlidir.  Mədəniyyət  konsepsiyası

mədəniyyətin bir ictimai hadisə kimi mahiyyətini açmalı, onun

müasir  cəmiyyətdə müxtəlif əlaqələrini,  yerini  və rolunu

aydınlaşdırmalı, mədəni həyatın yaradıcılıq, mədəni irsə müna-

sibət,  mədəni  sərvətlərin  yayılması,  istifadə olunması  və

qorunması kimi mühüm tərəflərini hərtərəfli öyrənməlidir.

Belə bir  kulturoloji  yanaşmaya  görə,  mədəniyyət  konsep-

siyasına  ehtiyac  həm  də gündəlik  mədəni  fəaliyyət  praktika-

sında,  siyasətdə,  müəssisələrin  və sosial  mədəniyyət  institut-

larının  işində,  habelə mədəniyyətin  sosial  idarəolunması  və

cəmiyyətin  mədəni  həyatının  təşkili  sahəsində də özünü

göstərir. Bu ehtiyac müstəqillik əldə etmiş cəmiyyətlərdə insa-

nın  hərtərəfli  inkişafına,  humanist  tipli  şəxsiyyətin  formalaş-

masına  yönəldilmiş  elmi,  mədəni,  tərbiyəvi  işə və maariflən-



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə