Namiq abbasov məDƏNİYYƏt siyasəTİ VƏ MƏNƏVİ DƏYƏRLƏR



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə5/145
tarix01.11.2017
ölçüsü3,26 Mb.
#7800
1   2   3   4   5   6   7   8   9   ...   145

________Milli Kitabxana________

14

neqativ təzahürləri ilə təmasda aşınmadan qorunması istiqamə-



tində qarşıya qoyulmuş məqsəd və vəzifələr başlıca yer tutur.

Bu  məqsədlə tədqiqat  işində aşağıdakı  vəzifələr  qarşıya

qoyulmuşdur:  Mədəniyyət  siyasəti  anlayışını  təhlil  etmək  və

Azərbaycanda  mədəniyyət  siyasətinin  istiqamətlərini  öyrən-

mək;  Azərbaycan  müstəqillik  qazandıqdan  sonra  mədəniyyəti-

mizdə baş  verən  hadisələri, əldə olan  müvəffəqiyyətləri,  möv-

cud  olan  problemləri  və onları  necə aradan  qaldırmağı  öyrən-

mək;  Hər  bir  milli  mədəniyyətin  inkişafı  üçün  vacib  olan  mə-

dəni əməkdaşlığın  və onun  Azərbaycanda,  müasir  dövrdə nə

dərəcədə inkişaf etdiyini öyrənmək; Milli dəyərlərimizin Azər-

baycan  kulturoloji  düşüncəsindəki  spesifik  xüsusiyyətlərini

tarixi  inkişaf  fonunda  izləmək  və dəyərləndirmək;  Qabaqcıl

dünya ölkələrinin mədəniyyət siyasətini təhlil etmək və onların

müsbət  cəhətlərini  milli  mədəniyyətimizi  qoruyub  saxlamaq

şərtilə Azərbaycanın mədəniyyət siyasətinə tətbiq etmək; Döv-

lət  siyasətində mədəni  və mənəvi  irsin  qorunması  vəzifəsinin

metod və üsullarının təhlil etmək; Azərbaycan mədəniyyətinin

gələcəkdə daha  da  yüksək  səviyyədə inkişaf  etməsi  üçün

mədəniyyət siyasətinə dair təklif və tövsiyələr vermək.

Mədəniyyət  konsepsiyasını  ancaq  mənəvi  mədəniyyətin

öyrənilməsi çərçivəsinə salmaq, maddi mədəniyyətin mövcud-

luğunu  inkar  etmək,  onun  digər  fəaliyyət  sahələri  və ictimai

fəaliyyət  növləri  ilə bağlı  elementlərini  təhlildən  kənarda

qoymaq  olmaz.  Monoqrafiyada  mədəniyyət  konsepsiyasının,

insan  fəaliyyətinin  bütün  növlərini  və üsullarını,  həmin

fəaliyyətin  subyekt  kimi  inkişafı,  təkmilləşməsi  baxımından

təhlil  etməyə qadir  olduğu  haqqında  müddəanın hərtərəfli

əsaslandırılmasına  cəhd  edilmişdir.  Ona  görə də mədəniyyətin

perdmeti  cəmiyyətin  hər  hansı  bir  ayrıca  “sahəsi”  deyil,

bütövlükdə bütün  cəmiyyətdir;  insanın  özünü  ictimai  varlıq

kimi  hazırlayan,  tam  insan  şəxsiyyətini  formalaşdıran  cəmiy-

yətdir, xalqdır. Sosial həyatda ictimai fəaliyyətin bu və ya digər

sahəsinin insanın özünə təsir göstərən, onu formalaşdıran, fərdi



________Milli Kitabxana________

15

inkişaf 



xarakterini 

müəyyənləşdirən 

amilə

çevrilməsi



dərəcəsindən  asılı  olaraq  mədəniyyət  konsepsiyası  tədqiqatlar

predmetinə aiddir.  İnsanın  öz  ictimai  və istehsal  fəaliyyətində

necə formalaşması haqqında məsələ mədəniyyət konsepsiyanın

mərkəzi  məsələsi  kimi  özünü  göstərir.  Deməli,  mədəniyyət

konsepsiyası  cəmiyyətdə fərdi  və bəşəri  aspekti  ayırır  və onu,

özünün xüsusi təhlili mövzusuna çevirir.

Müasir kulturoloji konsepsiya, insanın fəaliyyət prosesində

ictimai  istehsal  və təkrar  istehsal  nəzəriyyəsi  kimi  müəyyən-

ləşdirilməklə,  çağdaş  sosial-tarixi  nəzəriyyənin  mühüm  tərkib

hissəsi  olaraq  nəzərdən  keçirilir.  İctimai  hadisə olan  mədəniy-

yət  tarixi  ancaq  sosial  həyatın  bütün  cəhətlərinin  (iqtisadi,

sosial, siyasi, mənəvi) kontekstində dərk edilə bilər, onların hər

birini  özlərinə xas  bəşəri  məzmun  baxımından  səciyyələndir-

mək mümkün olur. Məhz mədəniyyət nəzəriyyəsi ictimai siste-

min humanistlik “ölçüsünü”, onun insanların mənafeyinə, məq-

sədinə, tələbatına uyğunluğunu müəyyən etməyə imkan verir.

Mədəniyyətin  mütərəqqi  nəzəriyyəsi,  sosial  və tarixi

məzmundan  məhrum  olan  mücərrəd  düşüncəli  insanın  tələblə-

rinə cavab  vermir.  İstənilən sosial  sahənin  mədəni  mənasını

aşkara çıxarmağa cəhd göstərən bu konsepsiyanın təhlilində ən

əvvəl,  öz əməyi  ilə cəmiyyətin  maddi  və mənəvi  sərvətini

yaradan insanların mənafelərini nəzərə alır. Həmin konsepsiya

üçün  cəmiyyətin  mədəni  hazırlığının  zəruri

göstəricisi,

insanların  ictimai  istehsal  sistemində real  mövqeyi,  onların

ictimai-siyasi və mənəvi həyatda iştirak səviyyəsi, şüurluluq və

sosial fəallıq dərəcəsidir.

Mövcud  cəmiyyətin  maddi  həyatının  təkrar  istehsal  prose-

sinin əsas  elementlərinin  (istehsal,  mübadilə,  bölgü,  istehlak)

birliyi  haqqında  bir  sıra  tədqiqatçıların  müddəası  geniş,

ümumsosioloji  mənaya  malikdir  və habelə mənəvi  istehsal

sahəsinə də aiddir. Həmin müddəa mədəniyyətin tədqiqi, onun

cəmiyyətdə fəaliyyət  göstərməsi  üçün  mühüm  metodoloji

əhəmiyyətə malikdir.  Ümumilikdə götürdükdə,  istər  mədəniy-




________Milli Kitabxana________

16

yətin  tarixi  və nəzəriyyəsi  problemlərinin  öyrənilməsi  və əldə



olunan  təcrübənin  bəşəriyyətin  tərəqqisi  naminə istifadə

olunması baxımından, istərsə də dünya dövlətlərinin bu  yöndə

həyata keçirdikləri mədəniyyət siyasətlərində uğurlu nəticələrə

nail olunması, habelə ictimai-siyasi və sosial-mədəni proseslər

kontekstində mənəvi dəyərlərin mühafizəsi və təbliği baxımın-

dan  dünya,  o  cümlədən  Azərbaycan  kulturoloji  fikrində çox-

saylı  tədqiqatlar

aparılmışdır.  Bununla  belə

indiyədək

Azərbaycanda  dövlət  mədəniyyət  siyasətinin  tarixilik  və pers-

pektivlər  baxımından  sistemli  şəkildə elmi-tənqidi  təhlilini

verən və bu siyasətdə mənəvi dəyərlərin çəkisini dəyərləndirən

monoqrafik tədqiqat əsərləri çox azdır.

Məhz  bu  mənada  monoqrafiya  Azərbaycanın  mədəniyyət

siyasətinin mənəvi dəyərlərimizin inkişafındakı fəaliyyətini əks

etdirən  ilk əsərlərdən  biridir.  Tədqiqat  işinin  elmi  yeniliyi  də

məhz  problemin  özünün  qoyuluşu  ilə müəyyən  olunur  və

əsasən aşağıdakı müddəalarda öz əksini tapır:

– Azərbaycan dövlətinin mədəniyyət siyasətinin problemlər

kontekstində müstəqillik dövrünün prioritetləri, sosial məqsəd-

lər  və mənəvi  dəyərlər  baxımından  kulturoloji  mahiyyəti  ilk

dəfə olaraq tədqiqata cəlb edilmiş, mədəniyyət sahəsində plan-

laşdırma, qanunvericilik təminatı məsələləri şərh edilmişdir;

– Müasir dövrdə dövlət mədəniyyət siyasətinin qarşılaşdığı

çətinliklər,  siyasi  və iqtisadi  sistem  dəyişikliklərinin  mədəniy-

yət  sahəsindəki  təzahürləri,  mədəniyyət  müəssisələrinin

fəaliyyəti, əhalinin  mədəni  həyatda  iştirakı,  yaradıcılığın  dəs-

təklənməsi,  mədəniyyətin  maliyyələşməsi  və milli-mənəvi

dəyərlərin  mühafizəsi  problemləri  elmi  meyarlar  çərçivəsində

tədqiq edilmişdir;

– Azərbaycanda  mədəniyyət  siyasətinin  effektivləşmə və

səmərəliləşmə perspektivlərinə diqqət yetirilmiş, dünya dövlət-

lərilə müqayisəli  təhlillər  aparılmış,  bu  siyasətin  tənzimlən-

məsində yerli  və beynəlxalq  təşkilatların  rolu  göstərilmişdir.

YUNESKO və Avropa Şurası qərarlarının ümumi çərçivəsində



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə