Namiq abbasov məDƏNİYYƏt siyasəTİ VƏ MƏNƏVİ DƏYƏRLƏR



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə7/145
tarix01.11.2017
ölçüsü3,26 Mb.
#7800
1   2   3   4   5   6   7   8   9   10   ...   145

________Milli Kitabxana________

20

bu prosesə hər bir etnosun milli-mənəvi “Mən”ini dərk edərək



qoşulmasıdır. Bəlkə də, bu zərurətin dərkindən doğan həqiqətin

nəticəsidir ki, indi qloballaşma ayrı-ayrı xalqların etnik-mənəvi

köklərinə yenidən  dönüşü  ilə də xarakterizə olunur.  Bu  da

cəmiyyət  tarixinin  inkişaf  qanunauyğunluğunun  özünüqoruma

instinktindən doğur (17, s.8-9).

XX əsrin son on illiyi və XXI əsrin əvvəllərində mədəniy-

yətin  qloballaşma  prosesi  sürətlə inkişaf  etmişdir.  Mədəni

diffuziya, daha dəqiq desək, mədəni dəyərlərin mənimsənilmə-

sinin  kortəbii  və yaxud  nəzarət  edilməyən  cəhəti  həm  pozitiv,

həm  də neqativ  aspektlərə malikdir.  Bir  tərəfdən  o  xalqlara

imkan  verir  ki,  bir-biriilə ünsiyyətə girsin  və bir-birini  yaxın-

dan tanısın. Ünsiyyət və tanıma xalqların yaxınlaşmasına şərait

yaratmışdır.  Digər  tərəfdən  həddindən  artıq  fəal  ünsiyyət  və

mənimsəmə mədəni  orijinallığın  itirilməsi  üçün  təhlükədir.

Eyni  mədəni  nümunələrin  bütün  dünyada  yayılması,  mədəni

təsir  üçün sərhədlərin açılması və mədəni ünsiyyətin genişlən-

məsi  alimləri  müasir  mədəniyyətin  qloballaşma  prosesi

haqqında  danışmağa  məcbur  etmişdir.  Qloballaşma  millətlərin

dünya  sisteminə inteqrasiyasının  sürətləndirilməsinə təsir  edir,

müasir nəqliyyat vasitələrinin və iqtisadi əlaqələrin inkişafı ilə

güclənir,  kütləvi informasiya  vasitələrinin  insanlara  təsirini

gücləndirir.  Bu  xalqlar  arasında  mədəni  kontaktların  genişlən-

məsinə imkan  verir  və insanların  miqrasiya  proseslərini

güclənidirir.

XX əsr  elmi-texniki  tərəqqi əsri,  XXI əsr  isə qloballaşma,

inteqrasiya  və informasiya əsri  adlanır.  Qloballaşma  prosesi

təşəkkül  tapdığı  vaxtdan  indiyə kimi  Qərb  və Şərq  dövlətləri

arasında  sosial,  iqtisadi,  mədəni  və hərbi əlaqələr  sürətlənir,

kommunikasiya vasitələri genişlənir. Qloballaşma inkişaf etmiş

Qərb dövlətlərində məqbul sayılan ideoloji standartlar əsasında

baş  verdiyindən,  müsəlman  dünyası  bu  proseslər  zamanı,

onlara  ayrılmış  yeri  və xüsusi  çəkini  müəyyən  etmək  zərurəti

ilə qarşılaşmışdır (50, s.127).



________Milli Kitabxana________

21

Dünyada  ortaq  dəyərlər  olan  insan  haqları,  hüququn



üstünlüyü və demokratiyanın əhəmiyyəti getdikcə artmaqdadır.

Ötən


əsrin  sonlarından  etibarən  maliyyə

bazarlarındaki

sərbəstləşmə hərəkatları  və informasiya  texnalogiyasındakı

inkişafla  başlayan,  xarici  ticarətdəki  sərbəstləşmə və texnoloji

inkişafla  sürətlənərək  iqtisadiyyatın  diğər  sahələrini  da  təsiri

altına  alan  qloballaşma  prosesi,  son  illərdə sosial  və mədəni

sahələrdə da istiqamətverici olmağa başlamışdır.

Kompyuter  və informasiya  texnologiyalarındakı  sürətli

inkişaflar  nəticəsində məlumatların  uzun  məsafələr  boyunca

asan  və sürətli  ötürülə bilməsi  Yer  üzünün  qloballaşmasında

əhəmiyyətli  rol  oynamışdır.  Bu  proses,  beynəlxalq  rəqabət

qaydalarında  köklü  dəyişikliklərə yol  açmışdır.  İstehlakçıların

da məlumatlara çox sürətli və asan yiyələnmə imkanı ilə bağlı

tələbi  də qloballaşmışdır.  Bunun  nəticəsində müxtəlif  ölkələr-

dəki istehlakçı seçimləri və həyat tərzləri arasında bənzərliklər

meydana gəlməkdədir.

İnformasiya  cəmiyyətunun  yaranması  prosesində

ən

əhəmiyyətli 



istehsal 

faktoru  məlumat 

olduğundan, 

keyfiyyətinin  yüksəldilməsi  və inkişaf  etmiş  bir  informasiya



strukturuna sahib olmanın əhəmiyyəti artmaqdadır. Bu səbəblə

də belə fikrə gəlinir  ki,  XXI əsrdə inkişafda  olan  ölkələrin

inkişafına ən  böyük  yardımı  insan  qaynaqlarına  yatırım  və

strukturun yaxşılaşdırılması göstərəcəkdir.

Ümumiyyətlə isə, qloballaşma pozitiv və neqativ cəhətlərə

malikdir.  Qloballaşmanın  neqativ  momentləri  hər  bir  xalqın

özünün  mədəni  özünəməxsusluğunun  itməsi  imkanını  aşkara

çıxarır.  Bu  proses  assimlasiya  təsirinə imkan  verir.  Müasir

cəmiyyətdə

mədəni  özünəməxsusluğu  qoruyub  saxlamaq

sivlizasiyanın ən ali nailiyyəti kimi dəyərləndirilir. Əvvəllər bu

məsələlərə diqqət  yetirilmirdi.  Ona  görə də bir  millət  digər

milləti  öz  içərisində əridirdi,  itaət  altına  alınmış  xalqın

mədəniyyət  qalıqlarının  müsbət  ünsürlərini  tamamilə özünə

götürürdü.  Misal  üçün  Latın  Amerikası  və Afrika  ölkələrinin



________Milli Kitabxana________

22

Avropa  müstəmləkəçiliyi  dövründə bu  işlər  baş  vermişdir.



Müasir  dövrdə əksər  sivilizasiyalı  insanlar  üçün  “sosial

siyasət” və “mədəniyyət siyasəti” ifadələri vərdişə çevrilmişdir.

Sual  oluna  bilər,  bunlar  nə üçün  yalnız  sivilizasiyalı  insanlar

üçün  adiləşmişdir?  Ona  görə ki,  bu,  məqsədyönlü  cəmiyyətin

sosial-mədəni  sahələrinin  idarə

edilməsi  konsepsiyasına

əsaslanır.  Bütövlükdə bunlar  sivilizasiyalı  ölkələrin  fərqlən-

dirici əlamətləri hesab olunur. Bu xalqlar üçün bu hallar yalnız

XX əsrin  ortalarından  başlayaraq  adiləşdirilmişdir.  Elə həmin

vaxtdan  başlayaraq  bütün  bəşəriyyətin  mədəni  genefondunun

saxlanılmasına  yeni  yanaşma  inkişaf  etdirilmişdir.  Bu

konsepsiya BMT çərçivəsində ayrıca götürülmüş hər bir ölkəyə

aid edilir.

BMT-nin  təhsil,  elm  və mədəniyyət  məsələləri  üzrə

niazmnaməsində deyilir:  “İnsan  ləyaqətini  qorumaq  üçün

mədəniyyət  və təhsil ədalət,  azadlıq  və sülh əsasında  bütün

insanlar arasında geniş yayılmalıdır; ona görə də, bu baxımdan

bütün  xalqların  üzərinə qarşılıqlı əməkdaşlıq  ruhunda  yerinə

yetirilməli  olan  müqəddəs  vəzifələr  qoyulur.  Buna  görə də

onlar  dünyanın  bütün  xalqlarının  təhsil,  elm  və mədəniyyət

sahəsində əməkdaşlığı  yolu  ilə tədricən  beynəlxalq  sülhə və

bəşəriyyətin rifahına nail olmaq məqsədi” (75, s.9) güdür.

Dünya kulturoloji fikri yekdilliklə belə bir ümumi qənaətə

gəlir  ki, ənənəvi  tədqiqatlarda  bir-birindən  ayrı, əlahiddə

təqdim edilən qədim mədəniyyətlər, biri digərinin tarixi davamı

və tamamlayıcısı  olan  qədim  sivilizasiyaların  təzahürü  olmaq

etibarilə vahid bir mədəniyyət hadisəsidir və indi bu sivilizasi-

yaların  müasir  varisləri  XXI əsrin  ilk  onilliyini  tamamlamaq-

dadır. Vahid mənşədən vüsət alan sivilizasiyalar tarixi epoxalar

sınağından  keçərək  yenidən  bir-birinə qovuşur.  Beləliklə,  türk

etnik-mənəvi 

“Mən”inin 

dərk 

olunma 


ümumtürk


miqyasında  psixoloji  həzmi  zərurəti  bu  günün  reallıqlarından

doğur.  Və bütün  bəşəriyyət  gücündən,  iqtisadi  qüdrətindən,

mənəvi-mədəni  səviyyəsindən  asılı  olmayaraq  milli  varlığını



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə