Namiq abbasov məDƏNİYYƏt siyasəTİ VƏ MƏNƏVİ DƏYƏRLƏR



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə8/145
tarix01.11.2017
ölçüsü3,26 Mb.
#7800
1   ...   4   5   6   7   8   9   10   11   ...   145

________Milli Kitabxana________

23

qorumaq  istəyirsə,  bu  prosesə qoşulmalı,  onun  labüdlüyünü



dərk etməlidir(16, s.7).

Dünya xalqlarının hər birində kökünə, soyuna, ilkin maddi-

mənəvi  dəyərlərinə qayıdış  meyli  son  zamanlar  bir  qədər  də

güclənməkdədir. Xalq ruhunun, milli mənəviyyatın bütün ifadə

çalarlarını  və özəlliklərini  qoruyub  saxlayan  milli-mənəvi

dəyərlər  bu  qayıdışa  rəvac  verən  sönməz  idrak,  solmaz

təfəkkür,  orijinal  dünyaduyumudur.  Məhz  bu  səbəblərdən  də

mənəvi dəyərləri də ğzündə ehtiva edən mədəniyyət məfhumu

ilə bağlı tədqiqatlar və müzakirələr bu gün də səngimək bilmir,

yəqin ki, hələ neçə-neçə onilliklər də bitib-tükənməyəcəkdir.

XX əsrin  ikinci  yarısından  başlayaraq  mədəniyyət  siyasəti

Qərb  ölkələrinin  fəaliyyətində tədricən  mühüm  yer  tutmağa

başlayır.  Sonralar  isə Avropa  Şurası  mədəniyyət  siyasətinə

demokratik  inkişaf  siyasəti  kimi  ciddi  diqqət  yetirir.  1986-cı

ildə

Avropa  Şurası  Avropa  ölkələrində



geniş  yayılmış

“Mədəniyyət  siyasətinin  qısa  proqramı”na başlanğıc verdi.  Bu

proqran  Mədəniyyət  Nazirlikləri  tərəfindən  milli  hesabatların

hazırlanmasını  nəzərdə tutur.  Sonra  bu  hesabatlar  Avropa

Şurasının  ekspertləri  tərəfindən  qiymətləndirilərək  müvafiq

tövsiyyələr  hazırlanır.  Bu  tövsiyyələr  məhsuldar  fəaliyyət

proqramının  işlənməsi  məqsədi  ilə Strasburqda  və ayrı-ayrı

ölkələrdə müzakirə edilir.  1997-ci  ildə Avropa  Şurasının

mədəniyyət  siyasəti  şöbəsinin  fəaliyyətini  yaxşılaşdırmağa

xidmət  edən  “Mədəniyyət  siyasətinin  sistemləşdirilməsi  və

istehsalı  ittifaqı”  yarandı.  İttifaq  mədəniyyət  siyasəti üzrə

materialların  yığılması,  sistemləşdirilməsi  və istehsalı,  onların

çoxaldılaraq  müxtəlif  ölkələrin  dövlət  və qeyri-hökumət

strukturları  arasında  yayılması  ilə məşğul  olur.  O,  müxtəlif

ölkələrdə mədəniyyət  siyasəti  sahəsində işləyənlər  üçün  təmas

şəbəkəsi  müəyyənləşdirir.  Avropada  mədəniyyətin  inkişafı  və

mədəniyyət  siyasəti  üzrə

diskusiyaların  keçirilməsi  və

informasiya  mübadiləsi  məqsədi  ilə 1998-ci  ildə 40-dan  çox

mədəniyyət  şəbəkəsi  və təşkilatını  özündə birləşdirən  Forum




________Milli Kitabxana________

24

yaradılmışdır.  O,  müxtəlif mədəniyyətlər  arasında  qarşılıqlı



anlaşma  körpüləri,  dostluq  və sülhün  qurulmasında,  dünya

ölkələrində demokratik  mədəniyyətin  inkişaf  etdirilməsində

mühüm rol oynayır.

(58, s. 68)

Mədəniyyət  siyasəti  mədəniyyətin  inkişafında  böyük  rol

oynayır,  çünki  mədəniyyət  siyasi  amillərdən,  dövlətin  mədəni




________Milli Kitabxana________

25

inkişafına  təkan  verən  və ya  tormozlayan  siyasi  sistemindən



asılıdır  (18,  s.28-29).  Ona  görə də mədəniyyət  siyasətinin

mahiyyətini  açmaq  üçün  ilk  növbədə kulturoloji  fikirdə

“mədəniyyət”  məfhumuna  olan  münasibətə aydınlıq  gətirmək

lazımdır.

Dünya  elmi  fikrində

mövcud  olan  bəzi  təriflərdə

“mədəniyyət” məfhumu əsasən belə izah edilir ki, bu fenomen

varlığın  və şüurun  bütün  sahələrində bəşəriyyətin  predmet-

ləşdirmə (sərvətlər, normalar, işarə sistemləri yaradılması və s.)

və predmetsizləşdirmə (mədəni  irsin  mənimsənilməsi)  proses-

lərinin  dialektik  vəhdətindən  ibarət,  gerçəkliyin  yenidən

dəyişdirilməsinə,  bəşər  tarixi  zənginliyinin  şəxsiyyətin  daxili

zənginliyinə çevriləmsinə,  insanın  mahiyyət  qüvvələrinin  hər

vasitə ilə aşkara  çıxarılmasına  və inkişaf  etdirilməsinə

yönəldilmiş  sosial-mütərəqqi  yaradıcı  fəaliyyətidir.  Məhdud

mənada əsasən  maddi  mədəniyyət  (texnika  istehsal  təcrübəsi,

maddi  sərvətlər),  mənəvi  mədəniyyət  (elm,  incəsənət  və

ədəbiyyat,  fəlsəfə, əxlaq,  maarif  və s.),  həmçinin  siyasi

mədəniyyət  (cəmiyyətin,  sinfin,  qrupun,  fərdin  fəaliyyətinin

ictimai  münasibətlərin  dəyişdirilməsinin  subyekti  kimi  şəxsiy-

yətin  sosial  inkişafının  meyarını  səciyyələndirən  məqsədləri,

nəticələri)  haqqında  danışmaq  qəbul  olunmuşdur  (39,  s.276)

Uzun  illərdir  ki,  təriflərin  bəzilərində qeyd  olunur  ki,  mədə-

niyyət


ictimai-iqtisadi  formasiyaların  bir-birini

əvəz

eməsindən  asılı  olaraq  inkişaf  edən  tarixi  hadisədir.  Mənəvi



mədəniyyəti maddi əsasdan ayıran və onu “elita”nın (fr. elite –

ən  yaxşı,  seçilmiş)  mənəvi  məhsulu  kimi  izah  edən  idealist

mədəniyyət  nəzəriyyələrinin əksinə materializm  maddi  nemət-

lərin  istehsalı  prosesini  mənəvi  mədəniyyətin  inkişafının əsası

və mənbəyi  kimi  nəzərdən  keçirir;  belə çıxır  ki,  mədəniyyət

bilavasitə bütün  xalqların  fəaliyyətilə yaradılır.  Qeyd  etmək

lazımdır  ki,  maddi  şəraitdən  asılı  olan  mənəvi  mədəniyyət

maddi əsas  arxasınca  avtomatik  dəyişmir,

əksinə nisbi



________Milli Kitabxana________

26

müstəqilliyi  ilə



(inkişafda  varislik,  müxtəlif  xalqların

mədəniyyətlərinin bir-birinə təsiri və s.) səciyyələnir (39, s.24).

Ümumiyyətlə,  mədəniyyətin  mahiyyətinə müxtəlif  mövqe-

lərdən  yanaşan  çoxsaylı  təriflər  mövcuddur.  Bu  terminoloji

problemlər  içərisində maraqlı  olan  anlayışlar  kifayət  qədərdir.

Adətən,  mədəniyyət  dedikdə ictimai  qrup,  fərdi varlıq  və

şüurun  vəziyyəti,  həmçinin  həmin  vəziyyətin  dəyişilməsi

sahəsində fəaliyyət  başa  düşülür.  Varlığın  vəziyyəti,  onun

dəyişilməsindəki  fəaliyyət  adətən  maddi  vəziyyət  adlanır.

Varlıq  haqqında  təsəvvürlərin  dəyişilməsinə aid  fəaliyyəti  və

həmin  fəaliyyətin  nəticələri  çox  vaxt  mənəvi  mədəniyyət

adlanır.  Maddi  və mənəvi  mədəniyyət  bir-birilə sıx  surətdə

əlaqədardır.  “Varlıq  şüuru  müəyyən  edir”  fikri  qədər,  “şüur

varlığı  müəyyən  edir”  fikri  də

fəlsəfi  və

kulturoloji

diskussiyaların  müzakirə obyektidir  (138,  s.151).  Tanınmış

tədqiqatçı Y.M.Lotmanın: “şüurdakı hər hansı dəyişiklik maddi

mədəniyyətin dəyişilməsinə təsir edir” və ya əksinə “mədəniy-

yət  təkcə binanı  yaratmır,  o  həm  də insanları  yaradır”  kimi

fikirləri çox alimlər tərəfindən qəbul edilməkdədir (127, s.29).

Qeyd  etmək  lazımdır  ki,  mənəvi  mədəniyyəti  mənəvi

istehsalla  eyniləşdirmək  olmaz.  Mənəvi  istehsal – ideyaların,

normaların,  dəyərlərin  məcmusudur.  Mənəvi  mədəniyyət  daha

geniş  anlayış  olub,  mənəvi  istehsalı  da  özünə daxil  edir.

Deməli, mədəniyyət maddi və mənəvi dəyərlərin məcmusudur.

Konkret  olaraq  mədəniyyətə,  belə bir  tərif  vermək  olar.

Mədəniyyət – cəmiyyətin  bütün  tarixi  boyu əldə etdiyi  maddi

mənəvi  sərvətlərin  məcmusudur,  həmçinin  onların



yaradılması qabiliyyəti və bəşəriyyətin tərəqqisi üçün onlardan

istifadə etmək  və onları  nəsildən-nəslə vermək  bacarığıdır.

Mədəniyyət  insanın  sirli-sehirli  dünyasıdır.  Onun  özünü  dərk

etməsi və şəxsiyyətin mövcudluq üsuludur (99, s.428).

Əksər  tədqiqatçıların  rəyinə görə maddi  və mənəvi

mədəniyyət  arasındakı  fərq  nisbidir.  Çünki  onların  hər  ikisi

insanın 

mahiyyət 

qüvvələrinin 

predmetləşdirilməsi 




Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə