Namiq abbasov məDƏNİYYƏt siyasəTİ VƏ MƏNƏVİ DƏYƏRLƏR



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə9/145
tarix01.11.2017
ölçüsü3,26 Mb.
#7800
1   ...   5   6   7   8   9   10   11   12   ...   145

________Milli Kitabxana________

27

predmetsizləşməsi  nəticəsi  olaraq  meydana  çıxır  və onun



yaradıcılıqda  tələbatının  reallaşmasıdır.  Maddi  mədəniyyət

“şey”  tələbatının  ödənilməsi  üçün  dəyər  yaradır.  İnsanın

cismani təşkilini əsaslandıran qida, paltar və yaşayış  yeri və s.

üçün  dəyərlərin  içərisində prioritet  xarakterə malik  olur.

Mənəvi  dəyərlər  bütün  tələblərdən  “yüksəkdədir”.  O  cismani

tələbatlar çərçivəsindən kənara çıxır və onların ödənilməsi üsu-

lunu  mürəkkəbləşdirir.  Mənəvi  mədəniyyət  iki  növdə mövcud

olur. Birincisi, predmet şey dəyərləri kimi, bu adətən insandan

özgələşmiş əmtəə forması  almışdır.  Onlar  maddi  istehsalın

nəticələrinə oxşayır.  İkincisi,  mənəvi  mədəniyyət  fəaliyyət

aktını təmsil edir və burada nəticə insandan özgələşməmişdir, o

yaradıcılıq  prosesinin  özü  ilə üst-üstə düşür  (tamaşa,  dərs,

müalicə təsiri).  Buradan  mənəvi  istehsalın  spesifikası  maddi

istehsalla  müqayisədə

fərqlənir.  Mənəvi  istehsal  unikal,

təkrarsız  dəyərləri  yaradır.  Bu  maddi  rifah  sahəsindəki

istehsaldan  fərqli  olaraq  şablona,  tirajlaşdırmaya  aid  deyildir.

Çünki  maddi  istehsal  sahəsində ağalıq  edən  standart  sxemdən

fərqlənir.    Deməli,  mənəvi  istehsal  prosesində insan  daha  çox

azadlığa  malik  olduğundan, şablondan  uzaqdır  və burada

yaradıcılıq  potensiyasını  daha  geniş  şəikldə təzahür  etdirir.

Maddi mədəniyyət əsasən kollektiv cəhd nəticəsində yaranır və

bilavasitə korporasiyanın  sahəsində mümkün  olur.  Mənəvi

istehsal  korporasiyaya  məruz  qalır  lakin  o,  təkbaşına  baş  verir

(rəssamlıq,  dramaturqiya,  bədii ədəbiyyat,  dini  ehkamlar  və s.

konkret  mənəvi  məhsulun  yaradılış  məqamı  bir  müəllifin

iştirakı baş verir).

Mədəniyyət  insan  tərəfindən  yaradılır,  mədəniyyəti

öyrənirlər,  çünki,  o  gen  yolu  ilə keçmir,  hər  bir nəsil  onu

yenidən  yaradır  və gələcək  nəsilə ötürür.  Bu  proses  sosi-

allaşmanın

əsasıdır. 

Dəyərlərin, 

inamların, 

normaların,

qaydaların  və idealların  mənimsənilməsi  nəticəsində uşağın

şəxsiyyətinin formalaşması və bu hərəkətinin tənzinlənməsi baş

verir. Əgər  sosiallaşma  prosesi  kütləvi  ölçüdə dayansaydı  bu,




________Milli Kitabxana________

28

mədəniyyətin 



məhvinə

gətirib 


çıxarırdı. 

Mədəniyyət

cəmiyyətin  üzvlərinin  şəxsiyyətini  formalaşdırır,  bununla  da

lazımi dərəcədə onların hərəkətini tənzimləyir.

Məhz  mədəniyyət  fenomeni,  sadəcə əşyaların və zehnin

sadəcə abstrakt  formalarda  istehsalını  deyil,  insanın  özünün

sosial  hadisə

kimi,  yəni  onu  ictimai

əlaqələrin  və

münasibətlərin bütün bolluğunda istehsalını üzvi birləşdirməyə

şərait  yaradır.  İnsanın  məzmun  qüvvəsinin  formalarından  biri

kimi cəmiyyətin, onun müxtəlif sosial qruplarının proseslərinin

dərəcə və ölçüsünün  göstəricisi  kimi  çıxış  edən  mədəniyət

ideyalırın,  baxışların,  dəyər  istiqamətinin  və ya  praktik

fəaliyyətinin 

müxtəlif 

formalarının 

birliyini 

göstərir.

Mədəniyyətdə yaradıcı  qüvvənin  sosial  şəxsi  keyfiyyətləri əks

olunur və möhkəmlənir.

Hər bir insan cəmiyyəti öz şəxsi spesifik mədəniyyətinə və

ya  müəyyən  dərəcədə digər  sistemlərlə üst-üstə düşən  sosial

mədəni  sistemə malikdir.  Sosial  mədəni  sistemlər  arasında

fərqlər  fiziki  şəraitlərlə və resurslarla;  fəaliyyətin  müxtəlif

sahələrinə məxsus  olan  imkanların  diapozonu  ilə,  dilin,

ritualların  və ənənələrin,  alətlərin  hazırlanmasının  istifadə

edilməsininin  tipi  ilə;  sosial  inkişaf  dərəcəsi  ilə bağlıdır.

Fərdin,  onu əhatə edən,  içərisində yaşadığı  mədəniyyət,  onun

münasibətlərinə,  dəyərlərinə,  ideal  və inamlarına  təsir  edir.

Şübhəsiz ki, fərd bir neçə müxtəlif mədəniyyətlər çərçivəsində

yaşaya və yerdəyişmə edə bilər.

Mədəniyyətin əsas  funksiyaları  arasında  zehni,  aksioloji,

qadağanedici,  stimullaşdırıcı,  tənzimləyici,  harmonikləşdirici,

dəyişdirici,  gedonistik  (zövq),  varislik  funksiyasının  adını

çəkirlər.

Ümumiyyətlə, 

mədəni 


universililər 

nədir? 


Mədəni

universililər – zaman  və məkandan,  cəmiyyətin  sosial  qurulu-

şundan  asılı  olmayaraq bütün  mədəniyyətlərə məxsus  olan

normalar, dəyərlər, qaydalar, ənənələr və xassələrdir.




________Milli Kitabxana________

29

Sosiologiyada  mədəniyyət – sosial  təbiətə malik  olan  və



insanların  müxtəlif  sosial  situasiyalarda  qarşılıqlı  anlaşmasını

təmin edən, predmetlərin, ideyaların, dəyər anlayışlarının yara-

dılmasına,  anlanılmasına,  qorunmasına  və yayılmasına  yönəl-

miş sosial münasibətlərdə əks olunan mürəkkəb dinamik quru-

luş kimi nəzərdən keçirilir. Sosioloji tədqiqatın obyekti, cəmiy-

yətdə mövcud  olan  mədəniyyət  obyektlərinin  yaradılması,

örtülməsi, mənimsənilməsi üsullarının və formalarının konkret

bölgüsü,  mədəni  həyatda  daimi  və dəyişkən  proseslər,  həmçi-

nin  onların  sosioloji  faktorları  və mexanizmləridir.  Bu  kon-

tekstdə sosiologiyada sosial birliklərin, qrupların və bütövlükdə

cəmiyyət  üzvlərinin  təbii  və sosial ətrafı  ilə zamanca  təkrar-

lanan,  geniş  yayılmış  müxtəlif münasibət  formalarını,  birliklə-

rin mədəniyyətinin inkişaf səviyyəsini müəyyən etməyə və de-

məli  onların mədəni tərəqqisi və ya tənəzzülü haqqında danış-

mağa imkan verən mədəniyyətin inkişaf dinamikasını öyrənir.

Hər  bir  konkret  birlik  (sivilizasiya,  dövlət,  xalq  və s.),  bir

çox əsrlər  boyu  fərdin,  bütün  həyatı  boyu  onu  izləyən  və

nəsildən  nəslə ötürülən  öz  şəxsi  mədəniyyətini  yaradır.  Nəti-

cədə çox  mədəniyyətlər meydana  çıxır.  Sosioloqlar  qarşısında

insan  mədəniyyətində nə isə ümumiliyin,  elmi  dildə desək,

mədəni  universalilərin  olub- olmadığını  öyrənmək  problemi

yaranır.


1959-cu  ildə Amerika  sosioloq  və etnoqrafi  Corc  Merdək

70-dən  yuxarı  universalilərin  bütün  mədəniyyətlərdə eyni

elementlərə malik  olduğunu  göstərdi:  yaş  dərəcələri,  idman,

bədən  bəzək əşyaları,  təmizliyə riayət  etmə,  qəbilə quruluşu,

qida 

hazırlamaq,



əməyin 

korporasiyası, 

kosmologiya,

pərəstişkarlıq,  rəqslər,  dekorativ  incəsənət,  fala  baxma,

yuxuların yozulması, əməyin bölgüsü, təhsil və s.

Mədəni  universalilər  ona  görə yaranır  ki,  bütün  insanlar

dünyanın hansı bir hissəsində yaşasalar da fiziki cəhətdən eyni

cür quruluşdadırlar. Onların eyni bioloji tələbatları var. Deməli,

bütövlükdə bəşəriyyət  qarşısında ətraf  mühitin  ümumi  prob-



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə