Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə14/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   10   11   12   13   14   15   16   17   ...   82

 
53 
parçada Ümumavrasiya Azadlıq ruhunun bədii təcəssümü 
necə də aydın ifadə edilmişdir: 
   Tenri  tək  tenqridə  bolmuş  Türk  Bilgə  kağan  bu  ötgə 
olurtum sabımın tüketi esitgil ulayu ini yegünün oğlanım 
biriki  oğuşum,  budunum,  biriyə  Şadapit  begler,  yiriya 
tarkat buyruq begler, otuz tatar... 
Tokuz oğuz begler buduni bu sabımın edgüti esid katiğdi 
tinqla:  
İlgerü kün toğsika, birigeru gün örtusinqaru kuriqaru gün 
batsikinqa,  yiriqaru  tün  örtusinqaru  anda  içrəki  budun 
köp mana görür, bunca budun. 
Köp  itdim.  Ol  amta  anyıq  yok.  Türk  kaqan  ötükən  yış 
olursa iltə bunq yök... 
 
Çağdaş dillə ifadəsi: 
 
Tanrı  kimi  göydə  olmuş  Türk  Bilgə  xaqan  bu  zamanda 
taxta  oturdum.  Sözümü  axıracan  eşit,  xüsusən  qardaş 
oğlu,  oğlum,  bütün  qohumum,  millətim,  güneydəki 
şadlar,  bəylər,  qüzeydəki  tərxanlar  buyruq  bəyləri,  otuz 
tatar... 
Doqquz oğuz bəyləri, milləti! Bu sözümü yaxşı eşit, dürüst 
qulaq  as.  Şərqdə  gündoğana,  güneydə  günortasına, 
qərbdə  günbatana,  qüzeydə  gecə  ortasına  qədər,  onun 
içindəki millət hamısı mənə tabedir. Bu qədər millət 
Hamısını  nizama  saldım,  o  indi  pis  deyildir.  Türk  xaqanı 
Otugen cəngəldə otursa, eldə sıxıntı və qəm yoxdur... 


 
54 
   Biz  bu parçaya yeni modern şeir forması, çağdaş verlibr 
şəkli verib, kiçik  bir dəyişikliklə aşağıdakı tərtibata salmışıq: 
 Tanrı tək müəllada  
    dayanmış Türk xaqanı: mən Bilgə xan!   
    Oturdum öz taxtıma. 
     Ehey, qardaş oğulu, ey oğlum, ey qohumum...  
     Ey millətim! 
     Ehey, güney şadları, güney bəyləri,  
                                                        ey qüzey tərxanları, 
buyruqlu bəylər, 
ey otuz tatarları... 
                  Doqquz oğuz bəyləri, ey oğuz eli!  
                  Bu sözümü yaxşıca-yaxşıca siz  eşidib,   
onlara dürüst-dürüst qulaq verin bu andan. 
                  Şərqdəki gündoğana, Güneydə günortaya, 
Məğribdə günbatana, 
                  Qüzeydə  gecə yarı  olduğu yerə qədər 
  nə millət var cahanda  
                                   mənə tabedir ancaq. 
Bu qədər elləri nizama saldım, 
    rifaha yetirdim, halın xoş etdim... 
Otugendə (Bəy taxtda) nə qədər 
 Türk xaqanı oturubsa,   
      bu ellərdə sıxıntı, bir kədər olmayacaq.   
 


 
55 
Əski və yeni Azad şeir şəkillərini müqayisə üçün müəyyən 
örnəklər gətirib aşağıdakı nəticəyə gəlirəm:  ABŞ-ın   ilk milli 
şairi, azadlıq mübəlliği, yeni azad şeirin ilk dahi ustadı Uolt 
Uitmenin  (1819-1892)  şeirləri  ilə  yuxarıdakı  Əski  türk 
şeirinin  nə  ritmik,  nə  də  sintaktik  konstruksiyasında  fərq 
vardır. Burada metrik kanonizasiya “xüsusi təyinatlı” rəsmi 
nəzəri qaydalarda deyil, daha çox sintaktik paralelizmlərə 
əsaslanan sərbəst  fikirlərdə, həyata açıq bədii baxışda və 
ən başlıcası, Azadlıq eşqi ilə dolu bədii-estetik ruhda özünü 
göstərir.  
    Rus azad şeirinin atası Vladimir Mayakovski  məşhur “Как 
делать  стихи?”(1926)  məqaləsində  şair  Balmontun 
aşağıdakı misralarını nümunə çəkirdi: 
“  
Бальмонт: 
      Я вольный ветер, я вечно вею, 
       волную волны… “   
 Sonra    isə  özünün  Sergey  Yeseninin  ölümünə  yazdığı 
şeirdə  aşırı  alliterasiyanı  bu  təcrübədən  öyrəndiyini 
xüsusi qeyd edərək, həmin şeirindən aşağıdakı   misranı 
misal gətirirdi: 

где он, бронзы звон или гранита грань… 
(Vladimir Mayakovski .“Как делать стихи?”(1926)  məqaləsi. 
Сочинение в двух томах. «Правда», Москва-1987/8.) 
Lakin    böyük  sənətkar  bu  poetik  texnikanın,  əslində, 
Balmontdan  çox-çox  əvvəl  əski  Avrasiya  şeirinin  türk-
slavyan  ənənəsi  olduğunu  başa  düşməmişdir.  Burda 


 
56 
Lomonosovun  “enerjinin  itməməsi”  haqqında  fikirləri 
yada düşür. Mayakovskinin şeir işinə başlamaq üçün irəli 
sürdüyü  5  şərtdən  sonuncusunda  da  həmin  bu 
rundamentlər  sadalanır:  “qafiyələr,  ölçü  (-razmer), 
alliterasiya, obrazlar, üsluba düşmə, pafos, sonluq, başlıq, 
altın cizmək və s. və i a. Bu cür poetik qaydaları Əruz vəzni 
kanonizasiyası ilə müqayisə edərkən XIX əsr Azərbaycan 
klassik      şeirinin  mogikanı,  ilk  milli  pedaqoqumuz  Seyid 
Əzim Şirvaninin bir fikrini nümunə   gətirmək çox yerinə 
düşərdi:            
           Rəsmi qəzəlin xatəmi yox, mən də rəsuləm, 
              Maqəblə mənəm xatəmi mabədinə fateh. 
 
            Ərşi-əhəd altında olan kənzi-nihanə, 
               Ey Seyyidi-xoş-nəzm, zəbanındı məfateh. 
--Yəni: qəzəl yardıcılığının, qəzəl  qayda-qanununun  sonu 
yoxdur.  Mən  də  bir  rəsulam.  Məndən  əvvəl  Qəzələ 
gələnlərin  davamçısıyam,  sonradan  gələnlər  üçün  isə  
Fatehəm,  bir  yol  açanam.  Ey  gözəl  şeirlər  şairi-  Seyid! 
Ucalığın  Allah  duran  yerindən  aşağıda  Onun  ilahi 
padşahlığının  gizli  xəzinələri  var.  Yalnız  sənin  şeir  dilin 
onların  əsl  açarıdır.    Deməli,  dahi  pedaqoq-şairimiz,  son 
klassik  mogikan  S.Əzimin  bədii  Sözün  ritmik-metrik 
kanonizasiyası-  “Rəsm  (-qaydaları)”  ilə  bağlı  söylədiyi 
“xatəmi yoxdur (sonu yoxdur)” ifadəsini yalnız Əruz şeirinə-
Qəzələ  deyil,  bütün  metrik  sistemlərin  hamısına,  o 
cümlədən  Azad  şeirə  də  şamil  etmək  lazımdır.  “  Rəsmi 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə