Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə2/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   82

 

intibah  şairi  Xaqani  Şirvani  (1126-1199)  bu  cahanşümul 
dağlar  diyarında  dünyaya  göz  açmış  və  bu  uca  dağların 
özü kimi göylərə  baş qaldırmışdır. 
    Həmişə  fəxr  etmişəm  ki,  buradakı    müqəddəs 
məkanların:  Baba  Dağın,  Xızır  zindənin,  Mir  Möhsün 
ocağının  və  d.  neçə-neçə  qutsal  ünvanların  saysız 
zəvvarları  da  öz  ehtiramının  ilk  mənbəyi  olaraq  hər 
şeydən  əvvəl  məhz    Şirvanın  əziz  adını  tutublar.  Və 
tutmalıdırlar... 
  “Bakı  dastanı”na  “çörəkli  Kürdəmir,  şeirli  Şirvan” 
yazarkən dahi şairimiz Səməd Vurğun məgər bu diyara öz 
dərin  ehtiramını göstərmirdimi?! 
     Mənim Əkrəm Cəfər, Mir Cəlal və Bəxtiyar Vahabzadə 
kimi  ədəbiyyatşünas-alim,  yazıçı-pedaqoq  universitet 
müəllimlərim  olmuşdur.  Şirvan  sevgisini  açıq-aşkar 
surətdə  həmişə  onlarda  da  görüb  duymuşam.  Və  bu 
xüsusiyyətimlə məhz onlara bənzəmişəm... 
    Türk  dünyasının  milli  ədəbiyyatında  ilk  poetika 
yaradıcısı  Türkiyə əruzşünaslığının  banisi  Əhməd Həmdi 
Şirvani olmuşdur. Azərbaycan əruzşünaslıq elmini mənim 
əziz  müəllimim  və  eloğlum,  bütün  gəncliyi  Sovet 
həbsxanasında  və  sürgünlərində  keçmiş  Əkrəm  Cəfər 
yaratmışdır. Bu daha çox ona görə belə olmuşdur ki, tarixi 
Şirvanşahlar diyarı  daim əsl azadlıq ruhunun daşıyıcıları 
olmuşdur.  Mənim  bədii  və  elmi  nəzərimdə  əsl 
Azərbaycançılıq  da  elə  əsl  şirvançılıqdır!..  Bunun  başqa 


 

şəkli  varsa,  o,  heç  şübhəsiz,  saxta  xarakter  daşıyır. 
Türkiyədə  nəşr  edilmiş  7  cildlik  bir  kitabda  Osmanlı 
dövlətinin ərazisində yalnız  “ŞİRVANİ” tanımı ilə yaşamış 
soydaşlarımızın siyahısı verilmişdir... 
    Şirvan yalnız bir coğrafi ərazi deyildir, o, əslində mənəvi 
bir 
bütövlükdür. 
Tarixi 
Azərbaycançılıqdır. 
Milli 
özünüdərkdir.  
      Azərbaycanımızın  şimal  sərhəd  xəttini  göstərən 
Dərbənd qapıları böyük tarixi Şirvanımızın quzey sınırıdır. 
Amma  bu  xətt  nisbi  göstəricidir.  Əsl  mahiyyəti  etibarilə 
Şirvan  Avrasiyanın  massaget-skif  ayağı  dəymiş  bütün 
əzəmətli  azad  keçmişi  deməkdir...  Quz  qapısı  (Qafqaz/ 
Qapı kas) diyarının əsil sərhəd qoruyucuları olmuş tarixi 
əhli-Şirvan  indiki  Rusiyanın  da  massaget-skif  azadlığının 
əbədi simvoludur. 
     Sevinirəm  ki,  AMEA-nın  Naxçıvan  bölməsinin  müdiri 
İsmayıl Hacıyev 2017- ci ilin 18 martında “525-ci qəzet”də 
yazıb:  “XVII  əsrin  tanınmış  türk  səyyahı  Övliya  Çələbi 
Azərbaycana  birinci  səfərində  (1646-1647)    ”Böyük 
Qarabağlar şəhərinin təsviri”nə geniş yer vermişdir: “Bu 
şəhərin  binasını  ilk  dəfə  Şirvanşah  Mənuçöhr 
qoymuşdur
...”  (Bax:  Qarabağlar  kəndi  və  Qarabağlar  türbə 
kompleksi... “525-ci qəzet”. 18.III.2017. səh: 17).
 Əminəm ki, bu 
tarixi  fakt  dar  regionçuluq  mərəzinə  tutulmuş  “bəzi  
dostlarımıza” öz əsassız antişirvançılıq platformalarından 
bir  addım  da  olsa  geri  çəkilmələri  üçün      kifayət 


 

edəcəkdir...  Çünki  tarixi Şirvanşahlıq  ən  azından bu  gün 
bütün Qüzey Azərbaycanımızda adına VƏTƏN dediyimiz 
müstəqil geosiyasi coğrafiyamızın tam özüdür. 
   Çox  təqdirəlayiq  haldır  ki,  Naxçıvan  Muxtar 
Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2016-cı ilin 
4  iyulunda  “Qarabağlar  Türbə  Kompleksinin  bərpa  və 
tədqiq  olunması  haqqında”  Sərəncam  imzalamışdır. 
Sərancanda  Qarabağlar  Qoşa  Minarəsinin  XII  əsrdə 
(Şirvanşah Mənuçöhr tərəfindən) inşa etdirilməsi xüsusi 
qeyd olunmuşdur. 
    Xan  Arazın  şimalında  Üç  minillik  dövlətçilik  tariximizi  
yaşadan  Şirvanşahlığın    əzəməti  bir  də  bundadır  ki, 
dünyanı  lərzəyə  salan  fütuhatçı    Monqol  hökmdarlarını 
müsəlmanlaşdıraraq, onları  da  öz  şanlı  İslam  tariximizin 
bir parçasına çevirmişdir. Azəri türkcəsində ilk dəfə Əruz 
vəznli  şeirimiz  də  məhz  Nəsir  Bakuvi  Şirvani  tərəfindən 
İslamı qəbul etmiş ilk Monqol padşahına mədhiyyə olaraq 
yazılmışdır.  
     Dünyanın ilk İntibah şairi Əfzələddin Xaqani Şirvaninin 
“Qəsideyi-şiniyə”sinə  Füzuli  də  daxil  olmaqla,  üç  dahi 
sənətkar  nəzirə  yazıb.  Nizami  Gəncəvinin  müəllimi  və 
eloğlusu,  dünya  intibah  mədəniyyətinin  banisi  Xaqani 
Şirvaninin  ölməz  ”Qəsideyi-şiniyə”sinə    “Ürək  dostu” 
(Ənisül-qəlb)  adlı  nəzirə  yazan    Məhəmməd  Füzuli  
ustadı-“polad  nəzmli”  Xaqaninin    mənəvi  davamçıları 
Əmir Xosrov Dəhləvi (XIII əsr) və Əbdürrəhman Camini də 
(XV əsr) yad edərək, bu dahi şirvanlının Gözəllik məbədini 


 

necə    tamamlayıb  başa  çatdırdığını  qürur  hissilə  belə 
bəyan edirdi:
 
 
            Bu qəsri tikmədim tək mən, əsasın qoydu üç kamil, 
            Tanıtdı aləmə Şirvanı, Dehlini, Xorasanı. 
            Evin üç küncünü Xaqani, Xosrov, Cami tikmişdi, 
            Mən isə eylədim Bağdadda təkmil ərkanı. 
            Çıxardı təbi kanindən polad bir nəzm Xaqani, 
            Səfa ayinəsində aləmə göstərdi Şirvani... 
 
    Füzuli 3 min illik tarixi olan  Şirvanşahlıqda ümumdünya  
İntibah  mədəniyyətinin  binasını  qoymuş  Əfzələddin 
Xaqani  Şirvaninin  “polad  nəzminə”  yazdığı  Nəzirəni  24 
Asiya,  34  Avropa  ölkəsi  üzərində  hökmdarlıq  edən 
Osmanlı  padşahı  Qanuni  Sultan  Süleymana  hədiyyə 
gödərməyinin  səbəbini   belə izah etmişdir: 
                Onu İran zəmindən Darül-ədli-Rumə göndərdim, 
                Bu ümmid ilə kim, olsun əmin əllər nigəhbani. 
                Ona təsiri qılsın dövləti Sultan Süleymanın 
                Ki, ta fəth eyləsin öz şöhrətilə külli-dünyanı...
    
     
    Füzuli  açıq  qeyd  edirdi  ki,  məhz  Xaqani  Şirvaniyə 
yazdığı bu Nəzirə ilə “dövləti Sultan Süleymana” “dünyanı 
fəth etməkdə” “təsir qılmaq” istəmişdir.  
    45  il  11  ay  7  gün  Sultanlıq  etmiş  Sultan  Süleyman 
Qanuni  Mühib, Mühibbi və Məftuhi imzaları ilə  sevgilisi 
və  zövcəsi  slavyan  Xürrəm  Sultanın  (Anastasiya  La 
Rossanın) eşqilə 2799 qəzəl yazmışdır.   Bütün zamanların 
ən  dahi  şairi  olan    Füzuli  belə  bir  məmləkət  və  söz 
Sultanının  qarşısına    məhz  Xaqaninin qəsidəsinə  yazdığı  
nəzirə ilə çıxmışdı... 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə