Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə3/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   82

 

    İstər  elmdə,  istər  siyasətdə,  istərsə  də  adi  insani 
münasibətlərdə öz qarşımda çox yerdə həmişə “peşəkar” 
antişirvaçılar  güruhunu  görmüşəm.  Bu  manqurtlaşmış 
bədbəxtlər  heç  vaxt  başa  düşmədilər  ki,  çağdaş 
dünyadakı 
 
antişirvanizm 
missiyası 
 
elə 
antiazərbaycançılığın özüdür. 
     Bir tarixi fakta diqqət yetirməyinizi istərdim:
 
XIII əsrin 
görkəmli İslam tarixçisi Fəzlüllah Rəşidəddin (1247-1318) 
məşhur  ”Məktubat”  əsərində  yazırdı:  “Şirvanşahlar 
Dərbənd hökmdarları nəslindən olan qədim xanədandır... 
Artıq  2000  ilə  yaxındır  ki,  sultan  taxtı  onların  nəslinə 
məxsusdur.” 
(Bax.  S.Aşurbəyli.  Şirvanşahlar  dövləti.  Bakı-2006, 
Avrasiyapress,  səh.-50).
  Qafqazın  ərəblər  tərəfindən  işğalı 
zamanı  Dərbənd  hakimi  Şirvanşah  Şəhriyarın  onlara 
təqdim  etdiyi  Bəyanat  bu  faktın  daha  bir  təsdiqidir: 
”Mənim nə... dağlılar, nə də ermənilərlə heç bir əlaqəm 
yoxdur.  Siz  (--ərəblər)  mənim  ölkəmi  və  xalqımı  istila 
etmişsiniz.” (Bax: göst. əsər, səh.-55).  
   Onu da xüsusi olaraq nəzərinizə çatdırmaq istəyirəm ki, 
XIX Şirvanşah I Axsitanın anası gürcü çarı Qurucu Davidin 
doğma  bacısı    Tamar  xatun  idi.  Çar  Davidin    anası  da, 
arvadı  da  qıpçaq  qızı  olmuşdur.  I  Axsitan  sifariş  verdiyi 
məşhur “Leyli və Məcnun” eşq epopeyasına görə Nizami 
Gəncəviyə    məhz  bir  qıpçaq  qızını-  Afaqı  (şairin gələcək 
həyat yoldaşını)  kəniz olaraq göndərmişdi.  


 
10 
   Azərbaycan Şirvan dövlətçiliyinin, mənbələrə istinadən 
desək,  tam  3000  illik  şanlı  tarixi  vardır!  XX  əsr  dahi 
Azərbaycan  şairi  Məhəmmədhüseyn  Şəhriyar  məşhur 
”Səhəndim”  əsərində  Şirvaşahların  bu  əzəmətli  tarixini 
milli qürur hissi ilə tərənnüm edərək yazırdı: 
        ...Gül ağacları nə tavus kimi çətrin açıb əlvan, 
          Hillə karvanıdı çöllər, 
                                  bəzənər sürsə bu karvan. 
        Dəvə karvanıdı dağlar, yükü atlasdı bu heyvan,      
        Sabirin şəhrinə doğru qatarı çəkmədə sərvan,  
                   O  XƏYALIMDAKI ŞİRVAN!.. 
        ...Qəsrlər vardı qızıldan,  
                                       Qalalar vardı əqiqdən,  
          Rafael tablosu tək 
                                      səhnələri əhdi-ətiqdən...     
                  
(Bax.M.Şəhriyar.”Yalan dünya”, AE nəşri,  
                       Bakı-1993, Səh.-77) 
    Şirvanlı  olmaq:  Azərbaycanda  3  minillik  tarixi  mədəni 
irsə  yiyə  durmaqdır.  Bu  tarixi  genologiya  bizi  böyük  
Avrasiyanın  əsl  massaget-skif  azadlığı  ilə  bağlayır, 
dünyanın  quldarlıq  kanonlarından  həm  fikrən,  həm  də 
genoloji  olaraq  azad  edir.  Dahi  Xaqani  nahaqq  demirdi: 
“Azadlığın qədrini bilin. Dünyada ondan qiymətli olan bir 
şey yoxdur.” 
     Bu  açıqlama  ondan  ötrüdür  ki,  Şirvanın  başdan-başa 
şairlər yurdu olmasının əsl səbəbi aydınlaşsın.  
   ...Hələ  35  il  bundan  əvvəl  (1980-82-ci  illərdə)  SSRİ 
imperiyası  şəraitində  ilk  dəfə  qələmə  aldığım    azadlıq 


 
11 
ruhlu ilk elmi əsərimin,  “Azad şeirin poetikası”nın  tarixi 
və taleyi haqqında yazmaq mənim üçün bu gün həm xoş, 
həm də ağırdır... Bu kitab mənim rus dekabrizmi və XIX 
əsr  Azərbaycan  maarifçiliyi  ideoloji  zəminində  əxz 
etdiyim azad Avrasiyaçılıq prinsiplərimin ilk təzahürüdür. 
   Bu  gün qarşınıza  ”Azad  şeir  və  onun  poetikası”  adı  ilə 
qoyulmuş bu kitab, əslində, ilk variantında   35 il bundan 
əvvəl  Sovet  elmi    “rəhbərliyi”nin    “Sərbəst  şeirin 
poetikası”  tələbə  elmi  tədqiqatı  kimi    respublika 
tələbələrinin  VIII  elmi  Konfransında  (1980-81-ci  dərs 
ilində)    Qızıl  Medala  layiq  gördüyü  talesiz  elmi 
yaradıcılığımın  yenidən  işlənmiş  və  müəyyən  qədər 
təkmilləşdirilmiş  son  variantıdır.  Eyni  mövzuda  diplom 
işimi 
Universitet 
imtahan 
komissiyası 
“əla” 
qiymətləndirmiş, Elmi Şura tədqiqatı davam etdirməyim 
üçün aspiranturada saxlanılmağımı qərara almışdı. Lakin 
hər  şeyin  kağız  üzərində  qaldığı  o  zamanlarda,  heç 
şübhəsiz, mənim və əsərimin taleyi başqa cür yazılmadı... 
Mən indi bu olanlara görə heç təəssüflənmirəm də. 
    Çünki  mənə  qədər  qırmızı  pejim    neçə-neçə 
Qumilyovların,  Cavidlərin,  Müşfiqlərin...    ömrünə  son 
qoymuşdu. Lakin yeni postsənaye əsrimizdə ən çox ona 
sevinirəm ki, artıq çağdaş Rusiyada Lev Qumulyov adına 
Avrasiya Mərkəzi fəaliyyət göstərir və o bütün postsovet 
məkanının əsas beyin mərkəzi rolunu oynamaqdadır... 


 
12 
    Tale  mənə  Avrasiyada  baş  verən  bu  böyük    tarixi 
dəyişikliklərəcən  dözüm  verdi:  bu  kitab  həm  də  həmin 
səbrin və dözümün məhsuludur. 
   Deyirlər ki, bu dünyada hər kəsin taleyi qabaqcadan öz 
alnına  yazılır.  Əgər  elədirsə,  onda    mənim  alnımın  ilk 
yazısı 
doğulduğum 
türk 
nəsilimdir. 
 
Dövran  
babalarımdan  birini“kulak”  kimi  sürgün  etmiş,  II  Cahan 
müharibəsinə cəza bataliyonunda döyüşə göndərmiş və 
orada  tərəfi  naməlum  güllədən  həlak  etmişdir.  Etiraf 
edim 
ki, 
mən 
həmin 
“qaralanmış”nəsilin 
son 
nümayəndəsiyəm.  Sovetlərin  aşırı  kastalaşmış  və 
qırmızılaşdırılmış elmi təfəkkür “mərkəzlərinə”məni əsla 
yaxın buraxa bilməzdilər. Bunun səbəblərindən yalnız biri 
Sizə açdığım nəsil bağlarımdır... 
    Sovet  totalitar  sisteminin  süqutu  ərəfəsində  ingilis 
siyasi xadimi, Nobel mükafatı laureatçısı Uinston Çörçilin 
“Mənim böyük müasirlərim” adlı kitabının “Lev Trotcki”  
hissəsində 
oxumuşdum 
ki, 
Sovet 
kommunizmi 
avantürası,  əslində,  Alman  imperializminin  I  Cahan 
müharibəsi ərəfəsində Çar Rusiyasına qarşı hazırladığı bir 
hərbi plan olmuşdur. Dolayısı ilə, bu planın ilk qurbanları 
da elə onun Lev Davudoviçin özü  kimi ilk icraçıları idilər. 
Mən  heç  vaxt  Avrasiyanın-  ulu  əcdadlarımızın  geosiyasi 
məkanı  olan  bu  əziz  tarixi  diyarımızın  dağılıb 
parçalanmasını,  çeşidli  diktaturaların  və  diktatorların 
zülm  obyekti  olmasını  arzulamamışam.  Avrasiyanın 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə