Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə5/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   82

 
18 
ağlından 
çox, 
ali-məqamlardan 
ala 
biləcəyi 
“imtiyazlardan”və  uca“vəzifələrdən”  asılı  olduğu  indiki 
zamanədə,  bir  müdrikin  dediyi  kimi,  hər  bir  kəsin  əsl 
böyüklüyü  öz  şəxsi  həyatında    imtina  edə  bildiyi 
“zərurətlər”qədərdir.    Mən  onunla  da  fəxr  edirəm  ki, 
imtina etməyi bacardım... 
    İnsan  ağlı  üzərində  güclü  sosiokibernetik  nəzarət 
sistemlərinin  qurulduğu  indiki  zəmanədə  poeziyadan 
qüdrətli müqavimət gücü tanımıram. 
    Elmi  tədqiqat  əsərimin  müasir  elmi  yaradıcılığın 
inhisarlaşdırıldığı 
rəsmi 
təsisatlardan: 
akademiya, 
kafedra, institut və universitetlərdən kənarda işlənilməsi 
mənim  üçün  bu  gün  həqiqətən  fərəhli  haldır.  Biz  uzun 
illərin mübarizəsi  sayəsində bədii yaradıcılığın üzərindəki 
inhisarlara  (senzuralar  da  daxil  olmaqla)  son  qoya 
bilmişik.  Lakin  çox  təəsüf  edirəm  ki,  bu  zəfəri  Elmin 
mütləqiyyətçi  güruhları  üzərində  təmin  edə  bilməmişik. 
İnsan  ağlının  və  vicdanının  məhsulu  olan  elmi  kəşflərin, 
ixtiraların  və  icadların  üzərindəki  rəsmi  inhisarların 
ömrünün uzun sürməyəcəyinə inanıram... Yazdığım əsər 
bu istiqamətdə, bəlkə də, ilk azad addım sayıla bilər... 
 AMEA prezidentinə yazdığım “Alimlik” adlı bir şeirim var. 
Ordan kiçik bir parçanı həm ona, həm də Sizə xatırlatmaq 
istərdim: 
Elm düşüncənin azadlığıdır, 
Kitabla açılır insanın gözü. 


 
19 
Elm insanlığın Haqq çırağıdır, 
İlk səhər banıdır alimin sözü. 
 
Alimlik sadəcə vəsiqə deyil, 
Vicdandan boylanan pak həqiqətdir. 
Alimlik adicə vəzifə deyil, 
Tanrı qarşısında məsuliyyətdir. 
        (Bax: Seyidəm, ərseyi-eşq içrə... “Step”ltd. kino  
         şirkəti.Bakı-2014, səh: 153) 
   Biliyin (informasiyanın) padşah kitabxanalarında, feodal 
qəsrlərində,  cadugərlər-tilsimkarlar  arasında,  kilsə  və 
məbədlərdə 
saxlanılıb, 
kütlələrdən 
ciddi-cəhdlə 
qorunduğu dövrlər artıq arxada qalmışdır. Lakin əvəzində 
müstəqil düşünən insanı  bir fərd olaraq, sosiopolitik və 
bioloji  izolyasiyalar  ilə  əhatə  edib,  zaman-zaman 
lüzumsuz  və  mənasız  (boz)  imformasiyalar  içərisində 
total şəkildə əridib yox etmək vasitələri xeyli artmışdır. 
    Mən  inanıram  ki,  biz  XXI  əsrin  yeni  tipli  insanı  adına 
layiq  olduğumuzu  sübuta  yetirə  biləcəyik.  Ümumbəşəri 
həmrəyliyimizin  hər  bir  etnik,  sosial  və  siyasi 
mahiyyətimizdən yüksəkdə durduğunu  gələcək nəsillərə 
inandırmağı bacaracağıq. 
   30  avqust  2013-cü  ildə  yanğına  məruz  qalmış  (və  ya 
yandırılmış)  ata  yurdumda  80  yaşlı  yazıçı-publisist, 
“Şirvannamələr”  müəllifi    atam  Rəşid  Fərəcovun  xilas 
etdiyi 
son 
nüsxə 
əsasında 
yenidən 
işləyib 
təkmilləşdirdiyim 
bu 
əsərin 
qiyməti, 
sanıram, 


 
20 
planetimizdəki  Homo-sapiens  adına  bütün  layiq 
olanların yalnız mənə deyil, ümumilikdə öz həmcinsinə 
və  həmfikrinə  olan  insanlıq    həmrəyliyini  ifadə 
edəcəkdir
    Azərbaycan əruzşünaslığının banisi, müəllimim Əkrəm 
Cəfər 1977-ci ildə “Elm” nəşriyyatında  cəmi 1020 nüsxə 
ilə işıq üzü görmüş “Əruzun nəzəri əsasları və Azərbaycan 
əruzu”  fundamental  tətqiqat  əsərində  yazırdı:  “Əruzun 
üç terminoloji mənası vardır. Birincisi, şeirin vəznlərindən 
bəhs  edən  elmi  bildirən  mənası.  İkincisi,  terminoloji 
mənasında əruz sözü vəznin özünü bildirir. Deməli, əruz 
həm elm, həm də sənətdir... Üçüncü terminoloji mənası 
ilə əruz poetikada beytin birinci misrasının son bölümünü 
bildirir.”  “Əruz  bir  elm  kimi  şairə,  alimə,  tələbəyə, 
oxucuya  şeir  vəzninin  müxtəlif  növlərini,  şəkillərini, 
tərkibi  ünsürlərini,  qanuni  əlamətlərini  öyrədir.” 
(Göst. 
Kitab.Səh: 27-28-29). 
    Öz  universitet  və  sənət  müəllimimin  yolunu  davam 
etdirərək,  mən  də  azad  şeirin  poetikası  üzərində 
çalışdığım  bütün  çətin  günlər  ərzində  bu  prinsipləri 
gözlədim. Əminəm ki, “Azad şeir və onun poetikası” elmi 
kitabım “bir elm kimi şairə, alimə, tələbəyə, oxucuya bu 
şeir  vəzninin  müxtəlif  növlərini,  şəkillərini,  tərkibi 
ünsürlərini və  qanuni əlamətlərini öyrədəcəkdir.”  
   Ötən  il  qələmə  aldığım  “Müəllim”(Elm  və  təhsil.  Bakı-
2016)  pedaqoji poemamada  dünya tarixində ilk yeni tipli 
məktəbin əsasını qoymuş dahi çex münəvvəri Yan Amos 


 
21 
Komenskinin  (1592-1670)  pansofik  ideyalarının  öz 
vətənində  vaxtında  dayaq  tapmasa  da,  qısa  müddətdə 
dünyada  əsl  maarifpərvərlər  tərəfindən  necə  müdafiə 
edildiyini, o cümlədən Azərbaycanda şair-pedaqoq Seyid 
Əzim  Şirvani  tərəfindən  1869-cu  ildə  yaradılmış  ilk  milli  
məktəbimizdə necə cəsarətlə tətbiq edildiyini, bu böyük 
ideyanın    yeni  müstəqilliyinə  qovuşmuş    Quzey 
Azərbaycanımızda  İsmayıl  İsmayılov  kimi  vətənpərvər 
müəllimlərimiz 
tərəfindən 
necə 
uğurla 
davam 
etdirildiyini  yazmışam.  İşıqlı  ideyalar  daim  zülmət 
üzərində zəfər çalmışdır. Və çalacaqdır. 
  Mən  bu  gün  öz  yurdumda  təklənmiş  bir  adamam. 
Demək  olar  ki,  13  ildir  tamamilə  işsizəm.    Azərbaycan 
Yazıçılar  Birliyinin  “Qobustan”  jurnalının  (№1,  2017)  bu 
ilki  ilk  sayında  milli  klassik  irsimiz  ilə  bağlı  geniş 
müsahibəm və  klassiklərimizə yazdığım beş yeni nəzirəm 
dərc edilmişdir. Nəsimiyə yazdığım nəzirədən bir parçanı 
diqqətinizə yetirirəm: 
-Zülmət gecələr içrə yanan tək şəməm, ey can, 
Ey Şəmsi-ümid, doğ, günümü al səhər eylə. 
     Dahi  Nəsimimizin  dediyi  kimi,  “dunya  duracaq  yer 
deyil...”  Ömürün  sürətli  axarında  xalq  üçün  qoyub 
getdiyimiz  əsərlər yeganə təskinliyimizdir. 
    İşsizliyimə  start  verilmiş  2004-cü  ilin  23  aprelinə  kimi 
18  yaşımdan  bəri  çalışmadan  yaşadığım  bir  gün 
olmamışdır.  Hətta  yuxarı  məktəb  şagirdi  və  tələbəlik 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə