Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə7/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   ...   82

 
26 
  
 Atabəyli 
Namiq 
(Şirvani). 
"Vahidiyəm 
Azərbaycanımızın..."
 [Mətn]  :  Dahi  şairimiz 
Əliağa Vahidin (18. II. 1894 - 30. IX. 1965) anadan 
olmasının  qarşıdan  gələn  120  illiyinə  həsr  və  ithaf 
olunmuş 120 qəzəl, meyxana və müxtəlif şeirlər /N. 
Atabəyli 
(Şirvani) 

red.: 
F. 
Vahidqızı 
(İsgəndərova),  A.  Atabəyli  (ön  söz).  Bakı:  [STEP 
ltd], 2014.- 214 s.: ill., portr., notlar, 21 sm. 
 
  Hesab etmirəm ki, az iş görmüşəm. Lakin bu nailiyyətlər 
hələ məqsədimin 100-dən biri də deyil... 
    Insan    öz  mənəvi  azadlığını  itirmədikcə  yenilməzdir. 
Gəncliyimdə  M.Qorkinin  “İzergil  qarı”  hekayəsindəki 
Qartal-insanın  obrazını  çox  sevmişəm.  Bu  obrazı 
avrasiyaçı  ideoloji  fikrimin  və  ideallarımın  mərkəzi 
nöqtəsi  hesab  etmişəm.  Odur  ki,  həyatımdakı    bu 
dirənişlərim  məni  dünyada    maddi  olan  çox  şeylərdən 
məhrum etsə də, heç vaxt mənəvi qüdrətimi əlimdən ala 
bilməmişdir. Və ala bilməz. 
     Hər  zaman  bəşəriyyətin  ayrılmaz  bir  parçası  olan  öz 
millətimin  əsl    insanları  arasındakı    insani    həmrəyliyin  
zəfərinə  inanmışam.  Və  ümid  edirəm  ki,  bəşəriyyətə  və 
millətimə  olan  bu  inamımı    son  nəfəsimə  qədər  
yaşadacağam.
  
  
  Əziz  oxucularım!  Həyat  su  kimi  axıb  gedir.  İnsan 
aləmindən  nəsillərə  yadigar  qalan  bir  şey  varsa,  o  da 
Sözdür.    Sözün  qutsallığı  içində  gizli  olan  məqam  onun 
ilahi mahiyyətidir. Bəlkə də, mən həyatını riskə ataraq, bu 
ilk  elmi  əsərimi  atəşlər  içərisindən  xilas  etmiş    80  yaşlı  
atamın    fədakarlığı  qarşılığında  ona  heç  bir  əvəz  verə 
bilmərəm.  Azad şeir  poetikası haqqında bu  əsərin  son 


 
27 
tarixi nüsxəsi 30 avqust 2013-cü ildə doğma Şirvanımızın 
qızmar  Küdrü  düzündə  yanmış  (yaxud  yandırılmış)  ata 
evimdə məhz əziz atam: Şirvan elinin ağsaqqalı, 80 yaşlı 
yurnalist-veteran,  “Şirvannamələr”  müəllifi  yazıçı-
publisist  Rəşid  Fərəcovun  tərəfindən  xilas  edilmişdir. 
İnanıram  ki,  bu  mənim  həyatımla  bağlı  ən  böyük 
fədakarlıq hadisəsi olmuşdur. 
   Elə bu üzdən də atama bəslədiyim dərin inam və böyük 
ehtirama görə qarşınızdakı  “Azad şeir və onun  poetikası” 
adlı ilk elmi əsərimi nəşr etmək qərarına gəldim və onu öz 
atama ithaf etdim.  
   Məncə,  bu  hərəkətim  tərəfinizdən    anlayışla 
qarşılanacaqdır. 
   Məni başa düşüb duyanlara xüsusi bir  jest olsun deyə, 
bu  tarixi  əsəri  eyni  zamanda    “Azadlıq  kitabı”  
adlandırdım.  
 
        Namiq Atabəyli. 
        Bakı şəhəri,  28 may 2017-ci il. 
 
 
 
 
 
 
 


 
28 
               
Azad şeirin poetikasına bir baxış
 
                                  (Giriş) 
   Canli    poeziya    yaradıcılığının  vəzn  və  ritm 
xüsusiyyətlərini   ədəbiyyat nəzəriyyələrinin  (adı bəlli olan 
müxtəlif  Poetika kitablarının) cansız  “təlimatları” ilə  əsla 
məhdudlaşdırmaq  olmaz.    Hər  bir  yaradıcı  düha  öz 
Qələminin ona verdiyi mənəvi Azadlıq  prinsipləri ilə daha 
çox bağlıdır, nəinki məcburi  bədii konvensiyalar ilə. Bu heç 
vaxt unudulmamalıdır. 
    Lakin  bununla  belə,  filoloji  elmdə  nəzəri  poetikanın  ilk 
sanballı  örnəyi  olaraq,  yunan  filosofu  Aristotelin 
(Ərəstunun-e.ə. 384-322)  “Poetika” əsərinin adı ehtiramla 
çəkilir.  Düzdür,  Ərəstunun  “Poetika”sından  sonra  da 
ədəbiyyatda kanonizasiya xarakterli  neçə-neçə poetikalar 
zühur  etmişdir.  Məsələn,  Qədim  Romada  Horatsinin  (e.ə. 
65-8-ci  illər)  “Pizonlara  məktub”adı  ilə  daha  çox  məşhur 
olan  “Poeziya  sənəti”  traktatı,  XV-XVI  əsrlərin  coğrafi 
kəşflərindən  ilhamlanmış  Qərb  dünyasında  İntibah 
ədəbiyyatını 
kanonlaşdıran 
C. 
Trissino, 
T.Tasso, 
L.Kastelvetronun poetika təlimatları, Skaligerin “Poetika”sı,  
nəhayət,  N.Bualonun  (1636-1711  )  “Poeziya  sənəti”  əsəri 
və  s.  XVIII  əsrin  Maarifçilik  hərəkatından  III  min  illiyin 
çağdaş  postmodernizminə  qədər  ədəbiyyata  nəzəri 
baxışlar yenilənməkdə davam etmiş, edir və edəcəkdir. 
    Bununla belə etiraf edək ki, nəzəriyyələr nə qədər çox və 
müxtəlif  olsalar  da,  ümumdünya  ədəbiyyatı  tarixində  


 
29 
poetik  vəznlərin  ümumi  sayı  olduqca  məhduddur. 
Məsələn, Azərbaycan şeirində onun sayı üçdür:  əruz, heca, 
azad şeir. Ümumi poetika kitablarında isə bu say bir qədər 
fərqlidir.  
 Dünya ədəbiyyatı tarixində ümumi şəkildə aşağıdakı şeir 
vəznləri  tanınır:  antik,  tonik  (vurğulu),  sillabik  (heca), 
sillabik-tonik, əruz və  azad şeir.  İstənilən poetik məzmun 
hər  hansı  dilin  daxili  qanunlarına  uyğun  gələn  istənilən 
poetik vəzndə bədii ifadə edilə bilər. Deməli, hər hansı bir 
məzmunun  hər  hansı  konkret  vəzn  ilə  əlaqələndirilməsi, 
qəti olaraq, vulqar düşüncədir.   
     Azad  şeir  (-verlibr/  özgür  şeir,  sərbəst  şeir,  bəhri-təvil, 
mənsur şeir, aksentiv şeir, əski ozan şeiri, alliterasiyalı xalq 
deyimləri,  sərbəst  uşaq  nəğmələri,  seqmentiv  şeir  və  s.) 
sənəti  poeziya  tarixində  bir  deformasiya  (şəkil  dəyişmə) 
deyil,  daha  çox  ümumbəşəri  mənəvi-idraki  əhəmiyyətli 
estetik məzmun hadisəsidir.   
    Ədəbiyyatşünaslıqda “Verlibr”in bir termin kimi daha çox 
XIX  əsrin  ikinciyarısında  Fransada  meydana  çıxdığı  və  ilk 
dəfə Rembonun 1872-ci ildə yazdığı “Marina” və “Hərəkət” 
adlı  şeirlərində  istifadə  etdiyi  bədii  formanın  adı  kimi 
tanındığı    bildirilir.  Bununla  belə,  eyni  zamanda  onun  XX 
əsrin əvvəllərində imajizmin metodologiyası kimi ingilisdilli 
şairlərə tətbiqən işləndiyi də söylənilir.  Bədii metodologiya 
kimi “verlibr” termini ilk dəfə 1915-ci ildə Riçard Oldinqton 
tərəfindən  İmajizmin  antologiyasına  yazılmış  Ön  sözdə 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə