Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə8/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   4   5   6   7   8   9   10   11   ...   82

 
30 
işlədilmişdir.  Əksər  lüğətlərdə  “verlibr”  XX  əsr  üçün 
xarakterik  olan  metrik  kompozisiya  forması  sayılır.  Azad 
(özgür)  şeir  anlamına  gəlir.    Məsələn,  L.İ.Timofeyeva  və 
N.P.Venqrov“Qısa ədəbiyyatşünaslıq terminləri lüğəti”ndə 
(Moskva-1963)  yazır:  “Verlibrin  əsasında  hər  bir  misrada- 
azad  şeir  ifadəsində/frazada  eynicinsli  intonasiyanı 
müəyyənləşdirən 
eynicinsli 
sintaktik 
quruluşlar 
(seqmentizasiya) durur. Bu frazaların sintaktik quruluşu ilə 
ifadə  olunan  təkrarlanan  intonasiya  şeirin  özünəməxsus 
ritmini müəyyənləşdir.”(Səh.: 137).  V.Rudnev də “XX əsrin 
mədəniyyət  lüğəti”ndə  verlibri  ritmoloji  cəhətdən“nəsrin 
hissələrə  bölünüb  yazılması”(-  sitat  lüğətin  elektron 
variantından  götürülmüşdür.-N.A.  )  hesab  edir.    Lakin  o, 
həmin  hissələrə  bölünüb  yazılmanı  “artıq  yaradıcılıq 
momenti”  adlandırır.  Burada  bir  vacib  məqamı  qeyd 
etməyə  bilmərik.  Hələ  rus  şeirində  verlibrin  “avanqard 
üslub”  kimi  qiymətləndirildiyi  ilk  dönəmlərdə  Vladimir 
Mayakovski  məşhur  “Şeiri  necə  etməli”(Kak  делать 
стихи?)  məqaləsində  açıq  şəkildə  bildirirdi  ki,  qeyri-
dəqiqliyinə görə verlibr terminindən əl çəkilməlidir. Məsələ 
bundadır ki, müəyyən xüsusiyyətlərinə görə fransız verlibri 
ilə rus verlibri ritmoloji cəhətdən eyni şeylər deyildir. 
 
   Odur  ki,  hesab  edirəm:  “Azad  şeir”termini  milli 
ədəbiyyatımızda  Heca  və  Əruz  vəznli  şeir  təcrübəsindən 
nəzəri  olaraq  fərqləndirilən  bütün  digər  sərbəst  poeziya 
nümunələrimizin ümumi vəzn adı olaraq götürülə bilər. Və 


 
31 
götürülməlidir.  “Sərbəst  şeir”termini  ilə  daha  çox  digər 
ənənəvi  vəznli  şeirlərimizin  müəyyən  ritmik  və  metrik 
rundamentlərini hələ özündə “sərbəst şəkildə” ehtiva edən 
şeirləri,dilimizin tarixi ənənəvi prinsipi üzrə, adlandırmışıq. 
Çünki bu şeirlərdə bir qayda olaraq, heca və əruzun daxili-
ritmik ünsürləri sayılan  müəyyən təqti və təfilələrə, qafiyə 
sistemlərinə  və s.-yə“sərbəst”şəkildə rast gəlinir. Lakin bu 
amillər  normativ  xarakter  daşımadığından,  onların    heca 
(sillabik) və ya əruz vəzni kimi təsnifatı yol verilməzdir. 
   Biz  bu  təsnifata    günümüzdə    geniş  yayılmaqda  olan 
“sərbəst  əruz”,  “sərbəst  heca”kimi  şeir  örnəklərinin 
daxil  olmasını  qanunauyğun  hesab  etmədik.  Çünki  nə 
qədər  “sərbəstlik”  elementləri  olsa  da,  onlar  yazıldığı 
vəznin məxrəcləri içərisindədirlər. Məsələn, günümüzdə 
geniş  yayılmış  “meyxana”  şeirlərində  əruzun  yüngül 
bəhrlərindən “xəfif” və “səri” daha çox tətbiq olunur. O 
cümlədən  xalq  aşıq  şeirimizdə  əksər  “müxəmməs”və 
“gözəlləmə”  şeirləri  əruzdadır.  Lakin  onlarda  əruzun 
bəhr  ritmləri,  təfilə  simmetriyası  və  çeşidi  çox  yerdə 
qarışdırılmışdır.  Bu  əsərlərə  yalnız  “sərbəst  əruz” 
kateqoriyasından  yanaşıla  bilər.  Deməli,  hər  hansı 
vəznsal“sərbəstlik”  onları  əruz  məxrəcindən  kənarda 
qoymur.Lakin  bununla  belə,  ədəbiyyatımıza  “bəhri-
təhvil”, “mənsur şeir” kimi düşən bədii məhsullara isə nə 
nəsr, nə də əruz şeiri olaraq yanaşılmasına yol vermək 
olmaz. Bu yanaşma  ədəbiyyata elmi münasibət deyildir. 


 
32 
Bu şeirlərdə şeir bəndi, təqti və ənənvi qafiyə sistemi nə 
əruza, nə də hecaya uyğundur. Bu cür əsərlərdəki poetik 
arxitektura  Azad  şeir  poetikası  baxımından  araşdırıla 
bilər. 
   “Sərbəst tərcümələrin”, yəni  Əruz kanonlarından uzaq 
dillərə,  məsələn  rus  dilinə  çevrilmiş  klassiklərimizin: 
Füzulinin,  Sabirin,  Nəsiminin...  şeirlərinin  tərcümə 
variantlarının  ,   habelə milli  dilimizə  çevrilmiş  və  fərqli 
vəzn  olçüsünə  salnmış  şeirlərin  (məsələn,  qeyri-rübai 
vəznli  sərbəst  rübailər)  və  d.  bu  cür  fərqli  vəzn 
xüsusiyyətlərinə  malik    bədii  məhsullarını  da  “Azad 
şeir”kateqoriyasından kənara çıxarmalıyıq.      
     Tərcümə  nədən  olur-olsun,  o,    son  məhsulun  vəzni 
keyfiyyəti  üzrə  müəyyənləşdirilməlidir.  Çünki  bu  cür 
əsərlər  tərcümə  olunduqları əsas  şeirin  vəzn qanunları 
ilə deyil, yalnız tərcümə olaraq  yazıldıqları  son vəznin 
normaları ilə izah edilməlidirlər. Bu,  filoloji zərurətdir. 
 Aydın məsələdir ki, dahi rus şairi “fransız verlibri ilə rus 
verlibrinin  ritmoloji  cəhətdən  eyni  şeylər”  olmaması 
fikrində  tamamilə  haqlı  idi.  Bu  bizə  də  müəyyən  haqq 
verir 
ki, 
Azərbaycan 
verlibristikasının 
işlənib 
hazırlanmasında öz orijinal və milli mövqeyimizi ortaya 
qoyaq.  Burada    ilk  addım  kimi  milli  verlibristika 
terminlərimizin işlənib hazırlanmasıdır. İkinci addım isə, 
rus ədəbiyyatşünaslığında verlibrin “iki qardaş”olmaqla 
“Ağ  şeir”və  “Verse”-yə  bölünməsi  kimi  təsnifatları 


 
33 
Azərbaycan  azad  şeir  poetikası  üçün  qeyri-məqbul 
saymağımızdır.  Nəhayət,  biz  də“fransız  verlibri  ilə  rus 
verlibrinin 
ritmoloji 
cəhətdən 
eyni 
şeylər” 
olmamasından, yəni müxtəlif milli verlibristika  elminin 
zərurəti  prinsipindən  çıxış  edərək,  Azərbaycan 
ədəbiyyatşünaslığında 
Azad 
şeirin 
bütün 
növ 
fərqliliklərinə  baxmayaraq,  onların  hamısını  “Azad 
şeir”termini kimi vahid metrik ad altında birləşdirmişik. 
Odur ki, indiyəcən bizim özümüzün də tədqiqatlarımızda 
geniş  istifadə  etdiyimiz  “sərbəst  şeir”  terminindən 
konkret vəzn növü kimi imtina edərək, onu yalnız azad 
şeirin    şəkillənmələrindən  birinin  forma  xüsusiyyəti 
olaraq qəbul etməyi məqbul saydıq.  
     Sərbəst şeirin tətbiqi ilə daha yüksək və ali sənətkarlıq 
mövqeyində durmaq iddiasına düşmək istedadsız olan hər 
kəs  üçün    yalnız  maniyadır.  Rus  verlibrşünaslığının  metri 
Vladimir  Buriçin  “Voprosı    literaturı”  jurnalında  dərc 
etdirdiyi  (Moskva-1972,  №2,  səh.  132-140)  “Ot  çeqo 
svoboden  svobodnıy  stix”  (Sərbəst  şeir  nədən  azaddır  ) 
məqaləsində maraqlı bir xatırlatma var: “Rus şeiri tarixində 
sərbəst  şeirin  yeri  məsələsinə  toxunaraq,  mən  demək 
istəyirəm  ki,    sərbəst  şeirdə  Puşkin,  Lermontov,  Blok, 
Kuzmin,  Xlebnikov,  Terentyev,  L.Lavrov,  Şerşeneviç, 
Mazurin,  Neldixen,  Qustev,  Sadofyev,  Mayakovski, 
Svetayeva,  Mandelştam,  Kirsanov,  Obolduyev,  Blaqinina, 
Tarkovski,  Solouxin,  Vinokurov  və  neçə-neçə  başqaları 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə