Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə9/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   ...   82

 
34 
yazmışlar...”  Deməli,  sərbəst  şeir  yaradıcılığını  yalnız 
Modernizm  ilə  bağlayaraq,  onu  XIX-XX  əsrlərdə  meydana 
çıxmış  və  sovet  ədəbiyyatşünaslığında  “burjua  mədəni 
təmayülü”  kimi  qiymətləndirilmiş  estetik  cərəyanlara: 
futurizm,  sürrealizm,  impressionizm,  fovizm,  kubizm, 
abstraksionizm,  dadaizm,  avanqardizmə  və  sair  “izmlərə” 
aid  etmək  ən  azından  gülüş  doğurur.  O  da  doğrudur  ki, 
modernizmin inkişafında azad şeirin bir çox dahi ustadları 
bəşəriyyətə  öz  xidmətlərini  göstərmişlər.  Bunlardan  Uolt 
Uitmen (1819-1892)  “Ot yarpaqları”kitabı ilə, Şarl Bodler 
(1821-1867)  “Şər  yarpaqları”  ilə,  A.Rembo  (1854-1891) 
“Aydınlanma”  ilə,  Nazim  Hikmət  (1902-1963)  “Günəşi 
içənlərin  türküsü”  ilə,        Andrey  Belıy    (1880-1934) 
“Peterburq”-u  ilə,  Rəsul Rza (1910-1981) “Rənglər ”silsiləsi  
və  “Nəsimi”poeması  ilə,  Osip  Mandelştam  (1891-1938) 
“Daş”şeirlər  kitabı  ilə,    Rayner  Mariya  Rilke  (1875-1926), 
Emil Verxarn (1855-1916), İosif Brodski (1940-1996), Vaqif 
Səmədoğlu  (1939-2015)    və  başqaları  da  azadfikirlilik 
poeziyası  sayılan  ölməz  əsərləri  ilə  daim  yad  ediləcək, 
xatırlanacaqlar...  Amma  onlara  modernist  demək  bu 
dahilərin  heç  də  hər  hansı  təməl  və  əsaslardan,  poetik 
ənənələrdən tamamilə məhrum olduğu mənasına gəlmir. 
Milli  əruzşünaslığımızın  banisi  ,  keçmiş  Universitet 
müəllimim  dr.  Əkrəm  Cəfər“Əruzun  nəzəri  əsasları  və 
Azərbaycan  əruzu”(“Elm”  nəşr.,  Bakı-1977)  fundemental 
tədqiqat  əsərində    dünya  ədəbiyyatında  “şeir  vəznlərinin 


 
35 
müxtəlif  növlərini”  sadalayaraq:    “antik  vəzn,  tonik  vəzn, 
sillabik  vəzn,  sillabik-tonik  vəzn,  əruz  vəzni”(səh:  23) 
adlarını  çəkmişdir.    Göründüyü  kimi,  əziz  müəllimim  bu 
sıraya  “azad  şeir”(verlibr/  özgür  şeir,  sərbəst  şeir  və  s.) 
adını daxil etməməşdir. Məni əruzşünaslıq üzrə Universitet 
müəllimi  hazırlamaq  və  görmək  istəyən,  bunun  üçün  də 
xeyli  dilə  tutub,  “sərbəst  şeir”  poetikasından  ayırmaq 
istəyən  əziz  həmyerlim,  hörmətli  müəllimim,  professor 
Əkrəm  Cəfərin  arzusu  xilafına  gedərək,  Azad  şeirin 
poetikasını  işləyib  hazırlamaq  üçün  öz  ömrümün  böyük 
hissəsini  sərf  etmişəm...  Həyatım  siyasi,  kitabım  isə  fiziki 
yanğınlar içindən keçib gəlmişik: 
 
Mən bir əlyazmasıyam, 
                         yaddırın məni. 
Yanıb oda dönərəm, 
                       amma heç vaxt 
                        K Ü L   O L M A R A M!.. 
     Əkrəm  Cəfərə  görə,  dillər  ritm  baxımından    heca 
keyfiyyəti  üzrə  iki  qrupa  bölünür:  “Birinci  qrup  dillərdə 
hecaların güclü-zəifliyi onların vurğulu və vurğusuzluğu ilə 
qeyd olunur. Vurğulu hecalar güclü, vurğusuzlar zəif sayılır. 
İkinci qrup dillərdə hecaların güclü-zəifliyi onların uzun və 
qısa  olması  ilə  qeyd  olunur.  Rus,  alman,  ingilis  dillərində 
hecaların  gücü  onların    vurğulu-vurğusuzluğu  ilə,  yunan, 
latın, ərəb,  fars,  türk  dillərində  isə hecaların  gücü  onların 


 
36 
uzun-qısalılığı ilə ölçülür.” (Gəstə kitab, səh: 23). Hörmətli 
professor bundan belə bir nəticə çıxarır ki, “əruz ilə rus və 
Qərb şeirinin vəzn ölçüləri eyni keyfiyyət daşımır.”(səh: 23).  
Əsərin  yekun  hissəsində  Əkrəm  müəllim  fikrini 
qətiləşdirərək yazır: “Vəzn terminini biz ümumiyyətlə, əruz 
vəzni,  heca  vəzni,  antik  vəzn  mənasında  işlədirik.”  (Səh: 
395).    Professor  beləliklə  azad  şeiri  metrik  poeziya  kimi 
rədd edir. 
   Dahi  Əruzşünas  alimimiz  Əruz  poetikasının  ilk  fəslində 
anti-azad  şeir  cəbhəsində  durduğunu  açıq  bəyan  edərək 
“Şeir  nədir”  bölümündə  yazır:  “Son  dövrdə  şərqşünaslıq 
sahəsində bir cərəyan baş vermişdir. Bu cərəyan  Şərqdə və 
Qərbdə  “Azad  şeir”  adı  ilə  qanuniləşməyə  doğru  hərəkət 
edir.  Ayrıca  bir  tədqiqat  mövzusu  olan  bu  məsələdən  biz 
burada  qısaca  bəhs  edəcəyik.”(Səh:  14).    Azad  şeir 
haqqında  yzılmış  və  deyilmiş  bütün  “mənfi  rəyləri”  bir 
araya  gətirən  Əkrəm  Cəfər,  nəhayət,  bu  nəticəyə 
gəlir:“Azad”,  yəni  vəznsiz,  qafiyəsiz  şeirləri nəzərə alaraq: 
şeir 
nədir?  - 
sualına 
müəyyən 
cavab 
vermək 
çətindir...”(səh: 16).  Odur ki, Azad şeir poetikasının işlənib 
hazırlanması   möhtərəm  əruzşünasımız  Əkrəm  Cəfərin  və 
digər apponentlərimizin  Azad şeir sahəsində qarşılaşdıqları 
“Şeir nədir?”sualına tapa bilmədikləri  ilk “cavab”olacaqdır. 
Burada rus verlibrinin ustadı Vladimir Buriçin(1932-1994 ) 
“Nəsr.  Udeteronlar.  Şeirlər”kitabından  məna  qatı  öz 


 
37 
sətrləri  altında  yatmış    şeirlərindən  bir  nümunə  gətirmək 
istəyirəm: 
 
Хочуболи 
хочу резкой непроходящей боли  
боли правды  
боли жизни 
 
хочу плакать большими цветными 
слезами  
приводя публику в восхищенье 
 
       Azəri türkcəsi ilə: 
 
Ağrı istəyirəm  
kəskin ötüşməz bir ağrı 
həqiqət ağrısı 
həyat ağrısı istəyirəm 
 
kütləni heyran etmək üçün 
böyük rəngli göz yaşlarilə 
ağlamaq istəyirəm 
 
     Yeri  gəlmişkən,  müasir  rus  verlibrinin  atası  sayılan 
Vladimir Buriç (1932-1994 ) “Aksent ritminin tipologiyası” 
barədə  bunu  yazırdı:  “İnsan  dili  müxtəlif  sistemlərdən 
ibarətdir:  fonetik  tərkib,  qramatik  tərkib,  leksik  tərkib. 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə