Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə39/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   35   36   37   38   39   40   41   42   ...   82

 
154 
ekspressiv  gücünü  artıran  sintaktik  paralelizmlərdən 
ibarət klassik ahəng düzümü  yaradılmışdır. 
   Vəznşünaslıqda  ən  təhlükəli  təmayüllərdən  biri  də 
hər hansı  vəznə digər bir vəznin metrik kanonları ilə 
yanaşılmasıdır.  Bu  yanlış  yanaşma  Azərbaycan 
ədəbiyyatşünaslığının  da  ən  əsas  bəlasıdır.  Ehtiram 
naminə  xüsusi  ismlər  çəkmək  istəmirəm...  Lakin  bu 
kimi  halları,  qəti  olaraq,  ədəbiyyat  nəzəriyyəsində 
vəznşünaslıq sahəsinin diletantlığı sayıram.    
     Digər  bir  bəla  Dil  ilə  Vəzn  arasında  vulqar  eynilik 
yaradılmasıdır. Vəznlər ilə dillər arasında doğmalıq və 
ögeylik salmaq tamamilə qəbuledilməz bir mövqedir. 
Tarixi  təcrübə  göstərir  ki,  bir  vəznin  başqa  bir  dilə 
tətbiqi  yalnız  həmin  dilin  linqvistik  potensialı 
zəminində 
mümkündür. 
 
Azərbaycan 
milli 
əruzşünaslığının  banisi,  əziz  müəllimim  Əkrəm  Cəfər 
bu məsələ ilə bağlı məşhur “Əruzun nəzəri əsasları və 
Azərbaycan əruzu” əsərində (Bakı-1977, Elm.)  yazırdı: 
“Hecalar  əsasən  iki  növ  olur:  güclü  hecalar  və  zəif 
hecalar.  Bu  cəhətdən  dillər  də  iki  qrupa  bölünürlər. 
Birinci  qrup  dillərdə  hecaların  güclü-zəifliyi    onların 
vurğulu  və  vurğusuzluğu    ilə  qeyd  olunur.  Vurğulu 
hecalar  güclü,  vurğusuzlar  zəif  sayılır.  İkinci  qrup 
dillərdə  hecaların  güclü-zəifliyi  onların  uzun  və  qısa 
olması  ilə  qeyd  olunur.  Uzun  hecalar  güclü,  qısa 
hecalar zəif hesab edilir. Rus, alman, ingilis dillərində 


 
155 
hecaların  gücü  onların  vurğulu-vurğusuzluğu  ilə, 
yunan,  latın,  ərəb,  fars,  türk  dillərində  isə  hecaların 
gücü onların uzun-qısalığı ilə ölçülür”(Səh.: 23). 
   Tonik bir vəzni tonik heca resursları zəngin olmayan 
bir  dilə  əsla tətbiq etmək  olmaz.  Eyni zamanda Əruz 
vəzninin  ingilis,  rus,  alman  və  s.  dillərə  tətbiqi 
tamamilə  absurddur.  Əruz  vəznli  klassik  şərq 
şairlərinin  bu  kimi  dillərə  bədii  çevirmələrinə  də  heç 
zaman Əruz vəznli şeir kimi baxmaq əsla düzgün deyil. 
Məsələn,  Qəzəl  və    Qəsidə  yalnız  Əruz  metrikasının 
olduğu  şeirdə  mövcuddur.  Bütün  digər  hallarda  nə 
uyğun misra və beyt düzümü, nə də zahiri konstruksiya  
hələ həmin “şeirin”tam  bədii tərcüməsi sayıla bilməz. 
Onu  olsa-olsa  sətri tərcümə  də olmasa, buna  bənzər 
bir şey kimi qəbul etmək daha məntiq görünür. Təssüf 
ki,  bu  gerçəyi  hələ  də  bəzi  ölkələrin  şərqşünasları 
qəbul  etmək  istəmirlər.  Hafizin,  Füzulinin,  Sabirin... 
bədii  tərcüməsi  yalnız  dilinə  Əruz  kanonları  uyğun 
gəlmiş xalqların ədəbiyyatında mümkündür...  
    Müasir  Azərbaycan  ədəbiyyatında  Azad  şeirin  yeni 
mövludu  daha  çox  Türkiyə  Respublikasının  ilk  verlibr 
ustadı  dahi  Nazim  Hikmətin  sayəsində  və  onun 
yaradıcılığının  təsiri  altında  baş  verdi.  Bu  şeirin  ilk 
azərbaycanlı  təcrübəçilərindən  Mikayıl  Rəfilinin 
şeirlərində  əski  klassik  şeirin  Ritm  texnikasının 
dəyişdirilməsindən  başqa  bir  şey  yox  idi.  Cəmi    53  il 


 
156 
ömür  sürmüş  M.Rəfilinin  (1905-1955)  Azərbaycan 
şeirindəki  modernizm  inqilabı  ondan  sonrakı  bütün 
çağlarda şeirimizin təlatüm mənbəyi olaraq qaldı. 
Sükutun sonu varsa, ümidin sonu yoxdur. 
Bir ümid ki, parlardı dərin bir eşqdən: 
sönməz! 
                                            Yalan və iftira, məkr, şeytanat... 
Insan çürüntüsiylə məşq edəninsanlar 
heç zaman ümid ilə yanan 
bir təmiz qəlbi 
yenəməz. 
Nə qəm, gərçi bütün dostlar ağ olsa, 
Gərçi insan çirkabı ağ sinədə dağ olsa, 
toxda!..  
Varsa qəlbində yeni günə inam. 
Ümid sonsuz, iftira qısırdır: inan! 
 
    Şairin  120  illiyi  ilə  bağlı  nəşr  olunmuş  “Sönən 
təbəssüm  ölən  bir  ulduzdur”  metodiki  vəsaitindən 
götürdüyüm bu şeir (F.Köçərli adına Respublika Uşaq 
Kitabxanası  Elmi-metodik  şöbəsinin  nəşri,  Bakı-2015, 
səh.-5)  Nazim  Hikmətin  “şair  olmalıydı...”ifadəsinə 
haqq  qazandırır.  Mikayıl  Rəfili  şeiri  elm  sahəsi  ilə 
dəyişdirdi, beləliklə XX əsr Azərbaycan modernizmi ilk 
inqiqlabi rəhbərini itirdi... 


 
157 
Bu sahədə ilk sanballı irəliləyiş Nazimdən öyrənməklə 
başlandı...    Azərbaycan  verlibrinin  mogikanı  Rəsul 
Rzanın  verlibr  poeziyası  ilə  Azad  şeir  poetikası 
Azərbaycan  ədəbiyyatında    qəti  olaraq“milliləşdi”. 
Nazimin  verlibri  yeni  Azərbaycan  şeiri  üçün  müəllim 
statusundadır.  Lakin  Rəsul  Rza  onu  akademiyaya 
çevirdi. 
    Bununla  bərabər,  onu  da  demək  və  heç  vaxt 
unutmamaq lazımdır ki, N.Hikmətin poeziyası bütün 
gücünü  Atatürk  ilə  başlayan  yeni  Türkləşmə 
hərəkatından  almışdı.  Nazim  vaxtında  və  hamıdan 
əvvəl  Verlibrin  genezisinin  ümumtürk  mahiyyətini 
anlamışdı. Odur ki, Nazim verlibri Əski Türk azad şeir 
sisteminin  bütün  incəliklərini  hamıdan  əvvəl 
mənimsəyə  bildi.  Azad  şeir  metrikasının  və  ritm 
texnikasının  Azərbaycanda  qüdrətli  poetik  yer 
qazanması, II Cahan savaşından sonra mümkün oldu. 
Səməd 
Vurğunun 
heca 
hegemoniyası 
onun 
ölümündən 
sonra 
öz 
tarixi 
yerini 
Verlibr 
hegemoniyasına verdi. Lakin bu hegemonluq heç vaxt 
əbədi  və  mütləq  şəkilə  düşmədi.  Türkiyədə  verlibr 
klassik  əruz  şeirini  tamamilə  sıradan  çıxardı.  Əruz  ilə 
bahəm,  Türkiyə  Muğamatı  da  aradan  getdi.  Lakin 
Azərbaycan  şeirində  S.Rüstəm,  M.Rahim,  H.Arif,  Ə. 
Kürçaylı,  N.Həsənzadə,  N.Kəsəmənli,  S.Zərdablı, 
M.Yaqub  və  b.  şəxsində  heca  şeiri  zaman-zaman 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə