Namiq atabəYLİ


Əhli-elmə həmişə hörmət qıl



Yüklə 53,14 Mb.
Pdf görüntüsü
səhifə3/51
tarix19.07.2018
ölçüsü53,14 Mb.
#57064
1   2   3   4   5   6   7   8   9   ...   51


 
Əhli-elmə həmişə hörmət qıl. 
 Demə, bu kafər, ol müsəlmandır, 
 Hər kimin elmi var: o, İnsandır. 
Azərbaycan  üçün  Qərbə  açılan  ilk  qapı  olaraq,  iĢğalçı  Çar 
Rusiyasının  demokratik  yaradıcı  ziyalılarını  nümunə  götürməyə 
çalıĢan  Seyid  Əzimin  1880-cı  ildə  Moskvada  “A.S.Puşkinə 
heykəl qoyulması münasibətilə” (“Nizami-aləmin icrasına hər 
qərndə  bir  kəs”)    qələmə  aldığı  şeirində    dahi  rus  Ģairinin 
əsərlərini  ―Ġncil‖ə,  özünü  isə  apostol  Lukaya  bərabər  tutmuĢdur. 
Bu  mənada,  Seyidin  ictimai  baxışları  onu  Azərbaycanda  
Qərbmərkəzçi  olduğu  qədər,  həm    də  Avrasiyaçı  geopolitik 
baxışların  ilk  ruporlarından  birinə  çevirmişdir.  ġeyxülislam 
Molla Əhməd Səlyaniyə (Əli bəy Hüseynzadənin babası) yazdığı 
poetik Müraciətdə o,‖Köhnə elmdən Ģikayət‖ edərək, öz Ģəxsində 
keçmiĢdə  Nəcəf,  Bağdad  və  ġam  Ģəhərlərində  aldığı  təhsilin 
yararsızlığını  göstərir,  ġeyxi  millətin  tərəqqisində  yeni  təhsilə 
yardımçı olmağa çağırırdı. 
    Böyük  pedaqoqun  bu  fəaliyyətləri  hətta  ona  qarĢı  qərəzli  olan 
Çar  hökuməti  tərəfindən  də  diqqətdən  kənarda  qalmadı:  1887-ci 
ildə  dahi  Ģair-pedaqoq  Azərbaycanda  maarifçilik  xidmətlərinə 
görə  ―Za  userdiye‖  medalı  ilə  təltif  olundu.  Medala  görə 
ödəniləcək  7  manat  50  qəpiyi  tapa  bilməyən  Ģair  onu  yalnız 
ölümündən  cəmi  10  gün  əvvəl  ala  bildi...  Hacı  Seyid  Əzim 
Şirvaninin  1869-cu  ildə  Şamaxıda  açdığı  özəl,  yeni  tipli 
məktəbdən  başlayan  pedaqoji  yolu  1888-ci  ilin  20  mayında—
Çar Rusiyasının verdiyi kiçik bir medalı öz sinəsinə keçirdiyi 
gündən  cəmi  10  gün  sonra  müəmmalı  şəkildə  ölümü  ilə  (və 
yaxud  öldürülməsi  ilə)  başa  çatdı.  Onun  bu  faciəvi  taleyi 
Azərbaycan  müasir  məktəbində    ilk milli pedaqoqumuzun və 
ilk  maarifçi    şairimizin  Vətən  və  Millət  qarşısında  ölümsüz 
şəhidliyidir.   



 
   Seyid  Əzim  haqqında  bəzən  çox  yanlıĢ  olaraq,  ―köhnə 
ədəbiyyatın  son,  yeni  ədəbiyyatın  ilk  nümayəndəsi‖  kimi    yersiz 
ifadələr  iĢlədilir.  Klassik  irsə  və  janrlara  ―köhnə‖  Ģtampını  hələ 
Sovet  hakimiyyətinin  ilk  illərində  vurmağa  baĢlamıĢdılar. 
Proltkultçuluğun  bu  zərərli  təmayülü,  görünür,  hələ  də  ədəbi 
nəzəriyyənin 
leksikasından  silinməmiĢdir.  Seyid  klassik 
ədəbiyyatımızın  özü  kimi  daima  cavan,  tər  və  həmiĢəyaĢıl  bir 
nümunəsidir. 
      Seyid  Əzim  1000 illik bədii sərvətin aid  olduğu milli klassik 
mədəniyyətimizin,  qədim  ġirvan  Ģəhəri  olan  Bakının    mərkəz 
müəyyənləĢdirilməsindən  dərhal  sonra,  çox  qısa  bir  vaxt  ərzində  
həm  Bakının,  həm  də  qədim  xanlıq  mərkəzlərinin  təkrar  intibah 
yoluna  düĢməsinə,  milli  dirçəliĢinə  nail  oldu.    O  bu  milli  
fəaliyyətin  ―qanundan  kənar‖    ilk  naziri  idi.  ―Divani-hikmət‖ 
(1820-1882-ci illər. Gəncə, Tiflis. Mirzə ġəfi Vazeh), ―Gülüstan‖ 
(XIX 
əsr  30-cu  illər.  Quba.  Mirzə  Möhsün  Xəyali, 
A.A.Bakıxanov-Qüdsi  və  b.),  ―ƏncümənüĢ-Ģüara‖  (1838, 
Ordubad,  ġıxəli  Naib,  Mirzə  Ağarəhim  Qüdsi,  Hacağa  Fəqir 
Ordubadi,  Məhəmmədtağı  Sidqi),  ―Fövcül-füsəha‖  (1850-1900, 
Lənkəran,  Mirzə  Ġsmayıl    Qasi,  Mirzə  Ġsa  Xəyali,  Mirzə  Həsən 
Səyyad, M.Ə.Mühəqqir, M. Mücrüm, M.Ġ. Mahir), ―Beytüs-Səfa‖ 
(1867-1892. ġamaxı,  Mirzə Məhəmmədhəsən, Molla Ağa Bixud, 
Seyid  Əzim,  Mirzə  Nəsrullah  Didə,  Ağaəli  bəy  Naseh,  Molla 
Mahmud  Zövi,  Məhəmməd  Səfa  və  b.)  ,  ―Məclisi-üns‖  (1864-
1897.  ġuĢa,  M.R.Fəna,  H.A.Ağahi,  X.Natəvan),  ―Məclisi-
fəramuĢan‖  (Qarabağ,    M.M.  Nəvvab,  Həsənəli  xan    Qarabaği, 
M.M.  Katib,  Abdulla  bəy  Asi,  Fatma  xanım  Kəminə,  MəĢədi 
Əyyub Baki), ―MəcməüĢ-Ģüara‖  (1880-1923,  Bakı. 1980-ci ildən 
fəaliyyəti  R.Samit  tərəfindən  yenidən  bərpa  edilib.  Hazırda 
rəhbəri  Fazil  ġahindir)  və  d.  ədəbi  məclislərin  gördüyü  kollektiv 


10 
 
bir  iĢi,  demək  olar  ki,  Seyid  Əzim  təkbaĢına  ―kurasiya  edir‖, 
düzgün milli hədəflərə istiqamətləndirirdi. 
     Bu kiçik Ön Sözümüzdə biz onu daha çox bir müəllim olaraq 
gördüyümüzü  ifadə  etmək  istədik.  Bu  gün  də  Seyid  Əzim  öz 
pedaqoji  və  poetik  məktəbində  bizim  üçün  əsl  Böyük  Müəllim 
etalonudur.  
      ġairi  tanımaq,  dərk  etmək  üçün  onu  sevib  öyrənənlərin 
ürəyinə  girmək,  oradakı  hisslər,  duyğular  aləminə  baĢ  vurmaq 
lazımdır.  Əfsuslar  ki,  bu  imkansız  bir  cəhddir.  Dünyanın  əĢrəfi 
olan  Ġnsanın  könül  dünyası  yalnız  Xaqani,  Nizami,  Nəsimi, 
Füzuli,  Xətai,  Seyid  Əzim,  Cavid,  Vahid,  ġəhriyar  və    MəĢadi 
Azər kimi dühaların üzünə açıq olub. 
 Fərhad mənəm kim, belə şirin süxənim var
  Bir arizi gülgun, ləbi şəkkər-şikənim var. 
 
           Yox məmləkəti-Reydə şəhi-Nasiri-dinin, 
  Bu gövhəri-nayabı ki, Şirvanda mənim var.  
     Seyid  Əzim    paytaxt  Bakıda  qocaman  ədib  Məmmədağa 
Cürminin  sədrliyi  ilə  yaradılmıĢ    yeni    ədəbi    məktəbi,  onun 
―MəcməüĢ-Ģüara‖ 
məclisini 
ġamaxının 
 
―Beytüs-Səfa‖ 
mövqeyindən  xüsusi  bir    Mənzum  məktubla  yüksək 
qiymətləndirmiĢdi.  ―Bakı    Ģairləri  haqqında  mədh‖  adlanan  bu 
mənzumədə  xeyli  müqtədir  bakılı  Ģairin  ismi  çəkilib:  Yusif, 
Müniri,  Sürəyya,  Fərqa,  Süha,  Kəbül-Cəbbar,  Mirzəağa  Dilxun,  
Mirzə  Müsəvviri  və  b.  Seyid  Əzim  onları  bir-bir  mədh  edərək 
poetik nəzmə çəkib: 
  ...Yəqubə yetdi pirəhəni-Yusifi-əzəz, 
  ÇeĢmi-ümidvarə ziyayi-digər gəlir. 
 
 …Təbi Müniri  Ģəmsü qəmərdən münirdir, 
                        Baxdıqca Ģeirinə gözə nuri-bəsər gəlir. 


Yüklə 53,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə