Namiq atabəYLİ



Yüklə 53,14 Mb.
Pdf görüntüsü
səhifə4/51
tarix19.07.2018
ölçüsü53,14 Mb.
#57064
1   2   3   4   5   6   7   8   9   ...   51

11 
 
                            ...Pərvin- misal nəzmi Sürəyyadə lütf çox,  
                             Ol əxtəri-münirə Süha bisipər gəlir. 
 
                             ġeirayi-Ģamdır, ona Kəlbül-Cəbar, Mən  
                             Bir üstüxani-lütf ilə ol Ģah əgər gəlir. 
 
                             Dilxun təxəllüsündə bu rəmz oldu aĢikar: 
                             AĢiqdir, çeĢmdən üzə xuni-ciyər gəlir. 
 
                            …Bir yerdə kim Müsəvvirə Seyyid qulam ola, 
                              Sairləri cənabına bir xaki-dər gəlir. 
     Bu  ixtisarlı  beytlər  Bakı  Ģeir  məktəbinin  Ədəbiyyat 
tariximizdən  kənarda  qalmıĢ  böyük  bir  xəzinəsinə  iĢıq  salır.  Nə 
qədər təvazö ilə deyilsə də, Seyid Əzim kimi bir nəhəng özünü bu 
gün adını heç kimsənin tanımadığı bakılı Ģair  Müsəvvirə ―qulam‖ 
səviyyəsinə  endirib.    Seyidin  bu  tərifi  Rusiya  imperiya 
caniĢinliyinin  siyasi  mərkəzinin    ġamaxı  zəlzələsindən  (1859) 
sonra,  Bakıya köçürülməsi ilə bağlı olaraq, Bakıda ġirvan  ədəbi 
estafetinin ələ alınması və çox qısa bir sürədə intibah səviyyəsinə 
çatdırılmasınadan irəli gəlirdi. Bu, digər tərəfdən, Qədim Bakının 
XIII  əsr  azərbaycandilli    klassik  poeziyasının  Nəsir  Bakuyidən 
(Həsənoğlu  ilə  çağdaĢ  olub)    baĢlanan  ənənəsinə  bir  qayıdıĢ  idi. 
Odur ki, S.Ə.ġirvani Bakının bu yeni mədəni-milli intibahda tarixi 
rolunu böyük qürur hissi ilə alqıĢlamıĢdı:  
                 ġirvanə Bakıdan genə çox töhfələr gəlir. 
                 San Misr karvanı açılmıĢ, Ģəkər gəlir... 
―ġəkər‖  dedikdə  Seyid  Əzim  yeni  Bakıda  yaranan  klassik  irsə 
qayıdıĢı,  ġərq  Ģeir  ənənələrinin  dirçəliĢini  nəzərdə  tuturdu.  Bu 
mənzumədə  öncə,  sonrakı  nəslin  böyük  qəzəl  ustadı  Ə.  Vahidin 
ilk  müəllimi  olmuĢ  Yusif    (Mirzə  Əbdülxalıq  Yusif)  təriflənib, 
sonra  Müniri  ikinci  yerə  qoyulub.  Seyid  Əzim  Ģair  Sürəyyanı 


12 
 
tətifləyərkən,  bu  parlaq  ulduzla-  Kəlbalayi  Cəbbarla  (əxtəri-
münirlə)  özünə,  öz  yaradıcılığına  iki  müxtəlif  bürcün—Kəlbi-
əsğər  (Ģimalda)  və  Kəlbi-əkbərin  (cənubda)  iki  məĢhur 
ulduzlarının—ġeirayi-ġamiyyə  və    ġeirayi-Yamamiyyənin 
yaxınlığı (bərabərliyi) kimi baxmıĢdır: 
                  ġeirayi-Ģamdır, ona Kəlbül-Cəbar, Mən  
                  Bir üstüxani-lütf ilə ol Ģah əgər gəlir. 
 Bakı  Ģairlərini  tərifləməklə  bərabər,  Seyid  Əzim  bəzən  onları 
tənqidə  də  tutmuĢdur.  Xüsusən  bu,  ―ġair  Yusifə‖  adlı  həcvində 
özünü qabarıq göstərib: 
Niyə həcv eyləmisən Cürmini, ey can Yusif!- deyə  ―Bakı Ģairləri 
haqqında mədh‖  mənzuməsində öz tərifində birinci yerə qoyduğu 
Yusifi  (Mirzə  Əbdülxalıq  Yusif)  öz  sənət  yoldaĢına,  Bakı  Ģeir 
aləminin  qocaman  nümayəndəsinə,  1880-ci  ildən  fəaliyyət 
göstərən  ‖MəcməüĢ-Ģüara‖nın  ilk  sədri  Məmmədağa  Cürmiyə) 
qarĢı  ədalətsizlik  göstərdiynə  görə  çox    kəskin  tənqid,  bəzi 
mənada,  hətta təhqir etmiĢdir: 
   Məsləhətdir ki, bu Ģairliyi tərk edəsən, 
                             Tazə muzdur olasan kəĢtiyə losman, Yusif. 
 
   ...Sən də gər  Qumru kimi anlamasan qafiyəni
   Cəhd eylə  olasan ta ki rəcəzxan, Yusif. 
      Bundan sonra Seyid öyüdə keçib,  bu istedadlı Bakı Ģairinə öz 
son nəsihətini  verir: 
  Bəs degilmidir bizə təneyi-ərbabi-cəfa, 
   Bəs degilmidir bizə möhnəti-dövran,Yusif?!. 
 
  ...Eyibdir bir-birini həcv edə ərbabi-kəmal, 
  Bidəmaq olma sözümdən, sənə qurban, Yusif. 
 
   Qərəzim həcv degildir, bu nəsihətdi sənə, 


13 
 
   Bədgüman olma sözümdən, sözü bir qan, Yusif. 
Onu da deyim ki, sonralar məhz Yusifin özü Məhəmməd Cürmini 
―MəcməüĢ-Ģüara‖nın  sədri  vəzifəsində  əvəz  etmiĢdir.  Dahi 
Ģairimiz  Vahidə  təxəllüsü  də  məhz  Ģair  Yusif  (Mirzə  Əbdülxalıq 
Yusif) vermiĢ, onun digər baĢqaları kimi ―rəcəzxan‖ (mərsiyəçi və 
tərifçi-məddah)  olmamasını  ona  qəti  məsləhət  görmüĢdür.  Vahid 
özü bu xüsusda yazırdı: 
 Mənə təxəllüsü Yusif verib dedi, Vahid, 
 Gərək də fərqlənəsən sən bu xudnümalər içində. 
Aydın  olur  ki,  Ģair  Mirzə  Əbdülxaliq  Yusif,    Vahid    poeziya 
universitetinin    birinci    müəllimlərindən  olmuĢdur.  Deməli, 
dolayısı  ilə,  dünyasını  cəmi  53  yaĢında  tərk  etmiĢ  dahi  Ģairimiz, 
ilk maarifçilərimizdən olmuĢ Seyid Əzim ġirvaninin (1835-1888), 
onun  bu  kəskin  ―qulaqburmasının  da‖  Ģair  Yusifin  həm  özünün  
yetkinləĢməsində  və  həm  də  Vahid  barədə  uzaqgörənliyində  öz 
tarixi  rolu  vardır.  Seyid  Əzimin  belə  ―ədəbi-pedaqoji‖ 
qulaqburmaları  digər  zonaların,  ələlxüsus  Qarabağın  da  ədəbi 
mühitindən  yan  keçməmiĢdir.  Belə  ki,  o,  Ģair  Abdulla  bəy  Asini 
də  (  ġuĢa.  1841-1874)    Xan  qızı  XurĢidbanu  Natəvana  (ġuĢa. 
1837-1897) qarĢı  sayğısızlığına görə tənqid etmiĢdir: 
 Yəqindir ki, mənə ol büti-Ģəkərləbsiz 
  ġərabi-nab bu mövsimdə zəhrimar olacaq. 
 
  ...Nə kim ki, badə edər rəf möhnətü dərdim, 
 Nə qəmli xatırıma Zövi qəmküsar olacaq. 
Bununla  belə,Abdulla  bəy  Asinin  gənc  ölümünü  bir  uzun 
tərkibbənddə ağlar bir dillə Ģeirə çəkmiĢdir: 
Bu necə zülm idi, ey çərx ki, bünyad etdin
 Niyə zülm etmək üçün təbini mötad etdin? 
 
  ...Qüssədən günlərimi ġamə bərabər qıldın, 


14 
 
 Giryədən gözlərimi Dəcleyi-Bəğdad etdin. 
Açıq  Ģəkildə  etiraf  etmək  lazımdır  ki,  o  klassik  ədəbiyyatı  və 
yaradıcı  elitanı  ki    1920-1937-ci  illərdə  Sovet  imperiyası 
repressiya  etdi,  onlar  bir  tam  halında  Seyid  Əzim  Məktəbinin 
yetirmələri idilər. 
   Seyid  Əzim  milli  irsin  qorunub  saxlanmasında  da  misilsiz  fədakarlıq 
göstərmişdir. AMEA-nın M.Füzuli ad. Əlyazmalar İnstitutunda bu gün 32 
şəxsi  Fond  vardır.  Güman  edirəm  ki,  bunlardan  biri  də    Seyid  Əzimin 
təzkirəsidir.  Əsası  Sam  Mirzə  Səfəvi  (“Töhfeyi-Sami”)  tərəfindən 
qoyulmuş  milli  təzkirəçiliyin  inkişafında  Seyid  xüsusi  mərhələdir.  Sədd 
heyflər  ki,  Əhdi  Bağdadinin  “Gülşəni-şüara”sı,  Sadiq  bəyin  “Məcmul 
xəvasi”si, Məhəmməd Tahirin “Təzkireyi-Nəsrabadi”si, Lütfəli bəy Azərin 
“Atəşgədə”si,  Mir  Möhsün  Nəvvabın  “Təzkireyi-Nəvvab”ı  və  digərləri 
kimi  bu  biblioqrafik  ensiklopediya  da  aidiyyati  vəzifəlilərin  biganəliyi 
üzündən hələ də  toz basmış kağız qalaqlarından başqa bir şey deyil... 
     Hacı  Seyid  Əzimin  yaradıcılığını  ateizmlə  bağlamaq  kimi 
yararsız  tendesiyaya  xüsusi  toxunmaq  istəyirəm.  Seyid  Əzim  Ģiə 
məzhəbli  həqiqi  və  çox  yüksək  dini  savadlı  bir  ziyalı  olmuĢdur.  
O, Azərbaycan dili və Ģəriət müəllimi olmaqla, dilinə heç bir vaxt 
Ģərab  dəyməmiĢ  əsl  müsəlman  ziyalısı  idi.  Onun  lirikasındakı 
―mey‖,  ―saqi‖    və  s.  anlayıĢlar    da  tarixi  ədəbi  ənənəyə  uyğun 
olaraq,  rəmzi  xarakter  daĢımaqla    zəmanənin  haqsızlığına  qarĢı, 
müəyyən mənada, bədii-ictimai etiraz forması idi. BəĢəriyyətin ilk 
atası və ilk peyğəmbəri sayılan Adəmdən gələn insani günahların 
Ġlahidən  bağıĢlanması  ilə  bağlı  Hacı  Seyid  Əzimin  xüsusi 
baxıĢları vardı: 
 Məşhərdə xələl yetməsə idrakımıza, 
 Gəlməz ələmi-həşr bizim bakımıza. 
 
 Miras atamızdan bizə qalmış cənnət, 
 Kimdir bizi qoymayan əmlakımıza?!  
     Seyidə  görə,  onun  üçün  ən  mübarək  cəhad  cəhalətlə  savaĢdır. 
Müstəmləkə  ölkələrində  yaradılmıĢ  dini  təsisatların  anti-milli 


Yüklə 53,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə