Namiq atabəYLİ



Yüklə 53,14 Mb.
Pdf görüntüsü
səhifə5/51
tarix19.07.2018
ölçüsü53,14 Mb.
#57064
1   2   3   4   5   6   7   8   9   ...   51

15 
 
xarakterini  hələ  ərəb  aləmində  dini  təhsil  aldığı  illərdə  dərindən 
baĢa düĢən Seyid Əzim klassik  ənənədən gələn ədəbi priyomu—
Ģərab  və  meyxananı  tərənnüm  etməyi,  dolayısı  ilə  açıq  küfrü 
maskalı,  pərdəli  küfrə  qarĢı  qoymağı  ilə  bəzilərinə  dinsiz  kimi 
görünmüĢdü.  Əslində,  Seyidin  məramı  açıq-aĢkar  öz  günahını 
gözlər  önündə  sərgiləyən  meyxorluğun  küfri  ilə  özünü  Allaha 
Ģərik  qoĢanların,  öz  xeyri  üçün  milləti  cəhalətə  sürükləyənlərin, 
dildə  dünyadan  üzlüĢüb,  əməldə  dünyanı  acgözcə  yeyənlərin, 
Ġslam adına bir ləkə olanların küfrünü üz-üzə qoymaq idi.  Seyidin 
cavan  ölümünə  səbəb  və  bais    də  məhz    gizli  çar  xəfiyyəsi  ilə 
birləĢmiĢ  bu    dinlə  pərdələnmiĢ  riyakar  dini-qara  qüvvələr  idi. 
Onlar çarın Ġmperiya yalı ilə bəslənmiĢ nacins yeni ―bəyciklər‖ və 
―ağacıqları‖ ilə  milli tərəqqinin, milli təhsil və maarifin  qarĢısını 
kəsmək  naminə  Seyid    Əzimlərimizə  qarĢı  Ģeytanı  cəhad  aparır, 
Ģərəfsiz  qətillər  gerçəkləĢdirirdilər.  Beləliklə,  bir  Seyidin  və 
Hacının bu müəmmalı qətli tarixi Ġslamın saf adına yalnız bir ləkə 
vurmaq cəhdi kimi qiymətləndirilə bilər. Ona görə də Seyid Əzim 
məktəbinin  davamçısı  kimi  mən  öz  atamın--  Namiq  Atabəylinin 
Tarixə aĢağıdakı  bu qəmli müraciətini çox təbii qəbul edirəm: 
 Endir qədəhi, saqiya, ərvahi-Seyidçin, 
  Fərdayə tutaq üz yenə səbbahi-Seyidçin. 
 
Zöhd əhli bu Yer üzündə hər cürmü törətdi, 
 Şahid çağıraq göydəki Allahı Seyidçin. 
 
         …Zəbani-Seyid ilə, Ata, çak elə köksü
Gahi özünə ağlaya dil, gahi Seyidçin.   
      Seyid  onun  xalqını  gizli  təlimatlar  əsasında    tarixi  inkiĢafdan 
saxlamağa  çalıĢan  əgdər  bir  qaragüruhun  üzərinə  çox  kiçik  bir 
milli  ziyalı  qrupun    içərisində    yeriyərək  bu  yolda  ilk  Ģəhidimiz 
oldu.  QaĢqay  türkü    qoca  Hafizimizdən,  Kərbala  türkü  dədə 


16 
 
Füzulimizdən  gələn  lirik  məsxərəni,  ifĢaedici  poetik  Sözü  yeni 
dövr  klassik  Ģeirimizdə  və    yeni  tariximizdə    bütün  əbədi 
düĢmənlərimizin:  qondarma  dini  təəssübkeĢlərin,  elm  və  maarif 
əleyhdarları olan cahil  fanatiklərin, hər cür antitürk mali və siyasi 
fırıldaqçılar ordasının  əleyhinə ilk olaraq, məhz Hacı Seyid Əzim 
Seyid Məhəmməd oğlu Mir Cəfərzadə ġirvani yönəldə bilmiĢdir: 
       Zamani-ehtirazımdır bu gün, meyli-şərab etdim
        Bihəmdilləh ki, axır ömürdə bir səvab etdim. 
Ġslam  aləmində  elmin  ən  böyük  carçısı  sayılan  Ġmam  Əlinin 
maarifçilik yolunu xüsusi təqdir edən Hacı Seyid Əzim bunu açıq 
dillə belə bəyan edirdi: 
    Tut, könül, ali-Əli damənin, eyləmə qəm, 
    Get bu yoldan ki, bu yol Buzərü-Səlman yoludur. 
 
                            Demə meyxanə yolun rahi-zəlalət, vaiz! 
                            Oğlun ölsün, bir ayıl, bu ġahi-Mərdan yoludur. 
Göründüyi  kimi,  Seyid  açıq  dillə  bəyan  edir  ki,  onun  cəhalətə 
qarĢı  bu  savaĢı  Ġmam  Əlinin  (ə.s.)  Ərəb  dünyasında  biliyin 
təĢviqindəki roluna bənzəyir. ―Zamani-ehtirazını‖, mövcud tarixi-
siyasi  Ģəraitə,  Ġslam  cəmiyyətinin  müstəmləkə  vəziyyətinə 
üsyanını  Hacı  Seyid  Əzim  ―meyli-Ģərab‖  ilə  səvaba 
qovuĢdururdu. Əlbəttə, bunu həqiqi anlamda baĢa düĢmək yalnız 
bir  nadanlıq  olardı.  Seyid  cəmiyyətə  özünü  ―Allahın  bacısı 
oğulları‖ və ya Ģərikləri kimi  sırıyanları kəskin Ģəkildə ifĢa edir, 
çarizmin  öz  istila  məqsədləri  üçün  geniĢ  istifadə  etdiyi  bu 
əmmaməli fanatik qaragüruhun Ġslam maarifi və demokratiyası ilə 
heç bir əlaqəsi olmadığını açıb göstərirdi: 
                                   Seyyida, bu zahidi məsciddən ixrac eyləyin
                                   Kim salıb bayquĢ tək asari-Ģəamət məscidə. 
 Seyid  öz  Ġslami  baxıĢlarında  həm  də  bir  inqilabçı-demokrat  idi. 
O, dini düĢüncələrdə teokratik hegomonizmi rədd edir, müsəlman 


17 
 
aləminin  yalnız  maarif  və  açıq  cəmiyyət  yolu  ilə  demokratiya, 
tərəqqi və azadlığa qovuĢacağını söyləyirdi: 
                             Binayi-zöhdümü mey seyli birlə abə verin, 
 Satın bu xirqəvü-səccadəmi şəraba verin. 
 
 Gəlin, bir eyləyin, ey badəxarlər, himmət, 
 Bu çərxi-pürsitəmin dövrin inqilabə verin.  
Seyidin  davası  ―çərxi-pürsitəm‖  ilə  idi.  Onun  ―KÜFRÜ‖    isə  
tarixdən geri qalmıĢ və istilalara uğramıĢ Ġslam aləmində  özünün 
bu ―zamani-etirazları‖ ilə  məhz  ―çərxi-sitəmin dövrünü   inqilabə 
vermək‖ idi.  Bu mənada, o, M.F. Axundova bərabər bir maarifçi 
və inqilabçı-demokrat idi. 
    Əlbəttə,  Seyidin  simasında  daha  çox  xalqımızın  Dədə 
Füzulimizdən sonra ikinci müqtədir aĢiqanə qəzəl Ģairini görmək 
lazımdır. Azərbaycan gözəlini Vətənin ayrılmaz bir parçası olaraq 
vəsf edən Hacı  Seyid  Əzimin məhəbbət  lirikası  xalqımızın  könül 
tarixidir. 
                              Ey eyləyən cahanda məni biqərar, EĢq, 
                              Ey binəvaları eləyən xaksar, EĢq.  
 
                              Çox Ģahlar səninlə düĢübdür gədalığa, 
                              Sən çox gədaları elədin tacdar, EĢq. 
 
                              ...Hər kəsdə yoxdur eĢq onun kamalı yox, 
                              Kamil olan vücudlar eylər Ģüar: ‖ EĢq!‖ .  
      Seyid  XIX  əsr  Azərbaycan  cəmiyyətinin  yeni  üsullu  ilk  məktəbinin 
Birinci    pedaqoqu,  ilk  milli  Müəllimi  və  həmin  dövrün  ən  böyük  klassik 
şairidir. N. Atabəyli 1000 illik Azərbaycan klassik ədəbiyyatının çox ünlü 
xadimlərinin  əsərlərinə  bu  layihə  çərçivəsində  bir  sıra  nəzirələr  yazaraq, 
onların  da    bu  tarixi  Yubileydə  simvolik  iştirakını  “təmin  etmişdir”.
  N. 
Atabəylini  kleçmiĢ Sovet rejiminin repressiyyaya uğratdığı qəzəl 
janrına  belə  isti  münasibəti  onun  1000  illik  tarixə  malik  klassik 


Yüklə 53,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə