Nand (VƏ – yox) məntiq elementi



Yüklə 29,32 Kb.
tarix18.01.2022
ölçüsü29,32 Kb.
#82950
NAND


NAND (VƏ – YOX) məntiq elementi.

N AND məntiq elementi ən az 2 girişə malik olub giriş siqnalları üzərində məntiqi vurma və inversləmə əməliyyatlarını yerinə yetirir. Elementin işarəsi





NOR (VƏ YA- YOX) məntiq elementi.

NOR məntiq elementi ən az 2 girişə malik olub giriş siqnalları üzərində məntiqi toplama və inversləmə əməliyyatlarını həyata keçirir. Elementin işarəsi





YADDAŞ ELEMENTLƏRİ

§ Triggerlər

Rəqəm sistemlərində məntiq elementlərindən başqa, həm də 2-lik məlumatların yadda saxlanılması üçün yaddaş elementlərindən də istifadə olunur. Yaddaş elemenlərinin 2 dayanıqliq vəziyyəti olur.Onlar- dan biri 0-a, digəri 1-ə uyğun gəlir.



Trigger yaddaşlı sadə rəqəm qurğularından biridir.

Trigger iki dayanıqlı tarazlıq vəziyyətlərindən birində olur və bu vəziyyətlərin birindən digərinə xarici təsir vasitəsilə sıçrayışla keçir. Triggerlər yalnız NAND və NOR məntiq elementləri üzərində qurulur.

Triggerlərin aşağıdakı növləri vardır:

1. Asinxron RS – trigger

2. Birtaktlı sinxron RS – trigger

3. Birtaktlı sinxron D – trigger

4. Birtaktlı sinxron DV – trigger

5. İkitaktlı sinxron RS – trigger

6. İkitaktlı sinxron D – trigger

7. İkitaktlı sinxron DV – trigger

8. İkitaktlı sinxron T – trigger

9. İkitaktlı sinxron TV – trigger

10. İkitaktlı sinxron JK – trigger

Növündən asılı olmayaraq bu triggerlərin hər biri 1 bit informasiyanı yadda saxlayır.

İmpuls sayğacları

İmpuls sayğacları– onların girişinə verilən implusların miqdarını saymaq, çıxışında implusların sayına uyğun ikilik kod yaratmaq və bu kodu yadda saxlamaq üçün işlədilən qurğulardır. Bundan başqa, sayğaclar həm də zaman intervallarını təyin etmək üçün, tezlik bölücüsü kimi,idarəetmə sxemlərində ünvanın formalaşdırılması və s. üçün tətbiq edilir. Sayğaclardan avtomatlaşdırma sistemlərində sayma,hesab əməliyyatlarının yerinə yetirilməsi və tezliyin ölçülməsi və s. məqsədlərlə də istifadə edilir.Sayğacın əsas parametrləri – sayma əmsalı (say modulu) və cəldişləmə qabiliyyətidir. Ksay-sayğac vasitəsilə implusların sayıla bilən həddidir. Cəldişləmə - sayğaca gələn sayılacaq implusların maksimal tezliyi (isay) və sayğacın çıxışında kodun qurulma vaxtı (tqur) ilə müəyyən edilir. Sayğacın tərkib hissəsi bir-birinə zəncirvari qoşulmuş trigerlərdən ibarətdir ki, bu trigerlərin də miqdarı sayğacın dərəcəliliyindən asılıdır.Sayğaclar aşağıdakı kimi təsnif olunur:



Sayğacların təsnifatıƏgər, sayğac 0-dan başlayıb müsbət bir dəyərə doğru sayırsa, belə sayğaca cəmləyici və ya yuxarı sayğac, müsbət birə dəyərdən 0-a doğru saymanı yerinə yetirirsə çıxıcı və ya aşağı sayğac, iki cür saymanı da yerinə yetirərsə reversiv sayğac deyilir.Say]aclar əldə edilən rəqəmin kodlaşdırılmasına görə də BCD, ikilik,onluq və s. Kimi adlandırıla bilərlər.

Ardıcıl(Asinxron) ikilik sayğacArdıcıl (asinxron) ikilik sayğacda sayılacaq impluslar birinci (kiçik) dərəcədə olan trigerin C-girişinə verlir. Daha sonra hər bir kiçik dərəcəli trigerin çıxış informasiya siqnalı, özündən sonra gələn yüksək dərəcəli triger üçün idaredici siqnal rolunu oynayır. Beləliklə, bir dərəcəli elementin çıxışı o birisi üçün giriş siqnalı yaradır (sayğac düz istiqamətdə sayır, yəni siqnallar toplanır). Tutaq ki, sayğacın çıxışlarının ilkin vəziyyəti, ikilik 000 ədədinə uyğundur (yəni sayğac R siqnali ilə informasiyadan təmizlənmişdir). Üç dərəcəli ikilik ardıcıl(asinxron) sayğacın struktur sxemi şəkil 2.18-də göstərilmişdir.Şəkil 2.18 Bilavasitə əlaqəli asinxron (ardicil) üçdərəcəli ikilik sayğac

Birinci impuls trigerin C girişinə gələn kimi,impulusun arxa cəbhəsi ilə triger çevrilir〖 (Q〗_1=1) və sayğacın çıxışlarında ikilik 001 kodu yaranır. İkinci impuls,birinci trigeri ilk vəziyyətə qaytarir (yəniQ_1=0), o da öz novbəsində ikinci trigeri cevirir (Q_2=1) və sayğacın çıxışlarında onluq 2 ədədinə uygun ikilik 010 kodu yaranir
Yüklə 29,32 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə