Narkalogiya



Yüklə 1,48 Mb.
səhifə1/17
tarix17.09.2017
ölçüsü1,48 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   17

Narkologiya ixtisası üzrə test suallarının nümunələri
Narkologiya yardımının hüquqi əsasları

1) Narkoloji xidmətin məqsədlərinə hansı tədbirlər aid deyil?

A) Narkoloji xəstələrin işlə təmin edilməsi

B) Xəstələrin müalicə edilməsi

C) Müalicədən sonrakı dövrdə xəstələrin müşahidə edilməsi

D) Psixoaktiv maddələrdən sui-istifadə edən şəxslərin psixi vəziyyətlərinin qiymətləndirilməsi

E) Narkoloji xəstələrin səhhətinin qiymtləndirilməsi


Ədəbiyyat: “Narkoloji xidmət və nəzarət haqqında“ Azərbaycan Respublikasının Qanunu, 2001
2) Hansı yaşdan narkoloji yardım könüllülük əsasında həyata keçirilir?

A) 20 yaş

B) 19 yaş

C) 18 yaş

D) 16 yaş

E) 17 yaş


Ədəbiyyat: “Narkoloji xidmət və nəzarət haqqında“ Azərbaycan Respublikasının Qanunu, 2001
3) Həkim-məsləhət komissiyası narkoloji xəstələrin yoxlama rəyində hansı məlumatın olması vacib deyil?

A) Şəxsin narkoloji xəstəliyə düçar olub-olmaması

B) Müayinə edilən şəxsin ailə vəziyyəti

C) Yanaşı gedən xəstəliklərin diaqnozu

D) Müayinə və müalicə göstərişləri, tövsiyyələri

E) Müayinə edilən şəxsin əsas diaqnozu


Ədəbiyyat:

“Narkoloji xidmət və nəzarət haqqında“ Azərbaycan Respublikasının Qanunu, 2001


4) Narkoloji xəstənin müalicəsi hansı şəraitdə tətbiq edilmir?

A) Psixiatrik müəssisədə

B) Narkoloji stasionarda

C) Qeyri- dövlət narkoloji müəssisədə

D) Ambulator narkoloji müəssisədə

E) Xəstənin evində


Ədəbiyyat: “Narkoloji xidmət və nəzarət haqqında“ Azərbaycan Respublikasının Qanunu, 2001
5) Həkim-narkoloqla birlikdə xəstənin fərdi müalicə və reabilitasiya proqramını kim tərtib edir?

A) Psixoloq

B) Terapevt

C) Nevropatoloq

D) Psixoterapevt

E) Psixiatr


Ədəbiyyat: “Narkoloji xidmət və nəzarət haqqında“ Azərbaycan Respublikasının Qanunu, 2001
6) Hansı hallarda narkotik maddələrdən sui-istifadə edən şəxsə müalicə təklif edilməlidir?

A) Narkotik maddələrdən sui-istifadə edilməsinə görə, xəstənin yaxın qohumlarının müraciəti əsasında

B) Narkoloji xəstəlik nəticəsində şəxs zədə aldıqda və ya onun səhhətində digər terapevtik dəyişikliklər olduqda

C) Sadalananların heç biri

D) Xəstənin ailə üzvlərinə şəxsin narkotik maddələrdən sui-istifadəsi mənfi təsir göstərdiyi hallarda

E) Sadalananların hamısı


Ədəbiyyat: “Narkoloji xidmət və nəzarət haqqında“ Azərbaycan Respublikasının Qanunu, 2001
7) Hansı narkoloji xəstələr üzərində xüsusi müşahidə aparılmır?

A) Yetkinlik yaşına çatmayan narkoloji xəstələr

B) HİV/AİDS, hepatit və zöhrəvi xəstəliyə düçar olan narkoloji xəstələr

C) İntoksikasion psixoz keçirmiş xəstələr

D) Psixi pozuntusu olan şəxslər narkotik maddələrdən istifadə edəndə

E) Yetkinlik yaşına çatmayan uşaqları olan narkoloji xəstələr


Ədəbiyyat: “Narkoloji xidmət və nəzarət haqqında“Azərbaycan Respublikasının Qanunu, 2001
8) Zəruri olan hallarda narkoloji xəstələrə hansı sosial tədbirlər görülə bilər?

A) Sadalananların hamısı

B) Peşə biliklərinə yiyələnmələrinə yardım

C) Sadalananların heç biri

D) Xəstələri müvəqqəti sığınacaq yerləri ilə təmin edilməsi

E) İş yerləri ilə təmin olunmasına yardım


Ədəbiyyat: “Narkoloji xidmət və nəzarət haqqında“ Azərbaycan Respublikasının Qanunu, 2001
9) Anonim narkoloji yardım hansı psixoaktiv maddələrdən asılı olan şəxslərə göstərilə bilər?

A) Qeyri-narkotik

B) Sadalananların hamısı

C) Sadalananların heç biri

D) Narkotik

E) Alkoqol


Ədəbiyyat: “Narkoloji xidmət və nəzarət haqqında“ Azərbaycan Respublikasının Qanunu, 2001
10) Sərxoşluq halların müəyyən edilməsi nəyin əsasında keçirilir?

A) İstintaq orqanlarının qərarı

B) Məhkəmə qərarı

C) Sadalananların hamısı

D) Müayinə olunan şəxsin təşəbbüsü

E) İşə götürən şəxsin vəsadəti


Ədəbiyyat: “Narkoloji xidmət və nəzarət haqqında“ Azərbaycan Respublikasının Qanunu, 2001
11) Narkoloji xidmətin və nəzarətin ümumi prinsiplərinə hansı aid deyil?

A) Narkoloji xəstələrin müalicəsi bir qayda olaraq könüllülük əsasında keçirilir

B) Narkoloji xəstələrin erkən müəyyən edilməsi və müalicəsi

C) Narkoloji xəstəliklə əlaqədar təqibin istisna edilməsi

D) Narkotik maddələrdən sui istifadə edən şəxslərin müalicəsi bir qayda olaraq qeyri-könüllülük əsasında keçirilir

E) Psixoaktiv maddələrdən sui istifadəsi nəticəsində yaranan fəsadlar barəsində əhalinin məlumatlandırılması


Ədəbiyyat: “Narkoloji xidmət və nəzarət haqqında“ Azərbaycan Respublikasının Qanunu, 2001
12) Narkoloji xidmət və nəzarət həyata keçirən şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına hansı narkoloji xəstələr barədə məlumat verməlidir?

A) Ətrafdaki insanların hüquqlarını pozanda

B) Sadalananların heç biri

C) Yetkinlik yaşına çatmayan uşaqlarına zor tətbiq edən

D) Yetkinlik yaşına çatmayan uşaqlarına qayğı göstərməyən

E) Sadalananların hamısı


Ədəbiyyat: “Narkoloji xidmət və nəzarət haqqında“ Azərbaycan Respublikasının Qanunu, 2001
13) Narkoloji tibb məssisələrdə müalicə olunan narkoloji xəstələr hansı hallarda oradan xaric oluna bilər?

A) Psixoaktiv maddələrin istifadəsini davam edəndə

B) Xəstələrə baş çəkən şəxslərin ləyaqətinə xələl gətirəndə

C) Sadalananların hamısı

D) Tibb işçilərinin ləyaqətinə və hüquqlarına xələl gətirəndə

E) Başqa xəstələrin hüquqlarını məhdudlaşdıranda


Ədəbiyyat: “Narkoloji xidmət və nəzarət haqqında “Azərbaycan Respublikasının Qanunu, 2001
14) Dövlət narkoloji tibb müəssisəsində hansı psixoaktiv madddələrdən asılılığın müalicəsi ödənişsizdir?

A) Narkotik vasitələrdən

B) Məyşət kimyavi vasitələrdən

C) Qeyri-narkotik vasitələrdən

D) Sadalananların hamısı

E) Alkoqoldan


Ədəbiyyat: “Narkoloji xidmət və nəzarət haqqında “Azərbaycan Respublikasının Qanunu, 2001
15) Hər bir narkoloji tibb müəssisəsində mütləq hansı mütəxəssis olmalıdır?

A) Sadalananların heç biri

B) Psixoloq

C) Sosioloq

D) Psixiatr

E) Nevropatoloq


Ədəbiyyat: “Narkoloji xidmət və nəzarət haqqında “Azərbaycan Respublikası Qanunu, 2001
16) Hansı hallarda psixi pozuntularla olan xəstələrə qeyri-könüllü psixiatriya yardımı göstərilir?

A) Xəstənin öz əsas həyatı tələbatlarını təmin etmək qabiliyyəti olmadıqda

B) Sadalananların heç biri

C) Yardımın göstərilmədiyi halda xəstənin psixi vəziyyətinin ağırlaşması ehtimalı olanda

D) Xəstə ətrafdakılar üçün həyatı təhlükə yaratdığı halda

E) Sadalananların hamısı


Ədəbiyyat: “Psixiatriya yardım haqqında “Azərbaycan Respublikasının Qanunu, 2001
17) Sərxoşluq halların mübahisəli məsələlərinin həlli üçün yaradılan münaqişə komissiyası nə etmir?

A) Sərxoşluq hallarının müayinə nəticələrini yoxlayır

B) Komissiyaya daxil olmuş narazı şəxslərin ərizələri əsasında məhkəməyə qədər qərar çıxarır

C) Müayinə nəticəsində yaranmış mübahisələri həll edir

D) Müayinənin nəticələrindən narazı olan şəxslərin ərizələrini qəbul edir

E) Şəxsin münaqişə komissiyasına müraciyət etməsi onun məhkəməyə müraciyət etmək hüququnu məhdudlaşdırır


Ədəbiyyat: “Narkoloji xidmət və nəzarət haqqında “Azərbaycan Respublikasının Qanunu, 2001
18) Həkim-narkoloq psixoloqla birlikdə tərtib edilmiş xəstənin müalicə-bərpa proqramı hansılardan ibarətdir?

A) Sadalananların hamısı

B) Sosial-reabilitasiya

C) Fərdi müalicə

D) Sonraki müşahidə

E) Sadalananların heç biri


Ədəbiyyat: “Narkoloji xidmət və nəzarət haqqında “Azərbaycan Respublikasının Qanunu, 2001
19) Narkoloji xəstəliklərin və psixoaktiv maddələrin sui istifadəsi ilə bağlı hansı nəticələrin qeydiyyatı aparılmır?

A) Cinayətlərin törədilməsinin

B) İqtisadi itkilərin

C) Zəhərlənmələrin

D) Əlilliyin

E) İntihar etmənin


Ədəbiyyat: “Narkoloji xidmət və nəzarət haqqında “Azərbaycan Respublikasının Qanunu, 2001
20) Psixiatriya yardımına hansı tədbirlər aid deyil?

A) Psixi xəstəliklərin profilaktikası

B) Psixi xəstəliklərin müalicəsi

C) Psixi pozuntuların diaqnostikası

D) Psixi xəstələr barəsində məlumat bankına arayış göndərmək

E) Xəstələrin psixo-sosial reabilitasiyasına yönəlmiş tədbirlər


Ədəbiyyat: “Psixiatriya yardım haqqında “Azərbaycan Respublikasının Qanunu, 2001
21) “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanunu neçənci ildə qəbul edilib?

A) 2001


B) 2000

C) 2003


D) 2004

E) 2002
Ədəbiyyat: “Psixiatriya yardım haqqında “Azərbaycan Respublikasının Qanunu, 2001


22) “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanunu neçənci ildə qəbul edilib?

A) 2004


B) 2001

C) 2003


D) 2002

E) 2000
Ədəbiyyat: “Narkoloji xidmət və nəzarət haqqında “Azərbaycan Respublikasının Qanunu, 2001


23) Psixi xəstənin razılığı olmadan ona yardım göstərilməsi haqqında məlumat kimlərə verilməməlidir?

A) Hüquq-mühafizə orqanlarına

B) Müvafiq icra hakimiyyəti orqanlarına

C) Xəstənin qanuni nümayəndəsinə

D) Xəstənin yaşadığı ərazinin mənzil-istismar idarəsinə

E) Xəstəyə yardım göstərən psixiatra


Ədəbiyyat: “Psixiatriya yardım haqqında “ Azərbaycan Respublikasının Qanunu, 2001
24) Narkoloji nəzarət sahəsində xəbərdaredici tədbirlər hansı şəxslərə xüsusi diqqət yetirilir?

A) Müəyyən yaşayış yeri olmayan şəxslərə

B) Tibbi göstərişlə narkotik maddələri qəbul edən şəxslərə

C) Psixi xəstələrə

D) Ailə tərkibində narkoloji xəstə olan şəxslərə

E) Sadalananların hamısı


Ədəbiyyat: “Narkoloji xidmət və nəzarət haqqında“ Azərbaycan Respublikasının Qanunu, 2001
25) İnsan həyatı üçün təhlükə yaradan üsullarla narkoloji xəstələrin müalicəsi hansı müəssisələrdə keçirilə bilər?

A) Ümumi dövlət xəstəxanalarda

B) Özəl narkoloji tibb müəssisələrində

C) Dövlət narkoloji tibb müəssisələrində

D) Sadalananların hamısı

E) Ev şərayətində


Ədəbiyyat: “Narkoloji xidmət və nəzarət haqqında“ Azərbaycan Respublikasının Qanunu, 2001
26) Psixi pozuntularla əlaqədar müayinə hansı hallarda aparıla bilər?

A) Sadalananların hamısı

B) 16 yaşa çatmayan şəxsin valideyinlərinin razılığı (xahişi) ilə

C) Müayinə olunan şəxsin razıliğı (xahişi) ilə

D) Şəxsin yaşadığı ərazinin müalicə-profilaktika müəssisənin göndərişinə əsasən

E) Sadalananların heç biri


Ədəbiyyat: “Psixiatriya yardım haqqında “Azərbaycan Respublikasının Qanunu, 2001
27) Sərxoşluq halın müəyyən edilməsi məqsədilə aparılan tibbi müayinənin nəticəsində şəxsin psixoaktiv maddələri istehlak etməsi müəyyən edildikdə bu barədə məlumat hara verilir?

A) Xəstənin iş yerinə

B) Respublika ərazisindəki bütün narkoloji müəssisələrə

C) Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların dövriyyəsinə dair ümummilli məlumat bankına

D) Xəstənin yaşadığı ərazi üzrə polis orqanlarına

E) Sadalananların hamısı


Ədəbiyyat: “Narkoloji xidmət və nəzarət haqqında“ Azərbaycan Respublikasının Qanunu, 2001
28) Xüsusi təhsil və ya sosial təminat üçün psixonevroloji müəssisələrdə yerləşdirilən şəxslər hansı tezlikdə müdiriyyətin təşkil etdiyi tibbi baxışdan keçirilməlidirlər?

A) Dörd ildən bir dəfə

B) İki ildən bir dəfə

C) Üç ildən bir dəfə

D) İldə bir dəfədən az olmayaraq

E) Beş ildən bir dəfə


Ədəbiyyat: “Psixiatriya yardım haqqında “Azərbaycan Respublikasının Qanunu, 2001
29) Narkoloji xidmət və nəzarətin əsas istiqamətlərinə hansı aid deyil?

A) Narkoloji yardım

B) İnzibati tədbirlər

C) Cəzalandırıcı tədbirlər

D) Sosial tədbirlər

E) Xəbərdaredici tədbirlər


Ədəbiyyat: “Narkoloji xidmət və nəzarət haqqında“ Azərbaycan Respublikasının Qanunu, 2001
30) Narkoloji xəstələrin qeydiyyatı hansı müəssisələr tərəfindən aparılır?

A) İnzibati orqanlar tərəfindən

B) Qeyri-hökümət təşkilatlar

C) Dövlət narkoloji tibb müəssisələr

D) Sadalananların hamısı

E) Özəl narkoloji tibb müəssisələr


Ədəbiyyat: “Narkoloji xidmət və nəzarət haqqında“ Azərbaycan Respublikasının Qanunu, 2001
31) “Anlaqsızlıq” hansı halda məhkəmə tərəfindən müəyyən edilir?

A) Sadalananların hamısı

B) Cinayət törətmiş şəxsin keçmişdə psixi pozuntu keçirməsi barədə məlumat olduqda

C) Sərxoşluq halında cinayət tərkibli hüquqa zidd hərəkət edəndə

D) Psixi xəstə barəsində qonşular şikəyətlə müraciyət etdikdə

E) Şəxs psixi pozunular ilə əlaqədar cinayət tərkibli hüquqa zidd hərəkət edəndə


Ədəbiyyat: “Psixiatriya yardım haqqında “Azərbaycan Respublikasının Qanunu, 2001
32) Qeyri-dövlət narkoloji tibb müəssisələrdə xəstələrə nə zaman narkolojı xidməti göstərmək olar?

A) Abstinensiya vəziyyətində olduqları halda

B) Xəstələrin dövlət narkoloji tibb müəssisələrdə qeydiyyatdan keçdikdə

C) Qeyri-dövlət narkoloji tibb müəssisələrdə qeydiyyatdan keçdikləri zaman

D) Yanaşı gedən ağır psixi xəstəliyə düçar oludqları halda

E) Yalnız alkoqoldan asılılıq olduqları halda


Ədəbiyyat: “Narkoloji xidmət və nəzarət haqqında“ Azərbaycan Respublikasının Qanunu, 2001
33) Kimin ərizəsi əsasında psixoaktiv maddələrdən sui-istifadə nəticəsində öz ailəsini ağır maddi vəziyyətə salan şəxslərin fəalliyyət qabiliyyəti məhdudlaşdırılması barədə iş qaldırıla bilər?

A) İcra hakimiyyətin orqanlarının

B) Valideyinlərinin

C) Sadalananların heç biri

D) Sadalananların hamısı

E) Yetkinlik yaşa çatmış övladlarının


Ədəbiyyat: “Narkoloji xidmət və nəzarət haqqında“ Azərbaycan Respublikasının Qanunu, 2001
34) Azadlığdan məhrum edilmiş narkoloji xəstələrə narkoloji yardım nə zaman göstərilir?

A) Ağır abstinensiya vəziyyətində

B) Alkoqoldan asılılı olan şəxslərə

C) Narkomanlara

D) Toksikomanlara

E) Narkoloji yardım tələb olunan hər bir halda


Ədəbiyyat: “Narkoloji xidmət və nəzarət haqqında“ Azərbaycan Respublikasının Qanunu, 2001
35) Narkoloji yardımı hansı tədbirlər təşkil edir?

A) Tibbi yoxlama

B) Müalicədən sonra müşahidə

C) Əvəzedici terapiyanın həyata keçirilməsi

D) Müalicə

E) Sadalananların hamısı


Ədəbiyyat: “Narkoloji xidmət və nəzarət haqqında“ Azərbaycan Respublikasının Qanunu, 2001

36) “Məhdud anlaqlılıq” anlayışı hansı hallarda tətbiq oluna bilər?

A) Əmək qabiliyyəti olmayan narkoloji xəstələrə

B) Anlaqlı vəziyyətdə olan narkoloji xəstələrə

C) Əmək qabiliyyəti olmayan psixi xəstələrə

D) Anlaqsız vəziyyətdə olan psixi xəstələrə

E) Anlaqsız vəziyyətdə olan narkoloji xəstələrə


Ədəbiyyat: “Narkoloji xidmət və nəzarət haqqında “Azərbaycan Respublikasının Qanunu, 2001
37) Psixi pozuntusu olan şəxsin hüquqlarına hansı daxil deyil?

A) Müalicə almaq üçün tibb müəssisəni seçmək

B) Dövlət tibb müəssisəsində sanitariya-gigiyena tələblərinə cavab verən şəraitdə yardım almaq

C) Vəkilin köməyindən istifadə etmək

D) Dövlət tibb müəssisəsində pulsuz yardım almaq

E) Qeyri-dövlət təşkilatlarından yardım tələb etmək


Ədəbiyyat: “Psixiatriya yardım haqqında “Azərbaycan Respublikasının Qanunu, 2001
38) Stasionar müalicə zamanı psixi pozuntusu olan şəxsin razılığı olmadan hansı tətbirlər aparıla bilməz?

A) Tədris prosessi üçün xəstənin foto və video cəkilişi

B) Elmi-tədqiqat işlərinin obyekti kimi xəstəni cəlb etməsi

C) Sadalananların hamısı

D) Tibbi-tədris prosessində xəstənin nümayişi

E) Sadalananların heç biri


Ədəbiyyat: “Psixiatriya yardımı haqqında “Azərbaycan Respublikasının Qanunu, 2001
39) Psixi pozuntusu olan şəxsin qeyri-könüllü müalicəsi hansı halda tətbiq edilmir?

A) Xəstə öz əsas həyati tələbatını təmin edə bilməyəndə (acızlik)

B) Xəstə öz həyatı üçün təhlukə yaradanda

C) Psixi pozuntusu olan şəxsin alkoqoldan sui istifadəsi əsasında

D) Yardımın göstərilmədiyi halda xəstənin psixi vəziyyətinin pisləşməsi ehtimalında

E) Xəstənin ətrafdakılar üçün təhlükəli olanda


Ədəbiyyat: “Psixiatriya yardım haqqında “Azərbaycan Respublikasının Qanunu, 2001
40) Hansı müddətə psixi pozuntu nəticəsində şəxs ayrı-ayrı peşə və yüksək təhlükə mənbəyi ilə bağlı işlərdən müvəqqəti yararsız hesab edilə bilər?

A) 2 ildən çox olmayaraq

B) Qeyri-müəyyən müddətə

C) 6 aydan çox olmayaraq

D) 3 ildən az olmayaraq

E) Daimi
Ədəbiyyat: “Psixiatriya yardım haqqında “Azərbaycan Respublikasının Qanunu, 2001


41) Məcburi tibbi tədbirlər nəyin əsasında tətbiq edilir?

A) Bir neçə psixiatr-narkoloqların rəyi əsasında

B) Polis bölməsinin protokolu və rəyi əsasında

C) Baş mütəxəssisin rəyi əsasında

D) Sadalananların hamısı

E) Sadalananların heç biri


Ədəbiyyat: “Narkoloji xidmət və nəzarət haqqında “Azərbaycan Respublikasının Qanunu, 2001
42) Psixi pozuntularla olan şəxslərin ayrı-ayrı peşə fəaliyyəti qanuna uyğun olaraq kim tərəfindən dayandırılır?

A) İşlədiyi müəssisənin müdiriyyəti

B) Sadalananların heç biri

C) Baş psixiatrı

D) Tibb müəssisəsinin baş həkimi

E) Müalicə həkimi


Ədəbiyyat: “Psixiatriya yardım haqqında “Azərbaycan Respublikasının Qanunu, 2001“
43) Psixi pozuntularla əlaqədar hansı növ ekspertizalar aparılır?

A) Sadalananların heç biri

B) Sadalananların hamısı

C) Hərbi-həkim

D) Məhkəmə-psixiatriya

E) Tibbi-sosial


Ədəbiyyat: “Psixiatriya yardım haqqında “Azərbaycan Respublikasının Qanunu, 2001
44) Ambulator şəraitdə psixi pozuntularla olan şəxslərə hansı növ psixiatriya yardımı göstərilir?

A) Məsləhət-diaqnostik

B) Sadalananların hamısı

C) Bərpa-reabilitasiya

D) Müalicə

E) Sosial


Ədəbiyyat: “Psixiatriya yardım haqqında “Azərbaycan Respublikasının Qanunu, 2001
45) Ev şəraitində narkoloji yardımın hansı növü qadağandır?

A) Medikamentoz müalicə

B) Şərti-reflektor terapiya

C) Dezintoksikasiya

D) Psixoterapiya

E) Kodlaşdırma


Ədəbiyyat: “Psixiatriya yardım haqqında “Azərbaycan Respublikasının Qanunu, 2001
46) Psixi pozuntuları olan şəxslərə dövlət tərəfindən hansı sosial müdafiə növlərinə təminat verilir?

A) Yetkinlik yaşına çatmamış şəxslərin ümumi və peşə təhsilinə

B) Qəyumluq və himayəçilik məsələlərin həllinə

C) Sosial-məişət yardımına

D) Müvafiq işlə təmin olunmasına

E) Sadalananların hamısı


Ədəbiyyat: “Psixiatriya yardım haqqında “Azərbaycan Respublikasının Qanunu, 2001
47) Həkim-məsləhət komissiyası aşağıdakı pozuntulardan hansında qeyri-könülü müalicə barədə qərar qəbul edə bilər?

A) Sadalananların hamısı

B) Alkoqol asılılığı

C) Toksikomaniya

D) Sadalananların heç biri

E) Narkomaniya


Ədəbiyyat: “Narkoloji xidmət və nəzarət haqqında “Azərbaycan Respublikasının Qanunu, 2001
48) Sadalanan hansı maddələrdən asılı olan şəxslərin qeydiyatı dövlət narkoloji tibb müəssisələrdə aparılır?

A) Kokain

B) Heroin

C) Sadalananların hamısı

D) Həşiş

E) Məişət kimyavi


Ədəbiyyat: “Narkoloji xidmət və nəzarət haqqında “Azərbaycan Respublikasının Qanunu, 2001
49) Psixiatriya stasionarında müayinə və müalicə olunan pasiyentin sadalananların kimə ərizə ilə nəzarətsiz müraciət etmək hüququ var?

A) Baş psixiatra

B) Sadalananların hamısı

C) İcra hakimiyyəti orqanlarına

D) Məhkəməyə və ya vəkilə

E) Prokurorluğa


Ədəbiyyat: “Psixiatriya yardım haqqında “Azərbaycan Respublikasının Qanunu, 2001
50) Şəxsin özünün razılığı olmadan, psixiatriya müayinəsindən keçirilməsi barədə ərizəni işlədiyi müəssisədə kimlər imzalamalıdır?

A) Tibb xidmətinin müdiri

B) Sadalananların heç biri

C) Sadalananların hamısı

D) Həmkarlar ittifaqının sədri

E) Müəssisənin rəhbəri


Ədəbiyyat: “Psixiatriya yardım haqqında “Azərbaycan Respublikasının Qanunu, 2001

Ümumi psixopatologiya

51) Astenik sindrom üçün sadalananların hansı səciyyəvi deyil?

A) Affektin labilliyi

B) Fiksasion amneziya

C) Qıcıqlı zəyiflik

D) Fiziki tükənmə

E) Psixi tükənmə


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, Т. 1
52) Kəllə-beyin travması nəticəsində astenik sindrom sadalananların hansı ilə səciyyələnmir?

A) Qıcıqlı zəifliyin yaranması

B) Affektin labilliyi

C) “Özünə rahatlıq axtarmayan, yorğunluq” əlaməti

D) Psixi avtomatizm

E) Baş ağrıları və vegetativ pozuntular


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
53) Klassik depressiv üçlük nə ilə səciyyələnir?

A) Emosional tormozlanma

B) Sadalananların hamısı

C) Sadalananların heç biri

D) İdeator tormozlanma

E) Hərəki tormozlanma


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
54) Klassik depressiya üçün sadalananların hansı səciyyəvi deyil?

A) Təfəkkürün depressiv məzmunu

B) Təşviş pozuntusu

C) İdeator tormozlanma

D) Hərəki tormozlanma

E) Əhval- ruhiyyənin düşkünlüyü


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
55) Depressiv ideator tormozlanma sadalanan əlamətlərin hansı ilə ifadə oluna bilməz?

A) Yadda saxlamanın çətinləşməsi

B) Depressiv monoideizm

C) Yada salmanın çətinləşməsi

D) Proqressivləşən amneziya əlamətləri

E) Təfəkkürün depressiv fabulada konsentrasiyası


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
56) Sadalananların hansı depressiv sindromun sadə variantlarına aid deyil?

A) Özünü günahlandırma sayıqlaması ilə depressiya

B) Mühakiməedici sayıqlama ilə depressiya

C) Anestetik depressiya

D) Melanxolik depressiya

E) Stuporoz depressiya


Ədəbiyyat:

Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1


57) Depressiv sindromun mürəkkəb variantlarına sadalananların hansı aid deyil?

A) Özünü əskiltmə sayıqlaması ilə depressiya

B) Ziyankarlıq sayıqlaması ilə depressiya

C) Hissiyatlı sayıqlama ilə depressiya

D) Hipoxondrik depressiya

E) İnterpretativ sayıqlama ilə depressiya


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
58) Depressiyanın somatik əlamətləri hansıdır?

A) Dismenorreya

B) Sadalananların hamısı

C) Qəbzlik

D) Arıqlama

E) Sadalananların heç biri


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
59) Maniyakal sindromun sadə variantlarına sadalananların hansı aid deyil?

A) Çaşqın maniya

B) Qeyri-prodiktiv maniya

C) Şən maniya

D) Hissiyyatlı sayıqlama ilə maniya

E) Qəzəbli maniya


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
60) Sadalananların hansı mürəkkəb maniyalara aid deyil?

A) Hisssiyatlı sayıqlama ilə maniya

B) İnterpretativ sayıqlama ilə maniya

C) Çaşqın maniya

D) Hallyusinozlu maniya

E) Oneyroidli maniya


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1


Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə