Narkalogiya


) Məişət kimya maddələrdən inqalyasion istifadənin nəticələrinə sadalananların hansı aid deyil?



Yüklə 1,48 Mb.
səhifə9/17
tarix17.09.2017
ölçüsü1,48 Mb.
#41
1   ...   5   6   7   8   9   10   11   12   ...   17

471) Məişət kimya maddələrdən inqalyasion istifadənin nəticələrinə sadalananların hansı aid deyil?

A) Qaraciyərin, böyrəyin nekrozu, miokardiodistrofiya

B) Toksik ensefalopatiya

C) Davamlı əzələ hipertenziyası

D) Psixi və fiziki inkişafın ləngiməsi

E) Kobud psixopatobənzər davranış


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
472) Məişət kimya maddələrindən ifrat istifadədə, sifətin zahiri görünüşü hansı ilə ifadə olunur?

A) Sadalananların heç biri

B) Burun girəcəyinin selikli qişasının və ətraf dərinin, ağız bucaqlarının qıcıqlanması

C) Motor tormozlanma

D) Sadalananların hamısı

E) Göz altının xarakterik göyərməsi , üzün avazıması


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
473) Xolinolitik təsirli dərman preparatlardan ifrat dərəcədə istifadə edən xəstələr arasında hansı şəxslər üstünlük təşkil edirlər?

A) Orta yaşlı şəxslər

B) Cavan yaşlı şəxslər

C) Ahıl yaşlı şəxslər

D) Yaşdan asılı deyil

E) Sadalananların heç biri


Ədəbiyyat: Чуркин А.А., Мартюшов А.Н. Краткое руководство по использованию МКБ-10 в психиатрии и наркологии, М., 1999
474) Siklodolla kəskin intoksikasiyanın hansı mərhələləri var?

A) Hallyusinator

B) Düşüncə daralması

C) Sadalananların heç biri

D) Sadalananların hamısı

E) Eyforik


Ədəbiyyat: Чуркин А.А., Мартюшов А.Н. Краткое руководство по использованию МКБ-10 в психиатрии и наркологии, М., 1999
475) Siklodol sərxoşluğunun eyforik mərhələnn klinikası, sadalananların hansı ilə ifadə olunmur?

A) Bədəndə, əsasən də ətrafların distal sahələrində ağırlıq hissi

B) Sürətlənmiş nitq

C) İllüzor və hallyusinator pozuntular

D) Bədəndə dalğavari xoş hissiyatlar

E) Səbəbsiz şadlanma


Ədəbiyyat: Чуркин А.А., Мартюшов А.Н. Краткое руководство по использованию МКБ-10 в психиатрии и наркологии, М., 1999
476) Sadalananların hansı siklodol sərxoşluğunun dərinləşməsi halı ilə meydana gəlmir?

A) Mioz


B) Zamanda , məkanda bələdliyin pozulması

C) Dərinin , selikli qişaların quruluğu, dəri örtüklərinin hiperemiyası

D) Qavramanın illuzor və hallyusinator pozuntuları

E) “İtmiş siqaret” fenomeni


Ədəbiyyat: Чуркин А.А., Мартюшов А.Н. Краткое руководство по использованию МКБ-10 в психиатрии и наркологии, М., 1999
477) Siklodol sərxoşluğu vəziyyətinin somato-nevroloji əlamətləri sadalananların hansı ilə ifadə olunmur?

A) Selikli qişaların quruluğu, dəri örtüklərinin hiperemiyası

B) Midriaz , konvergensiya zəifliyi

C) Göz almalarının kənari aparmalarında nistaqmı

D) Taxikardiya, arterial təzyiqin dəyişilməsi

E) Vətər reflekslərinin canlanması


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
478) Siklodolun sistematik toksiki dozalarda qəbulundan, sadalanan davamlı vegeto- nevroloji pozuntuların hansı yaranır?

A) Kürəyin düzlənməsi, tam açılmış ayaqlarla yeriş

B) Avazımış üz fonunda yanaqların çəhrayılaşması, al dodaqlar

C) Sadalananların hamısı

D) Ayrı-ayrı əzələ qruplarının qıcolmaları və qeyri-iradi hərəkətləri

E) Sadalananların heç biri


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
479) Mərkəzi xolinolitik maddələrdən asılılığın (siklodol, dimedrol, pipolfen və s.) formalaşmasında sadalannlardan hansı xarakterik deyil?

A) Davamlı vegeto-nevroloji pozuntular (istifadənin nəticəsində)

B) Kompulsiv meyllik

C) Abstinensiya sindromu

D) Tolerantlığın yüksəlməsi

E) Psixi meyllik


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
480) Mərkəzi xolinolitik asılılığında abstinent sindromuna formalaşmasına hansı aid deyil?

A) Hiperhidroz

B) Emosional zəiflik, qıcıqlılıq

C) Əsnəmə

D) Əzələ tonusunun əvvəl artması, sonradan azalması

E) Bradikardiya


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
481) Mərkəzi xolinolitik asılılığı üçün hansı xarakterikdir?

A) Xəstələrin daha güclü eyforiyalaşdırıcı effektli maddələrin istifadəsinə keçmələri

B) Xəstəliyin II mərhələsinə nisbətən az keçid

C) Sadalananların heç biri

D) Keçirilmiş kəskin zəhərlənmələrdən sonra onların istifadəsindən imtina

E) Sadalananların hamısı


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
482) Sadalananların hansı yatrogen asılılıq və toksikomaniya inkişaf səbəblərinə aid deyil?

A) Həkim tərəfindən kifayət qədər əsaslanmayan təyinat

B) Özünü müalicə məqsədilə bihuşedici vasitələrdən qısa müddətli istifadə

C) Uzün müddətli bihuşedici vasitələrdən nəzarətsiz istifadə

D) Bihuşedici maddələrdən terapevtik dozalarda, göstərişə əsasən istifadə

E) Sadalananların heç biri


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
483) Yatrogen asılılıq tipik psixoaktiv maddələrdən asılılığından sadalananların hansı ilə fərqlənir?

A) Həkim tərəfindən yazılmış psixoaktiv maddələrin yeridilmə üsuluna riayət etmə

B) Tolerantlığın əhəmiyyətsiz yüksəlməsi

C) Asılılıq əlamətlərinin ləng inkişafı ilə

D) Abstinensiya sindromunun mövcud xəstəlik ağırlaşması kimi qəbul olunması

E) Eyforiya motivi məqsədi ilə psixoaktiv maddədən istifadə etmə


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
484) Yatrogen asılılıqda psixoaktiv maddələrə meyilliyin xüsusiyyətlərinə nə aiddir?

A) Sadalananların heç biri

B) Sadalananların hamısı

C) Fiziki discomfort simptomlarının yaranmasının, ağrı hissinin artması ilə maskalanması

D) Psixoaktiv maddələrə ağrıkəsici effektinə görə meyillik

E) Psixi diskomfort simptomlarının az ifadəliliyi


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
485) Yatrogen və geyri-yatrogen psixoaktiv maddələrdən asılılıq nəticələrinə nə aid deyil?

A) Eqosentrizm, “evdə hökmdarlıq”

B) Kriminal davranışın artması

C) Əsas xəstəliyin xronikləşməsi

D) Proqressivləşən psixo-fiziki tükənmə

E) Ağıl zəifliyi, sosial qeyri sabitlik


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
486) Yatrogen asılılığının narkoloji müalicə məqsədyönlüyü sadalananların hansından asılı deyil?

A) Həyatın davametmə proqnozundan

B) Sadalananların heç biri

C) Sadalananların hamısı

D) Somatik xəstəliyin kompensasiya dərəcəsindən

E) Psixoaktiv maddələrin növündən


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
487) Efedron asılılığına sadalananların hansı xarakterik deyil?

A) İlk istifadə, adətən qrup şəkillidir

B) İstifadə səbəbi yoldaşlarına bənzəmə və qeyri-adi hissiyatlar axtarışıdır

C) Efedron qəbuluna qədər artıq onlar, digər psixoaktiv maddələrin təsirləri ilə tanışdırlar

D) Əsasən ”per os” istifadə olunur

E) Əsasən cavanlar əziyyət çəkirlər


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
488) Efedron asılılığının yaranması üçün hansı düzgündür?

A) Sadalananların hamısı

B) 2-3 ay qeyri-müntəzəm peroral qəbuldan sonra

C) 1 ay vena daxili müntəzəm qəbuldan sonra

D) 2-3 vena daxili yeridilmədən sonra inkişaf edir

E) Sadalananların heç biri


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
489) Efedron asılılığınının I (başlanğıc) mərhələsinin müddəti hansıdır?

A) 6 aydan 1ilə qədər

B) 1 aydan 2 aya qədər

C) 1 ildən artıq

D) 3 aydan 6 aya qədər

E) Sadalananların heç biri


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
490) Efedrondan asılılı olan xəstələrinin kəskin intoksikasiya vəziyyətlərinə sadalananların hansı aid deyil?

A) Selikli qişaların quruluğu, sərxoş xəstənin dodaqlarını tez-tez yalaması ilə əlaqədardır

B) Orta dərəcəli hipertenziya və taxikardiya

C) Bəbəklərin daralması

D) Avazımış dəri örtükləri

E) Tezləşmiş nəbz


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
491) Efedronla kəskin intoksikasiya zamanı psixopatoloji pozuntular sadalananların hansı ilə ifadə olunmurlar?

A) Enmiş affekt

B) Derealizasiya

C) Assosiativ prosseslərin sürətlənməsi

D) Qeyri-produktiv və eyni formalı fəaliyyətlə

E) Depersonalizasiya


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
492) Efedronla kəskin intoksikasiyada nevroloji pozuntulardan hansına rast gəlinmir?

A) Bəbəklərin işığa qarşı reaksiyasının kəskin zəifləməsi və ya itməsi

B) Bəbəklərin daralması

C) Vətər reflekslərinin zəifləməsi və ya itməsi

D) Akrohiperhidroz

E) Üfüqi nistaqm


Ədəbiyyat: Чуркин А.А., Мартюшов А.Н. Краткое руководство по использованию МКБ-10 в психиатрии и наркологии, М., 1999
493) Efedronla kəskin intoksikasiyadan çıxış sadalananların hansı ilə səciyyələnmir?

A) Qıcıqlılıqla

B) Yuxululuqla

C) İştəhasızlıqla

D) Sıxıntılı əhval-ruhiyyə düşkünlüyü ilə

E) Hirsliliklə


Ədəbiyyat: Чуркин А.А., Мартюшов А.Н. Краткое руководство по использованию МКБ-10 в психиатрии и наркологии, М., 1999
494) Efedron asılılığının II mərhələsində intoksikasiyadan çıxış hansı ilə səciyyələnmir?

A) Bradikardiya

B) Ürəkdə daimi sıxıcı ağrılar

C) Böyrəklərdə ağrılar

D) Titrəmə tutmaları

E) Sidik ifrazı ləngiməsi


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
495) Efedron asılılığının II mərhələsi sadalananların hansı ilə səciyyələnmir?

A) Efedron intoksikasiyadan çıxışda, kompulsiv patoloji meylliyin yaranması

B) Orta sutkalıq doza – 40-50 ml efedrin sayılır

C) Efedronun hər 2-4 saatdan bir təkrari qəbulu və ya venadaxili yeridilməsi

D) Eyforiyanın əvvəlki dərəcədə saxlanılması

E) Özünə məxsus efedrin tsikillərinin formalaşması


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
496) Özünə məxsus efedron “tsikillərinin” klinik əlamətləri sadalananların hansı ilə səciyyələnmir?

A) Sidik ifrazı ləngiməsi

B) Aktivliyin azalması

C) Yuxunun və iştəhanın tam itirilməsi

D) Xəstələrin 10-12 kq-a qədər çəki itirmələri

E) 4-5-ci gündən, 10-14 günə qədər davam etmə


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
497) Efedron asılılıqlı xəstələrdə abstinent simdromun psixopatoloji pozuntuları hansı ilə səciyyələnmir?

A) Disforiya

B) Süstlük və zəifliklə

C) Əhval-ruhiyyənin vital sıxıntılı enməsi

D) Əhəmiyyətsiz narahatçılıqlara artan həssaslıq

E) Qıcıqlılıqla


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
498) Efedron asılılıqlı xəstələrdə abstinent sindromun somato-nevroloji pozuntuları, sadalananların hansı ilə səciyyələnmir?

A) Bəbəklərin daralması

B) Nistaqmla

C) Arterial hipotoniya ilə

D) Nəzərə çarpan hipomimiya ilə

E) Diffuz əzələ hipertenziyası ilə


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
499) Efedron asılılığında abstinent sindromun özünə məxsusluğu hansıdır?

A) Sadalananların heç biri

B) Güclü vital pozuntularla müşayət olunur

C) Sadalananların hamısı

D) Massiv depressiv əlamətlərlə maskalanır

E) Hipotoniya və distoniyaya meylli olması, aminazin və tizersin tipli neyroleptiklərin təyinatını imkansız edir


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
500) Efedron asılılıqlı olan xəstələrdə, marqans intoksikasiyası simptomlarına sadalananların nə aid deyil?

A) Çiyin qurşağının, yuxarı ətrafların xoreyaform hərəkətləri

B) Yumşaq damaq, dil və üz əzələlərinin parezi

C) Supraorbital nöqtələrin ağrılığı

D) Para- və tetraplegiyalar

E) Sadalananların hamısı


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
501) Efedron asılılıqlı olan xəstələrin kəskin intoksikasion psixozlarına nə xarakterik deyil?

A) Təqib, münasibət sayaqlama ideyaları

B) Klinik mənzərənin təkrarlanması və eynitipliyi

C) Qəfil inkişafla başlanma

D) Kəskin pozuntular dəf olunduqdan sonra sayaqlamalı əhvalının 1-2 həftə ərzində saxlanması

E) Bir neçə saatdan bir neçə günə qədər davam etmə


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
502) Efedron psixozu keçirmiş xəstələrdə, aşağıdakı hansı digər psixopatoloji pozuntular meydana gələ bilər?

A) Süstlük, aspontanlıq

B) Davamlı astenik pozuntular

C) Efedrona kompulsiv meylliklə disforiya

D) Mnestik pozuntular

E) Fəaliyyətsizlik, həvəssizlik


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
503) Efedron asılılıqlı olan xəstələrdə sadalanan dəri dəyişikliklərindən hansına rast gəlinmir?

A) Dərinin yüksək turqoru

B) Dərinin avazıması ilə bozumtul çaları

C) Çox saylı piqment ləkələri və sıyrıqlar

D) Üzdə və kürəkdə vulqar irinli səpgilər

E) Sadalananların hamısı


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
504) Efedron asılılıqlı olan xəstələrin zahiri görünüşü sadalananların hansı ilə səciyyələnmir?

A) Bədən çəkisinin artması

B) Zəif , xırıltılı səs

C) Səliqəsiz, lakin dəbə uyğun geyim

D) Çökmüş, xəstə parıltılı gözlər

E) Erkən dazlaşma


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
505) Efedron asılılıqlı olan xəstələrdə, sürətli letal nəticəli ağciyər ödemi ilə ağırlaşma təhlükəsi hansı hallarda yaranır?

A) Vərəm xəstəliyində

B) Respirator infeksiyalarda

C) Miokardit xəstəliyində

D) Sadalananların heç biri

E) Arterial hipertenziyada


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
506) Tütün çəkməyə meyilliyinin klinik əlamətlərinə sadalananların hansı aid deyil?

A) Vegetativ-damar

B) İdeator

C) Affektiv

D) Davranış

E) Psixi (nevrotik səviyyəli)


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
507) Tütün çəkməyə patoloji meylliyin aktuallaşması hansı ilə ifadə olunur?

A) Vegetativ-damar pozuntuları ilə

B) Şüurda daima tütün çəkmə arzusunun olması

C) Sadalananların hamısı

D) Dad və qoxu pozuntularının yaranması

E) Sadalananların heç biri


Ədəbiyyat: Чуркин А.А., Мартюшов А.Н. Краткое руководство по использованию МКБ-10 в психиатрии и наркологии, М., 1999
508) Tütün çəkmənin dayandırılması simptomlarına sadalananların hansı aid deyil?

A) Qıcıqlılıq, daxili gərginlik

B) Selikli qişaların nəzərə çarpan quruluğu

C) Arterial təzyiqin dəyişkənliyi

D) Baş ağrıları, baş gicəllənmə

E) İş qabiliyyətinin enməsi, yuxu pozulması


Ədəbiyyat: Чуркин А.А., Мартюшов А.Н. Краткое руководство по использованию МКБ-10 в психиатрии и наркологии, М., 1999
509) Tütün çəkməyə adəti üçün sadalananların hansı xarakterik deyil?

A) Sadalananların hamısı

B) Tütünə meylliyin formalaşdığını təsdiqləyən əlamətlərin olmaması

C) Tütün çəkmənin müstəqil dayandırılması

D) Tütün çəkmə ənənəli mikrososial mühitin adətlərinə riayət etmə

E) Tolerantlığın artması


Ədəbiyyat: Чуркин А.А., Мартюшов А.Н. Краткое руководство по использованию МКБ-10 в психиатрии и наркологии, М., 1999
510) Tütündən asılılığının müalicəsində sadalananların hansı istifadə olunmur?

A) Aversion terapiya

B) Psixoterapiya

C) Neyroleptiklərlə terapiya

D) Refleksoterapiya

E) Nikotinəvəzedici terapiya


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
511) Nikotinəvəzedici terapiyanın çatışmazlıqlarına sadalananların hansı aid deyil?

A) Müalicə kursunun uzun müddətliyi(30 günə qədər)

B) Sadalananların hamısı

C) Bu metodun somatik xəstəlik mövcudluğuna görə istifadə olunmaması

D) Nikotinəvəzedici terapiya metodunun tədbiqi nəticəsində qara ciyər zədələnməsi

E) Farmakoterapiyanın yanaşı təsirlərinin mümkünlüyü


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
512) Nikotin əvəzedici terapiya tədbiqinin əks göstəricilərinə hansı aid deyil?

A) Ateroskleroz

B) Qanaxmalar

C) Mədə və onikibarmaq bağırsağın xorası, kəskinləşmə mərhələsində

D) Xroniki hepatit

E) II-III dərəcəli hipertoniya xəstəliyi


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
513) Psixoaktiv maddələrdən asılı olan xəstələrin müalicəsinin əsas etapları hansıdır?

A) Psixi asılılığın əsas əlamətlərinin aşkarlanması, əvvəlki residivlərin müəyyənləşdirilməsi

B) Sadalananların hamısı

C) İntoksikasiyanın götürülməsi, abstinensiya əlamətlərinin dəf edilməsi

D) Sadalananların heç biri

E) Pozulmuş somatik və psixi funksiyaların bərpası,davranışın korreksiyası


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
514) Psixoaktiv maddələrdən asılı olan xəstələrin dezintoksikasiyası üçün əsasən nə təyin olunur?

A) Sürətlənmiş diurez

B) Duz məhlulları

C) Neyroleptiklər

D) Nootroplar, vitaminlər

E) Maqnezium


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
515) Opiatlardan asılı olan xəstələrin abstinensiya vəziyyətini dəf etmək üçün sadalananların hansı təyin olunmur?

A) Pirroksan

B) LENAR apparatı ilə fizioterapevtik müalicə

C) Tiaprid

D) Novokain

E) Klofelin


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
516) Barbiturat asılılıqlı olan xəstənin abstinensiya vəziyyətini dəf etmək üçün sadalananların hansının təyini daha effektivdir?

A) Barbituratların əvəzedici terapiyası

B) Sadalananların heç biri

C) Qlükoza

D) Vitaminlər

E) Pirroksan


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
517) Psixoaktiv maddələrdən asılı olan xəstələrin davranışının korreksiyasında hansı dərman preparatı tədbiqi daha effektlidir?

A) Piportilin prolonqlu

B) Aminazinin

C) Sadalananların hamısı

D) Neuleptilin

E) Moditenin


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
518) Məişət kimyası maddələrindən ifrat istifadəsinin nəticəsində yaranan disforiya hansı ilə dəf olunur?

A) Sadalananların hamısı

B) Finlepsinlə

C) Aminazinlə

D) Sadalananların heç biri

E) Trankvilizatorlarla


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
519) Məişət kimya maddələrindən ifrat istifadə edənlərin bərpaedici müalicəsində sadalananların hansı tədbiq olunmur?

A) Nootroplar

B) Kompleks vitaminlər

C) Fosfor tərkibli ümumi möhkəmləndirici preparatlar

D) Psixostimulyatorlar

E) Biostimulyatorlar


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
520) "Narkotik" termini sadalananların hansına tətbiq olunur?

A) Asılılıq yarada bilən təbii təbii bitən bitkilərə

B) Sadalananların heç biri

C) Sadalananların hamısı

D) Qanunvericilikdə narkotiklər kimi qəbul olunan maddələrə

E) Asılılıq yarada bilən maddələrə və ya dərman vasitələrinə


Ədəbiyyat: Руководство по наркологии. / Под общ. ред. Н.Н. Иванца, М., 2002, T.1
521) Həşiş istifadəsinin ən yayılmış üsulu hansıdır ?

A) Qaynadaraq mayesini inyeksiya formasında venaya yeridilməsi

B) Tütünlə qarışdıraraq çəkmə

C) Qidaya əlavə etmə

D) Daxilə qəbul

E) Çeynəmə


Ədəbiyyat: Чуркин А.А., Мартюшов А.Н. Краткое руководство по использованию МКБ-10 в психиатрии и наркологии, М., 1999

Şizofreniya, şizotip və sayıqlama pozuntuları

522) Şizofreniya sadalananların daha çox hansı yaş dövrdə yaranır?

A) Сavan

B) Yeniyetmə

C) Bütün yaş qruplarında eyni

D) Qocalıq

E) Uşaq
Ədəbiyyat: МКБ-10, «Классификация психических и поведенческих расстройств», М., 1998


523) Şizofreniya üçün sadalanan pozuntulardan hansı səciyyəvi deyil?

A) Affektiv pozuntular

B) Nevrozabənzər pozuntular

C) Hallyusinator-sayıqlama pozuntuları

D) Qıcolma sindromu

E) Sayıqlama pozuntuları


Ədəbiyyat: МКБ-10, «Классификация психических и поведенческих расстройств», М., 1998
524) Sadalananların yalnız şizofreniyada rast gəlinən spesifik pozuntular hansıdır?

A) Sadalananların heç biri

B) Sadalananların hamısı

C) Psevdohallyusinasiyalar

D) Kandinski-Klerambo sindromu

E) İnterpretativ sayıqlama


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
525) Şizofreniya üçün səciyyəvi olmayan şəxsiyyət dəyişiklikləri (neqativ pozuntular) Sadalananların hansıdır?

A) Emosional reaksiyaların kasadlığı və qeyri-adekvatlığı

B) Apatiya

C) Sosial qeyri-produktivlik

D) Sosial kənarlaşma

E) Bütün psixi prosseslərin ləngiməsi


Ədəbiyyat: МКБ-10, «Классификация психических и поведенческих расстройств», М., 1998
526) Şizofreniyalı xəstələrin təfəkkürü üçün sadalananların hansı səciyyəvidir?

A) Sadalananların heç biri

B) “Sürüşmə” fenomeni

C) Təfəkkürün “tutulması”

D) Rezonyorluq

E) Sadalananların hamısı


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
527) Şizofreniyalı xəstələrin emosional sferası üçün hansı səciyyəvidir?

A) Eyni hadisəyə emosional reaksiyaların ikiləşməsi

B) Emosional reaksiyaların proqressivləşən sönüklüyü

C) Sadalananların hamısı

D) Sadalananların heç biri

E) Emosional reaksiyaların qeyri-adekvatlığı, paradoksallığı


Ədəbiyyat: Руководство по психиатрии. / Под ред. А.С. Тиганова, М., 1999, T.1
528) Şizofreniyanın əsas gediş tiplərinə sadalananların hansı aid deyil?

A) Epizodik, stabil qüsurla

B) Süstgedişli

C) Fasiləsiz

D) Epizodik, artan qüsurla

E) Epizodik (remitik)


Ədəbiyyat: МКБ-10, «Классификация психических и поведенческих расстройств», М., 1998
529) Şizofreniyanın fasiləsiz gedişi üçün hansı səciyyəvidir?

A) Nəzərə çarpan affektiv pozuntular

B) Sadalananların hamısı

C) Neqativ pozuntuların yalnız produktiv simptomatikadan sonra inkişafı

D) Kəskin, qəfləti başlanğıc

E) Sadalananların heç biri


Ədəbiyyat: МКБ-10, «Классификация психических и поведенческих расстройств», М., 1998
530) Şizofreniyanın fasiləsiz gedişi üçün sadalanan sindromun hansı səciyyəvi deyil?

A) Sayıqlama

B) Hallyusinator

C) Katatonik

D) Affektiv

E) Nevrozabənzər


Ədəbiyyat: МКБ-10, «Классификация психических и поведенческих расстройств», М., 1998
Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə