Narkoloji yardımın həyata keçirilməsi zamanı şəxslər üzərində xüsusi müşahidənin aparılması Qaydasının təsdiq edilməsi haqqında



Yüklə 12,87 Kb.
tarix20.09.2017
ölçüsü12,87 Kb.

Narkoloji yardımın həyata keçirilməsi zamanı şəxslər üzərində xüsusi müşahidənin aparılması Qaydasının təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI


"Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 sentyabr tarixli, 581 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Narkoloji yardımın həyata keçirilməsi zamanı şəxslər üzərində xüsusi müşahidənin aparılması Qaydası" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ


Bakı şəhəri, 12 avqust 2002-ci il


№ 131
Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2002-ci il 12 avqust tarixli, 131 nömrəli qərarı ilə


TƏSDİQ EDİLMİŞDİR
Narkoloji yardımın həyata keçirilməsi zamanı

şəxslər üzərində xüsusi müşahidənin aparılması
QAYDASI

1. Narkoloji yardımın həyata keçirilməsi zamanı şəxslər üzərində xüsusi müşahidə ambulator şəkildə narkoloji tibb müəssisələri tərəfindən aparılır.

Bu şəxslərə açılmış ambulator müşahidə kartası qeydiyyatda olan narkoloji xəstələr üçün nəzərdə tutulmuş qaydada aparılır.

2. Şəxslər üzərində xüsusi müşahidə ərazi narkoloji dispanseri (poliklinikası) tərəfindən aşağıdakı müddətdə və qaydada həyata keçirilir:

alkoqol psixozu, narkotik vasitələrin və psixotrop maddələrin qəbulu nəticəsində əmələ gəlmiş intoksikasion psixoz keçirmiş narkoloji xəstələr üzərində, 1 (bir) il müddətində;

yetkinlik yaşına çatmayan uşaqları olan narkoloji xəstələrə - bu müşahidə növü xroniki alkoqolizm xəstəliyi olduğu halda 3 (üç) il, narkomaniya və toksikomaniya xəstəlikləri olduğu halda aidiyyəti orqanlarla birlikdə 5 (beş) il müddətində (yeniyetmələrlə işləyən komissiya, təhsil müəssisəsi və s.);

yetkinlik yaşına çatmayan narkoloji xəstələr üzərində, 18 yaşına qədər, aidiyyəti orqanlarla (yeniyetmələrlə işləyən komissiya, təhsil aldığı müəssisə və s.) birlikdə;

HİV/AİDS-dən, hepatitlərdən, zöhrəvi xəstəliklərdən və aktiv formada vərəm xəstəliyindən əzab çəkən narkoloji xəstələrin narkoloji tibb müəssisələri - müvafiq tibb müəssisələri ilə birlikdə (QİÇS-lə Mübarizə Mərkəzi, ərazi poliklinikaları, dəri-zöhrəvi və vərəm əleyhinə dispanserləri) xroniki alkoqolizmlə xəstələr üzərində - 3 (üç) il, narkomaniya və toksikomaniya ilə xəstələr üzərində - 5 (beş) il müddətində;

insan psixikasına təsir göstərən maddələrin qəbul edilməsi nəticəsində dönməz psixi və şəxsiyyət dəyişiklikləri olan narkoloji xəstələr üzərində, bütün həyatları boyu.

Tibbi göstəriş olduqda həkim-narkoloq psixoloqla birlikdə narkoloji xəstə üçün fərdi müalicə proqramı tərtib edir.

3. Narkoloji tibb müəssisələri yuxarıda göstərilən aidiyyəti təşkilatlarla birlikdə ildə bir dəfədən az olmamaq şərti ilə xüsusi müşahidə altında olan şəxslərin vəziyyəti və sağlamlığı haqqında qarşılıqlı məlumat mübadiləsi aparmalıdırlar.

4. Xüsusi müşahidə müddəti ərzində xəstədə residiv olarsa, ona stasionar müalicə təklif edilməlidir.

5. Xüsusi müşahidə altında olan şəxs narkoloji tibb müəssisəsinə müraciət etmədiyi halda ən azı hər altı aydan bir tibb işçiləri xəstəni ev şəraitində müşahidə etməli (aktiv müşahidə) və müvafiq məlumatlar toplamalıdırlar. Aktiv müşahidə haqqında da xəstənin ambulator tibb kartasında müvafiq qeydlər aparılır.



6. İnsan psixikasına təsir göstərən maddələrin qəbul edilməsi nəticəsində dönməz psixi və şəxsiyyət dəyişiklikləri olan narkoloji xəstələr əmək qabiliyyətini itirdikləri halda sosial məsələlərin həlli üçün onlar dövlət narkoloji tibb müəssisəsi tərəfindən müvafiq Tibbi-Sosial Ekspert Komissiyasına göndərilir.
Qeyd 1. Alkoqol psixozu və narkotik vasitələrin və psixotrop maddələrin qəbulu nəticəsində əmələ gəlmiş intoksikasion psixozu keçirmiş narkoloji xəstələr aktiv müşahidədə saxlanılmaqla 1 ildən sonra müvafiq bölmələrə keçirilirlər.

2. Yetkinlik yaşına çatmayan narkoloji xəstələr yeniyetmələr üçün ayrılmış kabinetdə müşahidəyə götürülürlər və bu zaman müvafiq orqanlarla sıx informasiya mübadiləsi aparılır.


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə