Nato az indd



Yüklə 5,13 Kb.
Pdf görüntüsü
səhifə10/116
tarix27.10.2017
ölçüsü5,13 Kb.
#6977
1   ...   6   7   8   9   10   11   12   13   ...   116

38
www.aliyevheritage.org
Qafqazda olan ölkələr müstəqil dövlətlərdir. Başqa bir ölkənin Ermənistanın, 
ya da Gürcüstanın ərazisində ordu, hərbi baza saxlamasına heç bir əsas, eh-
tiyac yoxdur. Şübhəsiz ki, bunlar bizim bölgədə, Qafqazda təhlükəsizliyin 
təmin edilməsinə mane olan amillərdir. Sentyabrın 7-8-də Bakıda keçiril-
miş, Böyük İpək yolunun bərpasına həsr olunmuş beynəlxalq konfransa çox 
yüksək qiymət verdiyinizə görə Sizə, NATO-nun Baş katibinə  təşəkkürümü 
bildirirəm. Həqiqətən, biz XXI əsrə doğru gedərkən tarixin böyük bir səhifəsini 
açırıq. 32 dövlətin nümayəndələrinin, o cümlədən doqquz prezidentin və 13 
beynəlxalq təşkilatın nümayəndələrinin belə bir beynəlxalq konfransda iştirak 
etməsi bunların hamısının eyni istiqamətdə düşünməsini göstərir. Bu konfrans 
böyük iqtisadi məsələləri müzakirə etmişdir. Eyni zamanda, qəbul olunmuş 
qərarlar, bəyanatlar bizim bölgədə, ümumiyyətlə, İpək yolu xətt ində sülhün, 
əmin-amanlığın, təhlükəsizliyin təmin edilməsinə yönəlibdir. Bu gün səhər 
Bakıda daha bir beynəlxalq konfrans və Qafqaz müsəlmanlarının X qurultayı 
işə başladı. Sizə məlumat verim ki, mən orada iştirak etdim. Orada həm Qaf-
qazda olan dövlətlərdən, islam ölkələrindən gələn nümayəndələr, həm də din 
xadimləri iştirak edirlər. Bu beynəlxalq konfransın da əsas məzmunu, mənası 
sülhün, əmin-amanlığın və təhlükəsizliyin təmin olunmasıdır. Yəni bildirmək 
istəyirəm ki, biz bu istiqamətdə çox müsbət addımlar atırıq. Ancaq eyni zaman-
da sülhün, təhlükəsizliyin təmin olunması yolunda meydana çıxan maneələr 
də az deyildir. Bizim arzumuz, istəyimiz ondan ibarətdir ki, həqiqətən, bü-
tün əməkdaşlığımız hər yerdə, o cümlədən bölgəmizdə təhlükəsizliyin təmin 
olunmasına yönəldilə bilsin. Hesab edirəm ki, sizin bölgəmizə ziyarətiniz, bu-
günkü danışıqlarınız da bu məqsədə xidmət edir. Mən buna görə sizə təşəkkür 
edirəm.
Xavyer Solana: Mən Sizə bir daha minnətdarlığımı bildirirəm və inanıram 
ki, Bakıya səfərim səmərəli və uğurlu olacaqdır.
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


39
www.aliyevheritage.org
Hörmətli cənab sədr!
Xanımlar və cənablar!
NATO-nun 50 illik yubileyi münasibətilə üzv ölkələrin və  tərəfdaşların 
dövlət və hökumət başçılarını, Şimali Atlantika İtt ifaqının rəhbərliyini ürəkdən 
təbrik edirəm. 
Biz dünyada sülhün və sabitliyin təmin olunmasında NATO-nun böyük ro-
lunu yüksək qiymətləndirir, onu Ümumavropa təhlükəsizliyinin olduqca mü-
hüm vasitəsi hesab edirik.
Dünya sosialist sistemi və Varşava Müqaviləsi Təşkilatı dağıldıqdan sonra 
XXI yüzilliyin astanasında tamamilə yeni bir vəziyyət yaranmaqdadır. Demok-
ratiya və azadlıq, insan hüquqlarının müdafi əsi dünyanın bir çox ölkələrinin 
və xalqlarının ali idealına çevrilir. Çox böyük təbii enerji ehtiyatları, Avropa ilə 
Asiyanın qovuşuğunda nadir coğrafi -strateji mövqeyi olan Azərbaycan Res-
publikası bazar iqtisadiyyatına malik demokratik dövlət quruculuğu, Dünya 
Birliyinə tam inteqrasiya yolu ilə gedir. Milli məqsədlərin və idealların ümu-
miliyi Azərbaycan ilə ABŞ və Avropa tərəfdaşları arasında geniş əməkdaşlığın 
inkişafı üçün möhkəm bünövrəyə çevrilmişdir. 
Bununla yanaşı, totalitar rejimlərin dağılması milyonlarla adama ölüm və 
fəlakətlər gətirən, planetin müxtəlif regionlarında sülh və sabitlik üçün təhlükə 
yaradan silahlı münaqişələr, separatçılıq, etnik təmizləmələr kimi nəticələr do-
ğurmuşdur.
Azərbaycan xalqı son on il ərzində bütün bu dəhşətli hallar ilə qarşılaşır.
Azərbaycana qarşı  əsassız  ərazi iddiaları irəli sürən qonşu Ermənistanın 
hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının iyirmi faizə qədəri işğal 
edilmiş, bir milyondan çox həmvətənimiz öz ərazisində etnik təmizləməyə 
məruz qalmış və qaçqın vəziyyətinə düşmüşdür.
Biz Ermənistan ilə münaqişənin sülh yolu ilə tez bir zamanda aradan qaldı-
rılması üçün hər cür səy göstərir, ATƏT-in Minsk qrupunun və Rusiyanın, ABŞ-
ın və Fransanın simasında onun həmsədrlərinin fəaliyyətinə böyük ümidlər 
bəsləyirik. Münaqişənin tərəfl ərindən birinə qeyri-qanuni silah göndərilməsini, 
regionda sürətlə silahlanma cəhdlərini qətiyyən yolverilməz hesab edirik.
Biz bütün mövcud münaqişələrin, istər postsovet məkanındakı, istərsə  də 
NATO-nun 50 illik yubileyinə həsr olunmuş zirvə 
görüşündə Azərbaycan Respublikasının Prezidenti 
Heydər Əliyevin nitqi - Vaşinqton
26 aprel 1999-cu il
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


40
www.aliyevheritage.org
Yuqoslaviyadakı münaqişələrin tezliklə sülh yolu ilə aradan qaldırılmasının, 
Kosovoda etnik təmizləmələrə son qoyulmasının, dinc əhalinin doğma yurd-
yuvalarına qayıtmasının tərəfdarıyıq. Dünya Birliyi təcavüzkar etnik barış-
mazlığın və separatçılığın meydan oxumasına adekvat cavab verməlidir.
Biz "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində NATO ilə əməkdaşlığa 
böyük  əhəmiyyət veririk və Azərbaycanın  Şimali Atlantika Müqaviləsi 
Təşkilatı ilə münasibətlərinin daha da dərinləşdirilməsinə öz tərəfi mizdən hər 
cür kömək göstərəcəyik. Biz Vaşinqton sammitində irəli sürülmüş NATO-nun 
yeni strateji konsepsiyasını alqışlayırıq.
Polşanın, Macarıstanın və Çexiyanın prezidentlərini onların dövlətlərinin 
NATO-ya daxil olması münasibətilə  təbrik edirəm. NATO-nun tərkibinə 
yeni dövlətlərin qəbul edilməsi,  şübhəsiz ki, bütün Avroatlantika 
məkanında, o cümlədən də Qafqaz regionunda təhlükəsizliyin və sabitliyin 
möhkəmləndirilməsinə kömək edəcəkdir. 
Sülhün, təhlükəsizliyin və sabitliyin təmin edilməsi, bəşəriyyətin yüksək 
ideallarının gerçəkləşdirilməsi sahəsində NATO-nun nəcib missiyasının həyata 
keçirilməsində ona yeni-yeni uğurlar arzulayıram.
Diqqətinizə görə minnətdaram. 
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


Yüklə 5,13 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə