13
www.aliyevheritage.org
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL
NATO ilə Azərbaycan arasında əməkdaşlığın digər əsas məqsədi
sülhməramlı və böhranların idarə olunması əməliyyatlarında ölkənin silahlı
qüvvələrinin NATO ölkələrinin silahlı qüvvələri ilə birgə işləməsi imkanlarının
gücləndirilməsindən ibarətdir. SNT təlim və məşğələlərində mütəmadi iştira-
kı nəticəsində Azərbaycan NATO-nun rəhbərliyi altında aparılan sülhməramlı
əməliyyatlara qoşularaq Avroatlantik təhlükəsizliyinin təmin olunmasına
fəal töhfə verib. Azərbaycanın silahlı qüvvələri 1999-cu ildən 2008-ci ilədək
Kosovoda, 2002-ci ildən isə Əfqanıstanda, eləcə də İraqda həyata keçirilən
sülhməramlı əməliyyatları dəstəkləyir. Azərbaycan Prezidenti İlham Əliyevin
8 noyabr 2006-cı il tarixində NATO-nun Baş Katibi Yaap de Hoop Sxeff erlə
birgə mətbuat konfransındakı bəyanatında qeyd etdiyi kimi, "Bu, bizim gənc,
lakin NATO-nun əsil və etibarlı tərəfdaşı olmaq üçün öz potensialını artıran
ölkəmiz üçün çox vacibdir".
Azərbaycanın hava məkanı və Xəzər dənizinin müvafi q olaraq, hava və
dəniz təhlükəsizlik səviyyəsinin artırılması üçün Azərbaycan və NATO birgə
işləyirlər.
Ümumiyyətlə, Azərbaycanın NATO ilə əməkdaşlığının əhatə dairəsi geniş-
dir və yalnız hərbi məsələlərlə məhdudlaşmır.
1994-cü ildən NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşulan
Azərbaycan ötən 15 il ərzində özünü əsil etibarlı tərəfdaş kimi göstərib.
Qeyd olunanları ümumiləşdirərək əminliklə deyə bilərik ki, Heydər Əliyev
İrsini Araşdırma Mərkəzi tərəfi ndən nəşr etdirilən "Azərbaycan-NATO:
tərəfdaşlıqdan başlanan yol" kitabı tədqiqatçılar, politoloqlar, tələbələr, eləcə
də Azərbaycanın dünya birliyinə inteqrasiyası ilə maraqlanan hər bir şəxs üçün
sanballı və dəyərli mənbə olacaqdır.
Asəf Nadirov
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü
14
www.aliyevheritage.org
Hörmətli cənab baş katibin müavini, hörmətli NATO şurası üzvləri, hörmətli
səfi rlər, xanımlar və cənablar!
Məni və Azərbaycanın nümayəndə heyətini səmimi qəbul etdiyinizə görə
minnətdarlığımı bildirirəm. Bu gün sizin aranızda olmaq imkanından şadam
və bunu Azərbaycan Respublikası üçün mühüm hadisə sayıram. Azərbaycan
Respublikası barədə dediyiniz səmimi təbrik sözlərinə və xoş arzularınıza
görə çox sağ olun. Öz inkişafında böyük tarixi yol keçmiş, çoxlu çətinliklərə
və maneələrə rast gəlmiş Azərbaycan xalqı 1991-ci ildə milli istiqlaliyyət
qazanmışdır. Müstəqil Azərbaycan dövləti yaranmışdır və indi o, Birləşmiş
Millətlər Təşkilatına, ATƏM-ə, bir çox beynəlxalq təşkilatlara daxildir. Bu gün
Azərbaycan nümayəndə heyətinin Şimali Atlantika İtt ifaqının iqamətgahında
olmasından böyük fərəh hissi keçirirəm.
Azərbaycan Respublikası öz müstəqilliyini möhkəmləndirmək yolu ilə
gedir. O, daxili siyasətdə demokratik hüquqi dövlət quruculuğu yolu tutur,
bəşəriyyətin nail olduğu demokratik dəyərlərdən istifadə etməklə şəxsiyyət
azadlığı və insan hüquqlarının müdafi əsi, çoxpartiyalı sistem, siyasi plüralizm
üçün şərait yaradır. İqtisadiyyat sahəsində respublika iqtisadi islahatların həyata
keçirilməsi və bazar iqtisadiyyatının, azad sahibkarlığın, azad təşəbbüskarlığın
bərqərar olması yolunu tutmuşdur. Biz belə hesab edirik ki, bütün bunlar
Azərbaycanın dünya birliyinə sıx inteqrasiyası üçün yaxşı zəmindir.
Azərbaycan Respublikası özünün xarici siyasətində dünyanın qarşılıqlı
əlaqələri, qarşılıqlı asılılığı prinsipini əsas tutur, sülhsevər siyasət yeridir
və suverenliyə hörmət etmək, bir-birinin daxili işlərinə qarışmamaq, ərazi
bütövlüyünə və sərhədlərin toxunulmazlığına əməl etmək prinsipləri
zəminində bütün ölkələrlə mehriban münasibətlər saxlamağa çalışır.
İndi Azərbaycan Respublikası ağır iqtisadi böhran keçirir. Bu böhran
bir tərəfdən 70 il ərzində Azərbaycanın da daxil olduğu Sovet İtt ifaqının
dağılması, Sovet İtt ifaqının bütün başqa respublikaları arasındakı sıx in-
teqrasiya əlaqələrinin pozulması, bir iqtisadi sistemdən başqasına keçidlə
əlaqədardır. Digər tərəfdən, Azərbaycanın qonşu Ermənistan Respublikası
ilə müharibə vəziyyətində olması, hərbi təcavüzə məruz qalması bu iqtisadi
böhranı dərinləşdirir. Lakin, biz belə hesab edirik ki, Azərbaycanın müstəqil
inkişaf yolu ilə qəti şəkildə irəliləməsini nəzərə alsaq, bütün bu çətinliklər ara-
Azərbaycan Respublikasının Prezidenti Heydər
Əliyevin Brüsseldə NATO iclasında çıxışı
4 may 1994-cü il
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL
15
www.aliyevheritage.org
dan qaldırıla bilər. Azərbaycan dövlətinin müstəqilliyi dönməz amildir və biz
əminik ki, həm dövlət quruculuğu, həm iqtisadi dəyişikliklər, həm də demokra-
tik islahatların həyata keçirilməsi sahəsində tutduğumuz yol bu çətinlikləri ar-
adan qaldırmağa və böyük imkanları, zəngin iqtisadi və intellektual potensialı
olan Azərbaycanı dünya iqtisadiyyatına, dünya birliyinə qovuşdurmağa im-
kan verəcəkdir.
Bayaq dediyim kimi, qonşu Ermənistanın respublikamıza qarşı altıncı il
davam edən hərbi təcavüzü Azərbaycanın vəziyyətini mürəkkəbləşdirir.
Ermənistanın millətçi dairələrinin törətdikləri bu təcavüz həm Azərbaycan
xalqına, həm də erməni xalqına saysız-hesabsız bəlalar gətirmişdir və bu gün
bizdən ötrü çox çətin problemə çevrilmişdir.
Sizə yaxşı məlumdur ki, Azərbaycan ərazisinin bir hissəsini ilhaq etmək,
Dağlıq Qarabağı Ermənistana birləşdirmək məqsədi güdən Ermənistanın hərbi
təcavüzü nəticəsində erməni silahlı birləşmələri Azərbaycan ərazisinin xeyli
hissəsini işğal etmişlər. Altı ildən bəri davam edən müharibə nəticəsində 20
mindən çox adam həlak olmuş, təqribən 4 min nəfər əsir düşmüş və ya girov
götürülmüş, Azərbaycan ərazisində minlərlə yaşayış evi, xəstəxana, məktəb,
sosial obyekt, sənaye və kənd təsərrüfatı müəssisəsi məhv edilmişdir. Ölkəmizə
milyardlarla dollar zərər dəymişdir.
Lakin ən dəhşətlisi odur ki, Azərbaycan ərazisinin 20 faizə qədəri erməni
silahlı birləşmələri tərəfi ndən işğal olunmuşdur və bu rayonların sakinləri
- bir milyondan çox adam yaşayış yerlərini itirmişdir, çox ağır sosial-iqtisa-
di vəziyyətdədir və öz ölkəsində qaçqına çevrilmişdir. Dağlıq Qarabağın
ərazisində yaşayan azərbaycanlıların hamısı oradan qovulmuşdur. Dağlıq
Qarabağ və onun ətrafında Azərbaycanın daha yeddi rayonu, bayaq dediyim
kimi, erməni silahlı birləşmələrinin işğalı altındadır.
Biz həmişə münaqişənin sülh yolu ilə aradan qaldırılmasına tərəfdar olmuşuq
və indi də bu mövqedəyik. Beynəlxalq təşkilatların - BMT-nin, ATƏM-in və
onun Minsk qrupunun imkanlarından fəal surətdə istifadə etməyə çalışırıq.
1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir. Həmin
qətnamələrdə erməni işğalçı qoşunlarının Azərbaycan ərazisindən çıxarılması
qəti şəkildə tələb olunur, lakin Ermənistan bu sənədlərin heç birini yerinə
yetirməmişdir. ATƏM-in Minsk qrupunun səyləri də hələlik müsbət nəticə
verməmişdir. Hərbi əməliyyatlar bu gün də davam edir, Azərbaycan ərazisinin
xeyli hissəsini işğal etmiş erməni silahlı birləşmələri respublikamızın müdafi ə
mövqelərinə hücum edirlər. Hər gün qan tökülür, adamlar həlak olur.
Artıq bütün bunlara dözmək mümkün deyildir. Ona görə də mən bu gün
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL
Dostları ilə paylaş: |