Nato az indd



Yüklə 5,13 Kb.
Pdf görüntüsü
səhifə4/116
tarix27.10.2017
ölçüsü5,13 Kb.
#6977
1   2   3   4   5   6   7   8   9   ...   116

19
www.aliyevheritage.org
nail olmaq əzmindəyik. 
Azərbaycan 1993-cü ilin sentyabrında Müstəqil Dövlətlər Birliyinin üzvü 
olmuş  və bunu SSRİ parçalandıqdan sonra meydana gəlmiş ölkələrlə siyasi 
və iqtisadi əməkdaşlığın zəruri amili hesab etmiş və Kollektiv Təhlükəsizlik 
haqqında müqavilə imzalamışdır. 
Mənim ölkəmin vəziyyətini ağırlaşdıran budur ki, o, Azərbaycana qarşı 
ərazi iddiaları olan qonşu Ermənistan Respublikası tərəfi ndən təcavüzə məruz 
qalmışdır.
Təcavüzkar dövlət olan Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi 
ərazisində yaşayan ermənilərin etnik qrupundan ərazimizin ilhaqı üçün 
separatçılıq vasitəsi kimi istifadə edir. Ermənistan öz ərazisindən və silahlı 
qüvvələrindən Azərbaycan  ərazisində müharibə aparmaq üçün istifadə edir 
və bu faktları gizlətməyə daha müvəff əq olmur. 
Azərbaycana qarşı  həyata keçirilən təcavüzün gedişində Ermənistan 
Respublikası Azərbaycan  ərazilərinin 20 faizindən çoxunu işğal etmişdir. 
Ermənistan silahlı qüvvələrinin apardıqları etnik təmizləmə  əməliyyatları 
nəticəsində 20 mindən çox adam öldürülmüş, təxminən 60 min nəfər yaralanmış 
və ya əlil olmuş, 4 min adam əsir düşmüş və ya girov götürülmüş, təqribən 1 
milyon azərbaycanlı öz ölkəsində qaçqına çevrilmişdir. 
İşğal olunmuş  ərazilərdə  qırılıb-çatılmaq təhlükəsinə  məruz qalan 
azərbaycanlıların tamam hamısı  həmin  ərazilərdən qovulmuşdur.  İşğalçılar 
"viran qoyulmuş torpaq" taktikasına əl atırlar. Təxminən 90 min yaşayış tikilisi 
1 mindən çox iqtisadi obyekt, 250 məktəb və təhsil ocağı, 250 tibb müəssisəsi 
yandırılmış, qarət edilmiş və dağıdılmışdır. Azərbaycana vurulmuş zərər mil-
yardlarla ABŞ dollarına bərabərdir. 
Erməni millətçiləri müharibə məşəlini yandırmış və tarixin hökmü ilə sülh 
və mehriban qonşuluq  şəraitində yaşamalı olan iki xalqı toqquşdurmuşlar. 
Mən qəti əminəm ki, Azərbaycanla Ermənistan arasında münaqişə hərbi yolla 
həll edilə bilməz. Hərbi əməliyyatların davam etməsi hər iki xalqı ağlasığmaz 
münasibətlərə düçar edir. Münaqişə onlara ayağa durmağa, öz müstəqilliyini 
bərqərar etməyə, iqtisadi islahatları tam həcmdə keçirməyə, demokratik dövlət 
qurmağa mane olur. 
Azərbaycan münaqişənin aradan qaldırılması  məsələlərində  həmişə 
əməli mövqe tutmuşdur. Dövlətimizin  ərazi bütövlüyü və  sərhədlərinin 
pozulmazlığı bizim üçün ən başlıca prinsipdir. Biz işğal olunmuş bütün 
Azərbaycan ərazilərinin azad edilməsinə, qaçqınların hamısının, o cümlədən 
də 50000 qarabağlı azərbaycanlının öz torpaqlarına qayıtmasına çalışacağıq. 
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


20
www.aliyevheritage.org
Eyni zamanda biz Qarabağ ermənilərinin təhlükəsizliyini və bütün vətəndaş 
hüquqlarını  təmin etməyi, onlara Azərbaycan dövləti çərçivəsində müvafi q 
səviyyədə muxtariyyət verməyi öhdəyə götürürük.
Cari il arpelin 12-də mən Ermənistan vətəndaşlarına, Dağlıq Qarabağın erməni 
millətindən olan sakinlərinə - Azərbaycan vətəndaşlarına müraciət edib, onları əl 
saxlamağa, hərbi əməliyyatları dayandırmağa çağırdım. Azərbaycan rəhbərliyi 
münaqişə zonasında hərbi  əməliyyatlara cəlb olunmuş bütün sakinlərin  şəxsi 
təhlükəsizliyinə, doğma torpaqda dinc, azad yaşamaq imkanına təminat 
vermişdir. Biz həmin prinsipial mövqeyimizi bu gün bir daha təsdiq edirik. 
Azərbaycana qarşı təxminən altı ildən bəri davam edən hərbi təcavüz zamanı 
münaqişənin dincliklə aradan qaldırılması üçün çoxlu addım atılmışdır. 
Təəssüfl ər olsun ki, bu addımlar Ermənistan Respublikasının sərt təcavüzkar 
mövqeyi üzündən istənilən nəticələri verməmişdir. 
Azərbaycan  ərazilərinin işğalı faktı, bu ərazilərdən işğalçı Ermənistan 
silahlı qüvvələrinin dərhal, tamamilə  və qeyd-şərtsiz çıxarılması  tələbi BMT 
Təhlükəsizlik Şurasının dörd qətnaməsində - 822-ci, 853-cü, 874-cü və 884-cü 
qətnamələrində öz əksini tapmışdır. Lakin indiyədək müxtəlif bəhanələrlə 
Ermənistan həmin qətnamələri yerinə yetirməkdən imtina edir. Ermənistan 
öz davranışı ilə dünya birliyinə açıq-aşkar meydan oxuyaraq, münaqişənin 
dincliklə, siyasi yollarla aradan qaldırılması üçün göstərilən bütün cəhdləri 
kökündən pozur. Azərbaycanın  ərazi bütövlüyünü tanımır, işğal olunmuş 
Azərbaycan ərazilərini tərk etməkdən boyun qaçırır. 
Azərbaycan Respublikası Minsk qrupunun fəaliyyətini dəstəkləmək üçün 
öz tərəfi ndən hər şey edir, bu qrup üçün mümkün olan bütün şəraiti yaradır. 
Lakin nəzərə çarpdırmaq istəyirəm ki, hər dəfə Minsk qrupu toplaşdıqda dünya 
Ermənistan tərəfi ndən hərbi əməliyyatların daha da gücləndirilməsinin, yeni-
yeni Azərbaycan  ərazilərinin işğal edilməsinin  şahidi olur. ATƏM-in indiki 
sədrinin 1993-cü ilin oktyabrında bölgəyə səfəri və ya Minsk qrupunun bu ilin 
aprelində Praqada müşavirəsi keçirilən zaman və başqa vaxtlarda məhz belə 
olmuşdur. Minsk qrupunun nümayəndə heyəti aprelin 26-dan mayın 2-dək 
bölgədə idi. Biz ona hər cür kömək göstərdik. Əgər Minsk qrupunda təmsil 
olunmuş ölkələrin hamısı qanlı müharibəyə bacardıqca tez bir vaxtda son qoy-
maq və sülhün bərpasına başlamaq üçün möhkəm iradə ilə çıxış edərsə, mən 
əminəm ki, müvəff əqiyyət təmin olunar. Buna görə də Brüsseldə NATO-nun 
iqamətgahında olmaq fürsətindən istifadə edərək, ATƏM-in Minsk qrupunun 
bütün aparıcı ölkələrinin daxil olduqları Şimali Atlantika İtt ifaqına üz tutaraq, 
onu qan tökülən bölgəmizdə sülhün və sabitliyin təmin edilməsi üçün lazımi 
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


21
www.aliyevheritage.org
tədbirlər görməyə çağırıram.
Azərbaycan Respublikası Şimali Atlantika İtt ifaqına dərin hörmətlə yanaşır, 
onun son onilliklər ərzində Avropada sülhü, sabitliyi və ardıcıl inkişafı təmin 
etmiş olan fəaliyyətini yüksək qiymətləndirir. Hazırda dünyada kollektiv 
təhlükəsizliyin real surətdə mövcud olan strukturu kimi NATO demokra-
tik dəyərlərin müdafi əsini və bu dəyərlərin  Şərqi Avropada və keçmiş SSRİ 
ərazisində yaranmış yeni müstəqil dövlətlərdə yayılmasını təmin edir. 
Biz NATO-ya gənc Azərbaycan dövlətinə  Qərb dünyası ilə  sıx və 
çoxtərəfl i qarşılıqlı münasibətlər yaratmaqda və Qərb dünyasının çox zəngin 
təcrübəsindən bəhrələnməkdə kömək etməyə qadir olan bir təşkilat kimi 
baxırıq. Azərbaycanın, eləcə də digər yeni Avropa dövlətlərinin müstəqilliyinin 
möhkəmlənməsi NATO-nun bütün fəaliyyətinin  əsaslandığı prinsiplərin 
sarsılmazlığının real təsdiqi olacaqdır. 
Biz Zaqafqaziyada vəziyyətdən narahatlığın ifadə edilməsinə  və  həmin 
regiondakı dövlətlərin, o cümlədən də Azərbaycanın  ərazi bütövlüyünə, 
müstəqilliyinə  və suverenliyinə hörmətin təsdiq olunmasına görə NATO-ya 
minnətdarıq. Bu narahatlıq və hörmət NATO şurasının 1994-cü ilin yanvarında 
qəbul edilmiş bəyannaməsində öz əksini tapmışdır. 
NATO-nun prinsipləri - onun iştirakçılarının öz münasibətlərini 
tənzimləyərkən, öz aralarında ortaya çıxan bütün mübahisələri dinc vasitələrlə 
həll edərkən, bu təşkilatın bir və ya bir neçə üzvünə qarşı  təcavüzün dəf 
olunması üçün öz fərdi və kollektiv imkanlarını genişləndirərkən əsas tutduqları 
prinsiplər öz həyat qabiliyyətini uzun illər boyu sübut edir və qarşıdurmadan 
sonrakı dövrdə Avropada təhlükəsizliyin yeni sistemini qurmağın bünövrəsi 
ola bilərdi. 
Bazar iqtisadiyyatı olan müstəqil demokratik dövlət qurmaq yolu seçən 
gənc Azərbaycan Respublikası bu yolda böyük müvəff əqiyyətlər qazanmış 
dövlətlərə böyük ümidlə baxır və onlardan kömək və yardım gözləyir. Buna 
görə də, bir çox digər ölkələr kimi, biz də NATO-nun "Sülh naminə tərəfdaşlıq" 
təşəbbüsünü böyük ruh yüksəkliyi ilə qarşıladıq.  Şimali Atlantika İtt ifaqı 
özlüyündə bizim üçün elə bir təhlükəsizliyə istiqamətdir ki, bu təhlükəsizliyi o, 
NATO-nun üzvü olan ölkələrin dövlət və hökumət başçılarının bu il yanvarın 
10-da keçirilmiş görüşündə NATO-nun baş katibi Manfred Vernerin dediyi 
kimi, öz üzvləri üçün təmin edir, çünki bu, kollektiv təhlükəsizlik sahəsində 
daha səmərəli fəaliyyət göstərən təşkilatdır. 
Biz müharibə  vəziyyətində olan, qonşu ölkə - Ermənistan tərəfi ndən 
təcavüzə məruz qalan bir dövlət kimi, ümidvarıq ki, NATO-nun "Sülh naminə 
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


Yüklə 5,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə