Nato az indd



Yüklə 5,13 Kb.
Pdf görüntüsü
səhifə5/116
tarix27.10.2017
ölçüsü5,13 Kb.
#6977
1   2   3   4   5   6   7   8   9   ...   116

22
www.aliyevheritage.org
tərəfdaşlıq" proqramında iştirak etmək Ermənistan-Azərbaycan münaqişəsinin 
ədalətlə, dincliklə dayandırılmasına, işğal olunmuş Azərbaycan  ərazilərinin 
azad edilməsinə, müharibənin bütün nəticələrinin aradan qaldırılmasına 
tezliklə nail olmağa imkan verəcəkdir. NATO-nun yüksək nüfuzu bu qanlı 
müharibənin dayandırılması işində sanballı amil ola bilər. 
Biz ümidvarıq ki, Azərbaycan Respublikasının "Sülh naminə  tərəfdaşlıq" 
proqramına qoşulması bizə Avropada kollektiv təhlükəsizliyin etibarlı sistem-
inin yaradılmasında iştirakımızı fəallaşdırmağa imkan verəcəkdir. 
Belə düşünürəm ki, Şimali Atlantika İtt ifaqının əsasını təşkil edən demokra-
tik prinsiplər müvəff əqiyyətlə  əməkdaşlıq etməyimizə, Zaqafqaziyada və 
digər bölgələrdə sülh və sabitlik yolunda duran əngəllərin əməli surətdə ara-
dan qaldırılmasına, bütün xalqların tərəqqi və inkişafına kömək edəcəkdir.
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


23
www.aliyevheritage.org
Hörmətli cənab baş katib!
Mən burada, NATO-nun baş qərargahında olmağımdan, sizinlə apardığım 
söhbətlərdən çox məmnun olduğumu bildirmək istəyirəm.
Siz qeyd etdiniz, mən bura artıq birinci dəfə deyil gəlirəm. 1994-cü ilin mayında 
mən buraya gəlib NATO-nun "Sülh naminə  əməkdaşlıq" proqramına imza 
atmışam. 1994-cü ilin yanvarında NATO-nun belə bir proqramı qəbul etməsini
onu bəyan etməsini və ölkələrin bu proqrama qoşulması haqqında çağırışını biz 
məmnuniyyətlə qəbul etdik və bunu çox yüksək qiymətləndiririk. Bu proqram, 
həqiqətən Avropada, eyni zamanda dünyada sülhün, əmin-amanlığın bərqərar 
olması üçün çox yaxşı bir əsas yaradır. Ona görə də Azərbaycan iki il bundan 
əvvəl bu proqrama qoşulub. Mən bu proqrama imza atmışam.
Cənab baş katib, bu gün bu proqramla əlaqədar olaraq Azərbaycanın pre-
zentasiya sənədini mən sizə təqdim etdim. Sizinlə apardığımız söhbətlərdən, 
fi kir  mübadiləsindən mən çox razıyam, məmnunam. Onlar bizim ikitərəfl i 
əlaqələrimiz üçün, о cümlədən Qafqazda, Zaqafqaziyada sülhün, əmin-
amanlığın yaranması üçün çox əhəmiyyətlidir. Fikir mübadiləmizdə Zaqaf-
qaziyada Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə  həll olun-
ması  məsələlərinə  də toxunduq. Ümidvar olduğumu bildirmək istəyirəm 
ki, bu məsələnin sülh yolu ilə  həll olunması üçün NATO öz səylərini 
əsirgəməyəcəkdir. 
Ermənistan prezidenti Levon Ter-Petrosyanla mən bu məsələlərin sülh yolu 
ilə həll olunması üçün Lüksemburqda apardığımız danışıqlar nəticəsində birgə 
bəyanat verdik və mən bu barədə sizə geniş məlumat verdim. Artıq iki ildir ki, 
bu münaqişədə atəşkəs rejimi yaranıbdır və prezident Ter-Petrosyan ilə mən 
bəyan etdik ki, biz bundan sonra da bu atəşkəs rejiminə riayət edəcəyik. Eyni 
zamanda biz sülh danışıqlarını davam etdiririk və münaqişəyə sülh yolu ilə 
tamamilə son qoymaq istəyirik. Mən bu gün sizə bir daha bildirdim ki, bunun 
üçün Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş torpaqlarından 
çıxmalıdır, işğal edilmiş torpaqlardan didərgin düşmüş bir milyondan artıq 
Azərbaycan vətəndaşı öz yerinə, yurduna qayıtmalıdır, Azərbaycanın ərazi büt-
övlüyü bərpa olunmalıdır. Azərbaycan dövlətinin tərkibində Dağlıq Qarabağa 
yüksək muxtariyyət statusu verilə bilər.
Azərbaycan Prezidenti Heydər Əliyevin  NATO-
nun Baş katibi Xavyer Solana ilə birgə jurnalistlərlə 
görüşündə çıxışı – Brüssel
23 aprel 1996-cı il
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


24
www.aliyevheritage.org
Bir daha ümidvar olduğumu bildirmək istəyirəm ki, Ermənistan-Azərbaycan 
münaqişəsinin bu şərtlər əsasında, sülh yolu ilə həll edilməsində NATO da öz 
səylərini göstərəcəkdir. NATO-nun fəaliyyətini biz sülhsevər fəaliyyət hesab 
edirik. NATO-nun mövcudluğunu və onun fəaliyyətini Avropada, dünyada 
sülhün, əmin-amanlığın bərqərar olunması üçün çox mühüm bir amil hesab 
edirik.
NATO-ya və NATO-nun üzvü olan ölkələrə bu sahədə yeni uğurlar 
diləyirəm.
Cənab baş katib, mən sizi Azərbaycana rəsmi səfərə dəvət etmişəm. Siz bu 
dəvəti qəbul etmisiniz və ümidvar olduğumu bildirmək istəyirəm ki, onu yaxın 
vaxtlarda həyata keçirəcəksiniz. Bu böyük vəzifəni siz qısa bir vaxtdır ki, öz 
üzərinizə götürmüsünüz. Bilirəm ki, siz bu sahədə çox iş görürsünüz. Şəxsən 
sizə bu işlərinizdə müvəff əqiyyətlər arzulayıram. 
Azərbaycan öz dövlət müstəqilliyini qoruyub saxlayacaqdır. Bir prezident 
kimi mənim bu sahədə apardığım siyasətə  və  əməli işlərimə yüksək qiymət 
verdiyinizə görə sizə  təşəkkür edirəm. Bugünkü söhbətimizə görə  və  mənə 
göstərdiyiniz diqqətə, mehribanlığa görə sizə təşəkkür edirəm. Sizə bir daha 
yeni müvəff əqiyyətlər arzulayıram.
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


25
www.aliyevheritage.org
Hörmətli cənab Xavyer Solana! 
Mən sizi Azərbaycan torpağında səmimi salamlayır və ümidvar olduğumu 
bildirirəm ki, bu səfər zamanı aparılan danışıqlar, keçirilən görüşlər sizdə 
Azərbaycan haqqında geniş təsəvvür yaradacaqdır. Azərbaycan 1994-cü ildə 
NATO-nun "Sülh naminə  tərəfdaşlıq" proqramına qoşulmuş, 1995-ci ilin 
aprelində isə Azərbaycan dövlətinin başçısının NATO-nun Brüsseldəki mənzil-
qərargahına səfəri zamanı müvafi q prezentasiya sənədi təqdim olunmuş 
və beləliklə, Azərbaycan Respublikası ilə  Şimali Atlantika İtt ifaqı arasında 
əməkdaşlıq başlanmışdır. Azərbaycan həmin sənədlə üzərinə götürdüyü 
vəzifələri yerinə yetirir və NATO-nun baş katibi Bakıda qalacağı müddətdə 
buna  əmin ola bilər. Eyni zamanda görüləsi işlər də çoxdur. Belə ki, bir sıra 
məsələləri dəqiqləşdirmək zəruridir və səfər zamanı biz buna nail olacağıq. 
Azərbaycanın daxil olduğu Zaqafqaziya spesifi k cəhətləri ilə seçilən region-
dur. Azərbaycan beş ildir ki, müstəqillik  şəraitində yaşayır. Qarşıda duran 
vəzifə müstəqilliyimizi qoruyub saxlamaq və onu möhkəmləndirməkdir. Biz 
demokratik, hüquqi dövlət qururuq. Belə ki, 1995-ci ildə müstəqil dövlətimizin 
ilk Konstitusiyasını  qəbul etmişik, elə  həmin il azad parlament seçkiləri 
keçirmişik. Hazırda iqtisadi və siyasi islahatlar aparırıq. Hesab edirəm ki, 
ölkəmizdə demokratik prinsiplər, insan hüquqları, siyasi plüralizm, mətbuat 
azadlığı  bərqərar olmuşdur. Ölkəmizdə müxtəlif siyasi partiyalar fəaliyyət 
göstərir. Bir sözlə, biz demokratik cəmiyyət quruculuğu yolunda ciddi addımlar 
atmışıq və atırıq. 
Ölkəmizdə keçirilən iqtisadi islahatlara gəlincə bildirmək istəyirəm ki, milli 
iqtisadiyyatın demokratik inkişafını təmin etmək üçün islahatlar aparılır və artıq 
bir sıra müsbət nəticələr əldə edilmişdir. Bu cəhətdən torpaq islahatı və torpağın 
xüsusi mülkiyyətə verilməsi mühüm əhəmiyyət kəsb edir. Hesab edirəm ki, 2-3 
ildən sonra Azərbaycanda azad bazar münasibətləri təşəkkül tapacaqdır. 
Onu da əlavə edim ki, iqtisadiyyatın inkişafı üçün xarici investisiyaların 
böyük  əhəmiyyəti var. Biz bu sahədə  də ardıcıl siyasət yeridirik. Bildiyiniz 
kimi, Azərbaycanın neft  yataqlarının birgə istismarı haqqında xarici şirkətlərlə 
bir sıra müqavilələr imzalanmışdır və bu müqavilələr hazırda həyata keçirilir. 
Azərbaycana rəsmi səfərə gəlmiş NATO-nun Baş 
katibi Xavyer Solana ilə görüşdə Azərbaycan 
Prezidenti Heydər Əliyevin çıxışı
Prezident sarayı, 13 fevral 1997-ci il
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


Yüklə 5,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə