Nato az indd



Yüklə 5,13 Kb.

səhifə8/116
tarix27.10.2017
ölçüsü5,13 Kb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   116

32
www.aliyevheritage.org
Heydər  Əliyev:  Xoş sözlərə görə, Bakı beynəlxalq konfransını yüksək 
qiymətləndirdiyiniz üçün, cənab Solana Sizə  təşəkkür edirəm. Qədim  İpək 
yolunu bərpa etməklə biz üçüncü minilliyin astanasında həqiqətən tarix-
in böyük bir səhifəsini açırıq.  İlk dəfə idi ki, 32 ölkənin nümayəndələri, o 
cümlədən doqquz dövlətin başçısı, 13 beynəlxalq təşkilatın təmsilçiləri Bakıda 
toplaşmışdılar, onların hamısı bu məsələdə eyni istiqamətdə düşünürdü. Onu 
da xatırladım ki, konfransda çox mühüm iqtisadi məsələlər barəsində ətrafl ı 
fi kir mübadiləsi aparılmış, yenidən dirçəldilən tarixi İpək yolunun keçəcəyi 
geniş bir ərazidə sülhün və təhlükəsizliyin təmin edilməsinə kömək olan müh-
üm sənədlər qəbul olunmuşdur. Azərbaycan bu sahədə mühüm addımlar atır. 
Belə hesab edirəm ki, ölkələr, dövlətlər arasında əməkdaşlıq həm də dünyanın 
bütün xalqlarının, o cümlədən Azərbaycan xalqının təhlükəsizliyinin təmin 
olunması məqsədinə xidmət etməlidir.
Xavyer Solana: Cənab Heydər Əliyev, mən Sizin bu fi kirləriniz ilə həmrəy 
olduğumu, bugünkü səmərəli danışıqlardan çox məmnun qaldığımı, 
Azərbaycan prezidenti Heydər  Əliyev ilə  gələcəkdə yenidən görüşmək ar-
zusunda olduğumu bir daha vurğulayıram.
Heydər Əliyev: Sizə bir daha təşəkkür edərək əmin olduğumu bildirirəm ki, 
NATO-nun Baş katibinin ölkəmizə növbəti səfəri, aparılan danışıqlar hər iki 
tərəf üçün faydalı olacaqdır.
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


33
www.aliyevheritage.org
Azərbaycan Respublikasının Prezidenti Heydər 
Əliyevin  NATO-nun nümayəndə heyəti ilə 
danışıqlar başa çatdıqdan sonra yerli və xarici 
kütləvi informasiya vasitələrinin nümayəndələri 
üçün Xavyer Solana ilə birgə mətbuat konfransı
Prezident sarayı, 30 sentyabr 1998-ci il
Heydər Əliyev: Hörmətli mətbuat nümayəndələri!
Siz bizim danışıqlarımızda iştirak etmisiniz və bəlkə də buna görə heç əlavə 
görüş keçirməyə ehtiyac yox idi. Ancaq bu, əvvəldən planda olduğuna görə 
biz hesab etdik ki, sizinlə görüşməyə gəlmək lazımdır.
Siz eşitdiyinizdən əlavə onu deyə bilərəm ki, NATO-nun Baş katibi cənab 
Xavyer Solana ilə bizim danışığımız çox qarşılıqlı anlaşma, mehribanlıq 
şəraitində keçibdir və Azərbaycan ilə NATO arasında “Sülh naminə tərəfdaşlıq” 
proqramı  çərçivəsində  əməkdaşlığımızı müsbət qiymətləndirmişik. Bundan 
sonra da bu əməkdaşlığı davam etdirmək əzmində olduğumuzu bildirmişik.
Bizim bugünkü görüşümüz çox əhəmiyyətli olubdur. Bu görüşdən  əvvəl 
bizim qonağımız cənab Xavyer Solana Azərbaycanın Baş naziri, müdafi ə na-
ziri ilə görüşübdür və çox səmərəli danışıqlar aparılıbdır. Hesab edirəm ki, biz 
beləliklə, əlaqələrimizi, əməkdaşlığımızı sürətləndiririk. Azərbaycan hökuməti bu 
əməkdaşlığı qiymətləndirir və çox əhəmiyyətli hesab edir. Bugünkü görüşlərimiz, 
danışıqlarımız bu əməkdaşlığın sürətləndirilməsi üçün yaxşı əsas yaradıbdır.
İndi isə mən sözü cənab Baş katibə verirəm.
Xavyer Solana: Çox sağ olun, cənab prezident.
Çox güman ki, Sizin dediklərinizə  mənim  əlavə etməyə sözüm yoxdur. 
Sadəcə olaraq demək istəyirəm ki, Sizdə yenidən qonaq olmağıma görə  və 
nəinki prezidentlə, həm də Baş nazirlə, habelə müdafi ə naziri ilə görüşmək, 
il yarım bundan əvvəl Sizdə axırıncı  dəfə olduğum vaxtdan bəri istər “Sülh 
naminə tərəfdaşlıq” proqramının xətt i ilə, istərsə də Avratlantika Tərəfdaşlığı 
Şurasının xətt i ilə birlikdə nə qədər iş gördüyümüzü qiymətləndirmək imkanı 
olduğuna görə çox şadam. Bu dövrdə  həqiqətən çox iş görülmüşdür. Lakin 
iki məqamı ayrıca vurğulamaq istərdim. Azərbaycan qoşunlarının təlimlərdə 
iştirakına görə, Sizə, Sizin hökumətinizə və xalqınıza xüsusilə təşəkkür etmək 
istərdim. Məsələn, Makedoniya ərazisində çox mühüm təlimlər keçirildi və bu 
təlimlərdə Azərbaycan da iştirak etdi. Tərəfdaş ölkələrin və alyans ölkələrinin 
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


34
www.aliyevheritage.org
geniş iştirakı ilə Orta Asiyada da belə oldu. Azərbaycan orada da iştirak etdi.
Həqiqətən, çox rəmzidir ki, biz regionda sabitliyin, təhlükəsizliyin və sülhün 
təminatçısı kimi birlikdə işləyirik. Sizə demək istəyirəm ki, biz bu istiqamətdə 
sonrakı illərdə  də  işləməyi davam etdirəcəyik. Qonaqpərvərliyə görə  cənab 
prezidentə də, Sizin hökumətinizə də təşəkkür etmək istəyirəm. Çox sağ olun.
Sual:  Cənab Baş katib, bu gün deyildi ki, Serbiya öz qoşunlarının bir 
hissəsini geri çəkmişdir, lakin bu, kifayət deyildir və çox ləng edilmişdir. 
Çoxları serblərin həqiqətən nə isə bir iş görmək əzmini şübhə altına alırlar. Siz 
deyə bilərsinizmi ki, NATO-nun öz mövqelərində həqiqətən möhkəm durmaq 
iradəsi və imkanları var?
Xavyer Solana:  Həqiqətən, demək lazımdır ki, biz prezident Miloşeviç 
haqqında onun sözlərinə əsasən yox, işlərinə əsasən mühakimə yürüdəcəyik. 
Biz ondan lap çox, həddindən çox sözlər eşitmişik. Amma o, çox vaxt öz 
sözünün yiyəsi deyildir.
Onu da demək lazımdır ki, son bir neçə gündə Kosovo haqqında iki çox 
mühüm qərar qəbul edilmişdir. Birincisi – BMT Təhlükəsizlik  Şurasının 
qətnaməsidir. Bu qətnamədə prezident Miloşeviçdən nə gözlədiyimiz dəqiq 
müəyyənləşdirilmişdir.
Deməliyəm ki, bu qərar  əslində yekdilliklə  qəbul edilmişdir. Təkcə Çin 
səs vermədi, qalanlarının hamısı  qərarın qəbul olunmasının lehinə  səs 
verdi.  İkincisi -NATO Şurasında qəbul edilmiş  qərardır. Burada öz hərbi 
komandanlarımıza müraciət edilir ki, onlar texnikaya zərurət yaranması 
təqdirdə onu kimlərin verəcəyini alyansın ayrı-ayrı ölkələrindən öyrənməyə 
başlasınlar. Lakin Təhlükəsizlik  Şurasının mandatı olmadan, əlbətt ə, heç bir 
tədbir görülməyəcəkdir.
Sual: Cənab Solana, siz Bakıda danışıqlar zamanı bəyan etdiniz ki, NATO 
Azərbaycanla  əməkdaşlığın dərinləşməsində maraqlıdır. Bilmək istərdik, siz 
konkret olaraq nəyi nəzərdə tuturdunuz: “SüIh naminə tərəfdaşlıq” proqramı və 
Avratlantika Tərəfdaşlığı Şurası çərçivəsində əməkdaşlığın genişləndirilməsini, 
yoxsa tərəfl ər qarşılıqlı fəaliyyətin yeni formalarını nəzərdə tuturlar?
Xavyer Solana: Siz “Sülh naminə  tərəfdaşlıq” proqramı  çərçivəsində  və 
Avratlantika Tərəfdaşlığı  Şurası  çərçivəsində  əməkdaşlığı genişləndirmək 
barədə doğru dediniz. Bu iki struktur həqiqətən çox imkanlar verir. Onlarda 
çox ölkələr iştirak edirlər və NATO ilə münasibətlərin inkişaf etdirilməsi üçün 
geniş yer var. Biz artıq bu proqramlar üzrə  işləyirik və öz əməkdaşlığımızı 
dərinləşdirmək istəyirik.
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL




Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   116


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə