Nato az indd



Yüklə 5,13 Kb.
Pdf görüntüsü
səhifə9/116
tarix27.10.2017
ölçüsü5,13 Kb.
#6977
1   ...   5   6   7   8   9   10   11   12   ...   116

35
www.aliyevheritage.org
Sual: Üzr istəyirəm, Baltiya xartiyası kimi gələcəkdə Zaqafqaziya partiyası 
da imzalamaq mümkündürmü?
Xavyer Solana: NATO-da heç bir Baltiya xartiyası yoxdur.
Müxbir: Ukrayna və Rusiya ilə var, Baltiya xartiyası var.
Xavyer Solana: Yox, bu, NATO-nun xətt i ilə deyildir.
Sual: Cənab Solana, biz, Azərbaycan jurnalistləri sizin dəvətinizlə Belçikada 
olarkən Dağlıq Qarabağla bağlı Azərbaycanın  ən böyük problemi barəsində 
dediniz ki, bu problemlə ATƏT məşğul olur və bütün məsuliyyət bu təşkilatın 
üzərinə düşür. İndi Azərbaycanda sizdən soruşuruq: Əgər Ermənistan böyük 
Sülh sazişini imzalamasa və bu zaman Azərbaycan tərəfi  NATO-ya müraciət 
etsə, onda sizin itt ifaqın reaksiyası necə ola bilər.
Xavyer Solana: Dediklərimi təkrar edirəm. Bu problemin həlli üçün çərçivə 
mövqeyi yaradılmışdır. Bütün bunlar 1996-cı ildə ATƏT-in xətt i  ilə  qəbul 
edilmişdir. Biz vəziyyətdən çıxışı məhz bunun əsasında axtarmalıyıq.
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


36
www.aliyevheritage.org
Heydər  Əliyev:  Hörmətli qonaqları  səmimi qəlbdən salamlayıram. 
Azərbaycana xoş gəlmisiniz! Cənab Baş katib, sizinlə yenidən görüşməyimdən 
çox məmnun olduğumu bildirirəm. Mən 1994-cü ilin may ayında, dörd il bun-
dan öncə ilk dəfə Brüsseldə NATO-nun, baş  qərargahına gəldim və NATO-
nun “Sülh naminə tərəfdaşlıq” proqramına imza atdım. 1996-cı ilin may ayın-
da ikinci dəfə Brüsselə gəldim və cənab Baş katib, sizinlə görüşdük və onda 
Azərbaycanın NATO ilə “Sülh naminə  tərəfdaşlıq” proqramına qoşulması 
haqqında prezentasiya sənədini sizə təqdim etdim. Beləliklə, biz bu proqrama 
qoşulduq və sizinlə  əməkdaşlıq edirik. NATO-nun Baş katibi cənab Xavyer 
Solana, Siz ötən ilin fevralında ilk dəfə Bakıya səfər etdiniz, Sizinlə iki dəfə 
- Madriddə  və Nyu-Yorkda görüşüb maraqlı  və  əhəmiyyətli söhbətlər apar-
dığımızı  məmnuniyyətlə yada salıram.  İndi siz yenidən Azərbaycanı ziyarət 
edirsiniz. Deyə bilərəm ki, ötən dörd il içərisində Azərbaycanla NATO arasın-
dakı əlaqələr və “Sülh naminə tərəfdaşlıq” proqramında Azərbaycanın iştira-
kı yaxşı inkişaf edibdir. Biz bunu qiymətləndiririk və bu əməkdaşlığı davam 
etdirmək istəyirik. Güman edirəm, sizin Bakıya ziyarətiniz zamanı bu barədə 
bir çox məsələləri ətrafl ı müzakirə edə bilərik.
Xavyer Solana: Xoş sözlərə görə, cənab prezident, Sizə  təşəkkürümü 
bildirirəm. Ötən il, yəni 1997-ci ildə Azərbaycan dövlətinin başçısı ilə üç dəfə 
görüş düyümü və Sizinlə ünsiyyətdə olmağımı  həmişə  məmnunluqla xatır-
layıram. Başlıcası budur ki, biz nəinki “Sülh naminə  tərəfdaşlıq” proqramı 
üzrə ümumi işi təhlil etmək üçün, həm də dünyada təhlükəsizliyə aid digər 
məsələləri müzakirə etmək üçün toplaşmışıq. Fikrimcə, prezident Heydər 
Əliyevlə  ən geniş  məsələlər barəsində söhbətdən həmişə çox şey öyrənmək 
olar. Belə hesab edirəm ki, XXI əsr ərəfəsində isə məsələlər daha da çox olur, 
çünki dünya sürətlə  dəyişir, dünyada hər  şey sürətlə qloballaşır, regional 
səviyyədə daim təşəbbüslər irəli sürülür. Tarixi İpək yolunun bərpasına dair 
Azərbaycanın təşəbbüsü ilə bu yaxınlarda Bakıda keçirilmiş konfrans buna 
inandırıcı sübutdur. Bu konfrans, bir tərəfdən, qloballaşmaya, digər tərəfdən 
isə regional əməkdaşlığa sübutdur və göstərir ki, həmin konfransa toplaşan 
30-dan çox ölkə birlikdə irəliləmək istəyir. Bu, sabitlik və təhlükəsizlik naminə 
Azərbaycan Respublikasının Prezidenti Heydər 
Əliyevin  NATO-nun baş katibi Xavyer Solananın 
başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdəki 
danışıqlarından
Prezident sarayı, 30 sentyabr 1998-ci il
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


37
www.aliyevheritage.org
iqtisadi  əməkdaşlıq, ticarət, birgə  təşəbbüslər vasitəsilə  həyata keçirilən qar-
şılıqlı  fəaliyyətə gözəl nümunədir. Mən belə hesab edirəm ki, qarşıdakı  əsr 
ərəfəsində sabitlik və təhlükəsizlik məsələsinə daha geniş mənada yanaşmaq 
lazımdır.
Əlbətt ə, “sabitlik” sözünün praktiki mənası var, lakin onun digər cəhətləri 
də var ki, bunlar da iqtisadi inkişafl a, ticarətlə, gələn əsrdə dünyamızı daha 
təhlükəsiz və daha sabit edəcək digər məsələlərlə bağlıdır. Cənab prezident, 
Sizi irəli sürdüyünüz təşəbbüslər münasibətilə təbrik edirəm. Azərbaycan ilə 
NATO arasında ikitərəfl i münasibətlər çox yaxşı irəliləyir və mən buna çox şa-
dam. Biz istərdik ki, Azərbaycan və NATO ikitərəfl i səviyyədə daha geniş qar-
şılıqlı fəaliyyət göstərsinlər. Mən səmimi qonaqpərvərliyə görə Sizə təşəkkür 
edərək, Bakıda olmaqdan böyük sevinc duyduğumu bildirirəm.
Heydər Əliyev: Mən Sizə, NATO-nun Baş katibinə təşəkkürümü bildirir və 
söylədiyiniz  fi kirlərlə tam razı olduğumu nəzərə çarpdırıram, həqiqətən, bu 
əsrin sonunda dünya çox sürətlə dəyişir və biz artıq XXI əsrə doğru gedərək 
dünyada təhlükəsizliyin daha da təmin edilməsinə nail olmalıyıq. Hər bir ölkə 
üçün, bütün dünya üçün sabitlik, təhlükəsizlik lazımdır. Bizim üçün, Azərbaycan 
üçün isə bu, xüsusi əhəmiyyət kəsb edir. Nəzərinizə çarpdırıram ki, Azərbaycan 
çox  əlverişli coğrafi -strateji mövqeyə malikdir. Bundan təkcə respublikamız 
üçün yox, əməkdaşlıq etdiyimiz bütün ölkələr üçün də daha səmərəli istifadə 
etmək istəyini açıqlamaq istəyirəm. Onu da qeyd edim ki, Azərbaycanın bir 
çox problemləri var. Sizə  məlumdur ki, Ermənistan-Azərbaycan münaqişəsi 
hələ ləğv olunmayıbdır. Bu münaqişə nəticəsində Ermənistan silahlı qüvvələri 
tərəfi ndən Azərbaycanın ərazisinin 20 faizi işğal edilibdir. İşğal olunmuş tor-
paqlardan bir milyondan artıq Azərbaycan vətəndaşı, azərbaycanlılar zorla 
çıxarılıblar.  İndi onlar çadırlarda ağır vəziyyətdə yaşayırlar. Dörd il bundan 
öncə biz atəşi dayandırmışıq. Ermənistanla Azərbaycan arasında atəşkəs haq-
qında saziş imzalanıbdır. Ancaq məsələ  həll olunmayıbdır. Biz bu məsələni 
sülh yolu ilə həll etmək istəyirik, ATƏT-in Minsk qrupu və onun həmsədrləri 
- Rusiya, ABŞ, Fransa bu işlə  məşğul olurlar. Ümid edirik ki, biz məsələnin 
sülh yolu ilə həllinə nail olacağıq. Ancaq belə bir vəziyyətdə bizi narahat edən 
amillər da vardır. Məsələn, Ermənistanla Azərbaycan arasında atəşkəs rejimi 
mövcud olduğu halda son üç ildə Rusiyadan Ermənistana gizli olaraq, qanun-
suz yolla bir milyard dollar dəyərində ağır texnika, silahlar və sursatlar veril-
mişdir. Biz buna etiraz etmişik. Ancaq hələ bu barədə müsbət nəticə əldə olun-
mayıbdır. Yaxud, Rusiyanın Ermənistan ərazisində hərbi bazasının və çoxsaylı 
ordu hissələrinin saxlanılması, Gürcüstan ərazisində ordu hissələrinin sax-
lanılması bizi narahat edir. Biz Qafqazda sülhün bərqərar olmasına çalışırıq. 
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL


Yüklə 5,13 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə