Nax ç IV a n b ö lg ə SİN İn ta r IX İ co ğ rafiyasi h a q q in d a q ey d lə r «amea xəbərlər. İctimai və humanitar elmlər seriyası»



Yüklə 56.71 Kb.

tarix05.10.2017
ölçüsü56.71 Kb.


NAX Ç IV A N  B Ö LG Ə SİN İN   TA R İX İ CO Ğ RAFİYASI 

H A Q Q IN D A  Q EY D LƏ R

«AMEA Xəbərlər. İctimai və humanitar elmlər seriyası».-2012.-№1.-Cild 8.-S.26-31.

HACIFƏXRƏDDİN SƏFƏRLİ

AMEA Naxçıvan Bölməsi E-mail:  hacifexreddin@yahoo.com.tr

Məqalədə  Naxçıvan  bölgəsinin  tarixi  coğrafiyasından  bəhs  edilir.  Qeyd  olunur  ki,  orta  əsrlər  zamanı 

Naxçıvan ərazisi  indikindən daha böyük olmuş  və  Dərələyəz,  Qafan,  Mehri,  Sisyan və  s.  torpaqları əhatə  etmişdir. 

Sonralar bu torpaqlar Ermənistana verilmiş və Naxçıvan ərazisi azalaraq hazırda 5,5 min km2 qalmışdır.

Açar sözlər: Naxçıvan,  tarixi coğrafiya, Naxçıvan sancağı, Naxçıvan Muxtar Respublikası.

Məlumdur  ki,  Naxçıvan  konkret  olaraq  bir  şəhərin  adı  olmaqla  bərabər,  həm  də  böyük  bir  bölgənin  adını 

özündə  əks  etdirir.  Admı  Dünya  tufanı  zamanı  Nuh  peyğəmbərin  gəmisinin  Ordubad  rayonundakı  Gəmiqaya 

ərazisində  quruya  oturması  və  Nuhcuların  quruya  çıxmasından  götürən  (Nuhçıxan-Naxçıvan)  Naxçıvan  şəhərinin 

adı  sonralar  daha  geniş  məna  kəsb  etmiş,  böyük  bir  bölgənin  adını  bildirmişdir.  Əlverişli  təbii-coğrafi  mövqedə 

yerləşdiyi  üçün  bölgə  qədim  və orta  əsrlər zamanı  istər Azərbaycan  dövlət  başçılarının,  istərsə  də  ərazini  tutan

hökmdarların  diqqət  mərkəzində  olmuşdur.  Mühüm  ticarət  yollarının  keçdiyi  bir  ərazidə  yerləşməsi  bölgənin 

ticarət-iqtisadi  cəhətdən  inkişaf  etməsinə,  inzibati  mərkəz  kimi  formalaşmasına  şərait  yaratmışdır.  Məhz  bu 

inkişafın  nəticəsi  olaraq  Naxçıvan  bölgəsi  hələ  eramızın  əvvəllərindən  çox  mühüm  inzibati  mərkəz  kimi 

tanınmışdır.  Hərbi-strateji  əhəmiyyətini  nəzərə  alaraq  ərəblər  Naxçıvanı  tutduqdan  sonra  özlərinin  iqamətgahını 

orada yerləşdirməklə bölgəni hərbi-inzibati mərkəzə və Bizansa qarşı əsas dayaq nöqtəsinə çevirmişdilər.

Naxçıvan bölgəsinin tarixinə nəzər salarkən aydın olur ki, Naxçıvan adı keçmişdə, xüsusilə orta əsrlər zamanı 

daha  böyük  ərazilərə  şamil  edilmiş,  bu  ərazilər  indiki  Naxçıvan  Muxtar  Respublikasının  ərazisindən  çox  geniş 

olmuşdur.  Azərbaycan  ərazisində  müxtəlif vaxtlarda yaranmış  bir  sıra  quldar və  feodal  dövlətlərin tərkibində  olan 

bu ərazidə  adında Naxçıvan toponimini əks etdirən kiçik dövlət qurumları da olmuşdur.  Belə  dövlət qurumlarından 

biri tariximizdə  "Naxçıvanşahlıq"  adı ilə  tanınan  feodal dövləti  olmuşdur.  T.e.d.  M.Şəriflinin müstəqil  dövlət kimi 

(8,  s.  29),  akademik N.Vəlixanlının  isə  Şəddadilər  dövlətinin tərkibində  bir  əmirlik  kimi təqdim  etdiyi  (9,  s.  126, 

127;  10,  s.  77-78)

Naxçıvanşahlıq  983-cü  ildən  1066-cı  ilə  qədər mövcud  olmuşdur.  Mərkəzi  Naxçıvan  şəhəri  olan  bu  dövlət 

qurumunun  ərazisi  şərqdə  Dəbil  (Dvin),  qərbdə  Ordubad  da  daxil  olmaqla  böyük  bir  ərazini  əhatə  edirdi.  Bəzi 

vaxtlar Vaspurakanın  da bir hissəsi  bu  feodallığın tabeliyində  olmuşdur.  M.Şərifli ərəb tarixçisi Kudamənin  928-ci 

ildə  yazdığı  kitaba  əsaslanaraq  Naxçıvan  şəhərinin  Vaspurakanın  (Van  gölünün  cənub-qərbindən  və  Urmiya 

gölünün  şimal-qərbindəki  torpaqlardan  başlayıb  indiki  Naxçıvan  Muxtar  Respublikasının  cənub-qərb  hissəsini 

əhatə edən tarixi vilayət H.S.) paytaxtı olduğunu yazmışdır (8, s.  29).

Səlcuqların gəlişi ilə varlığına  son qoyulan Naxçıvanşahlığın paytaxtı Naxçıvan şəhəri  az  sonra,  1136-cı ildə 

tarix  səhnəsinə  çıxan  Azərbaycan  Atabəyləri  dövlətinin  paytaxtına  çevrilmişdir.  1175-ci  ildə  paytaxtın Həmədana 

köçürülməsindən  sonra  da,  Atabəylərin  hakimiyyəti  illərində  dövlətin  siyasi  və  iqtisadi  cəhətdən  mühüm 

əhəmiyyətli  şəhəri kimi diqqət mərkəzində  olan Naxçıvan  şəhəri XIII  əsrin  ortalarından Hülakülərin  yaratdığı yeni 

inzibati  ərazi  bölgüsünə  görə  yaradılan  "Naxçıvan  tüməni"nin  mərkəzi  olur.  1258-ci  ildə  yaranan  Hülakülər 

(Elxanilər)  dövləti  hökmdarları  dövlətin  idarə  işlərini  asanlaşdırmaq  üçün  ölkəni  9  tümənə  (tümən  termini  orta 

əsrlərdə  hərbi,  inzibati  və  pul  vahidi  kimi  işlənirdi)  bölmüşdü  ki,  bu  tümənlərdən  biri  də  "Naxçıvan  tüməni"  idi. 

Naxçıvan tüməni  çox böyük  bir ərazini  Araz  çayının  şimalındakı indiki  Naxçıvan bölgəsi  ilə  yanaşı  Arazın  cənub 

sahillərindəki  bir  sıra torpaqları da əhatə  edirdi.  Maku,  Dvin  (Dəbil),  Qafan  ərazisi  bu tümənə  daxil  idi.  Beləliklə, 

tümənin  ərazisi  şərqdə  Həkəri çayı  sahilləri,  qərbdə  Dvin  (Dəbil)  daxil  olmaqla,  şimalda  Göyçə  gölü  və  Göyçə

mahalından,  cənubda  Araz  çayına  qədər  uzanırdı.  XIII-XIV  əsrlərdə  dövlətə  10.000  döyüşçü  verən  Naxçıvan 

tüməninə  Azərbaycanın 27  şəhərindən  beşi  (Naxçıvan,  Ordubad,  Azad,  Əncan  və  Maku)  daxil  idi  (6,  s.  24;  11,  s. 

51).  Bu şəhərlər içərisində tümənin mərkəzi Naxçıvan şəhəri  daha əhəmiyyətli  olmuş, ticarət,  iqtisadi  əhəmiyyətinə 

görə nəinki Azərbaycanda, hətta Y axın Şərqdə əhəmiyyətli mövqe tutmuşdur.

Səfəvilər  dövründə  (1501-1536-cı  illər)  yaradılan  inzibati  ərazi  bölgüsünə  görə  Naxçıvan  əvvəllər  mərkəzi 

Təbriz 

olan "Azərbaycan"  bəylərbəyliyinin,  XVII  əsrdən  isə  mərkəzi  İrəvan  şəhəri  olan  "Çuxur-Səd

bəylərbəyliyi"nin tərkibində  olmuşdur.  Səfəvi  şahları Naxçıvan bölgəsinə xüsusi diqqətlə  yanaşmış, onun  idarəsini 

ərazinin qədim sakinlərindən olan, həm də  Səfəvilər dövlətinin yaradılmasında yaxından iştirak edən Kəngərli tayfa 

başçılarına  tapşırmışdılar.  Ermənistan  ensiklopediyasının  məlumatlarından,  erməni  tarixçisi  Kaxin  Ovaonnes 

Şahxatunyanın  dəqiq  xronologiya  üzrə  hesablamaları  təsdiq  edir  ki,  İrəvan  ərazisinə  XIV  əsrin  sonlarından 

başlayaraq 438 il ərzində  (1390-1828-ci illər) Naxçıvanın azərbaycanlı hakimləri rəhbərlik etmişlər (7, s.  78).

Azərbaycan tarixində  Naxçıvan  adı ilə  təqdim  olunan  inzibati  ərazi  bölgülərindən  biri  də  bölgəni tutduqdan 

sonra Osmanlılar tərəfindən  1724-cü ildə yaradılan  "Naxçıvan  sancağı"dır.  Vergi verəcək 20 yaşdan yuxarı kişilərin 

yaşayış  məntəqələri  üzrə  adlan  qeyd  olunmuş  və  1727-ci  ildə  Osmanlıların  tərtib  etdiyi  "Naxçıvan  sancağının


müfəssəl dəttəri"nə görə Naxçıvan sancağı  14 nahiyədə birləşən 328 kənddən ibarət olmuşdur.  Dəftərdən aydın olur 

ki,  hazırda  indiki  Ermənistan  ərazisinə  daxil  olan  və  9  kənddən  ibarət  olan  Məvaziyi-Xatun nahiyəsi,  42  kənddən 

ibarət  olan  Sisyan  nahiyəsi, 102  kənddən  ibarət  olan  Dərələyəz  nahiyəsi  XVIII  yüzilliyin  20-30-cu  illərində

"Naxçıvan  sancağı"na  daxil  olmuşdur.  Həmçinin,  sancağa  daxil  olan  "Qışlağat"  nahiyəsinin  böyük  bir  ərazisi 

Arazın cənub sahillərindəki torpaqlarda yerləşmişdir (4).

"Naxçıvan  sancağının  müfəssəl  dəftər"ində  özünə  yer  alan  yaşayış  məskənləri  ilə  indiki  Naxçıvan  Muxtar 

Respublikasının  şəhər  və  kəndlərini  müqayisəli  təhlil  etdikdə  aydın  olur  ki,  "Müfəssəl  dəftər"ə  görə  Naxçıvan 

sancağının  inzibati  ərazi  bölgüsünə  daxil  olan  150-dən  artıq  yaşayış  məskəninin  ərazisi  sonralar  hissə-hissə 

Ermənistana verilmişdir.  Təsadüfi  deyildir ki,  1727-ci  il tarixli  "Naxçıvan  sancağının müfəssəl  dəftəri"ni,  1590  və 

1728-ci  il  tarixli  "İrəvan  əyalətinin  müfəssəl  dəftəri"ni  təhlil  edərək  tarix  üzrə  fəlsəfə  doktoru  H.Məmmədov 

(Qaramanlı)  belə  bir  nəticəyə  gəlmişdir  ki,  Naxçıvan  sancağının  ərazisi  XVI-XVIII  əsrlərdə  müasir  Naxçıvan 

Muxtar Respublikasının ərazisindən xeyli böyük  olmuş,  indiki  Ermənistan  Respublikasının bir  sıra  rayonlarının,  o 

cümlədən  Əzizbəyov  (keçmiş  Soylan),  Cermuk,  Sisyan  (Qarakilsə)  və  Mehri  rayonlarının  ərazisini  də  əhatə 

etmişdir (4, s.  11).

Naxçıvan adı ilə tariximizdə  şərəfli  yer tutan mühüm  inzibati  ərazi bölgülərindən biri  də  "Naxçıvan xanlığı" 

olmuşdur.  1747-ci  ildə  Nadir  şah  Əfşarın  öldürülməsi  ilə  Kəngərli  tayfa  başçısı Heydərqulu  xan  tərəfindən  tarix 

səhnəsinə  çıxarılan  Naxçıvan  xanlığı  geniş  bir  əraziyə  malik  olmuş  və  9428,7  km2  sahəni  əhatə  etmişdir.  Xanlıq 

Zəngəzur  dağlarından  Araz  çayınadək  geniş  bir  ərazini  tuturdu.  Sonralar  indiki  Ermənistana  verilmiş  bir  sıra 

torpaqlar,  o  cümlədən  Qafan,  Mehri,  Dərələyəz  və  Əzizbəyov  rayonlarının  torpaqları  da  xanlığın  idarəsində 

olmuşdur.  1930-cu  ildə  ermənilərə  verilən,  8  avqust  1991-ci  ildə  Ermənistandan  əhalisi  deportasiya  edilən  son 

azərbaycanlı yaşayış məntəqəsi olan Nüvədi kəndi də həmin vaxtlar xanlığın ərazisinin tərkibində idi  (5, s.  30).

Naxçıvan  xanlığı  süqut  etdikdən  sonra  Rusiya  hökuməti  xanlığın  ərazisini  1828-ci  ilin  martında  yaradılan 

qondarma  "Erməni vilayəti"nin tərkibinə vermişdi.  Çar I Nikolayın  10  aprel  1840-cı ildə  imzaladığı qanuna əsasən 

"Naxçıvan  qəzası"  adlı inzibati  ərazi  bölgüsü  yaradılmışdı.  Qəza  1849-cu  ildə  İrəvan  quberniyası təşkil  olunarkən 

onun  tərkibinə  daxil  edildi.  Artıq  bu  zamandan  etibarən,  yəni  işğaldan  sonra,  Rusiya  hakimiyyəti  altında  olduğu 

zamanlarda  Naxçıvan  adlı  inzibati  ərazi  bölgüsünün  sahəsi  bir  sıra  torpaqların  digər  inzibati  ərazilərə  verilməsi 

hesabına süni  surətdə  kiçildilir.  Belə  ki,  Naxçıvan  qəzasının  sahəsi  1917-ci  il  Qafqaz təqviminin məlumatına görə 

3939 kv verst (1  verst =  1,0668 km2), yəni 4202 km2 müəyyənləşdirilmişdi (2, s.  89).

Tarixi Naxçıvan ərazisində yaradılan inzibati ərazi bölgülərindən biri də  1918-ci ilin noyabrında yaradılan və 

1919-cu  ilin  aprelinədək  mövcud  olan  Naxçıvan  Araz-Türk  Respublikası  olmuşdur.  Bu  respublika  şərqdə 

Sərdarabad  və  İqdır, 

qərbdə  Mehri  və 

Nüvədi  daxil  olmaqla,  şimalda  İstisudan, 

cənubda  Araz  çayınadək 

uzanan

böyük  bir  ərazini əhatə  edirdi.  Bu  əraziyə  Sürməli  qəzası,  Üçmüəzzin  qəzasının  bir  hissəsi,  Sərdarabad,  İrəvan

qəzasının  bir  hissəsi  Uluxanlı,  Qəmərli,  Vedibasar,  Şərur-Dərələyəz  qəzası,  Naxçıvan  qəzası,  Ordubad  qəzası, 

Mehri  bölgəsi  daxil  idi.  Paytaxtı  Naxçıvan  şəhəri  olan  bu  dövlətin  8696  kv.  km-ə  çatan  ərazisində  bir  milyon 

nəfərdən artıq əhali yaşayırdı.  Bölgəni erməni işğalından qorumaq məqsədi ilə yerli əhalinin təşəbbüsü ilə yaradılan 

bu  respublikanın  ərazisinə  daxil  olan torpaqlara diqqət yetirdikdə  aydın  olur ki,  Naxçıvan Araz-Türk  Respublikası 

tarixi Naxçıvan torpaqlarının böyük bir hissəsini əhatə etmişdir.

Azərbaycan Xalq  Cümhuriyyəti  hökuməti  28  fevral  1919-cu il tarixli  qərarı ilə  Naxçıvan əhalisinin tələbinə 

uyğun  olaraq  "Naxçıvan  general-qubernatorluğu"  yaratmışdı.  Qubernatorluğun  paytaxtı Naxçıvan  şəhəri  olmaqla 

ərazisi Naxçıvan,  Ordubad,  Şərur-Dərələyəz və Vedibasar torpaqlarını əhatə  edirdi.  Buradan görünür ki,  az müddət 

mövcud  olmasına  baxmayaraq  Azərbaycan  Xalq  Cümhuriyyəti  hökuməti  Naxçıvanın  tarixi  torpaqlarının  bir 

hissəsini bir general-qubernatorluqda birləşdirmişdi.

29  iyul  1920-ci  ildə  Naxçıvanda  Sovet hakimiyyəti  quruldu  və  Naxçıvan  Sovet  Sosialist  Respublikası  elan 

olundu.  Bölgə  1920-1923-cü illərdə Naxçıvan  Sovet  Sosialist Respublikası,  1923-1924-cü illərdə  Naxçıvan Muxtar 

Diyan,  9  fevral  1924-cü  ildən  17  noyabr  1990-cı  ilədək  Naxçıvan  Muxtar  Sovet  Sosialist  Respublikası 

adlandırılmışdır.  17  fevral  1990-cı ildə  Naxçıvan  MSSR Ali  Sovetin  I  sessiyasında iclasa  sədrlik  edən  xalqımızın 

Ümummilli  lideri  Heydər  Əliyevin  təklifi  ilə  MSSR  sözündən  "Sovet  Sosialist"  sözləri  çıxarılmış  və  bölgə 

Naxçıvan  Muxtar  Respublikası  adlandırılmışdır.  Naxçıvan  MR-in  sahəsi  hazırda  5,5  min  kv.  km-dir.  Ancaq 

Naxçıvan MR-i  yaradılarkən bölgənin  ərazisi  bundan  artıq olmuşdur.  18  fevral  1929-cu ildə  Zaqafqaziya  MİK-nin 

qərarı ilə  1921-ci  ildə  imzalanmış Moskva və  Qars  müqavilələrinin  şərtləri  kobud  surətdə  pozularaq  Naxçıvanın  9 

kəndi  Şərur  qəzasının  Qurdqulaq,  Xaçik,  Horadiz,  Naxçıvan  qəzası  Şahbuz  nahiyəsinin  Oğbin,  Sultanbəy,  Ağxəç, 

Almalı,  İtqıran  kəndlərinin,  Ordubad  qəzasının  Qorçevan  kəndinin,  habelə  Kilit kəndi  torpaqlarının  bir hissəsinin 

əkin sahələri və  otlaqları ilə birlikdə  Ermənistan  SSR-ə verilməsi nəticəsində Naxçıvanın MSSR-in ərazisi  657 km2 

azaldı (3, s.  11).

Ancaq  ermənilərin  Azərbaycana,  o  cümlədən  onun  ayrılmaz  tərkib  hissəsi  olan  Naxçıvana  ərazi  iddiası 

davam edirdi.  Ermənilər  1969-cu ilin may ayının  7-də Azərbaycan  SSR Ali  Soveti  Rəyasət Heyətində  "Ermənistan 

SSR ilə  sərhədlər barədə"  qərar qəbul  olunmasına nail  oldular.  Qərarda Azərbaycanın bir sıra sərhədyanı torpaqları 

ilə  yanaşı  Naxçıvanın  da  191.1  hektar  əkin  sahəsinin  Ermənistana  verilməsi  nəzərdə  tutulurdu.  Belə  bir  şəraitdə 

xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycanda hakimiyyətə keçdi. Bundan sonra qeyd olunan məsələnin 

həlli  dayandırıldı.  Ulu  Öndər  sonralar  xatırlayırdı  ki,  1969-cu  ilin  may  ayında  Azərbaycanın  Ali  Soveti  belə  bir


qərar  qəbul  etmişdi  ki,  bir  sıra  sərhədyanı torpaqlar  guya  Ermənistana  mənsubdur  və  ona  verilməlidir.  Man  iyul 

ayında  Azərbaycana  rəhbər  seçilən  kimi  bu  məsələni  bir  ay  müddətində  təhlil  etdim  və  həmin  qərardan  imtina 

etdim.  Çox çalışdılar ki, bu qərar həyata keçirilsin, lakin mən buna imkan vermədim (1, s.  541).

Həmçinin,  Ulu  Öndərin  Azərbaycanda  və  SSRİ  rəhbərliyində  hakimiyyətdə  olduğu  illərdə  (1969-1987-ci 

illər) də hiyləgər ermənilər Azərbaycana torpaq iddiaları irəli  sürməyə  cəsarət etmədilər və Ermənistana bir qarış da 

olsun,  Azərbaycan  torpağı  verilmədi.  Ancaq  çox  təəssüflər  olsun  ki,  keçən  əsrin  80-ci  illərinin  sonlarında 

Azərbaycana  rəhbərlik  edənlərin  laqeyd  münasibətinin  nəticəsi  olaraq  ermənilər  15  yanvar  1990-cı  ildə  Muxtar 

Respublikanın Kərki kəndini, başqa sözlə desək, Naxçıvanın 950 hektar torpağını işğal etdilər.

Azərbaycan  Respublikasının  Konstitusiyası  ilə  Azərbaycan  Respublikasının  tərkibində  Muxtar  dövlət  kimi 

təsbit  olunan  Naxçıvan  Muxtar  Respublikası  inzibati  cəhətdən  7  rayona  (Babək,  Ordubad,  Culfa,  Şərur,  Şahbuz, 

Sədərək,  Kəngərli)  bölünmüşdür.  5  şəhəri  (Naxçıvan,  Ordubad,  Culfa,  Şərur,  Şahbuz),  3  şəhərtipli  qəsəbəsi 

(Heydərabad, Babək, Parağaçay), 200-dən artıq kəndi olan Muxtar Respublikanın paytaxtı Naxçıvan şəhəridir.

Naxçıvan bölgəsinin tarixi  coğrafiyasına bu  qısa  baxışdan  da  aydın  olur ki,  Naxçıvan  inzibati  ərazi  bölgüsü 

orta əsrlər zamanı Azərbaycanın tərkib hissəsi olmaqla daha geniş torpaqları əhatə etmiş, Rusiyaya birləşdirildikdən 

sonra,  xüsusilə  Sovet  hakimiyyəti  illərində  bölgə  torpaqlarının  bir  hissəsinin  ermənilərə  hədiyyə  edilməsi 

səbəbindən azalaraq 5,5  min kvadrat kilometrə enmişdir.

Azərbaycanın tərkib  hissəsi  və  dilbər guşəsi  olan  Naxçıvan  diyarı  hazırda  intibah  dövrünü  yaşayır.  Muxtar 

Respublikada  aparılan  genişmiqyaslı  işlər  sırasında  müstəqilliyimizin,  dövlətçiliyimizin,  ərazi  bütövlüyümüzün 

qarantı olan Azərbaycan  ordusunun  Naxçıvan bölməsinə  diqqət  və  qayğı ön planda  durur.  Məhz  bu  cəhəti  yüksək 

qiymətləndirərək  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  demişdir ki,  "son  illər  ərzində  Naxçıvanın 

hərbi  potensialı  böyük  dərəcədə  möhkəmləndirilmiş,  Naxçıvan  özünü  müdafiə  etməyə  qadirdir.  Gələcəkdə 

Naxçıvanın  hərbi  potensialının  inkişafı  üçün  əlavə  tədbirlər  görüləcəkdir.  Bu  isə  əlbəttə  ki,  müdafiə  potensialını 

daha  da  böyük  dərəcədə  təmin  edəcəkdir".  Ordumuzun  bugünkü  yüksək  inkişaf  səviyyəsi  imkan  verir  deyək  ki, 

bundan  sonra  Azərbaycan,  о  cümlədən  Naxçıvan  torpaqlarının  zərrə  qədər  də  itirilməsi  təhlükəsi  yoxdur.  Çünki 

Naxçıvan Muxtar Respublikası АН Мədisinin  Sədri Vasif Talıbovun vurğuladığı kimi,  "Azərbaycan əsgəri Ali  Baş 

Komandanın istənilən tapşırığını yerinə yetirməyə  hazırdır".  Ordumuzun qüdrətinə  arxalanan xalqımız, о  cümlədən 

blokada şəraitində yaşayan Naxçıvan əhalisi rahat yaşayır və gələcəyə inamla baxır.

ƏDƏBİYYAT

1.  Axundova E. Heydər Əliyev.  Şəxsiyyət və zaman. II hissə.  Bakı: Ozan, 2007,784 s.

2.  Naxçıvan ensiklopediyası: 2 cilddə.  C.  II, Naxçıvan, 2005,  376 s.

3.  Naxçıvan Muxtar Respublikası.  Bakı: Elm, 2001, 223  s.

4. 

Naxçıvan  sancağının müfəssəl  dəftəri  / Araşdırma,  qeyd  və  şərhlərin  müəllifi  H.Məmmədov  (Qaramanlı). 

Bakı: Elm, 2001,  376 s.

5.  Naxçıvan tarixi atlası.  Bakı: Bakı Kartoqrafiya Fabriki, 2010,  56 s.

6.  Piriyev V. Naxçıvan tarixindən səhifələr.  Bakı: Müəllim, 2004,  126 s.

7.  Piriyev V. Azərbaycanın tarixi coğrafiyası.  Bakı: Araz, 2002,  152  s.

8. Şərifli  M.  Naxçıvanşahlıq // Azərbaycan  SSR EA Xəbərləri.  Tarix,  fəlsəfə,  Hüquq  seriyası,  1966,  №4,  s.

27-33.

9. 

Vəlixanlı N.  X  əsrin  ikinci  yarısı-XI  əsrdə  Azərbaycan  feodal  dövlətlərinin  qarşılıqlı münasibətləri  və  bir 

daha  "Naxçıvanşahlıq"  haqqında  //  Azərbaycan  MEA  Xəbərləri.  Tarix,  fəlsəfə,  hüquq  seriyası,  2001,  №3,  s. 

120-129.

10.  Vəlixanlı N. Naxçıvan ərəblərdən monqollaradək (VII-XII əsrlər).  Bakı: Elm, 2005,  152  s.

11. Казвини  X.  Нузхат  ал-кулуб  /  Пер.  с  английского  З.М.  Буниятова,  пер.  с  персидского 

И.П. Петрушевского.  Баку: Элм,  1983, с.  37-65.

Хаджифахреддин Сафарли

ЗАМЕТКИ ОБ ИСТОРИЧЕСКОЙ ГЕОГРАФИИ 

НАХЧЫВАНСКОГО РЕГИОНА

В  статье  рассказывается  об  исторической  географии  Нахчыванского  региона.  Отмечается,  что  во 

время  средневековья  территория  Нахчыванского  региона  была  значительно  больше  и  охватывала 

территории  Даралаяз,  Кафан,  Мегри,  Сисиан  и  т.  д.  Так  как  впоследствии  эти  земли  были  переданы 

Армении,  территория  Нахчыванской  Автономной  Респуб  лики  в  настоящее  время  составляет  5,5  тыс.  кв. 

километров.

Ключевые  слова:  Нахчыван,  историческая  география,  Нахчыванский  санджак,  Нахчыванская 

Автономная Республика.


Hajifakhraddin  Safarli

NOTES ABOUT HISTORICAL  GEOGRAPHY 

OF NAKHCHIVAN REGION

It is told  about historical  geography  of Nakhchivan  region  in the  paper.  It  is noticed that  during  the  Middle 

Ages the territory of Nakhchivan region was much more  and covered territories  of Daralajaz,  Kafan,  Megri,  Sisian 

and  etc.  As  subsequently  these  lands  have  been transferred  to  Armenia,  the  territory  of Nakhchivan  Autonomous 

republic is now 5,5 thousand sq. kilometres.

Key words: Nakhchivan,  historical geography,  Nakhchivan sanjak, Nakhchivan Autono  mous Republic.

(Akademik İ.M. Hacıyev tərəfindən təqdim  edilmişdir)



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə