Naxçivan dialekt və ŞİVƏLƏRİNİn lüĞƏTİ



Yüklə 9,35 Kb.
Pdf görüntüsü
səhifə14/63
tarix14.06.2018
ölçüsü9,35 Kb.
#48954
1   ...   10   11   12   13   14   15   16   17   ...   63

CƏRİK (Naxçıvan) – yun adyal. 
CƏRGOV (Camaldın) – dörd öküz qoşulan cüt. 
CƏVCƏ//CƏVCİ//CƏHƏNG  (Naxçıvan)  –  ağızın 
k
ənarları. –Hava soyuyan kimi cəvcələri başdıyır çatdamağa.  
CƏVƏRƏ I (Culfa) - metalı yonmaq, təmizləmək üçün 
üz
əri diş-diş olan polad alət, yeyə. -Cəvərəynən bir şeyin zadın 
üsdün hamarrıyarıx. 
CƏVƏRƏ  II (Tivi) –  xırda  səbət.  –Bəğdan  meyvəni 
c
əvərəyə yığıp gətirərıx əvə. 
CƏVİZ (əksər şivələrdə) – qoz. –Bizdərdə heş kim qoz 
dem
əz, cəviz diyərix'. 
Az
ərbaycan dilinin bir çox şivələrində cəviz sözünə rast 
g
əlinir (1, s.74). 
CƏYƏN (Naxçıvan) – bərk. –Ət elə bil cəyən kimindi. 
CƏYƏN  PALAN  (Şahbuz)  –  içərisinə  ot qoyulub 
tikil
ən palan. 
CIBIRIX 
(Şahbuz) – yabanı bitki. –Cıbırıx çöldə olur. 
CIBIRIĞI CIXMAX I (Naxçıvan) – yanmaq. -Qəynər 
su tökülmüşdü cıbırığı çıxmışdı. 
CIBRIĞI  ÇIXMAX  II (Dəstə)  –  qabığı  düşmək.  –
Avqusda zadda ta başdıyəcax cəvizin cıbrığı çıxməğa.  
CIĞARA  (əksər  şivələrdə)  –  nazik  kağıza  bükülmüş 
tütün. –
Kişi cığarası ağzında bir xeylax fikirrəşdi. 
CIĞATAY  (Babək, Nehrəm)  –  qovurmanın  suyu.  –
Qa:
rmalığ eliyəndə çağır gələx' bir yaxcı cığatay yiyəx'. 
55 
 


CIĞCIĞA//CİYCİYƏ  I  (Culfa,  Şərur)  –  bəzək üçün 
taxılan qızıllar. –Cığcığaların da taxıb üsdünə gləmişdi. 
CIĞCIĞA  II (Bulqan,  Naxçıvan,  Tumbul)  –  gəlinin 
başına və cavan adamın cənazəsi üzərinə tökülən qızılı kağız. –
Bir adama qarqış tökəndə diyərix' cığcığaların tokülsün.  
CIĞLA  (Cəhri)  –  tənbəki.  –Axşama  kimin  cığlanı 
doldurur, xorruyur. 
CIQQILI//CINQILI//CIQQIŞ  (Naxçıvan,  Şərur)  – 
balaca, kiçik. –
Bizim cıqqılı-cıqqılı uşaxlarımız bırda oxuyur. 
CILFIR 
(Şərur) - yersiz danışan. -Cılfır adam həmməşə 
boş danışar. 
CILXA  (Bab
ək, Şahbuz, Şərur) - xalis.  -Cılxa sümüx' 
yığmışdı, bir qram də ət yoxuydu. 
CILIQQA (X
əlilli, Naxçıvan) – jilet. –Uşağa bir qəşəx' 
cılıqqa toxumuşam. 
CILIZ  (Ordubad)  – 
arıq.  –Ay  qız,  ta  bı  giyəvi: az 
t
əriflə, görmüşəm dayna, bir cılızın biridi. 
CINQIR 
(bütün şivələrdə) – səs. –Qorxudan bir adamın 
cınqırı çıxmadı. 
CIR (
əksər şivələrdə) – yabanı. –Bı armut cır armutdu. 
CIRASIN (K
ələki) – zirək. –Bı kişi cırasın adamdı. 
CIRHACIR//CIRRAMA  (Bab
ək,  Şahbuz,  Şərur)  – 
çox isti. –
Yayın bı cırhacırında çölə getməx' olar? 
CIRNAT  (N
əsirvaz)  –  ağacın  qurumuş  budaqları.  –
Payizd
ə cırnatdari təmizdəməx' lazımdı. 
56 
 


CIRTQOZ//CIRDAQOZ 
(
Hacıvar, 
Naxçıvan, 
Şəkərabad)  –  tez özündən  çıxan.  –O dəyqə  əsəbləşən, tez 
qızışan adama diyərix' cırtqoz. 
CIS 
(Şahbuz) – yaxşı, seçmə, çox məhsuldar. –Arıçılar 
hammısı çalışır cıs arı saxlasın kin,  məhsulu bol olsun. 
CIYNAX  (Ordubad)  – 
caynaq,  dırnaq.  –Cıynaxların 
batırıb uşağın ətinə. 
CIZ 
(Şahbuz) - şumlama zamanı kotanın açdığı şırım. 
CIZBIZ (
əksər şivələrdə) – kartofla ciyərin qovrulması 
il
ə  hazırlanan  yemək.  –Toydan  qabaxkı  gün  cızbız  verəllər 
bizd
ərdə. 
CIZDIX  (
əksər  şivələrdə)  –  heyvanın  quyruğu 
əridiləndən sonra qalan hissəsi. –Quyruğu əridip yağın süzərix', 
cızdığın da saxlıyarıx yumurta salarıx onnan. 
CIZDIXLI  (D
əmirçi)  –  cızıqlı,  cizgili.  –Bi dənə  də 
cızdıxlı köynəy alıp qoymuşdu üsdünə, gəlmişdi.  
CİBƏLƏX'  I  (Naxçıvan)  –  balaca, kiçik (daha çox 
uşaqlar  və  balacaboy  adamlar  haqqında  deyilir).  –Bı  cibələyə 
bax s
ən allah, mənə dütdülü gəlir. 
CİBƏLƏX'  II  (Şahbuz)  –  çoxbilmiş.  –Güya kin öz 
al
əmində cibələx'lix' eliyir. 
CİCİ  (Üstüpü)  –  nənə.  –Məni elə  xırdalıxdan  cicim 
saxlıyıp.  
 
CİDAV  (Şahbuz)  –  yəhərin sürtməsi nəticəsində  atın 
belind
ə  əmələ  gələn yara. –Atın  belində  cidav var qəşəx' 
qaçammır. 
57 
 


CİQOLU (Naxçıvan) – düdəmə, səfeh, avara. –Ciqolu 
olup kim
ə neynədi ki güya. 
CİL  (Kükü,  Naxçıvan)  –  rişə,  ağacın  əmici telləri.  –
Qoy bir üş-dört gün qalsın suda cil atsın, sora əkərsən. 
CİLAVDAR  (Şahbuzkənd)  –  gəlin  aparan  zaman  atın 
başını  çəkən,  cilovu  tutan  oğlan.  –Cilavdara gərəx' xələt 
ver
əsən. 
CİLİF (Ordubad) – divarın, qapının altından keçən su 
yolu. –Cilifi t
əmmizdəmax lazımdı ki, su yığılıp qalmasın. 
CİLOV  I  (əksər  şivələrdə)  –  qoşqu  ləvazimatının 
ağızlığa (gəmə) bənd edilmiş uzun hissəsi. –Atın cilovun tutdu, 
Aşığ Hüseyn tullanıp mindi ata. 
CİLOV  II//QABAX  ÖKÜZDƏRİ  (Şahbuz)  –  kotana 
qoşulan öküzlərin qabaqdan birinci cütü. –Cilov ən qabaxdakı 
öküzd
ərdi. 
CİLOV  III (Kəngərli, Sədərək)  –  dəfə.  –Neçə  cilov 
çağırmışam niyə hay vermirsən? 
CİMCİMƏ (əksər şivələrdə) – yabanı bitki. 
CİNCİLİM (Ordubad, Şahbuz, Şərur) – yabanı bitki. 
CİNKƏRƏSİ  QOYUN  (Külüs,  Şahbuzkənd)  – 
qulaqsız qoyun. 
CİNNƏNDİRMƏX' (əksər şivələrdə) - əsəbiləşdirmək, 
hirsl
əndirmək. –Otduğu yerdə adamı gör nətər cinnəndirir. 
CİNNİ  CƏFƏR  QOŞUNU  (Naxçıvan,  Tumbul)  – 
oğul-uşaq,  dəstə.  –Nə  Cinni Cəfər  qoşunu  kimin  tökülüp 
58 
 


Yüklə 9,35 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə