Naxçivan dialekt və ŞİVƏLƏRİNİn lüĞƏTİ



Yüklə 9,35 Kb.
Pdf görüntüsü
səhifə3/63
tarix14.06.2018
ölçüsü9,35 Kb.
#48954
1   2   3   4   5   6   7   8   9   ...   63

dialekt v
ə şivələri” adlı elmi monoqrafiya işıq üzü gördü. Həmin 
monoqrafiyada Naxçıvan qrupuna daxil olan dialekt və şivələrin 
fonetik, leksik, qrammatik xüsusiyy
ətlərinə dair elmi araşdırmalar 
öz 
əksini  tapmışdır.  Müqayisəli-tarixi üsuldan istifadə  edilərək 
yazılan bu monoqrafiya Azərbaycan dialektologiyasının tarixində 
yeni bir m
ərhələ  təşkil  edir.  Bir  çox  materiallar  qohum  dillərin 
faktları,  türk  dillərinə  aid qədim  yazılı  mənbələr, Azərbaycan 
klassik 
ədəbiyyatının materialları ilə müqayisə edilmişdir. Onu da 
qeyd etm
ək  lazımdır  ki,  əsər kollektiv əməyin  nəticəsi olaraq 
meydana  çıxmışdır.  Belə  ki,  əsərin  ayrı-ayrı  hissələri prof. 
M.Şirəliyev (fonetika), K.T.Ramazanov (morfologiya), R.Ə.Rüs-
t
əmov (sintaksis və Şahbuz şivələrinin mətnləri), B.M.İbrahimov 
(leksika, A-K h
ərfləri, mətnlər), A.H.Vəliyev (leksika, L-Ş hərf-
l
əri, terminlər) tərəfindən işlənib hazırlanmışdır. 
Sonrakı  dövrlərdə  də  Naxçıvan  dialekt  və  şivələrinin 
t
ədqiqi ilə  bir  sıra  alimlər məşğul  olmuş,  bu  mövzuda  nono-
qrafiya v
ə  namizədlik  dissertasiyası  yazmışlar.  Bunlardan 
T.H
əmzəyev, Ə.Quliyev, K.İmanquliyeva, M.Zeynalov, M.Əh-
m
ədovun xidmətini xüsusilə  qeyd etmək  lazımdır.  Belə  ki, 
T.H
əmzəyev Ordubad dialektini, Ə.Quliyev Şahbuz şivələrini, 
M.Zeynalov dialekt v
ə  şivələrimizin məişət  leksikasını, 
K.İmanquliyeva Şərur rayon şivələrini, M.Əhmədov Naxçıvan 
bölg
əsinin dialekt leksikasını tədqiq etmişlər. 
Ümummilli liderimiz Heyd
ər Əliyevin 7 avqust 2002-ci 
ild
ə imzaladığı Sərəncamla AMEA-nın Naxçıvan Bölməsi təş-
kil olunmuşdur. Naxçıvan regionunun maddi və mənəvi sərvət-
l
ərini daha effektli şəkildə öyrənmək bölmənin 6 elmi-tədqiqat 

əssisəsi qarşısında bir vəzifə olaraq qoyulmuşdur. Bu elmi-
t
ədqiqat  institutlarından  biri  də  İncəsənət, Dil və  Ədəbiyyat 
İnstitutudur. 7 şöbəsi olan bu institutun Dilçilik şöbəsinin plan 

 


işinin  mövzusu  Naxçıvan  dialekt və  şivələrini  əsaslı  surətdə 
yenid
ən elmi şəkildə tədqiq etməkdən ibarətdir. Keçən müddət 
ərzində 4 elmi işçisi olan şöbənin əməkdaşları vaxtaşırı əraziyə 
elmi ekspedisiyalar t
əşkil  etmiş,  müəyyən miqdarda dialekt 
materialı toplamış, bu materialları kameral şəkildə öyrənmişlər. 
Bu t
ədqiqatların  nəticələri məqalə  şəklində  təqdim edilməklə 
yanaşı, eyni zamanda “Naxçıvan dialekt və şivələri” adlı türkcə 
monoqrafiya  (Nahçıvan  ağzı)  şöbənin  əməkdaşı  müxbir  üzv 
Əbülfəz Quliyev tərəfindən  Ankaradakı  Türk  Dil  Qurumu 
n
əşriyyatında  iri  həcmdə  nəşr  edilmişdir.  Əbülfəz Quliyev 
Türkiy
ədə  eyni  zamanda  “Nahçıvan  ağızlarının  söz  varlığı” 
kitabını da nəşr etdirmişdir. Şöbənin əməkdaşı Nuray Əliyeva 
elmi-t
ədqiqatlarını  başa  çatdıraraq  2010-cu ildə  “Azərbaycan 
dilinin  Şahbuz  şivələri” mövzusunda dissertasiya müdafiə 
ed
ərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 
Onun  eyni zamanda “Az
ərbaycan  dilinin  Şahbuz  şivələri”  və 
rus dilind
ə “Naxçıvan şivələrinin frazeologiyası” adlı monoqra-
fiyaları  da nəşr  olunmuşdur.  Şöbənin digər  əməkdaşı  Rəşad 
Zülfüqarov Ordubad v
ə  Culfa  rayonlarının  dialekt  və  şivə 
xüsusiyy
ətlərinin tədqiqini başa çatdıraraq, 2015-ci ildə fəlsəfə 
doktoru dissertasiyası müdafiə etmişdir. Şöbə əməkdaşı Əbül-
f
əz Quliyev Nəsimi  adına  Dilçilik  İnstitunun  əməkdaşları  ilə 
birlikd
ə  “Naxçıvan  dialekt  və  şivələrinin  atlası”  kitabını  nəşr 
etmişlər. 
Bu  gün  oxuculara  təqdim  olunan  bu  əsər  də  aparılan 
geniş  tədqiqatların  nəticəsi  olaraq  ərsəyə  gəlmişdir.  Burada 
Naxçıvanın ayrı-ayrı rayon və kəndlərində işlədilən üç mindən 
artıq  dialekt  sözü  toplanmış,  onların  mənası  dəqiqləşdirilmiş, 
işlənmə  məqamları  aydınlaşdırılımışdır.  Toplanan  bu  sözlər 
dilimizin  tarixini,  xalqımızın  çox-çox  qədimlərə  gedib  çıxan 

 


keçmişini, həyatını, məişətini özündə əks etdirir. Tarixən dili-
mizdə  mövcud  olmuş  bir  çox  vahidlər  sonrakı  uzun  inkişaf 
döv
ründə  dildən  çıxmış,  arxaikləşərək  dilin  passiv  lüğət  fon-
duna  keçmişdir.  Bəzi  vahidlər  isə  tamamilə  unudulmuşdur. 
Belə  sözləri  dialekt  və  şivələrdən  seçmək,  onların  semanti-
kasını müəyyənləşdirmək dilimizin keçmişinə də işıq tutur, dil 
tariximizi öyrənmək üçün mühüm faktlar verir. 
 
Azərbaycan ərazisində artıq erkən orta əsrlərdə ümum-
xalq türk dilinin mövcud olması göstərir ki, bu dil qədim, yerli 
türk  etnoslarının  dilləri  əsasında  yaranmışdır.  Ona  görə  də 
Azərbaycan dilində, onun dialekt və şivələrində, digər türk dil-
lərində,  qədim  formalarını  qoruyub  saxlamış  çoxlu  leksik  va-
hidlər  mövcuddur  ki,  bunların  geniş  tədqiqi  dilimizin  yazıya-
qədərki vəziyyətinin öyrənilməsinə mühüm faktlar verə bilər. 
Dialekt v
ə  şivələrimiz xalq, millət üçün onu ən  yaxşı, 
h
ərtərəfli xarakterizə edən dəyərlər sistemidir. Öz xüsusiyyətini 
t
ədricən itirməsi  onların  məhz bu gün ciddi tədqiqata cəlb 
olunmasını  aktuallaşdırır.  Çünki  şivələrlə  ədəbi dil arasındakı 
h
əm fonetik, həm leksik, həm də qrammatik fərqlərin get-gedə 
azalması onların öyrənilməsində çətinlik yaradır. Məhz bu ba-
xımdan  Naxçıvan  dialektinin  leksikasının  da  öyrənilməsi, bu-
rada h
ələ də öz varlığını qoruyub saxlayan, xalqın yaddaşında 
yaşayan  dialektizmlərin  toplanması  dilçiliyimizin  qarşısında 
duran mühüm v
ə  aktual məsələlərdən  biri  idi.  Əminik  ki,  bu 
əsər gəlcəkdə bu sahədə aparılacaq tədqiqatlara da işıq tutacaq, 
onlar üçün qiym
ətli bir mənbə, mayak rolunu oynayacaqdır. 
Əbülfəz QULİYEV, 
AMEA-
nın müxbir üzvü 
Nuray ƏLİYEVA, 
filologiya üzr
ə fəlsəfə doktoru 
10 
 


Yüklə 9,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə