Naxçivan dialekt və ŞİVƏLƏRİNİn lüĞƏTİ



Yüklə 9,35 Kb.
Pdf görüntüsü
səhifə9/63
tarix14.06.2018
ölçüsü9,35 Kb.
#48954
1   ...   5   6   7   8   9   10   11   12   ...   63

BAĞARA  (Biləv, Tivi) –  sap  sarılmış  çarx.  –
Dün
ənnərim tükannan üç dənə bağara tel aldım. 
BAĞAYARPAĞI  (əksər  şivələrdə)  –  yabanı  bitki.  –
Bağayarpağı irinniyən yara:n üsdünə qoyurux. 
BAĞIRÖFGƏ  (Badamlı)  –  heyvanın  bağırsağını, 
ciy
ərini birlikdə bişirmək, içalat qovurması. –Bağıröfgə bizim 
uşaxlar yemir diyə az-az pişirərəm. 
BAĞLAMA  I  (Culfa)  –  yastıq.  –Bağlama  bizdərdə 
balınca diyəllər. 
BAĞLAMA  II  (Şahbuz)  –  bordaqda  saxlanıb 
kök
əldilmiş  heyvan.  –Bir  bağlama  qoç  göndərmişdi  gəlinin 
qurban payına. 
BAĞLAŞMA  (Culfa)  –  şeirlə  deyişmə.  –Bağlaşmada 
əvvəllər aşıxlar deyişirdi, indiki meyxana diyənnər kimin. 
BAĞRIQARA  (Vayxır)  –  göyərçin fəsiləsindən bir 
quş.  
BAĞRIN  TEYLƏTMƏK  (Böyükdüz,  Xıncab, 
Qarabağlar,  Şahtaxtı)  -  bağrını  yarmaq,  ürəyini partlatmaq. –
Oqq
ədəm diyəssən, axırda bının bağrın teylədəssən. 
BALAX  (Ordubad)  –  6-
7  aylıq  camış  balası.  –Balax 
camışın balasıdı. 
Az
ərbaycan dilinin Ağdam, İsmayıllı, Lənkəran, Tovuz 
şivələrində də balağ variantında eyni mənada işlənir (3, s.37). 
BALAXANA  (Nehr
əm)  –  mətbəx.  -Özdərinə  təzə 
balaxana tikipl
ər əvin yanınnan. 
Balaxana Az
ərbaycan dilinin Kürdəmir, Sabirabad
33 
 


C
ənubi Azərbaycan  şivələrində  evin üstünə  əlavə  tikilən 
balkonlu otaq m
ənasında qeydə alınmışdır (1, s.30). 
BALAVQİ (Düdəngə, Havuş) – köməkçi. 
BALBAS  (N
əsirvaz, Tivi) –  iri gövdəli, quyruqlu 
qoyun cinsi. –
Balbas qavırmalığa qəşəx' olur. 
BALDIRQAN 
(Şahbuz)  –  yabanı  bitki.  –Baldırqanın 
el
ə gözəl turşusu olur ki. 
BALIN ŞƏHDİ (Biçənək) – balın qatı hissəsi. 
BALTALAMAX 
(Naxçıvan)  –  iri-iri, səliqəsiz 
doğramaq. –Dovğa:n pencərin gərəx' narın çırtasan, baltalasan 
pinti olar. 
BAMBILI (Culfa, 
Naxçıvan, Ordubad, Şərur) – yüngül 
adam.  –
Özün  aparammıyan  yüngül  adama  bizdə  bambılı 
diy
əllər. 
BANALAMAX  (Üstüpü)  – 
hazırlamaq.  –Sən  bı  sahat 
çör
əx' banala, mən də gələcağam. 
BANBAN  (Ordubad)  – 
baramanın  bir  növü.  –
Banbannarı ayrı bir yerə yığ. 
BARATA 
(Badamlı,  Nursu,  Türkeş)  –  palçıq  layı.  –
Baratadan k
ərpic kəsillər. 
BARDAX  (
əksər  şivələrdə)  –  su  qabı.  –A bala, qaç 
bulaxdan bir bardax s
ərin si gətgə. 
BARDAN 
(Naxçıvan) – iri kisə. –Yunu qırxıb yığmışıx 
yek
ə bardannara. 
BARXANA  (
əksər  şivələrdə)  –  ev  şeyləri,  yorğan-
34 
 


döşək. –Barxananı yığarıx bir qıraxdan səlqəynən durar. 
BARMAXCIL//BARMAXÇILIX  (Nursu)  –  1. i
ş 
zamanı barmaqları qorumaq üçün dəridən hazırlanmış əşya; 2. 
qaşsız  nişan  üzüyü.  –Barmaxcıl  ən  çox  başmax  düzəldəndə, 
çöld
ə işdiyəndə taxıllar kin, barmaxlar yara olmasın. 
BARRAMAX 
(Naxçıvan) - xəstəlik nəticəsində və yeni 
doğulmuş  uşaqlarda  ağızda  əmələ  gələn  ərp.  –Təzə 
doğulannarda olur gö:rsən ağzı barrıyır, onda sodaynan silirik. 
BASARATI BAĞLANMAX (əksər şivələrdə) – bəxti 
g
ətirməmək,  əl-qolu  açılmamaq.  –Elə  bil  ki,  yazığ  uşağın 
basaratı bağlanıp, heş bir işi düz gətirmir. 
BASDIX  (Ordubad)  –  un v
ə  doşabdan  hazırlanan 

ərisinə qoz vurulan çərəz. –Basdıx da sucux kimindi, sucux 
n
əzix' olur, basdıx birəz onnan yoğun olur. 
BASDIRMA  (Yengic
ə)  –  kabab  üçün  axşamdan  sirkə 
v
ə soğana basdırılmış ət. –Gecədən basdırma eliyirix' ki, unda 
kabap illap daddı olur. 
BASĞI  (Yengicə)  –  yastıq.  –Basğıdan  başım  tüşüp 
gec
ə, ölürəm boynumun ağrısınnan. 
BASMAX  (B
ənəniyar,  Ərəfsə, Milax, Naxçıvan, 
Teyvaz)  –  hücum etm
ək.  –Bı  itdərin  qabağın  almasax  inan 
gec
əyənən basıp sürünü boğallar. 
BASMƏMMƏDİ  (Naxçıvan)  –  başdansovdu,  tələm-
t
ələsik.  –Vaxdında  basməmmədi eliyiplər ona gora da indi 
quzuluyup tökülür. 
Bu söz eyni m
ənada Bakı, Cəbrayıl, Qazax, Sabirabad, 
Salyan, Şəmkirdə də işlənir (1, s.36). 
35 
 


BAŞARIŞIX  (Naxçıvan)  –  bacarıq.  –Mə:m həylə 
işdərdə səndiyən başarışığım yoxdu. 
BAŞDANSƏQQƏT (Anaqut, Badamlı, Dırnıs, Düylün, 
S
ələsüz) – yüngül. –Əşşi onnan bir şey çıxmaz, başdansəqqətin 
biridi o. 
BAŞDIX  (əksər  şivələrdə)  –  oğlan  evinin  qız  evinə 
ver
əcəyi hədiyyə  və  toy xərci.  –Əvvəllərdən  oğlan  əvi  qızın 
qahım-qardaşına  pal-paltar  alardı,  qızın  toyunun  xərcini-ətini, 
çör
əyini verərdi, amancax indi pul verillər. 
BAŞƏYAX (Culfa, Şahbuz, Şərur) – xaş, kəlləpaça. –
Başəyağı tezdən durup yeməx' lazımdı. 
BAŞIBAĞLICA  (Ordubad)  –  kərtənkələ.  –
K
ərtənkəliyə bizdə bəzi adamnər başıbağlıca deyir. 
BAŞI  BOŞ  AT  (Şahbuz)  –  istənilən zaman saxlamaq 
mümkün olmayan at. –
Onnan yola çıxmağ olmaz, başı boş atdı. 
BAŞINA  HEYDƏR  (Xəlilli, Nəzərabad,  Şıxmahmud) 
– 
özbaşına adam haqqında deyilir. –Başına Heydərdi hara gəldi 
ged
ər. 
BAŞQOV  (Babək, Kəngərli,  Şahbuz)  -  əkin sahəsinin 
baş  tərəfində  qazılmış  arx.  -Başqovdan  gəlir  bı  arxların 
hammısına su.  
BAŞŞAQ (Nursu) – biçin zamanı yerə tökülən sünbül. 

Piçin qutarıp, gəlin başşağa gedəx'. 
BAŞYOLDAŞI  (Şahbuz)  –  həyat  yoldaşı.  –Bizdə  kişi 
arvadına, arvat da ərinə başyoldaşım deyir. 
BAVAR  ELƏMƏX'  (Sirab)  –  davam gətirmək, 
36 
 


Yüklə 9,35 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə