Naxçivan dialekt və ŞİVƏLƏRİNİn lüĞƏTİ



Yüklə 9,35 Kb.
Pdf görüntüsü
səhifə27/63
tarix14.06.2018
ölçüsü9,35 Kb.
#48954
1   ...   23   24   25   26   27   28   29   30   ...   63

GÖLƏŞ  (Оrdubаd,  Şərur)  –  göl.  -Burаlаr  dəryа  оlub, 
göləş оlub. 
GÖLÜХ' (Sələsüz) – еvcik. -Gölüх'də özümüz yаtırıх. 
GÖRK 
(Şahbuz) - nümunə,  görünüş. –Cəməhətə  görk 
olsun diy
ə həylə yalannan işdiyir. 
GÖTÜRÜM  I (
əksər  şivələrdə)  -  başa  düşən, görüb 
götürm
ək qabilyyəti olan. –Elə  götürümlü  uşaxdı,  nə  desən 
yadında qalır. 
GÖTÜRÜM  II (
əksər  şivələrdə)  –  yeriyə  bilməyən, 
oturaq x
əstə.  –Noxoşduyannan  sora  qışdarı  tutuldu,  indi 
götürüm qalıp. 
GÖVƏNNİK  (Nehrəm)  –  çəmənlik.  –Malı  ötür 
göv
ənniyə orda otdasın da. 
GÖY 
(Şahbuz) – xəsis. –Mənaf kişi elə göydü ha, malı 
çıxsa canı çıxar. 
GÖYCƏ  (əksər  şivələrdə)  –  alçaya bənzər meyvə.  –
Naxcuvanın göycəsi məx'şurdu.  
GÖY  DAŞ  (Biçənək, Bist, Dəmirçi)  –  kəsici alətləri 
itil
əyən daş. –Dəmir əşyaları itiləməx' üçündü göy daş. 
GÖYƏRƏMTİLİX'  (Nehrəm)  –  yaşıllıq.  –Bir 
göy
ərəmtilix' yer tapax oturax. 
GÖY HANASI  (
əksər  şivələrdə)  –  xalça, palaz 
toxumaq üçün yer
ə  perpendikulyar düzəldilən hana. –Göy 
hanasının yan ağaşdarın bərkitməx' lazımdı yerə. 
GÖZDƏX' (Biçənək)  –  aşırım.  –Gözdəx'dən o yanda 
112 
 


bizim x
ərməndi.  
GÖZƏMƏX'  (Nürgüt,  Yaycı)  –  tikmək.  –Torba:n 
ağzın gözədim ki, tökülməsin, göndərdim getdi.   
GÖZÜQIPIX 
(Naxçıvan)  –  qorxaq, hər  şeydən 
ç
əkinən. –Döyməx'dən uşağı gözüqıpıx eliyip. 
GÜCÜ 
(Şahbuz)  –  xalça, palaz toxumaq  üçün 
hazırlanan davamlı ip. –Gücü hanada olur. 
GÜCÜLLƏMƏX'  (Aza,  Biləv)  -  аrtmаq,  çохаlmаq.  -
Хаnım çох işdiyib, ахırı nохsаnnаrı gücüllüyüb. 
GÜDАRА  (Vənənd)  -  tənək  çubuğu.  -Mən  bаğımızdа 
güdаrа bаsdırdım. 
GÜDÜL//GUDUL  I (C
əhri,  Ərəzin,  Gömür, Keçili, 
N
əzərabad)  –  şikəst.  –Qışdarı  maharbədə  güdül  olmuşdu 
əmimin o vaxdı. 
GÜDÜL  II 
(Şahbuz)  –  küpə.  –Əvı  iramont  eliyəndə 
h
əyətdən bir güdül tapbışdıx. 
GÜLAB (Bab
ək, Kəngərli, Şərur) - əkinə verilən ikinci 
su. –
Gülabın da öz vaxdı var. 
GÜLABCAN  (Bil
əv, Nəsirvaz)  –  gülabdan, gülab 
tökm
ək üçün qab. –Yasda, məylisdə  gülabcana gülab töküp 
payl
ərıx. 
GÜLABI (Heyd
ərabad, Sədərək) – üzüm növü. 
GÜLBACI  (
Hacıvar,  Naxçıvan)//GUBA  (Qarabağlar) 
– 
qardaş arvadı. –Gubam qonax çağırıb bizi. 
GÜLBƏSƏR  (əksər  şivələrdə)  –  xiyar.  –Bı  il 
113 
 


gülb
əsərin hammısın çor vırdı isdidən. 
GÜLƏCƏ  (Оrdubаd)  -  kеçmişdə  qаdınlаrın  еvdə 
gеydikləri qоlsuz kоftа. -Güləcəni kеçmişdə çох gеyərdilər. 
GÜLƏBZАY  (Üstüpü)  -  mürəbbə  qаbı.  -Güləbzаy 
sахsıdаn оlаr, şüşədən оlаr. 
GÜLQƏND (Cəhri) – qızılgülün ləçəklərini şəkər tozu 
il
ə  susuz  qarışdırıb  hazırlanan  şirniyyat.  –Gülü pesoxnan 
qarışıdırıb yığıram bankalara, olur gülqənd.  
GÜLMIX  (
əksər  şivələrdə)  –  balaca  mıx.  –Şüşəni 
gülmıxnan vırmax lazımdı kin, görsənməsin. 
GÜLÜL  (Nüsnüs)  – 
dolu  şəklində  yağan  yağış.  –
G
ələndə yolda düşdıx gülülə. 
GÜLÜSOR (M
əzrə) – ağbuğda. 
GÜM 
(Naxçıvan)  –  böyük mis səhəng,  su  qabı.  –
Q
ədimdə işdədirdilər gümü.  
Bu sö
z gü:m variantında Mingəçevir, Oğuz şivələrində 
d
ə işlənir (1, s. 208). 
GÜMANAŞƏK  (Babək,  Naxçıvan)  –  təxmini.  –
Qardaşımın  təzə  tix'diyi  otağı  görməmişəm, elə  gümanaşək 
deyir
əm. 
GÜNAR 
(Şahbuz)  –  ipək qurdu tərəfindən  yarpağı 
yeyilmiş budaq. –Günarı da qurt yiyənnən sora atarıx təndirə-
zada. 
GÜNDİRRİX'  (Babək, Culfa,  Naxçıvan)  –  yaxşı 
yaşayış, dolanacaq. -O qudam mə:m bı yazıx qızıma gündirrix' 
vermiyip ki.  
114 
 


GÜNƏVƏR (əksər şivələrdə) – gün düşən yer. –Bizim 
h
əyət günəvərdi, ona görə bırda pencər tez eyniyir. 
GÜNNÜХ'  (Nursu,  Sirаb)  -  şаpkаnın  qаbаq  hissəsi, 
çətir. -Sənin şаpqаvın günnüyü qısаdı. 
GÜNSÜMƏX'  (Daylaqlı,  Kırna)  –  gün vurmaq. –
Düzüpl
ər unu eşiyə, günün altda qalıp günsüyüp. 
GÜPƏMƏK//GUPAMAQ  (Naxçıvan)  –  vurmaq, 
döy
əcləmək. –Bının kürəyinə oqqədər gupuyup ki, yazığın halı 
yoxdu d
ərbəşə. 
GÜRŞAD  (Şahbuz)  –  şiddətli  yaşan  yağış.  –Gürşad 
başdadısa sel gəlməmiş əl çəx'məz. 
GÜŞDÜ  (Ordubad)  –  şaftalı.  –Kəndimizin hər cür 
meyv
əsi-güşdüsünnən tut heyvasına qədər məx'şurdu. 
GÜVARA  (Milax)  – 
yaxşı  nəticə  verən,  uğurlu.  –
Güvara axırı yaxcı olanda deyillər. 
GÜYÜM (Bulqan, Tumbul) - 
mis səhəng. -Güyüm çох 
su tutur. 
GÜZDƏX' I (Nüsnüs) – qırxılmış quzu. 
GÜZDƏX' II (Bulqan) – yazda, payızda göyərən ot. –
Güzdəx' yaz yoncasıdı. -Güzdəх' hеyvаnı kökəldir, yахcı оtdu. 
Bu  söz  eyni  mənada  Daşkəsən,  Füzuli,  Gədəbəy, 
Zəngilan şivələrində də işlənir (1, s.209). 
GÜZƏM'>GÜZDÜX' 
(Şahbuz) – payız səpini. -Güzdüx' buğdanın 
indi 
vaxdıdı. 
 
GÜZƏM I (Gömür, Naxçıvan) – payızda qırxılan yun. 
115 
 


–Güz
əmi payızda qırxallar. 
Güz
əm bu mənasında  bir  çox  dialekt  və  şivələrimizdə 
işlənir (1, s.210). 
GÜZƏM  II (Aza) – quzunun birinci qırxımı. –Güzəm 
saçax olmur, una gör
ə unnan döşəx' salarıx. 
 
 
116 
 


Yüklə 9,35 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə