Naxçivan-türk islam məDƏNİYYƏTİ abiDƏLƏRİNDƏ prototüRK



Yüklə 83,5 Kb.

tarix08.07.2018
ölçüsü83,5 Kb.


FİRUDİN RZAYEV 

                                                              AMEA Naxçıvan Bölməsi 

                                                                            firudinrzayev@gmail. Com 

 

NAXÇIVAN-TÜRK İSLAM MƏDƏNİYYƏTİ ABİDƏLƏRİNDƏ PROTOTÜRK 



 MİFİ VƏ DAMĞA İŞARƏLƏRİ 

 

 

 

Böyük  mədəniyyətləri  yaradan  qədim  tayfalar  və  onların  məhdud  zaman  əhatəsində  tarixi 

sivilizasiyaları  bəşəri  mədəniyyətin  təkamülü  üçün  yüksək  bir  əhəmiyyətə  malik  olsa  da,  onların 

bir-birini  əvəzlədiyi  dövrdəki  yeni  sivilizasiya  “təşəbbüskarlığı”-dağıntılara,  bütün  qurulanların 

məhvinə  də  gətirib  çıxarır.  Böyük  siyasi  proseslərin  meydanı  olmuş  qədim  Naxçıvan  ərazisi,  on 

minillər  öncə  yaşadığı  mədəniyyəti  tam  olaraq  öz  üzərindən  silib  atmamış,  onun  müəyyən  dövr 

işarələrini    dövrümüzə  qədər  daşımışdır.  Təbii  ki, tarix  heç  nəyi  öz  səhifələrindən  birdəfəlik  silib 

atmır. İstənilən yeni siyasi qurumlar qədim mədəniyyətləri tamamilə məhv edə bilmir, onların izləri 

torpağın hansısa qatında əski mədəniyyət təkamülündən xəbər verir. 

Qədim  Naxçıvan  ərazisi  məhz  dünya  sivilizasiya  mərkəzlərindən  biri  olmuş,  İosif    Flaviy 

Naxçıvan ərazisini “bəşər nəslinin ilk beşiyi” adlandırıb, şəhəri isə “Nuhun saldığı ilk şəhər” kimi 

təqdim etmiş (18, s. 14; 19,  s. 57, 93), K.Ptolomeyin “Coğrafiya”sında  şəhər “Naksuana” şəklində 

təkcə Qafqazın deyil, bütün Şərqin ən böyük şəhərlərindən biri kimi təqdim olunmuşdur (6, s. 303-

312; 24, s. XXII). Daha sonra bu ad V əsr  tarixçiləri M.Xоrenski, F.Buzənd və Eqişenin, eləcə də 

XIII əsr Alban tarixçisi K.Gəncəlinin də yazılarında tarixi bir şəhər olduğu qeyd edilmişdir. Biz bu 

qədimliyin  xeyli  sayda  mənbə  və  antik  müəlliflərin  əsərlərində  yer  aldığına  dair  məlumatlardan 

bəhs etmişik (10, s. 21-23). 

Bu  gün  də  bu  qədim  diyar  öz  prototürk  mədəniyyəti  abidələri  ilə  dünyanı 

heyrətləndirməkdədir.  Naxçıvan  ərazisindəki    m.ö.  V  minilliklərə  aid  arxeoloji  tapıntılar,  qədim 

Duz  mədənləri,  ibtidai  insan  mağaraları  ilə  yanaşı  mədəniyyət  abidələrindəki  prototürk  damğa 

işarələri də bu qədimliyin tarixi  möhürləridir. Biz bu  məqalədə öncə sovetlər dövrü nəşr olunmuş 

kitablarda  bu  mövzunun  tədqiqinə  qısaca  nəzər  salmaq,  sonra  isə  qədim  türk  damğa  işarələrinin 

məqbərə,  türbə  və  məscid  naxışlarında  yer  alma  səbəbi,  onların  hansı  tayfalara  aidliyindən  bəhs 

etmək istərdik. 

Bütöv  Azərbaycan  və  onun  ayrılmaz  tərkib  hissəsi  olan  Naxçıvan  ərazisi  qədim  memarlıq 

mədəniyyəti siyasi baxımdan rus, fars, erməni və gürcü müəlliflərinin tədqiqatlarında yer almışdır. 

Bütöv  Azərbaycan  eləcə  də  onun  bir  parçası  olan  Naxçıvan  da  daxil  olmaqla  63  qədim  Tanrı 

məbədi  rus    müəllifi  N.M.Tokarskiy  tərəfindən  “araşdırılmaqla”,  rus  siyasətinə  uyğun  “qədim 

erməni  arxitekturası” adı  ilə ermənilərə aid edilmişdir.  Aşağıda göstərilən  Anu  məbəd  və  məscidi, 




Anaberd və Aras məbəd və qala məbədi, Talin məbədi və b. bu kimi 20-dən yuxarı abidələr qədim 

Naxçıvan ərazisinə məxsus abidələrdir. Burada Ana/Anu qədim türk tanrı adı  

 

 

      Anu məbədi                                 Anu məscidi                                    Talin məbədi 



 

                          Anaberd qala məbədi                              Aras məbədi 

şumerlərdən  başlayaraq  Azərbaycan,  Orta  Asiya,  Türkiyə,  Altay,  yakut,  abxazlara  və  s.  qədər 

yayılmış  insanı  yaradan  Tanrıdır.  Bu  demək  olar  ki,  bütün  türklərin  “Ana”  adında  öz  izini 

saxlamaqdadır. An/Anu mifi türklərdən yunanlara (Ananka), farslara (An Arqıl Oyun), ermənilərə 

(Anaxat)  kimi  adlamışdır  (21,  s.  75).  Mənbələrdə  Aras  məbədi  adındakı  Aras  tanrısı  haqsızlıqla 

barışmayan türk-Azərbaycan qəzəb tanrısı, Talin adındakı Talay isə qədim türk müdrik tanrısı idi və 

bu  da  “Talut”  kimi  farslara,  “Talos”  kimi  yunanlara  adlamışdır  (21,  s.  75,  98;  22,  s.  491).  Lakin 

kitab müəllifi bu tanrı adından yaranmış Anu məbəd və məscidini Anaberd qalasını, eləcə də Aras, 

Talin  məbədlərini  erməni  məbədləri  olaraq  təqdim  etmişdir  (25,  s.  377-470).  Bu  məbədlər 

üzərindəki  naxış,  simvolik  rəmzi  işarələr  bu  gün  Naxçıvan  memarlıq  abidələri  üzərindəki  qədim 

türk damğa işarə və naxışları təkrarlamaqdadır .  

Biz  tarixi  mədəniyyətimizə  qarşı  bu  cür  təhriflərə,  fransız  müəllifi  Anri  De  Moranun 

yazılarında  da  rast  gəlirik.  O,  577  səhifəlik  monoqrafiyasında  dünya  dekorativ  sənətkarlığından 

bəhs  edərək,  Naxçıvandakı  Möminə  Xatun  türbəsi  naxışlarını  ümum  müsəlman  qrupuna,  qədim 

Qıpçaq,  massaget,  sak,  xaçmataq,  Altay  türklərinə,  eləcə  də  Naxçıvanın  Gəmiqaya  ərazisində 

daşlarda  olan  m.ö.  III  minilliyə  aid  prototürklərə  məxsus  xaç  işarələrini  xristianlığa  aid  etmişdir. 

Burada  Cənub  Azərbaycan  antik  daş  rəsmləri,  geyim,  dəmir  üzərindəki  sənətkarlıq  və  memarlıq 




rəmzi  işarələri  Əhməni-fars  mədəniyyəti  kimi  göstərilməklə,  xalqımızın  memarlıq  mədəniyyəti  və 

onun tarix saxtalaşdırılmışdır (15, s. 16,22, 129-156). 

Əgər  xatırlasaq,  bu  istiqamətdə  ötən  əsr  Azərbaycanda  nəşr  olunmuş  memarlığa  dair 

qiymətli    kitablarda  da  Naxçıvan  memarlığına  ayrıca  diqqət  çəkilmişdir.  Lakin  1936-1980-cı  illər 

sovetlər  dövrü tərtib  edilmiş  kitablarda  ümumtürk  mədəniyyəti  ilə  bərabər  Azərbaycan  türklərinin 

də  tarixi  mədəniyyətləri  geri  atılmış,  onlara  dair  yanlış  faktlar  göstərilmişdir.  Burada  müəyyən 

müsbət  tərəflərlə  yanaşı  Türk  İslam  mədəniyyəti  abidələrinin  erməniləşdirilməsi  ilə  də  rastlaşırıq. 

Ordubadın  Əylis  kəndindəki  abidələrin  rus  dilində  “село  Aкулисы”  kimi  yazılışı,  Tanrı 

məbədlərinin  “xristian”  abidələri,  Əlincə  qalasının  “Ерынджак”,  Xaraba  Gilan  adının 

M.Xorenskiyə istinadən “Киран” və s. adlar kimi təqdim olunması halları (2, s. 83-86, 92, 96) ərazi 

memarlığını siyasi yolla saxtalaşdırmağa xidmət etmişdir. Təbii ki, burada rus siyasi oyunu və hansı 

formadasa kitabın nəşrində erməni amili də yer almışdır.  

 Naxçıvan  memarlıq  abidələrini  tədqiq  edən  Ə.Salamzadənin  yazılarında  Möminə  Xatun, 

Yusif  Küseyr,  Qarabağlar,  Culfa,  Ordubad  memarlıq  abidələri  və  digər  türbə  və  məqbərələrdəki 

həndəsi  fiqurlardan, daşların  hazırlanması  və  düzülüş  formasından  bəhs edilsə  də, buradakı  damğa 

işarələr  haqqında  heç  bir  fikir  söylənməmişdir  (12,  s.  10-13,  20-21,34-37,  62-73).  Biz  bunun 

təkrarını  S.Qazıyevin  yazılarında  da  izləyirik.  O,  Azərbaycanın  bütün  rayonlarındakı  türbə, 

məqbərə, minarə və məscidlər haqında bəhs etməklə, XI-XII əsr Culfa türbəsindən danışsa da, hansı 

türbədən  bəhs  etdiyi  göstərilməmiş,  Naxçıvan  ərazisindəki  Möminə  Xatun  məqbərəsi  kitabda 

Atabəylər  türbəsi  kimi  verilmiş,  Qarabağlar,  Xaraba  Gilan,  Xanəgah,  Şıxbabalı,    Qızıl  Vəng, 

Atababa  türbələrindən  bəhs  edilmişdir.  Kitabda  eyni  zamanda  Şahtaxtı  ərazisində  türbə  və 

qəbiristanlıq (ad verilmir) göstərilsə də, hər hansı işarə, naxış və s. haqda heç bir fikir deyilməmiş, 

yalnız  neçə  mərtəbə olduğu  qeyd edilmiş,  bu tarixi  mədəniyyətin kimlərə, hansı  xalqa aid olduğu 

göstərilməmişdir (8, s. 33, 52-64).  

Naxçıvan  memarlıq  sənəti  haqqında  Cəfər  Qiyasinin  sovet  dövrü  yazdığı  “Nizami  dövrü 

memarlıq  abidələri”  kitabı  da  Naxçıvan  memarlıq  sənətini  əks  etdirən  qiymətli  əsərlərdən  biridir. 

Burada Naxçıvanın Möminə Xatun, Yusif Küseyir, Gülüstan, Xaraba Gilan, Qarabağlar və s. türbə 

və  məqbərələri,  onların  quruluşu  həndəsi  ornamentləri,  kərpic,  kaşı  bəzəyi  və  s.    haqqında  geniş 

məlumat verilmiş, lakin damğa işarələr məsələlərinə toxunulmamışdır (3, s. 90, 95, 100). 

Xüsusi  olaraq  qeyd  edək  ki,  müstəqillik  əldə  etdikdən  sonra  Azərbaycan  və  onun  ayrılmaz 

tərkib  hissəsi  olan  Naxçıvan  ərazilərindəki  milli  inkişafı  heç  bir  dövrlə  müqayisə  etmək  olmaz. 

Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin  Sədri  cənab  Vasif    Talıbovun  şəxsi  təşəbbüsü,  əsl 

vətəndaşlıq  səyi  nəticəsində  qala,  məqbərə,  türbələrin  bərpası  milli  tariximizə  və  kökümüzə 

qayıdışın bariz nümunəsidir.  




Təkcə  son  illərdə  bu  istiqamətdə  nəşr olunmuş kitablardakı  məqbərə  və  türbələrə  dair elmi 

fikirlər,  Naxçıvan  memarlıq  məktəbi  ornamentlərinin  müqayisəli  təhlilləri  bu  sənətin  Cənub 

Azərbaycanın  Təbriz,  Marağa,  Salmas  və  s.  ərazilərlə  yanaşı  Türkiyə,  Türkmənistan,  Qazaxıstan, 

Özbəkistan ərazilərindəki məqbərə, türbə və mavzoley tikililərində də təkrarını göstərir.  

Bu  istiqamətdə  geniş  tədqiqat  aparan  Q.Əliyev  özünün  “Başlanğıcların  başlanğıcı: 

Naxçıvan-Marağa  memarlıq  formalarının  mahiyyəti”  monoqrafiyasında  təbiətlə  cəmiyyətin 

memarlıq  abidələrindəki  harmoniyasına  və  həndəsi  harmoniyaya,  Naxçıvan  və  Marağa  memarlıq 

sənətində  İslam  amilinə  və  digər  amillərin  roluna,  burada  “təsəvvüf”  düşüncəsi,  onların  qrafik 

üslubu  və  forma  probleminə  xüsusi  diqqət  çəkmiş,  şərq  fəlsəfi  məsələlərinə  toxunmuşdur.  Xeyli 

yeni elmi fikirlər ortalığa qoyan müəllif burada təbiətlə həndəsi naxış paralelliyinə də xüsusi diqqət 

yetirmişdir (5, s. 204-206, 229-232, 251, 347).  

Bu  problemlə  bağlı  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin  Sədri  cənab  Vasif  

Talıbovun Gülüstan türbəsinin bərpası ilə bağlı 7 oktyabr, 2015-ci l tarixli xüsusi sərəncamı da milli 

özünə  qayıdışa  layiqli  bir  tövhə  idi.  Bu  istiqamətdə  yazılmış  “Gülüstan”  kitabında  türbənin  tarixi, 

onun epiqrafik yazıları, memarlıq  forması, bu adla bağlı digər Naxçıvan abidələri  və tarixdəki yeri 

İ.Hacıyev, F.Səfərli, V.Baxşəliyev, Q.Əliyev və b. tərəfindən geniş təhlil olunmuşdur (7, s. 6-43). 

Bütün  bunlarla  bərabər  biz  Naxçıvan  memarlıq  abidələrinə  diqqət  etdikdə,  buradakı 

naxışlarda əski türk damğa işarələri ilə də rastlaşırıq ki, bu abidələri ucaldan memarların türk tarixi 

və  mifik  təfəkkürünə  dərindən  bələd  olduğunu,  bu  naxışların  əski  türk  damğa  və  yazı  işarələrinə 

uyğun, onların birləşməsindən ortalığa çıxdığını görürük. Bu isə Naxçıvan memarlarının qeyri-adi 

təfəkkür  və  ətraflı  biliyə  sahib  olmaqla  milli  kökə  bağlılığını,  bu  amilə  söykənən  əsl  sənətkarlar 

olduqlarını təsdiq edir. 

Naxçıvanın  memarlıq  abidələri  dedikdə  ilk  olaraq  XII  əsr  böyük  memar  Əcəmi  Əbubəkr 

oğlunun tikdiyi Möminə Xatun məqbərəsi göz önünə gəlir. Bu qeyri-adi tikili bu gün də yerli əhali 

ilə  bərabər  əcnəbiləri  də  öz  quruluşu  və  naxışları  ilə  heyrətləndirməkdədir.  Məqbərənin  qapı 

yanındakı eləcə də digər tağlarında olan naxış işarələr, dairəvi naxışlar arasında göstərilən işarə və 

damğalar,  bu  paralel  naxışların  kəsişmə  nöqtəsindəki  damğa  işarələr  ən  əski  As,  Türdi,  Bastul 

türklərinin  sahib  olduğu  əlifba  işarələrin  bir  qismini  təkrarlamaqdadır.  Qeyd  edək  ki,  məqbərə  və 

türbələrə  dair  yazılmış  kitab  və  mənbələrdə  məqbərənin  Yusif  Küseyir  türbəsindən  24,  Marağa 

türbəsindən  19  il  sonra  tikildiyi  qeyd  edilir  (3,  s.  90,  95,  100).  Lakin  göstərilən  türbələrin  naxış 

işarələrinin  bir  qismi  olduğu  kimi  Möminə  Xatun  türbəsində  təkrarlansa  da  buradakı  xeyli  sayda 

naxışlar  yeni  olmaqla  onun  görünüşü  və  harmoniyası  və  həndəsi  harmonik  tipləri,  onların  qrafik 

üslubu  və  forma  problemi  əzəlki  tikililərdən  tamamilə  fərqlənir.  Əgər  biz  bu  naxış  işarələrə 

müqayisəli  şəkildə  diqqət  etsək,  istər  Yusif  Küseyir,  istərsə  də  Marağa  türbələrindəki  naxışlardan 

fərqli sadaladığımız damğa, yeni naxış-işarələr, böyük memar Əcəmi Əbubəkr oğlunun qeyri- adi  



 

 

bilik və  bacarığa, onun türkçülük ideyasındakı  mükəmməlliyə sahib olmaqla yanaşı milli kimliyini 



də ortaya qoyur. 

Möminə  Xatun  türbəsinin  ümumi  naxışlarında  ardıcıllıq,  bəzən  isə  yeni  naxış  üslubu 

başqalarından fərqlənir. Buradakı naxışlar içərisində qapının yan tərəflərində qapıya perpendikulyar 

qoyulmuş xətlər içərisində Gəmiqaya təsvirlərindəki dünyanın dörd cəhəti haqqında svastik işarəni 

    görürük.  Bu  işarə  ümumtürk  mifik  təfəkküründə  geniş  yer  almaqla  sonralar  türk  Tanrı 

inancında  Qıpçaq  türklərinin  tanrıçılıqdakı  xaç  işarə  simvoluna  çevrilmişdir  ki,  bu  işarə  müəyyən 

fərqlərlə  hun,  massaget,  xaçmataq,  Altay  türklərinin  inanclarında  da  yer  almışdır  (11,  s.  497). 

Türbənin örtük naxışlarında  isə xeyli sayda əski türk damğa işarələri də  yer alır. Bu naxış işarələri 

arasında  Oğuz  türklərinin  Kınıq  boyuna  məxsus 

damğa  işarə,  müşahidə  olunur  ki,  burada  l 

sütun  işarəsi  Ağ noqaylarda  kar+as şəklində “coşqun+as” mənasında As tayfa adına aid işarədir 

(20,  s.  315).  Aslar  isə  ərazilərimizdə  ən  qədim  tayfalar  olmaqla    böyük  güc  kimi  Ön,  Kiçik,  Orta 

Asiya ərazilərinə hakim olmaqla bu torpaqları öz adları ilə adlandırmış, “Azərbaycan” dövlətimizin 

adı  da  bu  tayfa  adını  hələ  K.Ptalomeyin  yazılarında  da  “Azər”  yazılışında  daşımış,  bu  gün  də 

Vətənimizin  adı  bu  sözlə  səslənməkdədir.  Bu  tayfa  adı  Naxçıvan  ərazisində  50-dən  yuxarı  qədim 

yazı nümunələrində türk boyu kimi qeyd olunmuşdur (10, s. 53-92;16, II, 157, 169  ). Burada eyni 

zamanda bu tayfa ittifaqındakı Çuvaldur qolunun oturaq həyat rəmzi simvolu olan bu 

 damğa 

işarəni,  müşahidə  edirik    (2,  s.  115;  11,  s.  216). Qeyd  edək  ki,  bu  türklərin  damğa  işarəsi  Bastul 

turdetanların  yazısında  bir  qədər  sivri  olaraq    bu 

  şəkildə  tu  səsi  kimi  verilmiş,  Şamaxıdan 




tapılan qədim  yazı işarələrində də eynilə təkrarlanmışdır (12, s. 60-81). Əgər bu səsi əsas götürsək, 

tamğa “tikili” mənasında çuvaldurların “yurda” sahibliklərini ortaya qoyur. Biz qədim şərq tarixinə 

dair  məlumatlarda  bunun  Λ  şəklində  “ev”  mənasında  olduğunu  görürük  ki,  bu  işarələr  əski 

mənbələrdə yurd sahibliyi kimi qəbul olunmuşdur (14, s. 122). Bununla  bərabər qapı üstü və onun 

yanlarından  qalxan  tağlardakı  aşağıda  göstərilən  bu  rəmzi  işarələr  və  buradakı  birinci  naxışın 

ortasındakı ərəb kufi yazısını əhatə edən, ikinci naxışda isə tam olaraq təsvir olunmaqla günəş  

 

  



rəsmini təkrarlayan işarələr qədim Kas türklərində Koyaş-Günəş Tanrısının rəmzi  işarəsi olmuşdur 

(4,  s.  62;  17,  s.130-131).    Bu  məsələyə  tədqiqatlarında  geniş  yer  ayıran  F.Ağasıoğlu  bu  işarənin 

Azərbaycan  damğası  olmaqla  bərabər  həm  də  Tanrı  işarəsi  olduğuna  dair  eyni  damğa  işarəni 

göstərmişdir (1, s.  159). Qeyd edək ki,  bu gün  bizim oda sitayişimiz də  bu amildən  irəli gəlməklə 

beş min illik bir dövrü əhatə edir(-F.R.). Bundan başqa abidənin qapı tağının kənarlarında bir birinə 

paralel yer alan gördüyümüz bu işarələrdə də biz  Bəydilli tayfalarını

 bu damğa işarəsinin 

düz variantda S şəlklində orta xətlərin kənarında  təsadüf edirik. Maraqlı quruluşa  malik bu tamğa 

həm Dügər türklərinin “yurd” və “bina” simvolik işarəsini, həm də aslarda -Ş səs işarəni, bastulların 

əlifbasında isə -Kİ səs birləşməsi hərfini özündə birləşdirir. Qeyd edək ki, birinci işarə Gəmiqaya, 

Kəlbəcər, Nüvədi,  Təbriz, Qobustan yazı işarələrində də təkrarlanır (10, s. 425-427 ). 

 



Əgər biz müqayisəli şəkildə Möminə Xatun, Yusif Küseyir, Marağa türbələrindəki naxışları 

izləsək, burada göstərilən türbə qapısının sağ və sol tərəflərindəki işarə naxışlar cüzi fərqlərlə hər üç 

türbədə  naxış  olaraq  türbəyə  gözəllik  verməklə  yanaşı  onların  əski  bir  türk  türbə  məqbərələri 

olduğunu, prototürk əski işarələrini özlərində qoruduğunu təsdiq edir. 

Abidənin    bu  şəkillərdəki  damğa  və  naxış  işarələri  ümumtürk  yazı  və  damğa  işarələri  ilə 

müqayisədə, onlardan  bir qədər fərqli formada bu işarələri Möminə Xatun türbəsindən 24 il qabaq 

Əcəmi  tərəfindən  inşa  edilmiş  Yusif  Küseyir  türbəsində  də  müşahidə  edirik.  Hər  üç  türbənin 

naxışları  içərisində  Kayı  damğa 

işarəsi,

  Kınıq  və  Tutirqa  boylarına  məxsus  V  Λ  damğaların 

bitişik  şəkildə  təkrarı,  “iç  yurdu”  mənalı  Buqdüz  tayfa   

  damğası,  Yazqır  oğuzlarına  məxsus  

  damğa  işarə,  eləcə  də  Karabölük,  Ulanyunduq  və  s.  damğaları  bir  naxış  kimi  hər  üç 

türbə sütunları və tağlarında yer almaqla oğuz mədəniyyətini də türbələrdə əks etdirir (11, s. 211-217).



 

  

 



 

 

Biz  qeyd  etdik  ki,    Kas  türklərinin  inancındakı  Koyaş  günəş  allahı  kainatı  zülmətdən  azad 



edən tanrıdır (4, s. 62; 10, s.17-21; 17, s.130-131) və Yusif  Küseyir türbəsindəki bu tağlarda günəş 

simvolik işarəsi gördüyümüz kimi çoxguşəli ulduz misalında türbə atğıları arasında paralel şəkildə 

verilir (2, s. 132). Abidənin   sağ tərəfi, eləcə  də  bu və  digər tağlardakı  damğa  və naxış  işarələrinə 

diqqət  etdikdə,  Möminə  Xatun  türbəsindəki  günəş  naxışının  başqa  bir  naxış  variantı  bu  abidədə 

özünü  göstərir.  Bu  isə  Əcəmi  Əbubəkrin  çoxşaxəli  memarlıq  üslubu  sənətinə  qadir  olduğunu 

göstərir. Bununla bərabər abidəni  biri-birindən  fərqləndirən və Möminə Xatun türbəsində  olmayan 

bu  damğa  işarənin  Yusif  Küseyir  türbəsində  işlənməsi,  memarın  bu  istiqamətdəki  yüksək 

sənətkarlığını ortaya qoyur. Bu Yusif  Küseyir türbəsinin 8 guşəli gövdə, Möminə Xatun türbəsinin 

10  guşəli  gövdə    üzərində  qurulması  ilə  də  fərqlənir  ki  (3,  s.  97),  biz  bu  cür  naxış  və  gövdə 



fərqlərini  Marağa  türbəsindəki  gövdələr  və  onların  üzərində  həkk  olunmuş  həndəsi  fiqur  və  digər 

naxışlarda da müşahidə edirik.  



Gülüstan türbəsinə gəldikdə isə, onun quruluş formasının digər türbələrdən fərqli olması ilə 

yanaşı, biz burada daha qədim bir türk damğa işarəsi ilə də qarşılaşırıq. Əgər diqqət etsək, türbənin 

portal  səthində  qapının  üst  tərəfindən  alt-üst  naxışları  bir-birindən  ayıran  paralel  xətlər  içərisində, 

vuraq simvolik işarəsinin kəsiyində biz altı guşəli ulduz işarəsini görürük (2, s. 104-105).  

 

Bu şəkildəki paralel xətlər arasındakı üç altı guşəli ulduz işarəsinin eyni təsvirinə biz  Şahbuz 



rayon Türkeş kənd qəbiristanlığında əski məzar daşı üzərində də rast gəlirik (-F.R.). Qeyd edək ki, 

bu  işarə Xəzər türklərinin altı guşəli ulduz damğası  olmuşdur.  Uzun  müddət  yəhudiləri öz  əsarəti 

altına alan xəzərlərdən bu damğa işarə yəhudilərə də adlamışdır. Xüsusi olaraq qeyd edək ki, bəzən 

tədqiqatçılar bunu yəhudilərə aid etsə də, bu ulduz işarəsi XIX əsrdə (1822-ci il) yəhudilərdə xüsusi 

 

 

 



Tayfa olan Rotşild nəslinin bayrağına gerb kimi daxil olmuşdur (26) ki, Xəzər türkləri tarixi bundan 

xeyli  əvvəllərə  söykənir.  Bu  ulduz  işarəsi  nədənsə  Ankara  Türk  Etnoqrafiya  muzeyində  “Davud 

ulduzu”  adı  ilə  qorunub  saxlanılır  (27).  Əgər  diqqət  etsək,  sol  tərəfdəki  Adanadan  aşkarlanmış  bu 

ulduz  ətrafı  və  guşələr  daxilindəki  naxışlar  Naxçıvan  memarlıq  abidələrində  eynilə 

təkrarlanmaqdadır ki bu ümumtürk mədəniyyətinin çox geniş bir arealda yayıldığını ortalığa çıxarır. 

Heç  şübhə  yox  ki,  XII  əsrin  böyük  memarı  Əcəmi  Əbubəkr  oğlunun  tikdiyi  abidələrdə  istifadə 




etdiyi quruluş və  işarələr, tağ paralellikləri və  s. ünsürlərin  formalaşması  sənətkarın  peşəkarlığı  bu 

əski türk mədəniyyətindən bəhrələnmişdir.  



Qarabağlar  türbəsi  də  özündə  xeyli  sayda  milli  naxışlarla  bərabər  əski  damğa  işarələri  də 

qorumaqdadır (2, s. 147).  

 

Biz  bu  türbənin  günbəz  altı  naxışlarında  oğuzların  Karabölük



  damğa  işarəsini 

görürük.  Maraqlı  bu  tamğa  işarəyə  diqqət  etdikdə  burada  həm  birinci  işarənin  Bastul  Turdetan 

əlifbasında  BU  səsinin  verdiyini  (NƏET,  I,  s.  425),  həm  də  çuvaldurların  “oturaq  həyat”  işarəli 

tamğasını  birlikdə  görürük.  Qeyd  edək  ki,  qədim  türklərdə  “bu”  sözü  müasir  dilimizdə  də  bulaq, 

bulud,  bulama  kimi  sözlərdə  qaldığı  kimi  “su”  mənasını  və  “bi”  şəklində  isə  “bəy”  sözünü  ifadə 

edirdi. Biz tamğa işarənin “Oturaq bəylər” mənasında rəmzi mənada olduğunu düşünürük (10, s., s. 

249-250,  425;  11,  s.  214).  Əgər  türbələrin  bütün  naxışlar  sistemini  izləsək,  burada  Kayı 

boylarınməxsus

,  salqurların   

,  yazqırların   

və  s.  damğa  işarələrini  də 

izləyə  bilirik ki,  bu  işarələr  Naxçıvanın Ordubad  şəhərinin qədim küçə  yaşayış evləri divarlarında, 

bu  rayonun  Darkənd  ərazisindəki Dar türbəsində, Culfa rayon Xanağa kəndində, Əlincə çayın  sağ 

sahilindəki  qədim  məscid  din  içərisindəki  günbəz  naxışlarında,  Cənub  Azərbaycanda  Marağada 

Göy  günbəz  (Qunbadi-Sürx),  Düzən,  Radkan  və  Kişmir  minarə,  türbə  və  mavzoleylərində, 

Türkmənistanın  Qızqala,  Rabat,  Mamok,  Tekeşin,  Şeyla-Şərəfa  kimi  türbə  və  mavzoleylərində, 

Özbəkistanın Car Kurqanə minarəsində və s. təkarlanmaqdadır (2, s. 152-166). 

Nəticə  olaraq  deyə  bilərik  ki,  Naxçıvan  memarlıq  abidələrindəki  bütün  naxışlar  əski  türk 

mifik  təfəkkürü  və  onların  daşıdığı  damğa  işarələri  özündə  yaşatmaqla  bu  qədim  diyarın  türklərin 



ANA YURDU olduğunu bir daha sübut edir. Bildiyimiz kimi hər hansı bir mədəniyyətin iflasında 

əsas  amillərdən  biri  də  hansısa  bir  sivilizasiyanın  digər  bir  mədəni  inkişafa  qarşı,  belə  demək 

mümkünsə,  sui-qəsdi  ilə  bağlıdır.  Əgər  tarixi  izləsək,  müəyyən  ərazilərdə  yayılan  ümumxalq 

mədəniyyəti  eyni  dil  və  tarixin,  eyni  inanc  və  adətlərin,  ən  ümdəsi  isə  eyni  mənşədən  gələn 

tayfa  ittifaqının  göstəricisi  olmaqla,  öz  müsbət  tərəfləri  ilə  bəşəriləşməyə  doğru  gedir. 

Sivilizasiyalar  isə,  hakim  gücün  istənilən  mədəniyyət  üzərində  zor  tətbiqi  ilə  mövcud 

mədəniyyəti-sivilizasiyanı tənəzzülə sürükləyən siyasi prosesin mahiyyəti olsa da, bu Naxçıvan 

mədəniyyətinə tam təsir edə bilməmişdir (-F.R.).  

Qədim sivilizasiyaların xarakteri haqqında danışan O.Şpenqler yazırdı:  “ Hər mədəniyyətin 

öz  beynəlmiləl  sivilizasiyası  olmuş,  o,  öz  imkanlarını  tükəndirərək  sonda  məhvə  məhkum 

olmuşdur”  (23,  s.  451-457).  Naxçıvan  ərazisindəki  qədim  mədəniyyət  nümunələri  isə,  elə  bir 

sivilizasiya mərkəzlərindən olmuşdur ki, özünün zəngiliyinə görə də məhz bu gün belə heyrətamiz 

qədim mədəniyyətin maddi sübutlarını özündə daşımaq qüdrətini qoruya bilmişdir.  

 

ƏDƏBİYYAT 

 

  1. Ağasıoğlu F. Azərbaycan türklərinin İslamaqədərki tarixi. I Bitik. Tarixi qaynaqlar. Bakı: 

       Azərnəşr,  2014, 337 s. 

  2. Azərbaycan memarlığının Naxçıvan məktəbi abidələri (Azərbaycan və rus dillərində). Bakı:  

      Elm, 1985, 267 s. 

  3. Cəfər Qiyasi. Nizami dövrü memarlıq abidələri. Bakı: İşıq nəşr. 1991, 264 s. 

  4. Əhmədоv T.M. Azərbaycan tоpоnimikasının əsasları. Bakı: Universitet nəşr., 1991, 312 s. 

  5. Əliyev Q.Ə. Başlanğıcların başlanğıcı: Naxçıvan-Marağa memarlıq formalarının mahiyyəti. 

       (Azərbaycan və Türk dillərində). İstanbul: Akademi Titiz yayınları, 2015, 482 s. 

  6. Hacıyev İ.M., Rzayev F.H. Bir daha “Naxçıvan” sözünün etimologiyası haqqında //Tarix və 

        onun problemləri. Bakı: AMEA, 2007, № 2, s. 303-312. 

  7. Gülüstan. Naxçıvan: Əcəmi, 2016, 150 s. 

  8. Qazıyev S.H. Azərbaycanın qədim abidələri. Bakı: Uşaq-Gənclər nəşriyyatı, 1948, 66 s. 

  9. Qeybullayev Q.A. Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı: Azərnəşr, 1994, 278 s.                

10. Rzayev F.H. Naxçıvan əhalisinin etnogenezi tarixindən (miladdan öncə VI-III minilliklər). 

       I c. Bakı: ADPU mətbəəsi, 2013, 529 s. 

11. Rzayev F.H.Naxçıvan əhalisinin etnogenezi tarixindən (miladdan öncə II-I minilliklər). 

       II c. Bakı: ADPU mətbəəsi, 2017, 588 s. 

12. Rzayev F.R. Məmmədağa Şahtaxtılının əlifba layihələrində türkçülük // Məmmədağa   

       Şahtaxtlı.Taleyi və sənəti. Bakı: Nurlan, 2008, s. 61-80,  166 s.     

13. Salamzadə Ə.M. Əcəmi Əbubəkr oğlu və Naxçıvan memarlıq abidələri. Bakı: İşıq, 1976, 83 c. 

14. Yusifov Y.B. Qədim  şərq tarixi. Bakı: Bakı Universitet, 1993, 496 s.  

15. Анри Де Моран.История декоративно-прикладного искусства.Москва: Искусство, 1982, 

      577 с. 

16. Геродот. История. Перевод и примечания Г.А Стратановского. Ленинград: Наука, 1972, 

       599 c.  

17. Дьяконов И.М. История Мидии от древнейших времен до конца IV в. до н.э. Москва:  

       Наука, 1956, 485 s.  

18. Иосиф Флавий. Иудейские древности/ Пер. с греческого Г.Г. Генкеля, т. I, СПб., 1900, 

       716 c.        

19. Иосиф Флавий. Иудейские древности./ Пер. с греческого Г.Г. Генкеля, т. II, СПб., 1900, 



       420 c.,  

20. Кузиев Р.Г. Происхождение башкирского народа. Этнический состав, история 

         расселения. Москва: Наука, 1974, 572 с. 

21. Мифы народов мира. Энциклопедия. Т. I, Москва: Советская энциклопедия.1987, 671 с. 

22. Мифы народов мира. Энциклопедия. Т. II, Москва: Советская энциклопедия.1988, 719 с.      

23. Освальд Шпенглер. Закат Европы. Образ и действительность. Новосибирск: ВО  

       “Наука”. Сибирская издательская фирма, 1993, 592 с.  

24. Птолемей Клавдий. Руководство по географии/Пер. К.С.Апта и В.В.Латышева//Античная  

      география. Москва: Географиздат, 1953, 368 c. XXII;  

25.Токарский Н.М. Архитектура древней Армении Ереван: АН Арм. ССР, 1948, 473 с. 

26. https://az.wikipedia.org/wiki/Davud_ulduzu 

27. https://tarihvearkeoloji.blogspot.com/2014/09/tamgalar.html 





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə